CEYHUN

1. Amu-Dərya çayının adı.

2. Ümumiyyətlə, dəniz, dərya.

Gecə-gündüz vaqtı-bivaqt ağlaram,

Çeşmim yaşı ceyhun olur, sellənir,

Yaz mövsimi bülbül dil-dil ötəndə,

Bağ-bağçalar nərgizlənir, güllənir.

                                                (“Qurbani”)

CESİR
CEYHUN
OBASTAN VİKİ
Ceyhun
Ceyhun — kişi adı. Mənası valeh olmaq anlamına gəlir. Ceyhun Mirzəyev — Azərbaycan aktyoru, rejissor, rejissor assistenti. Ceyhun Mollazadə — AzQTel MMC-nin prezdenti, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri (1992-1993). Ceyhun MəmmədovCeyhun Məmmədov (idmançı) — sambo üzrə 9 dəfə dünya çempionu, Azərbaycan Sambo Federsiyasının prezidenti Ceyhun Məmmədov (aktyor) (d.21 iyun 1982-ci il) — aktyorCeyhun Kərimov — şəhid Ceyhun Nağı — Azərbaycanlı jurnalist. Ceyhun Həmidova — Ceyhun ƏşrəfovDigərCeyhun — Amudəryanın başqa adı. Ceyhuni — Azərbaycanın milli rəqsi.
Ceyhun Nazıyev
Nazıyev Ceyhun Yaşar oğlu – Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor, texnika elmləri doktoru. == Həyatı == Ceyhun Yaşar oğlu Nazıyev 1965-ci il martın 23-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur. 1987-ci ildə ADU-nun (indiki BDU) fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Elmlər Akademiyasının "Dərin neft və qaz yataqlarının problemləri" institutuna göndərilmişdir. O, burada mühəndis, sonra kiçik elmi isşi vəzifəsində calışmışdır. 1989-cu ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Universitetinin fizika kafedrasında aspiranturaya daxil olmuşdur. O, namizədlik dissertasiyasını 1990-cı ildə BDU-nun ixtisaslasdırılmış elmi şurasında müvəffəqiyyətlə mudafiə edib fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 1990-cı ildə Ceyhun Nazıyev Azərbaycan Təhsil Nazirliyinin göndərişilə ADNA-nın fizika kafedrasına assistent təyin edilmişdir. 1994-cü ildə həmin kafedrada dosent secilmişdir. 1997-ci ildə doktorluq dissertasiyası mudafiə edib, texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Ceyhun Nağı
Ceyhun Nağıyev (d. 1972 – ö. 2011) — Həftə içi qəzetinin sabiq redaktoru, əmək fəaliyyəti dövründə müxtəlif mətbuat orqanlarında çalışmış azərbaycanlı jurnalist. == Həyatı və əmək fəaliyyəti == Ceyhun Aşır oğlu Nağıyev 1972-ci il 7 oktyabr tarixində Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 1982-ci ildə orta məktəb təhsilini davam etdirmək üçün Bozalqanlı orta məktəbində təhsil almış və 1989-cu ildə isə həmin məktəbi bitirmişdir. Ceyhun Nağıyev, 1988-ci ildə Neft Akademiyasının məktəblərarası keçirdiyi Kimya olimpiyadasında II yer, 1989-cu ildə isə I yer tutmuşdur. Orta məktəbdən məzun olduğu il ali məktəbə daxil ola bilməyən jurnalist 1991-ci ildə hərbi xidmətə yollanır. Ceyhun Nağının hərbi xidməti SSRİ imperiyasının dağılması illərinə təsadüf etdiyindən o, iki ölkənin ordusunda xidmət keçməli olur. Sovet ordusu tərkibində Krasnodar şəhərində hərbi xidmət keçdiyi müddət də imperiyanın dağılması səbəbindən Gəncə şəhərinə göndərilir və yerdə qalan xidmətini burada Azərbaycan ordusunun tərkibində tamamlayır. Hərbi xidmətdən sonra bir necə dəfə Azərbaycan Tibb Universitetinə sənəd versə də, qəbul ola bilmir.
Ceyhun Niftəliyev
Ceyhun Bahadur oğlu Niftəliyev (5 noyabr 1972, Xanlar – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Niftəliyev 1972-ci il noyabrın 5-də Göygöl şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Ceyhun Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Niftəliyev sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Niftəliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Ceyhun Nüsrətli
Ceyhun Nüsrətli (azərb. Ceyhun Aqil oğlu Nüsrətli‎; d. 8 aprel 1995, Beyləqan — ö. 29 sentyabr 2020, Ağdərə) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nüsrətli Ceyhun Aqil oğlu 8 aprel 1995-ci ildə Beyləqanda doğulub. Ceyhunun ailəsi Füzuli rayonunun Dilağarda kəndindəndir. Füzuli işğal olunandan sonra ailə bir müddət Beyləqandakı Xocavənd qəsəbəsində məskunlaşır. 2001-ci ildə Füzuli rayon 55 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya fakültəsinə qəbul olunub. 2016-cı ildə həmin ali məktəbi bitirib.
Ceyhun Nəhmətov
Ceyhun Ehtiqad oğlu Nəhmətov (8 sentyabr 1994, Mərdəkan – 8 noyabr 2020, Ağbənd, Zəngilan rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Nəhmətov 8 sentyabr 1994-cü ildə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində anadan olmuşdur. 2001–2012 ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil almışdır. 2012-ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olmuşdur. == Hərbi xidməti == 2016-cı ildə Dövlət Sərhəd Xidməti Akademiyasını Leytenant rütbəsi ilə bitirmişdir və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlamışdır. 2018 ci ildə Qazax Sərhəd dəstəsinə yollanaraq orada Zastava rəisi vəzifəsində işini davam etmişdir. 2019-cu ildə isə Zaqatala Sərhəd Dəstəsinə yollanaraq xidmətini davam etdirmişdir. 2020-ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27-dən Xüsusi Təyinatlı olaraq döyüşlərə başlamışdır. Kəlbəcər, Füzuli, Cəbrayıl, Laçın karidoru, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak eləmişdir Cəbrayılın azad edilməsində ayağından qəlpə yarası almağına baxmayarağ döyüşə davam eləmişdir. Əlində qumbara ilə erməni səngərində 7–8 ermənini birdən partladıb məhv eləmişdir.
Ceyhun Ocadov
Ceyhun Ocadov (d. 27 iyun 1984, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 26 yanvar 2017, Bakı, Azərbaycan) — Azərbaycan müasir incəsənət rəssamı. == Həyatı == 1984-cü il iyunun 27-də Bakıda doğulub. 1991-ci ildən 2001-ci ilə qədər Bakıda 53 saylı orta məktəbdə oxuyub. 2001-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olub.2012-ci il dekabrın 18-də Ceyhun Ocadov rəssam Faiq Əhmədi onun işlərini plagiat etməsində ittiham edib. == Sərgiləri == === Qrup sərgiləri === 2003 — Aluminium. Art + New Technologies. Beynəlxalq incəsənət sərgisi. Bakı, Azərbaycan 2004 — Male & Female.
Ceyhun Orucov
Ceyhun Namaz oğlu Orucov (17 dekabr 1996, Nağaraxana, Şamaxı rayonu – 30 oktyabr 2020, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Orucov 1996-cı il dekabrın 17-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olub. 2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ceyhun Orucov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Ceyhun Orucov gizirlik kurslarından keçərək "gizir" hərbi rütbəsinə yiyələnib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ceyhun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ceyhun Orucov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Ceyhun Osmanlı
Ceyhun Yunis oğlu Osmanlı (30 yanvar 1982, Bakı) — ictimai-siyasi xadim, tədqiqatçı və analitik, Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı, "İrəli" İctimai Birliyinin təsisçisi və ilk sədri (2008–2012), Azərbaycan Yaşıllar Hərəkatınının sədri, TLM – Təşəbbüslər və Layihələr Mərkəzinin təsisçisi və direktoru. == Həyatı == Ceyhun Osmanlı 30 yanvar 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989–1999-cu illərdə Bakıda orta təhsil almış, 1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur. 2003-cü ildə politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.Ceyhun Osmanlı 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantura pilləsinə daxil olmuş və 2015-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Dosentdir. 2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "SENSE" proqramının, 2008-ci ildə Harvard Universitetinin "Liderlər inkişafda" proqramının, 2018-ci ildə İsveçin KTH Kral Texnologiya İnstitutunun "Milli və institutsional səviyyədə keyfiyyətin təminatı" proqramının, Litvanın EKT – İqtisadi Konsaltinq və Tədqiqat Mərkəzinin "Ali təhsil müəssisələrində keyfiyyətin təminatı sisteminin inkişafı" proqramının, 2019-cu ildə Böyük Britaniyanın "EduCare Learning Ltd."-nin "Gənclərin qorunması" proqramının, Böyük Britaniyanın Midlseks Universitetinin "Keyfiyyətin təminatı sistemlərinin yaradılması və inkişafı" proqramının iştirakçısı olmuşdur. 2019-cu ildə İsveçrənin Montrö Biznes Məktəbinin fəxri professoru adına layiq görülmüşdür. 2012-ci ilin aprel ayından Texasın fəxri vətəndaşıdır.Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Üç övladı var. == İctimai fəaliyyəti == Universitet illərindən ictimai fəaliyyətə başlayan Ceyhun Osmanlı 1999-cu ildə "Azərbaycan Könüllüləri" İctimai Birliyini təsis etmişdir.
Ceyhun Qala
Ceyhun Qala (tam adı: Ceyhun Abdul oglu Əliyev, doğum tarixi: 12 mart 1983) — azərbaycanlı müğənni. == Həyatı == Ceyhun Abdul oğlu Əliyev, 1983-cü il martın 12-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə böyük marağı və həvəsi ilə diqqət çəkmişdir. Bunu görən valideynləri onu Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 3 nömrəli uşaq musiqi məktəbinə qoymuşlar. 2004-cü ildə Azərbaycan Milli Konservatoriyasında təhsil almağa başlayan Ceyhun, Teymur Əmrahdan vokal və xalq artisti Canəli Əkbərovdan muğam dərsləri almışdır. Ceyhun Əliyevin musiqi istedadının inkişafında və formalaşmasında Azərbaycanın tanınmış incəsənət ustaları, muğam ifaçılarının və xarici musiqiçılərin böyük rolu olmuşdur. Ceyhun daim xalq artistləri Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rəşid Behbudov, xarici musiqi ustaları Beatles, Elvis Presli, Maykl Cekson ve başqalarının sənət nümunələrindən bəhrələnmişdir. 2013-cü ildə Nailə xanimla ailə həyatı qurub. Bir qızı və bir oglu var. == Musiqi karyerası == 2006 ilde “Bir möcüzə idi” mahnısı ilə “Qala” qrupuna gəlib.
Ceyhun Rzayev
Ceyhun İsmayıl oğlu Rzayev (16 sentyabr 1994, Bərdə – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Rzayev 1994-cü il sentyabrın 16-da Bərdə şəhərində anadan olub. Əslən Laçın rayonundan idi. Ailədə 2 uşaq olublar, 1 bacı, 1 qardaş. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ceyhun Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Rzayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Bərdə şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Rzayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Rzayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ceyhun Rüstəmbəyli
Rüstəmbəyli Ceyhun Həsən oğlu (d. 7 aprel, 1963) — rəssam. == Həyatı == Ceyhun Rüstəmbəyli 7 aprel 1963-cü ildə Salyan şəhərində dünyaya gəlib. 1980-ci ildə 84 saylı Bakı şəhər texniki məktəbinə daxil olub, 1982-ci ildə "Reklam" tərtibat işləri üzrə icraçı rəssam peşəsi üzrə məktəbin tam kursunu bitirib. 1984–1998-ci illərdə Salyan şəhər "Babək" kinoteatrında rəssam vəzifəsində çalışıb. 1998-ci ildən Salyan Dövlət Kukla Teatrında baş rəssam vəzifəsində işləyir.
Ceyhun Sultanov
Ceyhun Sultanov (12 iyun 1979, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbol mütəxəssisi, keçmiş futbolçu, Bakı FK-nın seleksiyaçı məşqçisi. Fərid Bakı, Neftçi Bakı, Dinamo Bakı, Maşinsazi Təbriz, Xəzər-Lənkəran, Kəpəz Gəncə, Sumqayıt, Qəbələ klublarının heyətində çıxış edib. == Həyatı == Ceyhun Sultanov Bakı şəhərində anadan olub. 10 yaşından etibarən futbolla məşğul olur. Top oyununun sirlərinə Vaqif Paşayevin rəhbərliyi altında yiyələnib. Ceyhun Sultanov orta təhsilini 9-cu sinifə qədər 20 nömrəli, daha sonra isə 277 nömrəli məktəbdə alıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Ailəlidir, 3 qız övladı var. == Karyerası == Artıq 16 yaşında yüksək liqada debüt edib. Sultanov bu şansı Ruslan Abdullayevin çalışdırdığı Fərid Bakı klubunda qazanıb.
Ceyhun Səfərov
Ceyhun Səfərov (Ceyhun Akif oğlu Səfərov) - Lerik rayonunda İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Ceyhun Akif oğlu Səfərov 12 iyun 1995-ci ildə Lerik rayonunun Cənginəvud kəndində anadan olub. Bir bacı 3 qardaş olmaqla ailədə 6 nəfər olublar. Ceyhun evin ən kiçiyi idi. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2001-ci ildə Lerik rayonu Vizəzəmin kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2012-cu ildə həmin məktəbi bitirib. == Hərbi xidməti == Təhsilini başa vurduqdan sonra bir müddət təsərrüfatla məşğul olub. 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Ceyhun Goranboy rayonunda xidmət edib. 2015-ci ildə hərbi xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb. == İkinci Qarabağ müharibəsində iştirakı == Səfərov Ceyhun 2020-ci ildə könüllü olaraq Lerik rayon Hərbi Komissarlığında qeydiyyatdan keçir və 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak edir.
Ceyhun Səlimov
Səlimov Ceyhun Aqil oğlu — "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş şəhid, keçmiş "Papanin" küçəsi Ceyhun Səlimovun adını daşıyır. == Həyatı == 1970-ci ilin 23 dekabrında Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonundakı 9 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı şəhərindəki 54 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirərək yol maşınları çilingəri peşəsinə yiyələnmişdir. 1990-cı il iyun ayının 25-də hərbi xidmətə çağırılıb. O, hərbi xidmətdə tankçı peşəsinə mükəmməl yiyələnir. Azərbaycana qarşı Ermənistanın işğalçılıq müharibəsinə dözməyən və Rusiya hökümətinin ermənipərəst mövqeyini hiss edən Ceyhun hərbi xidmətin müddətini başa çatmasını gözləmədən Bakıya qayıdır və az sonra valideynlərinə demədən Milli Ordunun Xüsusi Təyinatlı bölməsində tankçı kimi xidmətə başlayır. Evdəki nərdtaxtanın içərisinə qoyub getdiyi məktubunda Ceyhun yazmışdı: “Ata, sən məni kişi kimi tərbiyə etdiyinə görə çox sağ ol... Mən Şuşaya getdim...Vətənini qəlbdən sevən oğlunuz Ceyhun Səlimov.” == Döyüş yolu == O, 777-ci Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Şuşaya yollanır. O,cəsur və qorxmaz bir oğlan idi.
Ceyhun Talıbzadə
Ceyhun Aqil oğlu Talıbzadə (1 dekabr 1994, Şorsulu, Salyan, Azərbaycan — 18 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Talıbzadə 1994-cü il dekabrın 1-də Salyan rayonu Şorsulu kəndində anadan olub. 2012-ci ildə Şorsulu kənd məktəbini bitirib. Bakı şəhərində Sərbəst güləş üzrə keçirilən Yeniyetmələr arasında Azərbaycan Birinciliyində 2-ci yer qazanıb . 2013–2014-cü ildə hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ceyhun Talıbzadə Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. Ceyhun Talıbzadə 18 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ceyhun Talıbzadə Şorsulu kənd qəbiristanlığında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "İgidliyə görə" ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ceyhun Talıbzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Ceyhun Useynov
Ceyhun Elşad oğlu Useynov (9 mart 1990, Abşeron rayonu – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Useynov Ailəli idi.Dəniz adlı bir qız övladı yadigar qalıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Useynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Useynov oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Abşeron rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Useynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Useynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Useynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Useynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Useynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Ceyhun Xəlilov
Ceyhun Azər oğlu Xəlilov (22 sentyabr 2001, Padarqışlaq, Ağsu rayonu – 28 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Xəlilov 22 sentyabr 2001-ci il tarixdə Azərbaycanın Ağsu rayonunun Padarqışlaq kəndində anadan olmuşdur. == Hərbi xidməti == Ceyhun Xəlilov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Xəlilov növbəti gün Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == İrsi == 18 may 2021-ci il tarixində Xəlilovun anadan olduğu Padarqışlaq kəndində onun adına tikilən bulağın açılışı olmuşdur. Açılış mərasimində rayonun rəhbər şəxsləri və kənd sakinləri iştirak etmişdir. Bulağın açılış mərasimdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının I müavini Füzuli Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanov və başqaları çıxış etmişdir.
Ceyhun Zeynalov
Ceyhun Zeynalov (19 sentyabr 1980, Bakı) — Cin adı ilə tanınan azərbaycanlı musiqiçi. == Həyatı == Ceyhun Zeynalov 19 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-97-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. === Musiqi karyerası === 2000-ci ildən musiqi karyerasına başlayan Ceyhun Zeynalov ilk vaxtlar reperlik və aranjimanla məşğul olmuşdur. Yaşıl gözlər mahnısı ilə reqqi üslubuna keçid etmişdir. Bu üslubda ikinci mahnısı olan Buludlar ona əsas məşhurluq gətirmişdir. Buludlar Azərbaycanla bərabər, Türkiyədə də böyük populyarlıq qazanmışdır.
Ceyhun İsayev
Ceyhun Rüstəm oğlu İsayev (26 oktyabr 2001; Gültəpə, Quba rayonu, Azərbaycan — 26 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun İsayev 26 oktyabr 2001-ci ildə Quba rayonunun Gültəpə kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Quba rayon Gültəpə kənd tam orta məktəbində təhsil almışdır. 2019-cu ildə Quba Tibb Kollecinə daxil olsa da, təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Subay idi. == Hərbi xidməti == Ceyhun İsayev 2019-cu ilin 27 oktyabr tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən qiymətləndirilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pulemyotçu olaraq iştirak etmişdir. Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ceyhun İsayev 26 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ceyhun İsmayılov
Ceyhun İsmayılov (skripkaçı) — Skripka ifaçısı, Azərbaycanın əməkdar artisti (2015). Ceyhun İsmayılov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Ceyhun İsmayılov (gizir) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi.
Ceyhun Şalıyev
Ceyhun Nüsrət oğlu Şalıyev (20 may 1994, Gəncə – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Ceyhun Şalıyev 20 may 1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Rusiya Federasiyasının Voronej şəhərində almağa başlamışdır və 7-ci sinfə qədər bu şəhərdə təhsil almışdır. 2008-ci ildə təhsilini Bakı şəhərində yerləşən 94 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2011-ci ildə "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "(hazırda Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinə qəbulla əlaqədar keçirilmiş imtahanda 600 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. == Hərbi xidməti == 2015-ci ildə universiteti bitirən Şalıyev həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində vuruşmuşdur. Hərbi xidməti başa vurduqdan sonra "Azercell"də çalışmışdır. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Şalıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Ceyhun Əhmədxanov
Ceyhun Xanlar oğlu Əhmədxanov (18 oktyabr 1988; Lökbatan, Qaradağ rayonu, Bakı, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının tibb xidməti kapitanı, Vətən müharibəsinin iştirakçısı. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur. == Həyatı == Ceyhun Əhmədxanov 18 oktyabr 1988-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olmuşdur. Əslən Şəki rayonunun Qumux kəndindəndir. Bakı şəhər 288 saylı orta məktəbini və Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. 2021-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə (bakalavr pilləsi) ikinci ali təhsilini başa vurmuşdur. Subay idi. == Hərbi xidməti == Ceyhun Əhmədxanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olduqdan sonra tibb xidməti leytenantı kimi Azərbaycanın Fövqəladə Hallar Nazirliyində vəzifəsinə başlamışdır. Bir neçə il bu vəzifədə işlədikdən sonra xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında davam etdirmişdir. Azərbaycan Ordusunun tibb xidməti kapitanı olan Ceyhun Əhmədxanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.
Ceyhun Əli
Ceyhun Yusif oğlu Əliyev və ya Ceyhun Əli (16 fevral 1984, Salyan rayonu) — azərbaycanlı aparıcı, spiker, moderator, telejurnalist, dövlət qulluğunun kiçik müşaviri, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis. == Həyatı == Ceyhun Əli 1984-cü ildə fevralın 16-da Salyan rayonunda anadan olub. 1991–1995-ci illərdə Bakı şəhərinin 20 saylı liseydə, 1995–2001-ci illərdə Respublika İncəsənət Gimnaziyasında Səhnə danışığı — Nitq mədəniyyəti ixtisası üzrə təhsil alıb. Ali təhsilini 2001–2006-cı illərdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsində alıb. Rus, ingilis, türk dillərində sərbəst danışır. 2009-cu ildə Almaniyanın Deutsche Welle Akademie / akademiyasının "Konflikt-sensetiv jurnalistika" üzrə beynəlxalq sertifikatını alıb. == Fəaliyyəti == Əmək fəaliyyətinə 2004-cü ildə başlayıb.2004–2006-cı illərdə ANS Müstəqil Teleradio Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir vəzifələrində çalışıb. 2006-cı ildən Azad Azərbaycan Müstəqil Teleradio Yayım Şirkətində diktor, aparıcı, reportyor, xüsusi müxbir, İctimai-Siyasi Proqramlar Departamentinin redaktor assistenti, redaktoru vəzifələrində çalışmağa başlayıb. Televiziya sahəsində biliklərini artırmaq məqsədi ilə xarici telekanallarda (RTR, Ekspert TV) təcrübə keçmək üçün 2008-ci ildə əmək fəaliyyətinə ara verib. 2008-ci ilin sonunda ANTENN Müstəqil Teleradio Şirkətində İctimai — Siyasi Proqramlar Departamentinin direktoru vəzifəsinə işə başlayıb.
Ceyhun Əyyubov
Ceyhun Savalan oğlu Əyyubov (16 avqust 1992, Yevlax rayonu – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Əyyubov 1992-ci il avqustun 16-da Yevlax şəhərində anadan olub. Yevlax şəhərində Q. Məmmədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) motoatıcı ixtisası üzrə ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ceyhun Əyyubov 2015-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2018-2020-ci illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib, 2020-ci ildə isə yenidən Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətinə davam edib. Həmlə bölüyünün Komandiri idi. Azərbaycan Ordusunun baş leytenantı olan Ceyhun Əyyubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ceyhun Əyyubov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub, nəşi isə neytral ərazidə qalıb.
B-3 (Ceyhun Səlimov) metrostansiyası
8 Noyabr — Bakı metrosunun 29 may 2021-ci ildə istifadəyə verilən stansiyası. Stansiyaya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəfər Günü münasibətilə "8 Noyabr" adı verilib.Hal-hazırda istifadəyə verilən bu metrostansiya Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir. "8 Noyabr" stansiyası 29.05.2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Stansiyaya daxil olan qatarlarda Oqtay Zülfüqarovun bəstələdiyi "Şənlən, mənim xalqım" mahnısından fraqment səslənir.
Ceyhun Abbasov (biznesmen)
Ceyhun Həsən oğlu Abbasov (4 iyul 1972, Naxçıvan) — "Avrora Qrup" unun prezidenti , Ölkənin iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. == Həyat və fəaliyyəti == 1972-ci il iyulun 4-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində anadan olub. Orta təhsilini Unus kəndində başa vurub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini "Mühəndis-elektronik-konstruktor" ixtisasını fərqlənmə diplomu ilə bitirib. Avropa, ABŞ, Böyük Britaniya, Mərakeş və digər ölkələrdə biznes görüşləri, konfransları seminarlarında iştirak edib. Ceyhun Abbasov 1992-ci ildən etibarən bizneslə məşğuldur. Hazırda fəaliiyətini qurucusu və rəhbəri olduğu "Avrora Qrup"un prezidenti kimi davam etdirir. Şirkət distribütor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. == Ailə vəziyyəti == Ailəlidir, iki övladı var. == Biznes fəaliyyəti == Avrora Qrup"un əsas istehsal xətləri Abşeron yarımadasında – Hökməli Sənaye Mərkəzində yerləşir.
Ceyhun Abbasov (gizir)
Ceyhun Natiq oğlu Abbasov (8 fevral 1986, Bakı – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Abbasov 1986-cı il fevralın 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Xətai rayonunda Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə alıb. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Ceyhun Abbasov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Snayper Taborunun Komandiri idi. Ceyhun Abbasov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecə başlanan və Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində baş verən Aprel döyüşlərində savaşıb. Döyüşlər zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.Ceyhun Abbasov 2020-ci ilin 12-16 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində savaşıb. Azərbaycan Ordusunun giziri olan Ceyhun Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.
Ceyhun Məmmədov (millət vəkili)
Ceyhun Məmmədov (28 yanvar 1975, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru. == Həyatı == Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1991–1994-cü ildə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. 2002–2012-ci illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin "Dövlət və Din" ictimai fikir toplusunun redaktoru olmuşdur. 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır. 2013–2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur. 2015–2018-ci illərdə AR Prezidentinin Adminstrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
Ceyhun Məmmədov (rektor)
Ceyhun Məmmədov (28 yanvar 1975, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru. == Həyatı == Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1991–1994-cü ildə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. 2002–2012-ci illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin "Dövlət və Din" ictimai fikir toplusunun redaktoru olmuşdur. 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır. 2013–2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur. 2015–2018-ci illərdə AR Prezidentinin Adminstrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
Ceyhun Məmmədov (siyasətçi)
Ceyhun Məmmədov (28 yanvar 1975, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru. == Həyatı == Ceyhun Məmmədov 28 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1991–1994-cü ildə Suriya Ərəb Respublikasındakı Əbu Nur İslam Kompleksində, Dəvət və İrşad İnstitutunda təhsil almışdır. 1994–1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsində İslama dəvət fakültəsində ərəb dili və dinşünaslıq üzrə bakalavr təhsili almışdır. 2000–2002-ci illərdə Xəzər Universitetində Ərəb dili üzrə magistr dərəcəsinə yiyələnmişdir. 1998–2001-ci illərdə İrşad İslam Araşdırmaları mərkəzində tərcüməçi, 2001–2002-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Qarabağ bölgəsi üzrə baş mütəxəsis kimi çalışmışdır. 2002–2012-ci illərdə Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhsil şöbəsinin müdiri olmuş, həmçinin "Dövlət və Din" ictimai fikir toplusunun redaktoru olmuşdur. 2012–2013-cü illərdə Avrasiya Tərcümə Mərkəzində tərcüməçi kimi çalışmışdır. 2013–2014-cü illərdə AMEA-nın Şərqşünaslıq institutunda Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi olmuşdur. 2015–2018-ci illərdə AR Prezidentinin Adminstrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışmışdır.
Ceyhun Məmmədov (əsgər)
Ceyhun Qafar oğlu Məmmədov (20 oktyabr 1996, Qaraxanlı, Ağcabədi rayonu – 25 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ (MAXE) əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Məmmədov 20 oktyabr 1996-cı ildə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olmuşdur. 2004–2014-cü illərdə Ağcabədi rayon Qaraxanlı kənd tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Ceyhun Məmmədov 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Ceyhun Məmmədov hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2018-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Beyləqan rayonunda yerləşən minaatan korpusda xidmət etmiş, minaatan kursunu keçmiş və minaatan vəzifəsinə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində minaatan olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

Значение слова в других словарях

одио́зный оттушёвка подтру́нивание теле́жница хамле́т этногеогра́фия восторжествова́ть каля́кать натру́живать похва́льность тя́панье щади́ться alms-deed cryptocrystalline dactylic performing simulcast thiophos tyrosine washing-house железно звукоподражательный посолить проредить шапочка