CİHAZ

is. [ ər. ]
1. Hər hansı bir işi görmək üçün alət, aparat, mexanizm. Çəki cihazları. Optik cihaz. İsidici cihaz.
– Bunların əlində ov tüfəngi deyil, cürbəcür ölçü alətləri və cihazları vardı. M.Rzaquluzadə.
Masaların üstündə çoxlu dəmir və şüşə cihaz, boru və sairə görünürdü. M.Süleymanov.

// Bir neçə əşyadan, hissədən ibarət alət, ləvazimat, komplekt. Yazı cihazı. Üzqırxan cihaz. Süfrə cihazı (qab-qacaq, çəngəl-bıçaq, qaşıq və s.).
2. fiziol. Orqanizmdə müəyyən vəzifə ifa edən orqanlar. Həzm cihazı.
3. köhn. Cehiz.
Böyükxanım … sandıqları açıb öz atasından gətirmiş cihazlarını töküb, hansı Münəvvər xanıma layiq isə ayırıb, bir tərəfə qoyurdu. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CİHAZ alət
  • CİHAZ təchizat — ləvazimat
CİHAD
CİHAZQAYIRAN

Digər lüğətlərdə