CİLA

is. [ ər. ] İşığı əks etdirəcək dərəcədə parıltılı olmaq üçün əşyanın üzərinə çəkilən maddə və bu maddə ilə əşyaya verilən parlaqlıq; ümumiyyətlə, parıltı, parlaqlıq.
Nə gözəl sürmədən cila gətirdi; Döndü bir afəti-cana gözlərin. M.P.Vaqif.
Yüz il gər hicr çəksə, qəlbi-aşiqdən səfa getməz; Tila xak içrə qalmaqçın vücudundan cila getməz. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CİLA pardaq — parıltı — işıltı — sığal
CİL
CİLAÇI

Digər lüğətlərdə