CİRƏGÜLÜ

сущ. бот. бедренец (род трав сем. зонтичных, употребляется в пищу в виде салатов и как пряность)
CİRƏ
CİRƏXOR
OBASTAN VİKİ
Cirəgülü
Cirəgülü (lat. Pimpinella) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Adi cirəgülü birillik bitki olub, hündürlüyü 50-60 sm-dir. Gövdəsi düzqalxan, dairəvi, yuxarı tərəfi budaqlanandır. Kökətrafı və gövdənin aşağı hissəsinin yarpaqları uzun saplaqlı, bütöv və dayaz üçpərli, dairəvi-böyrəkşəkilli formalı, kənarları iridişli, orta uzunluqlu saplaqlı, qovuşuq olmaqla kənarları ikiyə bölünmüş, yan seqmenti normal, son seqmenti isə üçpərlidir.Yuxarı yarpaqları 3 və 5-ə bölünmüş dar xətti seqmentlidir. Çiçəkləri kiçik 5 üzvlü, ağ rəngli olub, mürəkkəb çətir çiçək qrupunda formalaşmışdır. Meyvələri müəyyən edilməyən sallaq meyvədir. Yumurtavari və ya tərs armadvari formalı, yan tərəfdən azacıq yastılaşmış, əsası geniş, zirvəsi isə daralmışdır. Zirvəsi beşdişli, kasacığı və dişiciküstü yarılmış vəziyyətdədir. Meyvənin yuxarı tərəfi kələ-kötür, nahamar, xarici tərəfi qabarıq, daxili tərəfi isə yastıdır.
Adi cirəgülü
Adi cirəgülü (lat. Pimpinella anisum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü. == Yayılması == Adi cirəgülünün vətəninin Aralıq dənizi sahilləri və ya Yaxın Şərq olduğunu hesab edilsə də hələ də, onun vətəni dəqiq məlum deyil. Bəzi müəlliflər (Dekandol, Kalestani) isə bu bitkinin yabanı əcdadının Anisum creticum olduğunu hesab edirlər. == Sinonimləri == Anisum odoratum Raf. Anisum officinale DC. Anisum officinarum Moench Anisum vulgare Gaertn. Apium anisum (L.) Crantz Carum anisum (L.) Baill. Ptychotis vargasiana DC. Selinum anisum (L.) E.H.L. Krause Seseli gilliesii Hook. & Arn. Sison anisum (L.) Spreng.
Yabanı cirəgülü
Yabanı cirəgülü (lat. Pimpinella saxifraga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü.
Ətirli cirəgülü
Ətirli cirəgülü (lat. Pimpinella aromatica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü.