CHALLENGER

n 1. yarışa çağıran; meydan oxuyan; 2. iddiaçı, iddia edən, tələbkar, tələb edən; 3. etiraz edən

CHALLENGEABLE
CHAMBER
OBASTAN VİKİ
Challenger 2
Challenger 2 Britaniya istehsalı Əsas döyüş tankı. Bu, çox qüdrətli tankdır. Challenger 2 tankı Chobham zirehi ilə təchiz olunub və dünyanın ən mükəmməl qorunan texnikalarından sayılır. Onun ekipajı yüngül çaplı silahlardan atılan atəşlərdən tam təhlükəsizdirlər. 120 mm topuyüksək sərrastlıqla 5 kilometrədək hədəfi vurur. Dünyada uzaq məsafədən tank-tank vurmasına görə rekord Challenger 2-yə məxsusdur. Mühərriki və sürəti başqa Qərb modelləri ilə müqayisədə nisbətən zəifdir. Amma mexaniki sazlığına söz ola bilməz. Hazırda Britaniya ordusunda 386, Oman ordusunda 38 belə tank var.
Challenger Kosmik Gəmisi
«Çellencer» (ing. Challenger; mənası – «Meydan oxuyan») — NASA-nın istifadə etdiyi ikinci şattl. İlk uçuşunu 4 aprel 1983-cü ildə etmişdir. Yerin orbitində doqquz əlavə uçuş etmişdir. 28 yanvar 1986-cı ildə (10-cu və son uçuşu) qalxışdan 73 saniyə sonra partladı və beş peşəkar kosmonavt və iki müəllimdən ibarət yeddi ekipaj üzvü həlak oldu. «Çellencer» fəlakətindən sonra altı il NASA, «İndevor» adlı yeni şattlı istifadə etməyə başladı.
Challenger Kosmik Gəmisi Qəzası
Challenger Kosmik Gəmi qəzası, 28 yanvar 1986-cı ildə raketin qalxmasından 73 saniyə sonra partlayış baş verməsi ilə baş verən qəzadır. Qəza nəticəsində 7 astronavt həyatını itirmişdir. Partlayış yanacaq sızması səbəbindən olmuşdur. == Qəzanın səbəbi == Challenger Kosmik Gəmisinin qalxışının həyata keçəcəyi gündən əvvəlki gün gecə havanın temperaturu olduqca aşağı düşdü və bəzi mühəndislər qalxışın ləğv edilməsi istiqamətində fikirlər bildirmişdirlər lakin buna baxmayaraq, qalxış NASA tərəfindən təsdiq edilmişdir və kosmik gəminin qatı yanacaq çənlərinin hissəsi olan təhlükəsizlik kəmərlərinə soyuq səbəbindən zərər dəydiyi üçün öz funksiyalarını yerinə yetirə bilmədilər və uçuşun 73-cü saniyəsində gəmidə partlayış baş verdi. Partlayış gəminin Yer səthindən 48.000 fut (15 km) yüksəklikdə olduğu zaman baş verdi.
Nausithoe challengeri
Nausithoe challengeri (lat. Nausithoe challengeri) — nausithoe cinsinə aid heyvan növü.