CİRİT
CİVAR
OBASTAN VİKİ
Cisim
Cisim — canlı və cansız təbiətə aid olan bütün əşyaların ümumi adı. Təbiətdə olan daş, qaya, ağac, göl, insan və heyvan bədəni, su damcısı, daş, qələm və s. müxtəlif cisimlərdir. Lakin bu cisimlərin bəzilərini insan düzəldir. Bəzi cisimlər isə heç kəs tərəfindən düzəldilmir. Bunlar təbiət cisimləridir. Təbiətdə maddə dörd: bərk, maye, qaz və plazma halında olur. Daş, dəmir, buz və s. maddənin bərk halıdır. Qaz halına misal havanı, təbii qazı, oksigeni və s.
Neptunxarici cisim
Transneptun obyektlər — Transneptun obyektlər (TNO) - Günəş sistemində Neptunun orbitinin xaricində yerləşən hər hansı bir kiçik göy cismidir. Bura OORT buludundakı cisimlər, eləcə də Pluton və digər cisimlər daxildir. OORT buludu Günəşdən 50-100 min a.v. uzaqlığında yerləşən kürə şəklində komet bulududur. Elmə məlum ilk Transneptun obyekt olan Pluton 1930-cu ildə aşkar edilib. Kəşf edildiyi gündən 2006-cı ilədək Günəş sisteminin doqquzuncu planeti hesab edilmişdir. Pluton Günəşdən ən uzaqda olan (orbitin böyük yarım oxu 39.5 a.v. –dir) böyük planet hesab edilirdi. Orbiti olduqca sıxılmış olduğuna görə bəzən o Günəşə Neptundan yaxın yerləşir. Ekliptika ilə əmələ gətirdiyi meyl bucağına və kütləsinin kiçikliyinə görə Planet statusu "əlindən alınmışdır".
Əzgiləbənzər cisim
Əzgiləbənzər cisim ya Epifiz (lat. corpus pineale s. epiphysis cerebri) — beyinin üst artımı olub, daxili sekresiya vəzisidir. Epitalamusun bir hissəsi olan bu vəzinin əsas funksiyası bioloji ritmi tənzimləməklə orqanizmin "saatı" rolunu oynayır. Eyni zamanda timusla birlikdə uşaqlarda cinsiyyət sisteminin inkişafını ləngidir. Melatonin, Serotonin və Adrenoqlomerulotropin hormonlarını sintez edir. == Yerləşmə == Epifiz yuxarıdan aşağıya doğru yastılaşmış oval şəkildə, qırmızı-boz rəngdə, xarici səthi qabarıqlı tək üzvdür; beynin daxilində yarımkürələrin altında orta beyin qapağının yuxarı təpəcikləri üzərində orta xətdə yerləşmişdir. Epifizin enli ucu – əsası önə doğru baxaraq yüyən – lat. habenula adlanan ağ dəstələr vasitəsilə görmə qabarına rəbt olunmuşdur; ensiz ucu – zirvəsi azaddır və arxaya doğru baxır. Əzgiləbənzər cisimin uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4 mm və çəkisi 0,2 q-dır.
Mütləq qara cisim
Mütləq qara cisim – üzərinə düşən ixtiyarı dalğa uzunluğu şüaları tam udan cisim. Mütləq qara cisimin şüalandırdığı işığın enerjisi və spektral tərkibi yalnız onun temperaturu ilə müəyyən edilir və şüalandırıcı maddənin kimyəvi tərkibindən asılı deyil. Bu, mütləq qara cisimin işıq etalonu kimi qəbul edilməsinə səbəb olmuşdur. Təbiətdə mütləq qara cisim yoxdur. Qurum, qara məxmər, deşiyi olan qeyri-şəffaf divarlı içiboş qab və s. praktik olaraq mütləq qara cisim kimi qəbul oluna bilər. Bütün cisimlər kimi mütləq qara cisim də elektromaqnit dalğaları şüalandırır (bax Vin qanunu, Stefan-Boltsman qanunu, Plank qanunu).
Mütləq bərk cisim dinamikası
Mütləq bərk cisim dinamikası — bir-birinə bağlı cisimlər sisteminin xarici qüvvlələrin təsiri altında hərəkətini öyrənir. Fərz edilir ki, cisimlər mütləq bərkdir, yəni onlar tətbiq edilmiş qüvvələrin təsiri altında deformasiya etmir. Beləliklə, belə sistemlərin analizi sistemin konfiqurasiyasını təsvir edən parametrlərin hər bir cismin başlanğıc konfiqurasiyasının irəlliləmə və fırlanma hərkətlərini təsvir edən parametrlərə azadılması ilə sadələşdirilir. Maye, elastik və plastik xassələrə malik cisimlər belə qanunlarla təyin olunmur. Mütləq bərk sistemin dinamikası hərəkət (kinematika) qanunları və Nyutonun ikinci qanununun (kinetika) tətbiqi ilə təsvir olunur. Bu tənliklərinin həlli, ümumi sistemin və eləcə də onun hər bir komponentinin yerini, hərkətini və təcilini zamandan asılı olan funksiya şəklində müəyyən edir. == Tətbiqləri == Robot sistemlərinin analizi üçün Heyvanların, insanların və insana bənzər sistemlərin biomexaniki analizi üçün Kosmik obyektlərin analizi üçün Dinamik əsaslı sensorların, məs. giroskopik sensorların, layihələndirilməsi və inkişafı üçün Video oyunların qrafikasının yaxşılaşdırılması == Həmçinin bax == Klassik mexanika == Ədəbiyyat == E. Leimanis (1965). The General Problem of the Motion of Coupled Rigid Bodies about a Fixed Point. (Springer, New York).
Bərk cisim elektronikasında istifadə edilən məmulatlar
Bərk cisim və ya Qatı — maddənin 4 aqreqat hallarıdan (bərk, maye, qaz, plazma) biridir. Bərk cism başqa aqreqat hallarından öz formasının stabilliyi ilə fərqlənir. Bərk cismin forma stabilliyi onun tərkibində atomlararası əlaqələrin güclü olması, atomların nisbətən taraz vəziyyətdə olmaları və çox zəif titrəyişli hərəkət etmələrinin nəticəsində alınır. Bərk cismlər kristallik və ya amorf hallarına görə fərqlənirlər. Bərk cismlərinin tərkibini və daxili strukturasını öyrənən fizika bölməsi bərk cismlər fizikası adlanır. Bərk cismin xarici təsirlərin və hərəkətin nəticəsində necə dəyişilməsini — bərk cismlərin mexanikası, absolyut bərk cismlərinin hərəkətini — bərk cismlərinin kinematikası adlı elmlər öyrənillər. == Bərk cismlərin texniki xassələri == Bərklik Kütlə Plastiklik Əyilmə möhkəmliyi Sınma möhkəmliyi == Bərk cismlərin elektronikasında istifadə edilən məmulatlar == Bərk cisim elektronikasında istifadə edilən məmulatlar — (tərif) geniş istifadə olunan matreallardan yarımkeçiricilər. === Materialların təsnifatı === Bərk cisim elektronikası (BCE) cihazlarının istehsalında istifadə olunan materiallar 2 qrupa bölünür: əsas (və ya konstruktiv) köməkçi (və ya texnoloji) === Əsas material === Əsas materiala dedikdə birbaşa cihazın konstruksiyasına daxil olan materiallar nəzərdə tutulur. Əsas materilları, öz növbəsində, aşağıdakı qruplara bölmək olar yarımkeçirici materiallar – germanium, silisium, qallium arsenid və s.; legirəedici (aşqarlayıcı) materiallar – yüksək təmizliyə malik ayrı-ayrı elementlər və ya onların xəlitələri; elektrod materialları – qızıl, nikel, kövar, molibden (daxili və xarici) çıxışları düzəltmək üçün); izolyasiya materialları – şüşə keramika, üzvi laklar; mühafizəedici korpus (gövdə) materialları – mis, kovar, polad; antikorrozion örtüklər – xrom, nikel === Materialların sərfiyyat norması === Materialların sərfiyyat norması 1000 ədəd yararlı cihaz hazırlamaq üçün tələb olunan materialın miqdarı ilə müəyyən olunur. Yarımkeçirici materialın seçilməsi, onun təmizliyi və legirə olunma dərəcəsi, istehsalatda onların təkrarlanması cihazların xarakteristikalarına və onların istehsalında yararlı cihazların çıxımına həlledici təsir göstərir.
Bərk cisimlərin nəzəriyyəsi
Bərk cisimlərin nəzəriyyəsi-Bəhram Mehrəli oğlu Əsgərovun sonuncu kitabı .Dərs vəsaiti müəllifin uzun illər Bakı Dövlət Universitetinin fizika fakültəsində və Türkiyənin Hacəttəpə Universitetinin fizika bölümündə oxuduğu mühazirələr əsasında yazılmışdır. Kitab magistrantlar, doktorantlar və bərk cismin termodinamik və kinetik xassələrini tədqiq edən elmi işçilər üçün nəzərdə tutulmuşdur. == Publikasiyaların tarixi == Təqdim olunan bu kitab müəllifin 2001-ci ildə nəşr olunmuş eyni adlı kitabının yenidən işlənilmiş və genişləndirilmiş ikinci nəşridir.Bu nəşrdə elektron və elektron-fonon qarşılıqlı təsirini əhatə edən yeni bölmələr əlavə olunmuş və zona nəzəriyyəsinin əsasları şərh edilmişdir. Elektron-fonon qarşılıqlı təsiri hissəsində keçirici elektronların fononlardan və kristalın başqa defektlərindən səpilməsinə baxılmış, uyğun səpilmə mexanizmləri üçün relaksasiya müddətlərinin açıq şəkli tapılmışdır. Sonda alınmış nəticələr əsasında elektron köçürmə hadisələrinin (kinetik effektlərin) nəzəriyyəsi şərh edilmişdir. == Məzmun == Bərk cisimlərin nəzəriyyəsi ümumi nəzəri fizikanın mühüm bir tərkib hissəsini təşkil edir. İstənilən makroskopik sistem, o cümlədən bərk cisimlər yalnız iki növ stabil zərrəcikdən-nüvələrdən və elektronlardan ibarətdir. Kristallik bərk cisimlər makroskopik sistemlərin xüsusi halıdır. Belə ki, bu halda ağır zərrəciklər olan nüvələr elektronların əhatəsində müəyyən bir qayda ilə fəzada düzülərək kristal qəfəs əmələ gətirirlər. Müsbət yüklü nüvələr və mənfi yüklü elektronlar, bir-biri ilə kulon qarşılıqlı təsirdə olaraq, birlikdə dayanıqlı neytral sistemi-kristallik bərk cisimləri yaradırlar.
Bərk cisimlərin nəzəriyyəsi (kitab)

Göy cisimləri
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. == Qalaktika və daha çoxu == Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır.Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər. Həmçinin, qalaktikaların cırtdan qalaktikalar və kürəvi topalar şəklində peykləri də ola bilər.
Göy cisimlərinin fırlanması haqqında
"Göy cisimlərinin fırlanması haqqında" (lat. De revolutionibus orbium coelestium) Nikolay Kopernikin şahəsəri . İlk dəfə 1543cü ildə Nürnberqdə nəşr edilmiş olan əsərin məzmunu Ptolemeyin geosentrik sistem yəni Dünya mərkəzli modelinə qarşı Günəş-mərkəzli yeni bir model ortaya qoyurdu. Kopernik bu əsərindən əvvəl Güneş-mərkəzli modelini Commentariolus adlı risaləsində açıqlamış və dostlarına tanıdmışdır. Əsər Kopernikin əl yazısı günümüzə gəlib çatmışdır. Bu əl yazmasının araşdırılması nəticəsində sonucu əsərin keçirdiyi inkişaf və var olmaq prosesinə dair daha çox məlumat əldə edilmişdir. Papa III Pavelə ithaf edilən əsər, altı bölümdən ibarətdir: İlk fəsildə Günəş mərkəzli nəzəriyyə ümümi olaraq açıqlanmışdır. Daha çox nəzəri olan ikinci hissədə müxtəlif qlobal astronomiya qaydaları açıqlanmış və bir ulduz siyahısı verilmişdir. Üçüncü bölümdə Günəşin hərəkətləri izah edilmişdir. Dördüncü bölmədə əvvəlki bölmədəki tərzə bənzər şekildə Ayın hərəkətləri izah edilmişdir.
Levi cisimcikli demensiya
Levi cisimcikli demensiya(LCD) — Parkinson xəstəliyi zamanı əmələ gələn demensiya ilə eyni patoloji əsasa malikdir. LCD baş beyin qabığındakı neyronlarda Levi cisimciklərinin, zülal axtalarının, α-sinuclein və ubikvitinin əmələ gəlməsi ilə əlaqədardır. Xəstəliyin spesifik simptomlarının dəyişkən olması ilə bərabər ,əsas xüsusiyyətləri diqqət və oyanıqlığın variasiyası ilə koqnitiv dalğalanma,təkrarlanan görmə halyusinasiyaları və Parkinson xəstəliyinin motor təzahürləridir.
Messier cisimləri
Messier cisimləri — Çarlz Messierin orjinalı 1771-ci ildə yayımlanan, Dumanlıq və ulduz qrupları (Catalogue des Nébuleuses et des Amas d'Étoiles") kataloqundakı səma cisimləridir. Bu kataloqun hazırlanma məqsədi, özü kimi kometa həvəskarlarına və digər astronavtlara, dəyişməyən göy cisimləri ilə hərəkətli göy cisimlərinin ayırd edilə bilməsinə kömək etməkdir. Bu katoloq, M1 olaraq adlandırılmış Xərçəng dumanlığından, Andromedanın yanındakı kiçik eliptik bir qalaktika olan M110-a qədər astronomik olaraq ən önəmli göy cismlərini ehtiva etməkdədir.
Messye cisimləri

Значение слова в других словарях

авантюри́новый аффрика́ты балери́нка погорча́ть подступи́ться размолоди́ться смы́вщик мульчи́роваться пиджа́чный растранжи́риваться спидо́ла селезенка antae belvedere bittern data centre electrolyze half-back mailing list materialism petrolize snowshed spiritus ерундовский сюрпризом