CİDDİLƏŞMƏK

f.
1. Ciddi görkəm almaq, ciddi şəkil almaq, ciddi tövr almaq.
– Nəhayət, studentin siması qayət ciddiləşdi; xanıma baxmayaraq otağının qapısını açdı… Çəmənzəminli.
Sədrin üzü ciddiləşdi. İ.Əfəndiyev.
Qardaşı oğlunun gözlərində təşviş və həyəcan oxuyanda istər-istəməz Sultanın da sifəti ciddiləşdi. İ.Hüseynov.

2. Güclənmək, şiddətlənmək, gərginləşmək, ciddi şəkil almaq. Mübahisə getdikcə ciddiləşdi.
– Məsələ ciddiləşmişdi, xalq həyəcanda idi. S.Hüseyn.
Ceyran müəllimənin sinfində dərslər ciddiləşir(di)… S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CİDDİLƏŞMƏK təmkinləşmək — zabitəliləşmək
  • CİDDİLƏŞMƏK sərtləşmək — təmkinləşmək — bərkləşmək
  • CİDDİLƏŞMƏK səyləşmək — qeyrətlənmək

Antonimlər (əks mənalı sözlər)

  • CİDDİLƏŞMƏK CİDDİLƏŞMƏK – MÜLAYİMLƏŞMƏK Aslanın sifəti ciddiləşdi, dərin fikrə getdi (S.Vəliyev); Sonra o bir qədər mülayimləşərək: Əziz, sən mənim yanıma xəstə g
CİDDİLƏŞMƏ
CİDDİLİK

Digər lüğətlərdə

гли́нистый гусёк краснозём обка́танный осташи́ позыва́ть пусто́ты сплоче́ние упо́рно неопределённость повиснуть на шею подно́с рья́но пляжка bottled hand-vice massivity positional roadnet spatulate wash-tub неработоспособный подгнить разобщение судостроение