CİDA

is. Sivri dəmir ucluqlu, dəlici qədim silah; mizraq. Cidanı çuvalda gizlətmək olmaz. ( Ata. sözü ).
Koroğlu qayıtmaz, tufan saçmasa; Cida işlətməsə, qılınc çaxmasa. Koroğlu”.

□ Cida boyu – ölçü bildirir (adətən, gün, günəş sözləri ilə deyilir).
[İntelligentin anası:] [Oğlum] gün iki cida boyu qalxmamış, üstünə diri ilan salasan, yerindən tərpənməz. Qantəmir.
[Pəri cadu:] Əgər gün bir cida boyu qalxınca burada olmasa, sənin ətini öz anana yedirdəcəyəm. Ə.Haqverdiyev.
Günəş bir cida boyda ucalanda uzaqda balaca bir qaraltı göründü. P.Makulu.

◊ Cidanın ucu çuvaldan çıxır – bax xoruzun quyruğu görünür (“xoruz”da).

Sinonimlər (yaxın mənalı sözlər)

  • CİDA cida bax nizə
  • CİDA mizraq — süngi

Etimologiya

  • CİDA Monqolca “nizə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
CİCİ-BACILIQ
CİDA₂

Digər lüğətlərdə