CENEVRƏ

is. iqt. □ Cenevrə konvensiyaları \[ing. Geneva Conventions "Cenevrə Konvensiyaları"\] 1930-cu və 1931-ci illərdə Çenevrədə bağlanmış, veksel və çeklərin tədavülü qaydalarını tənzimləyən beynəlxalq sazışlər (altı sazış).
CEK-POT
CENK
OBASTAN VİKİ
Cenevrə
Cenevrə (fr. Genève, alm. Genf‎) — İsveçrənin Fransa sərhədindəki Leman gölü sahilində olan şəhər. Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Əmək Təşkilatı (ILO) , Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı kimi bir çox beynəlxalq qurumların mərkəzi ilə tam 199 ölkənin nümayəndəliyinə ev sahibliyi edən şəhərdə çalışanların yüzdə əllisi, əcnəbilərdən ibarətdir. İsveçrənin ən yüksək əhalili ikinci şəhəridir. Eyni ada sahib Cenevrə kantonunun paytaxtıdır. Şəhər dünyada yaşaması ən bahalı 10 şəhərdən biridir. CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir. == Ümumi məlumat == Cenevrə Əhalisi 192,1 min (2012; aqlomerasiyada 915 min, təqribən 44%-i əcnəbilərdir; əhalisinin sayına görə Sürixdən sonra ölkənin 2-ci şəhəri). 372 metr yüksəklikdə, Cenevrə gölü sahilində, Rona çayının göldən çıxdığı yerdə port.
Cenevrə (Vaşinqton)
Cenevrə (ing. Geneva) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 2321 nəfər olmuşdur. Adam başına düşən illik gəlirə görə Vaşinqton ştatında 85-ci, Uatkom əyalətində isə birinci olmuşdur. == Coğrafiyası == Ümumi ərazisi 3.3 km² olub, bunun 2.7 km² quru, 0.6 km² isə sudur. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 2321 nəfər əhali, 867 şəxsi təsərrüfat və 683 ailə vardı. Əhalinin sıxlığı 859.6 nəfər/km²-di. Burada 911 ev var və evlərin sıxlığı 337.4/km²-dir. Əhalinin etnik tərkibini 92.7%-i Ağ amerikalılar, 0.9%-i Afroamerikalılar, 0.8%-i Hindilər, 1.9%-i Asiyalılar, 1.3%-i digər irqdən olanlar və 2.4%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi. 867 şəxsi təsərrüfatın 33.9%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 67.8%-ində evli ailə, 3.5%-ində əri olmayan qadın, 7.5%-ində arvadı olmayan kişi, 21.2%-ində isə ailəsi olmayanlar vardı.
Cenevrə Konvensiyaları
Cenevrə konvensiyaları (ing. Geneva Conventions) — 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir. Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir. == Tarixi == 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir: Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında, Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında, Hərbi əsirlərlə rəftar haqqında, Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında. 1977 və 2005-ci illərdə Konvensiyaya protokollar əlavə edilmişdir. Üç əlavə protokol: Beynəlxalq silahlı münaqişələr zamanı tətbiq edilir, Qeyri-beynəlxalq silahlı münaqişələr zamanı tətbiq edilir, Üçüncü əlavə emblemin qəbulu (Qızıl Kristal) Ümumilikdə, Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
Cenevrə Universiteti
Cenevrə Universiteti (fr. Université de Genève) — İsveçrə Konfederasiyasının Cenevrə şəhərində olan bir ictimai araşdırma universitetidir. Sürix Universitetindən sonra ölkənin ikinci ən böyük ali məktəbidir. == Tarixi == Universitet Jan Kalvin tərəfindən qoyulmuşdur. Belə ki, 1559-cu ildə ilahiyyatçı və pastor Jan Kalvin tərəfindən Cenevrə şəhərində ilahiyyat seminariyası və hüquq fakültəsi yaradılır. Seminariyanın ilk rektoru ilahiyyatçı Teodor de Beze təyin olunur. Fəaliyyətinin ilkin dövrlərində bu ali məktəb humanitar və dini təhsil verir. XVII əsrdə Cenevrənin İntibah mərkəzinə çevrildiyi vaxtlarda da ali məktəbdə təhsil ilahiyyat yönümlü olaraq qalır. Həmin dövrlərdə akademiya adlandırılan bu ali təhsil müəssisəsində dəqiq və fiziki elmlərə ehtiyac duyulur. XIX əsrdə baş vermiş siyasi və ictimai dəyişikliklər akademiyada da bir çox yeniliklərə səbəb olur.
Cenevrə avtosalonu
Cenevrə avtosalonu avtomobil dünyasında ilin əsas hadisəsi sayılır. İlk dəfə 1905-ci ildə keçirilən Cenevrə avtosalonu dünyada ən böyüklərdən biri, Avropada isə yeganə avtomobil sərgisidir. Bura demək olar ki dünyanın bütün aparıcı avtomobil istehsalçıları gəlir və hər il İsveçrə avtosalonu avtomobil sənayesi tarixində əlamətdar hadisəyə çevrilir. Ənənəyə görə, sərginin rəsmi açılışından əvvəlki iki gündə avtomobillər jurnalistlərə göstərilir. Daha geniş tamaşaçı kütləsi üçün isə avtosalon iki gün sonra açılır. İsveçrədə 2010-cu il 4 mart tarixində rəsmən açılacaq 80-ci Cenevrə avtosalonu milyonlarla avtomobil həvəskarının diqqət mərkəzindədir. Yubiley sərgisi ziyarətçiləri iqtisadi böhrandan əvvəlki bolluqla təəccübləndirəcək. Dünyanın aparıcı avtomobil istehsalçıları 100-dən artıq yeni model nümayiş etdirəcəklər. Yeni modellər Wolkswagen, Citroen, Opel, Peugeot, Nissan, Honda, Skoda və digər şirkətlərə aiddir.
Cenevrə dirçəyi
Cenevrə dirçəyi (lat. Ajuga genevensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillikdir. Gövdəsi düz, 15-40 (60) sm hündürlükdə, hər tərəfi xovlu-tüklü, sadədir. Yarpaqları hər iki tərəfdən tüklü, kökətrafı yarpaqlar uzunsov-belvari, tərsyumurtavari və ya belvari-tərsyumurtavari, iri dairəvi dişli, saplağa daralan, çiçək əmələ gələnə yaxın quruyan, aşağı və orta yarpaqlar adətən uzunsov, yuxarı yarısında dairəvi-dişli, qaidə hissəsinə doğru pazvari daralan, oturaq; sonuncu yarpaqlar yumurtavari, üç bölümlü və ya üç dişlidir. Çiçəkləri 4-6 (8) sayda çiçək köbələrində, gövdənin uc hissəsində sünbülşəkilli çiçəkqrupunda toplanandır. Tac mavi, bəzən ağ və ya çəhrayıtəhər rənglidir. Fındıqcalar dəyirmi və torvari-qırışlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin, Samur-Dəvəçi ovalığının, Qobustanın rayonlarında arandan orta, nadir hallarda yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, çay kənarı, talalarda, bağçalarda, əkin sahələrində, suvarma kanalları boyunca, alaqlı yerlərdə bitir.
Cenevrə gölü
Cenevrə gölü, Leman (alm. Gen fersee‎, fr. Lac de Genéve, Lac Léman) — İsveçrə və Fransada göl. Alp dağlarındakı göllərin ən böyüyü. == Sahəsi == Sahəsi 582 km2 , uzunluğu 72 km, ən enli yeri 14 km, dərinliyi 310 m-ədəkdir. 372 m yüksəklikdə, Qərbi Alp və Yura dağları arasında qədim buzlaq dərəsində yerləşir. == Yerləşməsi == Sahilləri əsasən hündür və sıldırımlıdır. Rona çayı Cenevrə gölündən keçir; çayın axını göldən çıxdığı yerdə bəndlə tənzimlənir. Cenevrə gölü hövzəsinin çayları qar və buzlaqlardan qidalandığı üçün suyun səviyyəsi yayda qışa nisbətən 1 m-ədək qalxır. Səth suyunun temperaturu yayda 19– 24 °C, qışda 4–5 °C olur.
Cenevrə kantonu
Cenevrə kantonu rəsmi olaraq Respublika və Cenevrə kantonu — İsveçrə Konfederasiyasını təşkil edən 26 kantondan biri. İsveçrənin cənub-qərbində kiçik fransızdilli kantondur. İnzibati mərkəzi Cenevrə şəhəridir. == Əhalisi == Əhalisi 2012-ci ilin məlumatına görə 463 101 nəfər təşkil edir (kantonlar arasında 6-cı yer). Kanton respublika, İsveçrə Konfederasiyasının subyekti hesab olunur. Cenevrə Leman gölünün sahilində məskunlaşan alman burqundiya xalqının paytaxtı olub. Kral nəsli saxlanılarsa, o zaman Respublika və Cenevrə Kantonu rəsmi olaraq monarxiyaya çevrilir. == Tarixi == E.ə. bir neçə minilliklərdə Cenevrə ərazisində insan məskənləri mövcud idir. E.ə I-ci minilliyin ortalarından burada allobrogeslərin şəhəri var idi.
Cenevrə konvensiyaları
Cenevrə konvensiyaları (ing. Geneva Conventions) — 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir. Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir. == Tarixi == 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir: Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında, Dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında, Hərbi əsirlərlə rəftar haqqında, Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında. 1977 və 2005-ci illərdə Konvensiyaya protokollar əlavə edilmişdir. Üç əlavə protokol: Beynəlxalq silahlı münaqişələr zamanı tətbiq edilir, Qeyri-beynəlxalq silahlı münaqişələr zamanı tətbiq edilir, Üçüncü əlavə emblemin qəbulu (Qızıl Kristal) Ümumilikdə, Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
Cenevrə Konfransı (1954)
Cenevrə Konfransı — 26 aprel 1954-cü ildən 21 iyula qədər SSRİ, Çin, Birləşmiş Krallıq, ABŞ və Fransa xarici işlər nazirlərinin, həmçinin Çin, Şimali Vyetnam, Kamboca, Laos və Cənubi Vyetnamın nümayəndələrinin iştirak etdiyi konfrans. Konfransda Koreya və Hind-Çin məsələlərinə toxunulmuşdur. Koreyanın birləşməsi məsələsi ilə bağlı müzakirələr nəticəsiz başa çatmışdır. Konfransın ikinci yarısı Hind-Çininin taleyinə həsr olunmuşdur. Onun gedişinə konfrans zamanı baş verən Dyenbyenfuda Fransa ekspedisiya qüvvələrinin məğlubiyyəti böyük təsir göstərmişdir. Odur ki, digər tərəfdən, Cenevrə Konfransı Dyenbyenfuda gedən döyüşlərin gedişatına da təsir etmişdir. Konfransa hazırlıqla bağlı məlumatlar Fransa qarnizonunun mənəviyyatına mənfi təsir göstərmiş və Tay batalyonunda kütləvi şəkildə fərariliyə səbəb olmuşdur. 21 iyulda Fransanın Hind-Çindəki müstəmləkə müharibəsinə son qoyan və regionda keçmiş Fransa müstəmləkələrinin taleyini müəyyən edən sazişlər bağlanmışdır. 1955-ci ilin oktyabrında Vyetnam Respublikasının cənubunda Vyetnam Respublikasının elan edilməsi və bu ölkənin prezidenti Nqo Dinh Zyemin azad seçkilər keçirməkdən imtina etməsi Cenevrə razılaşmalarının həyata keçirilməsini pozmuşdur. Beynəlxalq Nəzarət Komissiyası öz funksiyalarını yerinə yetirə bilməmiş və faktiki olaraq fəaliyyət göstərməmişdir.
Cenevrə müşavirəsi (1955)
Cenevrə müşavirəsi (1955) — SSRİ (N. A. Bulqanin), ABŞ (D. D. Eyzenhaver), Böyük Britaniya (A. İden) və Fransa (E. For) hökumət başçılarının iştirakı ilə Avropada təhlükəsizlik məsələlərinə dair müşavirə. == Missiyası == Müşavirənin işində təmsil olunan dövlətlərin xarici işlər nazirləri və digər dövlət xadimləri də iştirak edirdilər (sovet nümayəndə heyətinin tərkibinə N. S. Xruşşov, G. K. Jukov, A. A. Qromıko və b. daxil idi). İyulun 18–23-də Cenevrədə SSRİ-nin təşəbbüsü ilə sovet nümayəndə heyəti tərəfindən Berlin müşavirəsində (1954) təklif olunmuş "Avropada kollektiv təhlükəsizlik haqqında ümum — avropa müqaviləsi" layihəsinin müzakirəsini davam etdirmək məqsədilə çağırılmışdı. Layihə bütün hərbi blokların ləğv edilməsini, Avropa dövlətlərinin hücum etməmək və təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəlikləri götürməsini nəzərdə tuturdu. == Nəticəsi == Berlin müşavirəsi iştirakçılarının müqavilə layihəsinə mənfi münasibətini nəzərə alan sovet nümayəndə heyəti kollektiv təhlükəsizlik sisteminin mərhələli şəkildə (birinci mərhələdə həm Şimali Atlantika Müqaviləsi Təşkilatını, həm də Varşava Müqaviləsi Təşkilatını saxlamaq şərtilə) yaradılması planını müzakirəyə çıxartdı Bundan başqa, sovet tərəfi Avropa dövlətlərinin hərbi qüvvə tətbiqindən qarşılıqlı surətdə imtina etmək haqqında müqavilə bağlamaq (kollektiv təhlükəsizlik haqqında müqavilə bağlanana qədər qüvvədə qalmalı idi) təşəbbüsünü irəli sürdü. SSRİ nümayəndə heyəti Almaniya Demokratik Respublikasının AFR-in tərkibinə qatılmasına (sonuncunun Avropa müdafiə birliyində üzvlüyünün saxlanılması şərtilə) qarşı çıxdı, hər iki alman dövləti arasında münasibətlərin normallaşdırılmasının və onların Avropada kollektiv təhlükəsizlik sistemində iştirakının zəruriliyini qeyd etdi. SSRİ-nin təklifləri müşavirə iştirakçıları tərəfindən qəbul olunmadı. Müşavirənin yekun sənədində xarici işlər nazirlərinə hökumət başçılarının müzakirə etdiyi məsələlərə baxmağı davam etdirmək həvalə olundu.
Birinci Cenevrə Konvensiyası
Birinci Cenevrə Konvensiyası — Quruda döyüşən silahlı qüvvələrdəki yaralıların vəziyyətinin yaxşılaşdırılması ilə bağlı 22 avqust 1864-cü ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından birincisi. Sənəd "silahlı münaqişələrin qurbanlarının müdafiəsi üçün beynəlxalq hüquq normalarının əsaslandığı baza müddəaları" müəyyən edir. İlk saziş 1864-cü ildə qəbul edildikdən sonra 1906, 1929 və nəhayət 1949-cu ildə əhəmiyyətli dərəcədə yenidən işlənmiş və dəyişdirilmişdir. Sözügedən sənəd bu konvensiyaların maddələrinin həm formalaşmasında, həm də icrasında təşəbbüskar olan Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə ayrılmaz şəkildə bağlıdır. == Tarixi == 1864-cü il Cenevrə Konvensiyası Avropanın siyasi və hərb tarixi üçün kritik olan bir dövrdə hazırlanmışdır. Bununla yanaşı, okeanın digər tərəfində – ABŞ-də vətəndaş müharibəsi 1861-ci ildən bəri davam etməkdə idi və nəticədə 750,000–900,000 nəfər insan həyatını itirəcəkdi. 1815-ci ildə Vaterlo döyüşündə Napoleonun məğlubiyyətə uğramasından sonra onun qardaşı oğlunun 1859-cu ildə İtaliyada zəfər qazanmasına qədərki dövrdə böyük güclər Qərbi Avropada sülhü qoruya bilmişdilər. Bununla belə, 1853–1856-cı illərdə Krımda münaqişənin baş verməsi ilə müharibə Avropaya qayıtdı və bütün bu çətinliklər "uzaq və əlçatmaz bir bölgədə" olarkən, İtaliyanın şimalı "Qərbi Avropanın hər yerindən o qədər əlçatan idi ki, dərhal maraqlı müşahidəçilərlə doldu"; çox qan tökülməsə də, yaranan görüntü qeyri-adi və sarsıdıcı idi. 1864-cü il Cenevrə Konvensiyasının hazırlanmasında məqsəd müharibənin dağıntılarını yüngülləşdirmək olsa da, "I Napoleonun ortadan qaldırılmasından sonra Qərbi Avropa xalqlarının…öyrəşmədiyi şəkildə geniş miqyasda hərbi kampaniyaların yenilənməsini" tətiklədi. Yaralıların və hərbi əsirlərin müalicəsini tənzimləyən beynəlxalq müddəaların müəyyən edilməsi ilə bağlı hərəkat yardım fəalı Anri Dünanın 1859-cu ildə Şimali İtaliyada Fransız-Pyemont və Avstriya orduları arasında gedən Solferino döyüşünə şahid olması ilə başladı.
Dördüncü Cenevrə Konvensiyası
Dördüncü Cenevrə Konvensiyası — Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından sonuncusu. Konvensiya 1950-ci ilin oktyabrında qüvvəyə minmişdir. İlk üç konvensiya döyüşçülərlə bağlı olduğu halda halda, Dördüncü Cenevrə Konvensiyası müharibə zonasında mülki şəxslərin humanitar müdafiəsini nəzərdə tuturdu və buna görə də bir ilk idi. Hazırda sonuncu saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var. Cenevrə Konvensiyalarına I Əlavə Protokol 1977-ci ildə tərtib edilmişdir. Konvensiyanın 48-ci maddədə ifadə olunmuş mülki şəxslərə aid "əsas qaydası" "mülki əhaliyə və mülki obyektlərə" hər cür qəsdən hücumu qadağan edir. "Təsadüfi hücumlar" anlayışını müəyyən edən sənəd belə hücumları da qadağan edir. "Mülki əhalinin təsadüfən məhv edilməsi, mülki şəxslərin xəsarət alması və mülki obyektlərə dəyən ziyan" da sənəddə əhatə olunur. Hətta 51-ci maddəyə əsasən, "gözlənilən konkret və birbaşa hərbi üstünlük təmin etməsi səbəbindən həddi aşacağına görə", "təsadüfi" mülki itkilərə və ya zərərə səbəb olacağı gözlənildiyi halda mülki şəxslərə qarşı yönəlməyən hücumlar da qadağan edilir. Buna elmi ədəbiyyatda proporsionallıq prinsipi deyilir.
Üçüncü Cenevrə Konvensiyası
Üçüncü Cenevrə Konvensiyası — Hərbi əsirlərlə rəftara dair 12 avqust 1949-cu ildə qəbul edilmiş dörd Cenevrə Konvensiyasından üçüncüsü. Sənəd 21 oktyabr 1950-ci ildə qüvvəyə minmişdir. Eyni adda və məzmunda konvensiya ilk dəfə 1929-cu ildə qəbul edilsə də, 1949-cu il konfransında yenidən nəzərdən keçirilmiş və əhəmiyyətli dəyişikliklər edilmişdir. Konvensiyada hərbi əsirlər üçün humanitar müdafiə mexanizmləri nəzərdə tutulur. Hazırda üçüncü saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var. == Məzmunu == Konvensiyanın 3-cü maddəsi ümumilikdə Cenevrə Konvensiyalarının qeyri-beynəlxalq silahlı münaqişələrdə tətbiq olunan yeganə maddəsidir. Bu maddə konvensiyanı imzalayan dövlətin ərazisindəki, vətəndaşlığından və vətəndaşlığın olmamasından asılı olmayaraq, bütün şəxslər tərəfindən beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı riayət edilməli olan minimum müdafiə tədbirlərini təsvir edir. Buna əsasən, qeyri-kombatantlara, silahlarını yerə qoymuş silahlı qüvvələrin üzvlərinə və yaralandığına, tutulduğuna və ya hər hansı digər səbəbə görə döyüşdən kənarda qalan hors de combat döyüşçülərə bütün hallarda, şəxsi ləyaqətinə qarşı təhqirlər, xüsusən də təhqiramiz və ləyaqəti alçaldan rəftar qadağan edilməklə, insani münasibət göstərilməlidir. Hökmlərin çıxarılması isə sivil xalqlar tərəfindən zəruri sayılan bütün məhkəmə təminatlarını təmin edən, müntəzəm fəaliyyət göstərən məhkəmə tərəfindən həyata keçirilməlidir. 3-cü maddənin təmin etdiyi müdafiə mexanizmləri hətta şəxs hərbi əsir kimi təsnif edilməsə belə tətbiq oluna bilir.
İkinci Cenevrə Konvensiyası
İkinci Cenevrə Konvensiyası — Dənizdəki silahlı qüvvələrin yaralı, xəstə və gəmi qəzasına uğramış üzvlərinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı 12 avqust 1949-cu ildə qəbul edilmiş, dörd Cenevrə Konvensiyasından ikincisi. Sənəd 1907-ci il Haaqa Konvensiyasını əvəz etmiş və Birinci Cenevrə Konvensiyasının əsas qoruyucu rejimini dənizdə aparılan silahlı mübarizəyə uyğunlaşdırmışdır. == Məzmunu == Saziş 63 maddədən ibarətdir. Müqavilənin ən əhəmiyyətli müddəaları aşağıdakılardır: 12-ci və 18-ci maddələr bütün tərəflərdən yaralıları, xəstələri və gəmi qəzasına uğrayanları qorumağı və onlara qulluq etməyi tələb edir. 14-cü maddəyə əsasən, hərbi gəmi xəstəxana gəmisinin tibbi heyətini ələ keçirə bilməsə də, yaralıları, xəstələri və gəmi qəzasına uğramış şəxsləri hərbi əsir kimi saxlaya bilər. 21-ci maddə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların götürülməsi və onlara qulluq edilməsi üçün neytral gəmilərə müraciət etməyə icazə verir. Bu maddəyə görə neytral gəmilər ələ keçirilə bilməz. 36-cı və 37-ci maddələr döyüş gəmisində xidmət edən dini və tibbi heyəti qoruyur. 22-ci maddədə qeyd edilir ki, xəstəxana gəmiləri heç bir hərbi məqsəd üçün istifadə edilə bilməz və humanitar missiyasına görə onlara hücum və ya belə gəmilərin ələ keçirilməsi qadağandır. Hazırda ikinci saziş və digər üç sənəd də daxil olmaqla, 1949-cu il Cenevrə konvensiyalarının 196 iştirakçısı var.
Cenevrə Böyük Şurası
Cenevrə Böyük Şurası (fr. Grand Conseil de Genève) — İsveçrənin Cenevrə kantonunun qanunverici orqanı. "Respublika və Kanton" kimi tərtib edilmiş Cenevrə birpalatalı qanunverici orqana malikdir. Böyük Şura 1842-ci ildə yaradılmışdır. Şuranın üzvləri 100 nəfər idir və 4 ildən bir seçilirdi. Onun ən qədim əcdadı 1526-cı ildə qurulan İki Yüz (200 yer) Şurasıdır. Böyük Şurada təmsil olunmaq istəyən siyasi partiyaların keçməli olduğu 7%-lik sınaq müddəti var. 2018-ci il aprelin 15-də keçirilən son seçkilərdə 7 partiya bunu edib. 2018-ci ildə 2013-cü illə müqayisədə daha az seçici fəallığı səbəbindən sağçı populistlər əvvəlki qazanclarını itirib, və ənənəvi olaraq öndə gedən partiyalar - Liberallar, Sosial Demokratlar və Yaşıllar isə səslərini artırıblar. == Səlahiyyətləri == Böyük Şura kantona aid olan bütün sahələrdə qanunlar qəbul etmək və dövlətin büdcəsini və hesablarını təsdiq etmək səlahiyyətinə malikdir.
Sülhün və Cenevrə Sazişlərinin Müdafiəsi Komitəsi
Sülhün və Cenevrə Sazişlərinin Müdafiəsi Komitəsi —1954-cü ilin avqustunda Nquen Hıu Tho tərəfindən Sayqonda yaradılmış Vyetnam siyasi təşkilatı. Komitə həmin ilin noyabrında Cənubi Vyetnam hökuməti tərəfindən ləğv və qadağan edilmiş, Nquen Hıu Tho və təşkilatın digər üzvləri polis basqından sonra həbs edilmişdir.

Значение слова в других словарях