CASUSLUQ

CASUSLUQ [Alo:] Demək casusluq eyləyirmiş it oğlu! (S.Rəhimov); ŞPİONLUQ Mozalan: Hər yerdə gördünüz səy edin, çalışın, verin, şpionluq eləməlidir eləyin... (Anar); AGENTLİK.

CASUS
CAVABDEH
OBASTAN VİKİ
Casusluq
Casusluq — dövlət sirrini, hərbi sirri və s. məxfi məlumatları digər dövlətə vermək məqsədilə yığmaq və oğurlamaqdan ibarət fəaliyyət. Bütün ölkələrin qanunvericiliyində Casusluq təqib edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində Casusluq dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə cinayət növü kimi təsbit olunmuşdur. Məlumat sahibinin icazəsi olmadan gizli və ya gizli məlumat əldə etmək əməlidir. Casuslar agentliklərə gizli məlumatları açıqlamağa kömək edir. Hər hansı bir fərdi və ya casus dairəsi (bir işləyən casus qrupu), hökumətə, şirkətə və ya müstəqil əməliyyatın xidmətində casusluq edə bilər. Təcrübə gizli olduqdan istəksizdir və bir çox hallarda qadağandır və qanunla cəzalandırıla bilər. Casusluq ictimai mənbələrdən məlumat toplayan bir metoddur. Düşmən (ya da potensial düşmən) haqqında məlumatları toplamaq üçün ən təsirli yollardan biri düşmən sıralarına girməkdir.
Kiber-casusluq
Kiber-casusluq (ing. Cyber spying) — hədəf sistemin konfidensiallığını pozmaq üçün kiber-hücumun istifadəsi.
Kamuflyaj və casusluq (film, 2019)
Kamuflyaj və casusluq (ing. Spies in Disguise) — 2019-cu ildə "Blue Sky Studios" şirkəti tərəfindən istehsal olunmuş animasiyadır. Filmin rejissorları Troy Quan və Nik Bruno.
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (kitab)
Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi —kitabı 2018-ci ildə rus dilində nəşr olunub. Kitabda Qərb dövlətləri və Rusiyanın Səfəvilər dövlətinə qarşı Qriqorian kilsəsindən istifadə etməkləri haqqında tarixi məlumatlar öz əksini tapıb. == Haqqında == Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi kitabı akademik Ramiz Mehdiyev tərəfindən yazılıb. Kitabda Qərb dövlətlərinin, habelə Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin kəşfiyyat və siyasi-ideoloji fəaliyyətindən bəhs edilir.Kitabın birinci hissəsində erməni tarixçiləri tərəfindən guya Səfəvi hökmdarları arasında "erməni fobiyası"nın mövcud olması, onların erməni əhalini məhv etməsi, ermənilərə İslam dinini zorla qəbul etdirməsi və erməni ruhaniləri sıxışdırması barədə irəli sürülən tezisin də əsassız olduğunu göstərir. Müəllif elə ermənilərin öz mənbələrinə, o cümlədən orta əsr salnaməçisi Arakel Davrijetsinin, salnaməçi Zəkəriyyə Kenakertsinin, habelə Rusiya və Qərb tədqiqatçılarının əsərlərinə istinad edir. Kitabın ikinci hissəsində Səfəvilər dövlətinin ərazisində özlərinin kəşfiyyat fəaliyyətini dini və diplomatik məqsədlərlə ört-basdır edən katolik missiyalarının yaranması tarixi izlənilir. Kitabın üçüncü hissəsində Vatikan emissarları və onların erməni əlaltılarına qarşı mübarizədə Səfəvilərin strategiyası və uğurları barədə, dördüncü hissəsində isə Səfəvilərin tənəzzülü dövründə Qriqorian kilsəsinin vəziyyətindən bəhs edilir.Sonradan kitab ingilis dilinə tərcümə olunaraq nəşr edilib.

Digər lüğətlərdə

болга́рка киво́к окру́чивать орденоно́сный повы́везти раздобыва́ть разли́чно Содо́м и Гомо́рра агнозия кова́ть кроши́ть лоша́дка пусти́ть в трубу скабрёзно basketful dope-fiend Goorkha incommodity minimal substantivize thatchboard ветеринар гульба незаквашенный озирать