COMMON

common1

n 1. icma torpaqları; 2. ümumi otlaq / örüş; 3. birgə / elliklə istifadə hüququ (torpaqdan və s.); ~ of pasturage örüşdən birgə / elliklə istifadə hüququ; 4. çəpərlənməmiş boş torpaq

common2

adj 1. ümumi; bbge, bir yerdə; ~ language / market ümumi dil / bazar; ~ kitchen ümumi mətbəx; ~ effort birgə səy / cəhd; ~ interests ümumi maraqlar; by ~ consent birgə razılıqla; to make ~ cause ümumi iş görmək; 2. ictimai, icma; ~ property 1) icma torpağı; 2) hüq. ümumi mülkiyyət / əmlak; 3. geniş yayılmış, çoxişlənən; adi; ~ error adi / tez-tez təsadüf edilən səhv; ~ sait xörək duzu; ~ honesty adi təvazökarlıq; This sort of weather is quite common Bu növ hava adi haldır; 4. riyaz. adi; ~ fraction adi kəsir; 5. kobud, qaba, vulqar; ~ manners kobud davranış; 6. qram. ümumi; ~ case ümumi hal; ~ gender ümumi cins; 7. riyaz. ortaq; ~ multiple ortaq vuran;

◊ ~ council bələdiyyə soveti; şəhər soveti; ~ school amer. ibtidai məktəb; ~ woman fahişə, qəhbə; in ~ birlikdə, bir yerdə, bərabər; to have nothing in ~ ümumi heç nəyi olmamaq

COMMODITY
COMMON ROOM
OBASTAN VİKİ
The Common Linnets
The Common Linnets Niderlandı "Calm After The Storm" mahnısı ilə 2014 Avroviziya Mahnı Müsabiqəsində iki ifaçı (İlze DeLanj və Ueylon) və müşayiət edən digər musiqiçilərlə təmsil edən Niderland rok-qrupu. Avroviziya 2014-də yalnız avstriyalı Konçita Vurstdan geri qalaraq, “Calm After The Storm” adlı duet mahnısı ilə ikinci yerə (238 xalla) sahiblənmişdirlər. DeLanj və Ueylon dueti planlaşdırmadan əvvəl də tanış idilər. Hər ikisi də əslən Şərqi Niderlanddandır. Bu ərazinin əhalisini ədətən “heikneuters” adlandırırlar, bu da dat dilindən tərcümədə “kətanquşu” mənasını verir, ingiliscə isə “common linnet” deməkdir. Qrupu belə adlandıran dizayner Rens Dekkerdir, hansı ki sinqlın və qrupun debüt albomunun ərsəyə gəlməsində səy göstərib.
Commons
Vikianbar və yaxud Vikixəzinə (ing. Wikimedia Vikianbar kateqoriyası) — Vikipediyanın ümumi mediafayl anbarı. == Ümumi anlayış == Vikianbar — şəkil, səs, videoçarx və s. multimedia faylların saxlandığı virtual qlobal layihədir. Anbar qlobal olduğundan onun dil prinsipinə əsasən bölünməsi vacib deyildir. Vikianbarda materialları azad surətdə yaymaq, dəyişmək və istənilən məqsəd üçün (o cümlədən, kommersiya) istifadə etmək olar. Burada saxlanılan faylların ümumi sayı 2013-cü ilin iyuluna olan məlumata görə, 23 milyon ədəd, redaktələrin sayı 100 milyondan çoxdur. Vikipediya istifadəçilərinə malik olduqları mediafaylları Vikianbara yükləmək məsləhət bilinir. Bu halda, dil bölümündən asılı olmayaraq, bütün istifadəçilər həmin faylları azad istifadə edə bilərlər. === Lisenziyalaşdırma === Vikianbara yüklənən bütün fayllar hüquqi cəhətcə azad istifadəyə tam sərbəst olmalıdırlar.
Commonwealth
Commonwealth aşağıdakı mənalarda işlədilə bilər: Commonwealth, Britaniya İmperiyasının digər adı Commonwealth of England, 1649-cu ildə İngiltərədə elan edilən Respublika dövrü Commonwealth of Nations, İngilis Millətlər Birliyi, (pakt).
Commonwealth Bank
Commonwealth Bank of Australia (azərb. Avstraliya Birlik Bankı‎) — Avstraliyanın ən böyük bankıdır. Commonwealth Bank pərakəndə satış, fondların idarə edilməsi, yaşlılıq təqaüdü, sığorta, investisiya və vasitəçilik xidmətləri də daxil olmaqla bir çox maliyyə xidmətləri təqdim edirlər. Commonwealth Bank of Australia 2008-ci ildə yanvar ayı üçün Avstraliya Fond birjasında ikinci ən böyük listinq şirkəti idi. 7 dekabr 2007-ci ildə Avstraliyanın ən rahat bankı adı uğurunda mübarizədə ANZ-ə qalib gələ bilmişdir. 1911-ci ildə Avstraliya hökuməti tərəfindən əsası qoyulmuş Commonwealth Bank of Australia Avstaliya Milli Bankı, ANZ və Westpac ilə birlikdə Avstraliyanın "böyük dördlüyünə" daxildir. 1912-ci ildə Tasmaniya, 1920-ci ildə isə Kvinslendin banklarını özünə birləşdirdi. 1931-ci ildə Yeni Cənubi Uels və Qərbi Avstraliyanın dövlət yığım bankları ilə birləşdi. Bank müxtəlif xidmətlər göstərir: fiziki şəxslər üçün bank xidmətləri (xüsusi və kiçik biznesi olan müştərilərə xidmətlərin göstərilməsi); beynəlxalq maliyyə xidmətləri (bank offşor imkanları nəzərə alır və bank işi, sığorta, investisiya xidmətləri göstərir); beynəlxalq fəaliyyət: Commonwealth Bank of Australia həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə (İndoneziya, Fici və Çin; London, Nyu-York, Tokio, Sinqapur, Honkonq və Oklenddə filiallar) mövcuddur; məhsul və xidmətlər: Commonwealth Bank of Australia müştərilərə borc, kredit kartları və yığım hesabları kimi geniş məhsul və xidmət spektri təqdim edən Avstraliyanın ən iri pərakəndə bankıdır. Bu gün Commonwealth Bank of Australia-ın bütün Avstraliyada 1000 filialı və 3,3 min bankomatı var.
Commonwealth of England
Commonwealth of England (Azərbaycan dilində: İngiltərə cəmiyyəti və ya İngiltərə birliyi) 1649-cu ildə İngiltərədə başlayan və sonra İrlandiya və Şotlandiyada davam edən, ikinci İngilis Vətəndaş Müharibəsi və I Çarlzın edamından sonra başlayan respublika tipli idarəetmə dövrü. 19 may 1649-cu ildə Respublika, Rump Parlamenti tərəfindən hazırlanan İngiltərənin cəmiyyət olduğunu elan edən bir bəyannamə ilə (ingilis dilində: “An Act declaring England to be a Commonwealth”, yəni “İngiltərənin cəmiyyət (birlik) olduğunu elan edən akt”) başlamışdır. Dövrün əvvəlində hakimiyyət əsasən Parlamentdə və Dövlət şurasında idi. Bu dövrdə Parlament qüvvələri ilə ona qarşı çıxanlar arasında müharibələr davam etdi, xüsusən də İrlandiya və Şotlandiyada, indi həmin dövrü Üçüncü Britaniya Vətəndaş Müharibəsi adlandırırlar. 1653-cü ildə, Rump Parlamenti məcburi şəkildə dağıldıqdan sonra, Oliver Cromwell, Hökumət səlahiyyətlərini özündə birləşdirərək İngiltərə, İrlandiya və Şotlandiya İttifaqının Dövlət Protektoru Lordu (İngiliscə: Lord Protector) elan edildi, bu dövr Protektora dövrü olaraq tanınır. Kromvelin ölümündən sonra oğlu Richard Cromwellin qısa müddətli hakimiyyətindən sonra 1659-cu ildə üçüncü Protektora Parlamenti dağıldı və Rump Parlament yenidən çağrıldı və 1660-cı ildə monarxiyaya qayıtma prosesi başladı. İcma termini bəzən bütün 1649-1660-cı illər üçün istifadə olunsa da, monarxistlər bu dövrü hökmdarsızlıq dövrü ilə eyniləşdirirlər. Bəzi digər tarixçilər bu müddəti Cromwellin 1653-cü ildə hakimiyyətə gəlişinə qədər olan müddətlə məhdudlaşdırırlar.
Creative Commons
Creative Commons (CC) — Amerika qeyri-kommersiya təşkilatı, təhsilə çıxışa və başqalarının qanuni şəkildə əsaslandırması və paylaşması üçün mövcud olan yaradıcı əsərlərin çeşidini genişləndirməyə həsr olunmuş beynəlxalq şəbəkə. Təşkilat Creative Commons lisenziyaları kimi tanınan bir neçə müəllif hüququ lisenziyasını ictimaiyyətə pulsuz olaraq təqdim edib. Bu lisenziyalar yaradıcı əsərlərin müəlliflərinə alıcıların və ya digər yaradıcıların xeyrinə hansı hüquqları qoruduqlarını və hansı hüquqlardan imtina etdiklərini bildirməyə imkan verir. Asan başa düşülən bir səhifəlik hüquqların izahı və əlaqəli vizual simvollar hər bir Creative Commons lisenziyasının xüsusiyyətlərini izah edir. Məzmun sahibləri müəllif hüquqlarını qorumağa davam edirlər, lakin Creative Commons lisenziyaları "bütün hüquqlar qorunur" adı altında zəruri olan müəllif hüququ sahibi (lisenziya verən) və lisenziyaçı arasında xüsusi hüquqlar üzrə fərdi danışıqları əvəz edən standart buraxılışlar verir. Təşkilat 2001-ci ildə Lovrens Lessiq, Hal Abelson və Erik Eldred tərəfindən İctimai Mülkiyyət Mərkəzinin dəstəyi ilə qurulub. Hal Plotkin tərəfindən yazılmış Creative Commons haqqında ümumi maraq doğuran nəşrdə ilk məqalə 2002-ci ilin fevralında dərc edilmişdir. Müəllif hüququ lisenziyalarının ilk toplusu 2002-ci ilin dekabrında buraxılmışdır. Lisenziyaları hazırlayan və hal-hazırkı Creative Commons infrastrukturunu quran təsisçi idarəetmə komandasına Molli Şaffer Van Hovlinq, Qlen Otis Brovn, Niru Paharia və Ben Adida daxildir.2002-ci ildə David Vayli tərəfindən 1998-ci ildə yaradılmış prekursor layihəsi olan Açıq Məzmun Layihəsi (ing. Open Content Project) Creative Commons-u davamçısı olaraq elan etdi və Vayli CC direktoru kimi ora qoşuldu.
Creative Commons Lisenziyaları
Creative Commons (CC) — başqa şəkildə müəllif hüququ ilə qorunan "əsərin" azad yayımlanmasına icazə verən ictimai müəllif hüququ lisenziyalarından biri. CC lisenziyası müəllifin digər insanlara müəllifin yaratdığı əsəri paylaşmaq, istifadə etmək və onun əsasında yaratmaq hüququ vermək istədiyi zaman istifadə olunur. CC müəllifə çeviklik təmin edir (məsələn, müəyyən bir əsərin yalnız qeyri-kommersiya məqsədli istifadəsinə icazə verməyi seçmək olar) və müəllifin əsərindən istifadə edən və ya yenidən yayımlayanları müəllifin əsəri yayımladığı lisenziyada müəyyən edilmiş şərtlərə əməl etdikləri müddətcə müəllif hüquqlarının pozulması narahatlıqlardan qoruyur.CC lisenziyalarının bir neçə növü mövcuddur. Hər bir lisenziya yayımlanma şərtlərini müəyyən edən kombinasiyalar ilə fərqlənir. İlk dəfə ABŞ-ın 2001-ci ildə qurulan qeyri-kommersiya korporasiyası Creative Commons tərəfindən 16 dekabr 2002-ci ildə yayımlanmışdır. Lisenziyalar dəstinin 1.0-dan 4.0-a qədər nömrələnmiş beş versiyası da mövcuddur. 2013-cü ilin noyabrında yayımlanan 4.0 ən aktual olandır. Creative Commons lisenziyası ilkin olaraq Amerika hüquq sistemində əsaslandırılsa da, indi beynəlxalq qanunları özündə cəmləşdirən bir neçə Creative Commons yurisdiksiya portları mövcuddur. 2014-cü ilin oktyabr ayında Open Knowledge Foundation Creative Commons CC BY, CC BY-SA və CC0 lisenziyalarını məzmun və data üçün "Open Definition"-a uyğun olaraq təsdiqlədi. == Lisenziyalar == === Dörd hüquq === CC bütün "əsas hüquqlar"ı, məsələn qeyri-kommersiya məqsədləri üçün və heç bir dəyişiklik etmədən müəllif hüquqları ilə qorunan əsəri qlobal olaraq yayımlamaq hüququ verir.
Vikimedia Commons
Vikianbar və yaxud Vikixəzinə (ing. Wikimedia Vikianbar kateqoriyası) — Vikipediyanın ümumi mediafayl anbarı. == Ümumi anlayış == Vikianbar — şəkil, səs, videoçarx və s. multimedia faylların saxlandığı virtual qlobal layihədir. Anbar qlobal olduğundan onun dil prinsipinə əsasən bölünməsi vacib deyildir. Vikianbarda materialları azad surətdə yaymaq, dəyişmək və istənilən məqsəd üçün (o cümlədən, kommersiya) istifadə etmək olar. Burada saxlanılan faylların ümumi sayı 2013-cü ilin iyuluna olan məlumata görə, 23 milyon ədəd, redaktələrin sayı 100 milyondan çoxdur. Vikipediya istifadəçilərinə malik olduqları mediafaylları Vikianbara yükləmək məsləhət bilinir. Bu halda, dil bölümündən asılı olmayaraq, bütün istifadəçilər həmin faylları azad istifadə edə bilərlər. === Lisenziyalaşdırma === Vikianbara yüklənən bütün fayllar hüquqi cəhətcə azad istifadəyə tam sərbəst olmalıdırlar.
Wikimedia Commons

взве́шенный допеча́тывание со́шный шепелева́тый душеприка́зчица е́рик монотеи́ст напроло́м подво́зчик потёк предпочти́тельный ритуа́льный смыва́ть совко́вый сортирова́льный энтери́т бзинка назем скимен disciform hydroperoxide indimensional stun сурдопедагогика экстремист