CEYRAN

I
сущ. джейран:
1. парнокопытное животное рода газелей; лань, небольшая антилопа. Ürkək ceyran пугливый (робкий) джейран, ceyran sürüsü стадо джейранов, ceyran ovu охота на джейранов, ceyran oylağı место, где обитают стадами джейраны; ceyranı ürkütmək вспугнуть джейрана
2. в эпитетах: о красавице, об очень красивой девушке и молодой женщине. Ceyran (kimi) qız девушка, подобная джейрану (о красавице), alagöz (qaragöz) ceyran голубоглазая (черноглазая) джейран, ceyran kimi qamətli стройная, как джейран
II
прил.
1. джейраний (принадлежащий джейрану). Ceyran izləri джейраньи следы, ceyran dırnaqları джейраньи копыта, ceyran əti джейранье мясо
2. джейрановый (приготовленный из джейраньего мяса). Ceyran kababı шашлык из джейраньего мяса, джейрановый шашлык
◊ gözləri elə bil ceyran gözüdür глаза как у джейрана, ceyran südü шутл. о водке (обычно о самогоне); ceyranın belinə çıxıb о чём-л. очень дефицитном, не имеющемся в достаточном количестве
CEY
CEYRANBAXIŞLI
OBASTAN VİKİ
Ceyran Bayramova
Ceyran Şirin qızı Bayramova (22 mart 1896, Zərqava, Quba qəzası – 22 dekabr 1987, Bakı) — Azərbaycanda qadın hərəkatının veteranı. Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmışdır, iki dəfə Lenin ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. == Bioqrafiya == 22 mart 1896-cı ildə Quba rayonunun Zərqava kəndində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub. Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərb. qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır. 1930-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır.
Ceyran Haşımova
Haşımova Ceyran Əsəd qızı — tarzən, Azərbaycanın xalq artisti. == Həyatı == Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur.
Ceyran Mahmudova
Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri. == Həyatı == Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. Bəstəkar Emin Sabitoğlunun qızıdır. Görkəmli dramaturq Sabit Rəhmanın nəvəsidir.
Aşağı Ceyran (Marağa)
Aşağı Ceyran (fars. جيران سفلي‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (21 ailə).
Aşağı Ceyran (Urmiya)
Aşağı Ceyran (fars. جيران سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 58 nəfər yaşayır (15 ailə).
Ceyran
Qara Quyruqlu Ceyran və ya Ceyran (lat. Gazella subgutturosa) — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Bədəninin uzunluğu 95-115 sm, süysünün hündürlüyü 60-75 sm, kütləsi 18-33 kq-dır. == Ümumi xarakteristikası və görünüşü == Çox yüngül qamətli bədən quruluşu olan heyvandır. Buynuzları lira şəklində əyilmiş, qara rəngdədir, əsasından az və ya çox dərəcədə paralel, zirvəyə doğru içəri əyilmişdir. Hamar zirvələrindən başqa, buynuz örtüklərinin səthi demək olar ki, hər yerdə aydın şəkildə nəzərə çarpan və bir – birindən ayrılan köndələn halqalarla örtülmüşdür. Əsaslarda (buynuzların alın sümüyünün qovuşduğu yer) buynuzların köndələn qovuşması uzununa ovaldır. Buynuzlar təkcə erkəklərdə deyil,nadir hallarda dişilərdə də müşahidə edilir. Rəngi müxtəlif çalarlı, qonura çalan, bəzən də qum rəngində olur. Qarnının və yanlarının altı, eləcə də, ayaqlarının uc tərəfləri ağdır.
Ceyran (Bicar)
Ceyran (fars. جيران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Ceyran (dəqiqləşdirmə)
Ceyran — antiloplar cinsinə aid cütdırnaqlı məməli heyvan. Ceyran (ad) — qadın adı. Aşağı Ceyran (Marağa) — Marağada kənd.
Ceyran Axundova
Ceyran Allahyar qızı Axundova (d. 15 avqust 1959; Şabran, Azərbaycan) — ictimai xadim, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi. == Həyatı == Ceyran Axundova 1959-cu il 15 avqustda Şabran rayonunda (dövrünün Dəvəçi rayonu) anadan olub. Ceyran Axundova 1978-1981-ci illərdə Nadejda Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumunda orta ixtisas, 1981-1987-ci illərdə isə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetində ali ixtisas təhsili alıb. Ceyran Axundova ailəlidir; Əbdülməcid (d. 1993 - ö. 2016) və Elçin (d. 1992) adında iki oğul övladı var. == Fəaliyyəti == 1990-1996-cı illərdə Səməd Vurğun adına Mərkəzi Kitabxanada müxtəlif vəzifələrdə çalışan Ceyran Axundova 1996-cı ildə Kitabişləmə və Komplektləşdirmə şöbəsinin müdiri vəzifəsində olub. 2007-ci ildən Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsdə məsləhətçisi vəzifəsində çalışır.
Ceyran Əliyeva
Ceyran Əliyeva — azərbaycanlı voleybolçu, Azərbaycan milli komandasının və Bakının "Azəryol" klubunun oyunçusu. Libero kimi oynayır. == Bioqrafiya == 1995-ci il yanvarın 3-də Bakıda anadan olan Ceyran Əliyeva ilk dəfə məşqçi Tatyana Semyonovna Korjovanın rəhbərliyi ilə Bakının Əhmədli kənd idman məktəbində voleybolla məşğul olmağa başlayıb. Voleybolçunun kumiri Azərbaycanın ən yaxşı voleybolçularından biri Valeriya Məmmədovadır. == Klub karyerası == 2013 – 2014 – Azərreyl 2014-cü ildən - "Azəryol" == Azərbaycan milli komandası == 2010-cu ildən Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının rənglərini qoruyub. O, 2014-cü ilin avqustunda əsas milli komandaya cəlb olunub. Azərbaycan milli komandasının tərkibində 2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında iştirak edib.
Yuxarı Ceyran (Marağa)
Yuxarı Ceyran - İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 48 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (25 ailə).
Yuxarı Ceyran (Urmiya)
Yuxarı Ceyran (fars. جيران عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (51 ailə).
Abşeron Ceyranbatan Peşə Liseyi
Acınohur-Ceyrançöl öndağlığı fiziki-coğrafi rayonu
Acınohur-Ceyrançöl öndağlığı fiziki-coğrafi rayonu — rayon ərazisi Qərbdə Gürcüstan Respublikası sərhəddindən başlayıb, şərqdə Ağsuçaya kimi davam edir. Şimalda Alazan - Əyriçay çökəkliyi, cənubda Kür-Araz ovalığı ilə əhatə olunur. Relyefin mütləq yüksəkliyi 200 m-lə 700–1000 m arasında dəyişib, asimmetrik quruluşlu alçaqdağ tirələrindən və onların arasında qalan sinklinal quruluşlu çökəkliklərdən və yüksək düzənliklərdən ibarətdir. Dağlığın dik, cənub yamaclarında arid- denudasiya prosesləri əsas relyefəmələgətirici proses olub, onun yaratdığı bedlend, gilli karst və yarğanlar geniş inkişaf etmişdir. Ərazidə yerüstü şirinsu ehtiyatı az olub, başlıca olaraq ərazini kəsən tranzit çaylardan ibarətdir. Rayon ərazisi yüksək aridliyi ilə xarakterik olub, relyefin müxtəlif yüksəkliklərində yarımsəhra, kserofit kollu quruçöl, seyrək arid - meşə landşaftları bir - birini əvəz edir (Müseyibov, Süleymanov, 1978, Mikayılov,1982). Acınohur- Ceyrançöl fiziki- coğrafi rayonu ərazisindən bilavasitə qış və payız otlaqları kimi geniş istifadə olunur, respublikamızda qoyunçuluğun inkişafında mühüm əhəmiyyəti vardır. Acınohur öndağlığında həmçinin taxılçılıq və üzümçülük inkişaf etmişdir. == Dövlət qoruqları == Acınohur öndağlığı ərazisində landşaftları mühafizə məqsədilə əsasən Ağdaş və Yevlax rayonları ərazisində Axar-Baxar silsiləsinin Türyançay və Əlicançay çayları arasında yerləşən hissəsinin cənub yamacında Türyançay dövlət qoruğu yaradılmışdır. Qoruqda arid seyrək meşə- kol bitkiliyi və bura üçün xarakter olan fauna kompleksi qorunur.
Ceyranbatan
Ceyranbatan — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Ceyranbatan su anbarının kənarında salınmışdır (1959). Adını eyniadlı göldən almışdır. == Əhalisi == Əhalinin sayı 5900 nəfərdir. == Təhsil == Qəsəbədə Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbi fəaliyyət göstərir.
Ceyranbatan bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ceyranbatan qəsəbəsi
Ceyranbatan — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Ceyranbatan su anbarının kənarında salınmışdır (1959). Adını eyniadlı göldən almışdır. == Əhalisi == Əhalinin sayı 5900 nəfərdir. == Təhsil == Qəsəbədə Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbi fəaliyyət göstərir.
Ceyranbatan su anbarı
Ceyranbatan su anbarı — Bakı və Sumqayıt şəhərlərində içməli və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq 1955-ci ildə yaradılmışdır. Su anbarının sututumu 186 mln m³, faydalı həcmi 150 mln. m³-dur. Anbarın uzunluğu 8,74 km, maksimum eni 2,15 km, sahil xəttinin uzunluğu 23,3 km, maksimum dərinliyi 28,5 metr, ölü həcmi səviyyəsində isə 14,5 metrdir, su güzgüsünün sahəsi 1389 hektar təşkil edir. Qidalanma mənbəyi Samurçay, Vəlvələçay və Qudyalçay çaylarından su götürən Samur-Abşeron kanalıdır. Ceyranbatan su anbarı içməli su mənbəyi olduğuna görə, 1960-cı ildə onun ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası yaradılmışdır. 2001-ci ildə Ceyranbatan su anbarının 1-ci sanitar-mühafizə zonası genişləndirilərək hasara alınmışdır. Eyni zamanda, Ceyranbatan su anbarının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq tədbirlər (meşəsalma, sututucu kanallar və s.) həyata keçirlişmişdir. == Tarixi == Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarı və anbarın sahilində tikilmiş sutəmizləyici qurğular kompleksi Abşeron yarımadasının içməli su təchizatında böyük paya malikdir. Anbar ingilis mühəndis Uilyam Lindleyin 1900-cü illərin əvvəlində hazırladığı layihə əsasında yaradılıb.
Ceyranbulağı (Miyanə)
Ceyranbulağı (fars. جيرانبلاغي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkmən bölgəsinin Üçtəpə kəndistanında, Türkmən qəsəbəsindən 6 km cənub-qərbdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 163 nəfər yaşayır (34 ailə).
Ceyrandağ
Ceyrandağ — Şuşa rayonunun ərazisində dağ. Qarqar çayının yaxınlığında yerləşir. Hündürlüyü 713 m. Zootoponimdir. Dağın adı oradakı meşədə yerləşən Ceyran pirinin adındandır. Rəvayətə görə, bu yerdə ceyran bir uşağa süd verərək onu xilas etmişdir.
Ceyrandərəq (Həştrud)
Ceyrandərəq (fars. جيران دره‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 85 nəfər yaşayır (16 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 27 km qərbdədir.
Ceyrani
Ceyranı (Ceyran balası) — qədim Azərbaycan milli rəqslərindən biridir. == Özəllikləri == Şuşada meydana çıxmışdır. İncə, qəşəng, lirik rəqsdir. Burada ceyranın qəddi-qaməti və hərəkətlərinin mülayimliyi qabarıq göstərilir. Rəqs orta tempdə gedir, əsasən qadınlar tərəfindən ifa olunur. Lakin bəzi rayonlarda, məsələn, Şəkidə onu kişilər də oynayır. Bu rəqs indi də məşhurdur.
Ceyrankeçməz
Ceyrankeçməz — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Qobustan rayonunun Ceyrankeçməz kəndi Dərəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Şıxzahırlı kəndi mərkəz olmaqla, Şıxzahırlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin ərazisi əvvəllər Xilmilli kəndinin qışlaq yeri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir. Kənd adını eyniadlı çaydan almışdır.
Ceyrankeçməzçay
Ceyrankeçməzçay — Şamaxı rayonu, Qobustan rayonu, Abşeron rayonu və Bakının Qaradağ rayonunun ərazisindən axan çay. == Ümumi məlumat == Uzunluğu 100 km, hövzəsinin sahəsi 896 km²-dir. Başlanğıcını Böyük Qafqaz silsiləsinin çənub-şərq qurtaracağından alaraq Səngəçal qəsəbəsi yaxınlığında Xəzər dənizinə tökülür. Heç bir qol qəbul etmir. Çayın axımı əsasən yağış sularından əmələ gəlir. Daimi axara malik deyildir.
Ceyranlar (Urmiya)
Ceyranlar — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Baranduzçay kəndistanında, Urmiya şəhərindən 23 km cənub-şərqdədir.
Ceyranlar düşərgəsi
Ceyranlar düşərgəsi — Qobustanda Kiçikdaş dağı ərazisində arxeoloji abidə. == Arxeoloji tədqiqi == Ceyranlar düşərgəsi - Qobustanda Kiçikdaş dağı ərazisinin düzən sahəsinin şimal-şərq hissəsində üzərində qədim qayaüstü təsvirlər saxlanmış 49, 49a və 49b nömrəli daşların arasında əmələ gəlmiş, sahəsi 12 kv. metrə bərabər kiçik, yarımörtülü sığınacaqda aşkar edilmişdir. 1973-cü ildə "Ceyranlar"da (sığınacağın içində və çölündə olmaqla) 52 kv. m. sahədə arxeoloji qazıntı aparılmışdır. Daş dövrü qalıqlarına sığınacağın içində, orta əsrlərdə sığınacaq və onun ətrafından maldarların qışlaq yeri kimi istifadə etməsi nəticəsində əmələ gəlmiş təbəqənin altında rast gəlinmişdir. Burada mədəni təbəqə səviyyəsində materialın dəniz qumu ilə qarışdığından onun səviyyəsini və qalınlığını müəyyənləşdirmək mümkün olmamışdır. Qazıntı zamanı sığınacağın içərisində 20 sm peyin qatından sonra 50 sm dərinə qədər içərisində orta əsrlərə aid gil qab qırıqları və iki yerdə ocaq qalığı olan çürüntülü torpaq, onun altında 1 m dərinliyə qədər Daş dövrü qalıqlarına malik gil və qum qarışıqlı torpaq qatı aşkar edilmişdir. Düşərgədə 49a №-li qayanın üzərindəki qədim şəkillər 1 m dərinlikdən aşağı getmir.
Ceyranlı
Ceyranlı – Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ceyranlı Dəvəçi rayonunun Əmirxanlı inzibati ərazi vahidində kənd. Əmirxanlı çayının sahilində, Yan silsiləsinin ətəyindədir. Keçmış adı Aşağı Əmirxanlı olmuşdur. Kənd Ceyranotlayan adlı talada salındığı üçün 1965-ci ildən adı dəyişdirilmiş və Ceyranlı kimi rəsmiləşdirilmişdir.
Ceyranlı xalçaları
Ceyranlı xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.).
Ceyranpınar
Ceyranpınar (türk. Ceylanpınar) — Türkiyənin Şanlıurfa ilində rayon və şəhər. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Rəsulayn şəhərinə çevrilmişdir. == İqtisadiyyat == Ceyranpınar rayonunda Türkiyənin ən böyük dövlət istehsal ferması olan Kənd Təsərrüfatı Müəssisələri Ümumi Müdirliyi (KTMÜ) yerləşir. KTMÜ işçilərinin çoxu rayon xalqından təşkil olunmuşdur, ancaq nadir olsa da Türkiyənin qərbindən gələn məmurlar da var. Burada heyvandarlığa əlavə olaraq, buğda, pambıq, noxud, mərcimək, günəbaxan və qarğıdalı becərilir. Bu məhsullar daha çox Türkiyənin qərbinə göndərilərək orada emal olunur və rayona hər hansı bir iqtisadi xeyri yoxdur. KTMÜ daxilində təxminən 1.500 ceyran var. == Əhali == == Nəqliyyat == Ceyranpınar rayonunda yerli bələdiyyəyə aid avtobus firmaları və hər saat Şanlıurfaya hərəkət edən mikroavtobuslar xidmət göstərir. Rayon ərazisində dəmiryolu nəqliyyatı da mövcuddur.
Ceyrançöl
Ceyrançöl — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. == Coğrafiyası və iqlimi == Acınohur alçaq dağlığı ( 1000 m-ə qədər), ən alçaq hissəsi isə Xəzərin sahilləridir (-27 m). Vilayətdə Gəncə-Qazax, Qarabağ, Şirvan, Muğan, Mil, Salyan, Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, Gəyən və s.) düzləri yerləşir. Kaynozoy yaşlı (xüsusilə, Dördüncü dövr) çöküntülər üstünlük təşkil edir. Vilayət neft, təbii qaz, müxtəlif tikinti materialları ehtiyatlarına malikdir. Dünyada yeganə müalicə nefti də burada (Naftalanda) yerləşir. === Ceyrançöl-Acınohur === Ceyrançöl-Acınohur ön dağlığı yarımvilayəti Kür çökəkliyinin şimal hissəsindədir. Bura Alazan-Həftəran vadisindən cənubda yerləşən Ceyrançöl, Acınohur ön dağlıqları, Kür çökəkliyinin şimal-şərq kənarlarını təşkil edən Ləngəbiz-Ələt ön dağlığı və s. daxildir. Relyefi, əsasən, antiklinal və singlinal qırışıqlara uyğun gələn silsilə, tirə və yüksəkliklərdən, onların arasındakı dərə və çökəkliklərdən ibarətdir.
Ceyrançöl (1974)
Ceyrançöl (dəqiqləşdirmə)
Ceyrançöl — Azərbaycanın Tovuz rayonunda qəsəbə. Orta Ceyrançöl — Azərbaycanın Tovuz rayonunda kənd.

Digər lüğətlərdə

ли́па ожесточённый пересу́чиваться рекурсио́нный электротова́ры гельминто́лог не спуска́ть с глаз оркестрова́ть распластова́ть спряга́ть струсить бакулить кшеник рокот blue bear cuisine electronic media ring-wall special order sputter swam мрачнеть плагиат подмахивать тетёрка