CAVANLAŞMAQ

f.
1. Gündən-günə yaxşılaşmaq, cavan görünmək; özünü cavan kimi qıvraq hiss etmək; gəncləşmək.
“Ay ellər!” deyirəm ürəyimdə mən; Ömür cavanlaşır ellər deməkdən. S.Vurğun.
Oğul anasına diqqətlə nəzər saldı: – Bir mənə yaxşı-yaxşı bax, görüm, cavanlaşmısan, ya yox? M.Hüseyn.

2. məc. Özünü gümrah, sağlam, cavan hiss etmək. İdman məşğələlərindən sonra xeyli cavanlaşmışam.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CAVANLAŞMAQ CAVANLAŞ(N)MAQ Xeyli cavanlaşır... ər də ki ancaq; Belə şux arvada əsir olacaq (M.Rahim); Yaşadıqca cavanlana, enlənə; Bir hicabda, bir pərdədə əylənə
  • CAVANLAŞMAQ təzələşmək
  • CAVANLAŞMAQ gəncləşmək

Antonimlər (əks mənalı sözlər)

  • CAVANLAŞMAQ CAVANLAŞMAQ – QARIMAQ Özünü iqrar etdiyinə görə o günü Bayram on il cavanlaşdı (Ə.Vəliyev); Tarverdi, Pərzad ilə qoşa qarıyasan (M
CAVANLAŞMA
CAVANLI-QOCALI

Digər lüğətlərdə

компиля́тор Моха́ммед обору́дование отпаха́ть све́шивание фуфа́йка ещё бы интере́сно лесосте́пь обалде́ть окружи́ть охва́т посмо́трите потенцио́метр циркули́ровать экспрессиони́зм эротома́н бакборт chestnut floodlight joyless microcircuitry wire guidance захватывающий перетрясти