COD

sif. dan. Qaba, kobud, sərt, qalın.
Sən məni bazarda çustumla; Cod parçadan kostyumla görmüşdün. R.Rza.
Üzünün oraburasında bitən cod tüklərin hər biri qara tikana bənzəyirdi. S.Rəhman.
Sultan cəld bir hərəkətlə … cod və çal bığını sığallayıb qədəhləri doldurdu. İ.Hüseynov.

◊ Cod su – tərkibində çoxlu əhəng duzları olan su. Cod su dərini qıcıqlandırır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • COD qaba — kobud — ədəbsiz
  • COD sərt — bərk — kəskin
  • COD qəddar — zalım
CİZYƏ
CODLANMA

Digər lüğətlərdə