CİM

is. [ ər. ] Ərəb əlifbasında “ ” şəklində yazılan hərfin adı.
◊ “Cim”in yanına “rey” qoymaq zar. – qaçmaq, dabanına tüpürmək, daban almaq.
CİLVƏLİ
CİN₂
OBASTAN VİKİ
Cim Abrahams
Cim Abrahams (ing. Jim Abrahams; 10 may 1944, Şorvud[d], Viskonsin) — ABŞ kinorejissoru və ssenaristi. O, əsasən Deyvid və Cerri Zuker qardaşları ilə komediya və parodiya janrında işləmişdir. Müstəqil olaraq "Böyük biznes" (1988) filminə rejissor kimi rəhbərlik etmişdir. O, həmçinin "Təyyarə!" (1980), "Tamamilə məxfi" (1984), "Qaynar başlar" (1991) və s. filmləri çəkmişdir.
Cim Batler
Cim Batler (15 fevral 1971) — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi. == Karyerası == Cim Batler Birləşmiş Ştatları 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Cim Batler Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Cim Cons
Cim Cons (ing. James Warren Jones; 13 may 1931 – 18 noyabr 1978, Corctaun[d]) — Keşiş, Xalqlar məbədi dini cərəyanının qurucusu. == Erkən illər == 1931-ci il mayın 31-də dünyaya gələn Cons doğulduğu gündən etibarən anormal bir həyatın baş rol oyunçusuna çevrilib. Consun anası Lunatta Patnam oğlunun Məsih olduğuna inanırdı. I dünya müharibəsi əlili olan atası Ceyms Törman Ku Kluks Klan adlı gizli təşkilatın üzvü olub. Xəyallar görən ananın və içki düşkünü olan atanın övladı olan Consun zəhərli zehninin təməllləri bu dövrdə qoyulub. Səfalət içərisində yaşayan, ailəsinin belə diqqətindən məhrum qalan Cons içərisindəki boşluğu doldurmaq üçün dinə yönəlib. Həmyaşıdları qəribə bir uşaq olduğu üçün ondan uzaq gəzirdilər. Consun tərbiyəsində qonşuların da böyük rolu olub ki, onlar Əllincilər kilsə üzvləri idi. Cons yalnızlığını pərdələmək üçün hələ 10 yaşında olarkən qonşularla bərabər kilsəyə gedir, İncil oxuyurdu.
Cim Heyni
Cim Heyni (ing. Jim Haynie; 6 fevral 1940, ABŞ) — ABŞ aktyorudur. Cim Heyni Meqqi Kozi ilə ailə həyatı qurmuş və ondan dörd övladı dünyaya gəlmişdi.
Cim Kamminqs
Ceyms Cona (Cim) Kamminqs (ing. James Jonah «Jim» Cummings; 3 noyabr 1952) — ABŞ səs aktyoru. Filmoqrafiyasında 500-dən çox layihəsi var. İki Enni mükafatının qalibi, iki dəfə Emmi mükafatına namizəd. "Vinni-Puxun Yeni macəraları"ndan (1988–1991) bəri əksər "Disney" layihələrində Vinni-Pux və Tiggerin səs aktyoru olmuşdur. O, "Ələddin ", "Kral şir", "Pokahontas", "Balto", "Anastasiya", "Şrek", "Qnomeo və Cülyetta" kimi tammetrajlı cizgi filmlərinin işində iştirak etmişdir. == Həyatı == Kamminqs Nyu-Orleana köçdükdən sonra karnaval kortejlərini boyamış, çay estakadasında işləmiş və yerli rok qrupunda ifa etmişdir. O, evləndikdən sonra Kaliforniyanın Anahaym şəhərinə köçmüş, 1980-ci illərin əvvəllərində burada bir video mağazası işlətmişdir. 1984-cü ilin sonlarında səs aktyoru kimi debüt etmişdir. Kamminqin 2011-ci ildə boşandığı Stefani Kamminqsdən iki qızı var.
Cim Keri
Ceyms Eygin "Cim" Kerri (17 yanvar 1962-ci il) - Kanadalı aktyor, komediya ustası və prodüser. Cim 3 dəfə Qızıl Qlobus mükafatına layiq görülüb. Hollivudun ən böyük və tanınmış ulduzlarından biridir. == Həyatı == Cim Kerri Nyumarket, Ontario, Kanadada anadan olmuşdur. Özündən böyük iki bacısı və bir qardaşı var. Əqidəcə katolik xristiandır. Ana tərəfdən fransız, irland, şotland və ata tərəfdən Kanadalı fransızdır. == Kariyerası == İlk çıxışını "In Living Color" isimli bir tv şousunda etdi. Etdiyi qeyri-adi hərəkətlər və üz mimikaları ona erkən uğur gətirmişdi. 1994-cü ildə çəkildiyi Maska filmi isə ona dünya şöhrəti gətirdi.
Cim Kerri
Ceyms Eygin "Cim" Kerri (17 yanvar 1962-ci il) - Kanadalı aktyor, komediya ustası və prodüser. Cim 3 dəfə Qızıl Qlobus mükafatına layiq görülüb. Hollivudun ən böyük və tanınmış ulduzlarından biridir. == Həyatı == Cim Kerri Nyumarket, Ontario, Kanadada anadan olmuşdur. Özündən böyük iki bacısı və bir qardaşı var. Əqidəcə katolik xristiandır. Ana tərəfdən fransız, irland, şotland və ata tərəfdən Kanadalı fransızdır. == Kariyerası == İlk çıxışını "In Living Color" isimli bir tv şousunda etdi. Etdiyi qeyri-adi hərəkətlər və üz mimikaları ona erkən uğur gətirmişdi. 1994-cü ildə çəkildiyi Maska filmi isə ona dünya şöhrəti gətirdi.
Cim Morrison
Cim Morrison (ing. James Douglas Morrison; 8 dekabr 1943[…], Melburn, Florida[…] – 3 iyul 1971[…], Paris) — Amerikalı musiqiçi və bəstəkar, The Doors qrupunun bəstəkarı və solisti. Morrison, öz tipik səsi ilə, şəxsi səhnə fiqurunun xüsusiyyətiylə və öz poetik yaradıcılığıyla rok musiqisinin ən cazibəli frontmenlərindən hesab edilir. Pərəstişkarları ona Lizard King (Kərtənkələlərin kralı) ləqəbini vermişdir. "Rolling Stone" jurnalı bütün dövrlərin ən böyük 100 ifaçısı siyahısına onu da daxil etmişdir. == Həyatı == Cim Morrison Florida ştatının Melburn şəhərində, gələcək admiral Corc Stiven Morrison (1919–2008) və Klara Morrisonun (qızlıq soyadı Klark, 1916–2005) ailəsində doğulmuşdur. Şotlandiyada yaşayan atası Corc Stiven Morrison və anası Klara Morrison 1942-ci ildə Havay adasında tanış olurlar. 1943-cü ildə Klara Morrison hamilə qalır Floridaya qayınlarının yanına köçür. Bu zaman Stiven Morrison hərbi xidmətdə pilotluq təhsili alırdı. 1944-cü ildə təhsilini tamamladıqdan sonra Stiven İkinci dünya müharibəsi üçün Sakit okeana yollanır (Daha sonradan rütbəsi yüksəldilir və böyük bir admiral gəmisi idarə edir).
Cim Personz
Cim Personz (ing. Jim Parsons; 24 mart 1973) — Amerika aktyoru, film rejissoru, prodüsser. "Böyük partlayış nəzəriyyəsi" serialında oynadığı Şeldon Kuper rolu ilə məşhurlaşmış və bu rolu sayəsində o, Emmi, Qızıl Qlobus mükafatlarını qazanmışdır.
Cim Torp
Cim Torpe (tam adı: Ceyms Frensis Torpe; 28 may 1888 – 28 mart 1953) — Amerikalı idmançı, müasir idman dünyasının çox istiqamətli atletlərindən biri sayılır. Olimpiadalarda "pentatlon" ve "dekatlon" (atletizmdə müsabiqə növləri) üzrə qızıl medal sahibi, eyni zamanda amerikan futbolunda kollec və peşəkar liqalarda ulduz oyunçu, Amerika milli beysbol liqasında oyunçu və basketbolda karyerası olan bir idmançıdır. Olimpiadalarda yarışmadan əvvəl ikinci beysbol liqasında iki mövsüm peşəkar olaraq oynadığı ortaya çıxanda həvəskar müsabiqə qaydalarına zidd olması səbəbindən medallarını itirmişdir. Ancaq ölümündən otuz il sonra 1983-cü ildə bu medallar ona təkrar verilmişdir. == İstinadlar == == Ədəbiyyat == The Best of the Athletic Boys: The White Man's Impact on Jim Thorpe, Jack Newcombe, 1975. Jim Thorpe, the Legend Remembered, Rosemary Kissinger Updyke, 1997 In the Matter of Jacobus Franciscus Thorpe, The 1912 Olympic Games - Results for All Competitors in All Events, with Commentary içinde, Bill Mallon and Ture Widlund, 2002. The Complete Book of the Summer Olympics (Sydney 2000 Edition) David Wallechinsky, 2000. Jim Thorpe: The World's Greatest Athlete Robert W. Wheeler, 2003 History Detectives: The Jim Thorpe Ticket PBS, 2005. == Həmçinin bax == Amerika futbolu Beysbol Atletika == Xarici keçidlər == Why Are Jim Thorpe's Olympic Records Still Not ...
Cim Torpe
Cim Torpe (tam adı: Ceyms Frensis Torpe; 28 may 1888 – 28 mart 1953) — Amerikalı idmançı, müasir idman dünyasının çox istiqamətli atletlərindən biri sayılır. Olimpiadalarda "pentatlon" ve "dekatlon" (atletizmdə müsabiqə növləri) üzrə qızıl medal sahibi, eyni zamanda amerikan futbolunda kollec və peşəkar liqalarda ulduz oyunçu, Amerika milli beysbol liqasında oyunçu və basketbolda karyerası olan bir idmançıdır. Olimpiadalarda yarışmadan əvvəl ikinci beysbol liqasında iki mövsüm peşəkar olaraq oynadığı ortaya çıxanda həvəskar müsabiqə qaydalarına zidd olması səbəbindən medallarını itirmişdir. Ancaq ölümündən otuz il sonra 1983-cü ildə bu medallar ona təkrar verilmişdir. == İstinadlar == == Ədəbiyyat == The Best of the Athletic Boys: The White Man's Impact on Jim Thorpe, Jack Newcombe, 1975. Jim Thorpe, the Legend Remembered, Rosemary Kissinger Updyke, 1997 In the Matter of Jacobus Franciscus Thorpe, The 1912 Olympic Games - Results for All Competitors in All Events, with Commentary içinde, Bill Mallon and Ture Widlund, 2002. The Complete Book of the Summer Olympics (Sydney 2000 Edition) David Wallechinsky, 2000. Jim Thorpe: The World's Greatest Athlete Robert W. Wheeler, 2003 History Detectives: The Jim Thorpe Ticket PBS, 2005. == Həmçinin bax == Amerika futbolu Beysbol Atletika == Xarici keçidlər == Why Are Jim Thorpe's Olympic Records Still Not ...
Cim Hokins (obraz)
Ceyms (Cim) Hokins (ing. James (Jim) Hawkins) — Xəzinələr adası romanın əsas qəhrəmanı. Əhvalatlar XVI, XVII və XVIII hissələr istisna olmaqla onun dili ilə danışılır. O, məşhur ingilis dənizçisi Con Hokinslə eyni soyad daşıyır. == Haqqında == Cim 16–17 yaşlı yeniyetmədir. Məhz o Billi Bonsun sandığından Xəzinələr adasının xəritəsini tapır. Doktor Livsi və Skvayr Treloninin dostudur. Onun sayəsində xainlərin kim olduğu aşkar olur. O, Xəzinələr adasında üç il təkbaşına yaşamış Ben Qannı tapır. Con Silverə qarşı mübarizədə fəal iştirak edir və İsrael Hendsi öldürür.
Cim Krou qanunları
Jim Crow qanunları (ing: Jim Crow laws), 19-20-ci əsrlərdə ABŞ-nin cənub əyalətlərində çıxarılan ayrı-seçkilikçi yerli qanunlar idi. Qanunlar, ABŞ-nin yenidən qurulması dövründə zəncilərin əldə etdiyi siyasi və iqtisadi qazanclarına qarşı qəbul edilmişdir. Qanunlar afroamerikalılar və ağların ictimai və siyasi həyatda ayrı qurumlardan istifadə etmələri üçün nəzərdə tutulmuşdu və “ayrı, lakin bərabər” (İngiliscə: separate but equal) hüquq doktirini ilə əsaslandırılmışdı. Dəmir yollarında və tramvaylarda irqi-ayrıseçkiliyi qəbul edən ilk qanun 1875-ci ildə Tennesseedə qəbul edildi və daha sonra bütün Cənub əyalətlərində dəmir yollarında irqi ayrı-seçkilik tətbiq olunmuşdur. Bu qanunları qəbul edən regionlarda “sadəcə ağlar üçün” və “qaralar” lövhələri asılmışdı. Bu iş o qədər geniş yayılmışdı ki, otelləri, teatrları, kitabxanaları, liftləri və məktəbləri də əhatə etməyə başlamışdır. Amerika Birləşmiş Ştatları Ali Məhkəməsi 1954-cü ildə dövlət məktəblərində irqi-ayrıseçkiliyi Brown v. Board of Education davasında konstitusiyaya zidd olduğunu bildirmişdir. Brown v. Tərəfindən dövlət məktəblərində irqi ayrı-seçkilik elan etdi.
Astragalus cimae
Astragalus cimae (lat. Astragalus cimae) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Bulbophyllum cimicinum
Bulbophyllum cimicinum (lat. Bulbophyllum cimicinum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum cimicinum növü Papua-Yeni Qvineyadan Bismark arxipelaqına qədər yayılmışdır. == Sinonim == Epicranthes cimicina (J.J.Verm.) Garay & W.Kittr.
Cimahi
Cimahi (sunda yazısı. ᮎᮤᮙᮠᮤ) — Qərbi Yava əyaləti Bandunq şəhərinin qərbində, Böyük Bandunq Metropoliti ərazisində yerləşən şəhər. Şəhər əsas tekstil istehsalçısıdır və bir neçə hərbi təlim mərkəzinə ev sahibliyi edir. == Coğrafiya == Cimahi Cakartanın 180 km cənub-şərqində yerləşir, Bandunq və Qərbi Bandunq recensinin arasında yerləşir. Cimahi üç rayondan ibarətdir və bu da on beş kəndə bölünür. Ən aşağı hündürlüyü dəniz səviyyəsindən 685 metr yuxarıdadır və Citarum çayına yönəlir. Onun ən yüksək məsafəsi dəniz səviyyəsindən 1,040 metr (Tanqkuban Perahuand Buranqranq dağı yamacının bir hissəsidir). Cimahi çayı şəhər boyunca axır.Cimahidə Cikuda və Cisontok adlı iki bulaqlar var. == Tarix == Cimahi adı şəhərdən axan Cimahi çayından götürmüşdür. Söz Sunda dilindən "kifayət qədər su" deməkdir.
Cimbo
Cimbo Ueyls
Cimcilbanq
Cimcilbanq — ənənəvi Koreya saunası. Qaynar və quru olub ənənəvi olaraq şam ağacının da istifadə edildiyi və daşdan hazırlanan dairəvi günbəz formalı buxar sobasının qızdırıldığı saunaya deyilir. Bu, təxminən 50~90 dərəcə arasında olan aşağı temperaturlu saunanın əsas götürüldüyü sağlamlıq müəssisəsidir. Əsasən Cənubi Koreyanın böyük şəhərlərində daha çox rast gəlmək olur və hazırda dünyanın müxtəlif ölkələrində geniş yayılmaqdadır. Əksəriyyəti 24 saat açıq olduğu üçün hətta bəzən qonaqlama yeri olaraq da istifadə olunur. Yaşından, cimcilbanqın yerindən asılı olaraq ödəniş məbləği dəyişir. Gecə günorta saatlarına nisbətən adətən ödəniş daha yüksək olur. Münasib qiymətə qonaqlamaq mümkün olduğu üçün səyahət edən insanlar çox istifadə edirlər və nadir hallarda bir neçə həftə və ya bir neçə ay olaraq uzunmüddətli qonaqlamaq olur. == Tarixi == Cimcilbanqın yorğunluqlarını canlarından çıxarmaq məqsədilə kömür işçiləri üçün yaradıldığına dair fərziyələr də var. İlk dəfə 1994-cü ildə cimcil + banq (otaq deməkdir) birləşməsi kimi istifadə edilmiş, 1995-ci ildən isə bu sözün istifadəsi geniş vüsət almışdır.
Cimcimax
Cimcimax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alazan-Əyriçay çökəkliyindədir. Qax-Zaqatala zonasında cim-cimax/cimcimey sözü "bataqlıq" mənasında işlənir. Kəndin adı onun coğrafi mövqeyi ilə bağlıdır. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq,arıçılıq və maldarlıqdır.
Cimcimli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cimi
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Cimi oyk, sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, kənd XVI əsrdə bir neçə dağ kəndindən köçmüş ailələrin bir yerə cəmləşməsi nəticəsində yaranmış və ərəb dilindəki cəm sözü ilə Cemi adlandırılmışdır. Əslində isə kənd öz adını ərazidəki min. bulaqların adından almışdır. == Coğrafiyası və iqlimi == Azərbaycan Respublikasının Quba rayonunun Qonaqkənd qəsəbəsinin inzibati ərazi vahidində yerləşən bu kənd Cimi çayının (Vəlvələçayın qolu) sahilində, dağətəyi ərazidədir. == Əhalisi == Qədim tarixə malik Cimi kəndinin əhalisini tatlar təşkil edir. Sayları təxminən 1000 nəfərə yaxındır.
Cimi (bulaq)
Cimi — Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının Quba rayonunun Cimi kəndinin ərazisində, Cimi çayının (Vəlvələçayın qolu) mənsəb hissəsində yerləşir. İki isti və bir soyuq mineral bulaqdan ibarətdir. Suyu kükürdlüdür. Yerli əhali isti bulaqlardan müalicə məqsədilə istifadə edir. Cimi "narın, nazik su şırnağı" mənasında işlənmişdir. == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.124.
Cimi Hendriks
Cimi Hendriks (ing. Jimi Hendrix; tam adı Ceyms Marşall Hendriks ing. James Marshall Hendrix, doğum adı Conni Allen Hendriks, ing. Johnny Allen Hendrix; 27 noyabr 1942[…], Sietl, ABŞ – 18 sentyabr 1970[…], Kensinqton) — məşhur Amerika gitaraçısı və müğənnisi. Psixodelik rok, blüz rok, hard rok, eysid rok və heavy metal janrlarında ifa etmişdir.
Cimicifuga
Simisifuqa (lat. Cimicifuga) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu cins insektisid xüsusiyyətlərinə görə belə adlandırılmışdır. Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında bitən bu çoxillik bitkinin təxminən 15 növü məlumdur. Onların 9 növündən yaşıllaşdırmada istifadə olunur. Aşağıdakı növlər gülçülükdə xüsusilə geniş yayılmışdır. Kolşəkilli simisifuqa (C. racemosa) hündürlüyü 240 sm-ə çatan bitkidir. Xırda ağ gülləri salxım çiçək qrupunda toplanmışdır. Bitkinin vətəni ABŞ-nin şərq rayonlarıdır. 1732-ci ildən yaşıllaşdırmada istifadə edilir.

Digər lüğətlərdə

глади́льщик гурма́нка гуся́тник догуля́ться иноплеме́нная кула́га обобщи́ться после́довательно трюи́зм зазу́бренный ислами́ст одёжина разме́точный ста́рше укло́нчивый фугова́льный попел albuminize apposer freesia swore tanadar unbent word-building сатир