COĞRAFİYAÇI

сущ. географ (специалист по географии). Coğrafiyaçı alimlər ученые-географы
COĞRAFİYA
COĞRAFİYAŞÜNAS
OBASTAN VİKİ
Müqəddəsi (coğrafiyaçı)
əl-Məqdisi, Şəms əd Din Əbu Abdullah (945, Qüds – 990, Qahirə) — ərəb coğrafiyaçısı və səyyahı. Qüdsdə anadan olub, buradan da kunyası. Məqdisinin 985/6–89 illərdə yazdığı "İqlimlərin öyrənilməsi üçün mükəmməl təsnifat"(Əhsən ət-təkasim fi mərifət əl-əqalim) əsəri, çoxillik səhayətlərinin və özündən əvvəlki coğrafiyaçıların tənqidi araşdırmalarının nəticəsi, Şərqin bütün müsəlman ölkələrinin təsvirini ehtiva edir; bütün məlumatlar nizamlı qaydada verilir. Məqdisi əsasən təsvir etdikləri ölkələrin təbii qaynaqlarına, əhalinin məşğuliyətlərinə, adətlərə, inanclara, ticarətə diqqət yetirir. Məqdisinin əsəri Orta Əsrlər Şərqinin iqtisadiyatının öyrənilməsi baxımından çox vacib mənbə hesab olunur.
Pavsani (coğrafiyaçı)
Pavsani — E.ə. II minillikdə Liviyalı səyyah və coğrafiyaçı olmuşdur. Yunanıstandan Misirə qədər olan ərazini gəzən səyyah "Periegesis tes Hellados" (Yunanıstanın təsviri adlı 10 cildlik kitab nəşr eləmişdir. O Roma imperatorları Antonınus Pius və Makrus Alierisin dövründə yaşamışdır. Onun həyatı haqqında məlumatlar azdır. Manisa şəhərindən olduğu söylənilir. Yunanıstanın təsviri əsərini 150-ci ildə yazdığı deyilir. Kitab Yunanıstanın tarixi, mədəniyyəti və topoqrafiyası tərəfindən çox zəngindir. O dövrdə hökm sürən dinləridə təsvir etmişdir.
Mnasey (coğrafiyaçı)
Mnasey (q.yun. Μνασέας; e. ə. III əsr, Patras – e. ə. II əsr) — qədim yunan coğrafiyaşünası və mifoqrafiyaçısı, Eratosfenin tələbəsi. == Həyatı == Mnasey, müxtəlif mənbələrə görə, Axeyada yerləşən Patrasda və ya Likiyadakı Patarada anadan olmuşdur. O, həyatının çox hissəsini Misirin İsgəndəriyyə şəhərində keçirmişdir. O, Eratosfenin tələbəsi olmuşdur və buna görə onun təqribən e.ə. III–II əsrlərdə yaşadığı güman edilir.
Elxan Nuriyev (coğrafiyaçı)
Elxan Nuriyev Balahəsən oğlu (d.1947-ci il iyunun 6-da Şamaxı rayonunun Göylər kəndi) — dosent, professor. == Həyatı == 1947-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur.1964-cü ildə Göylər kənd onbirillik məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Coğrafiya bölməsinin bitirmişdir. == Elni fəaliyyəti == 1976-cı ildə AMEA-nın Coğrafiya İnstitutunun Xəritəçilik və coğrafi adlar (toponimika) şöbəsində işləmişdir. 1983-cü ildə “Şəki-Zaqatala zonasının yaşayış məntəqəsi adlarının tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-ci ildə baş elmi işçi, sektor müdiri olmuşdur. 1990-cı ildən Bakı Dövlət Universitetinin “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının dosentidi. 2001-ci ildən Beynəlxalq Eko-Enerji Akademiyasının professorudur. 2005-ci ildən BDU-nin Coğrafiya fakültəsində Hümanitar və Sosial məsələlər üzrə dekan müavini vəzifəsində çalışır.“Coğrafi reallığın Azərbaycan toponimiyasında tədqiqi” mövzusunda doktorluq dissertasiyası işini tamamlamışdır. == Elmi əsərləri == E.B.Nuriyev 100-ə qədər elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, metodik göstərişin və s. müəllifidir.
Nadir Məmmədov (coğrafiyaçı)
Nadir Məmmədov Gülməmməd oğlu (20 noyabr 1941, Ərkivan, Masallı rayonu – 10 yanvar 2023) — coğrafiya elmlər doktoru, professor. Məmmədov Nadir Gülməmməd oğlu 1941-ci il noyabr ayının 20-də Azərbaycan Respublikası Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. N. G. Məmmədov 1962-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetin Geoloji-Coğrafiya fakültəsinin coğrafiya-biologiya şöbəsinə qəbul olmuşdur. O, 1967-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, təyinatla Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutuna göndərilmişdir. Nadir müəllim bir qayğıkeş müəllim, təcrübəli tədqiqatçı-metodist kimi respublikamızda tanınmaqla həm də gəncləri öz ətrafına toplayıb onlara öz xeyirxah məsləhətlərini verir. O, çox sadə və təvazökar bir insandır. Əziz Nesin demişkən "insanın sadəliyi onun böyüklüyündə və ucalığındadır". 1967-ci ilin noyabr ayının 15-dən Coğrafiya institutunun iqlimşünaslıq şöbəsində işləmişdir. 1968-ci ilin may ayından həmin institutun xəritəçilik və toponimika şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır və 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəritəçilik şöbəsinin "Coğrafi adları" (Toponimika) ixtisası üzrə əyani aspiranturasına qəbul olmuşdur. Üç il aspiranturada oxuduqdan sonra 1972-ci ilin mart ayından həmin şöbədə kiçik elmi işçi vəzifəsində çalışmışdır.
Rafiq Quliyev (coğrafiyaçı)
Tofiq Hüseynov (coğrafiyaçı)
Tofiq Hüseynov Bəhərçi oğlu (d. 1938, Goranboy rayonu, Xanqərvənd kəndi) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru. Tofiq Bəhərçi 1938-ci il mayın 20-də Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin «Geoloji-coğrafiya» fakultəsinə qəbul olunaraq oranı 1962-ci ildə bitirməklə ali təhsil almışdır. Azərbaycan MEA Coğrafiya İnstitutunda əmək fəaliyyətinə başlayaraq laborant, kiçik elmi işçi, aspirant, yenidən kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildə coğrafiya elmləri namizədi alimlik dərəcəsi adı almaq üçün «Dağlıq Qarabağ Muxtar Vilayətinin təbii şəraiti və təbii ehtiyatlarının səmərəli istifadə olunmasının coğrafi problemləri» mövzusunda dissertasiya müdafiə etmişdir. 1969-cu ildən indiki Azərbaycan Dövlət İqtisad Universitetində assistent, baş müəllim, dosent vəzifələrində işləyərək gənc nəslin təlim-tərbiyəsində, iqtisadçı kadrların hazırlanmasında yaxından iştirak etmişdir. Gənc nəslin təlim-tərbiyəsində, iqtisadçı kadrların hazırlanmasında, elmi nailiyyətində qazandığı uğurlara görə professor adına layiq görülmüşdür. Fəaliyyəti dövründə 224 sayda monoqrafiya, dərslik, dərs vəsaiti, kitabça, elmi və publisistik məqalələr, müxtəlif metodik göstəriş və proqramlar nəşr etdirmişdir. «Təbii resurslardan səmərəli istifadə», «Ekoloji-iqtisadi rayonlaşmanın sosial-iqtisadi aspektləri», «Azərbaycan Respublikasının ekoloji-iqtisadi problemləri və onlara qarşı mübarizə tədbirləri», «Azərbaycan siyasi təxribatçılıq və separatizm əhatəsində», «Qərb-Şərq münasibətləri Xristian və Islam təşəkkürü baxımından», «Beynəlxalq, beynəlxalq regional təşkilatlar və coğrafiyadan maraqlı məlumatlar» adlı monoqrafiyaların müəllifidir.
Vaqif Məmmədov (coğrafiyaçı)
Məmmədov Vaqif Ağaəli oğlu (d.1946-cı il Bakı şəhəri) — coğrafiya elmlər doktoru. Vaqif Məmmədov Ağaəli oğlu 1946-cı ildə Bakı şəhəridə anadan olmuşdur.1968-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirmişdir.1986-cı ildə YUNESKO tərəfindən Moskva Dövlət Universiteti nəzdində təşkil olunmuş Beynəlxalq Ali Hidroloqlar kursunu bitirmişdir. 1968-1972-ci illərdə «Hidrometeorologiya» idarəsində texnik-okeanoloq və mühəndis-hidroloq vəzifəsində çalışmışdır. 1972-1977-ci illərdə Azərbaycan EA Coğrafiya institutunun «Qurunun hidrologiyası» şöbəsində kiçik elmi işçi vəzifəsində işləmiş, 1974-1978-ci illərdə Coğrafiya institutunun aspirantı olmuşdur. 1977-1993-cü illərdə Hidrometeorologiya komitəsində hidrologiya şöbəsinin rəisi vəzifəsində işləmişdir. Bu illərdə 10-dan çox «Hidroloji illik» və «Hidroloji məlumat» sörğü kitablarının tərtibçisi və redaktorlarından biri olmuşdur. 1980-cı ildə «Ekstexnik» Respublika müsabiqəsində «Kür-Araz ovalığı göllərinin su ehtiyatlarının qorunması və səmərəli istifadə yolları» mövzusunda tədqiqat işinə görə II-ci dərəcəli diplom və pulla mükafatlandırılmışdır. 1985-ci ildə «Kür-Araz ovalığının gölləri və onların su balansı» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1994-cü ildən Geologiya institutunda «Dəniz mühitinin ekologiyası» laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. 2009-cu ildə "Kür çökəkliyi göllərinin eko hidroloji problemləri, onların mühafizəsinin və tənzimlənməsinin əsas pripsipləri" disertasiyası müdafiə edərək coğrafiya elmləri doktoru elmi dərəcəsi almışdır.
Zahid Məmmədov (coğrafiyaçı)
Zahid Məmmədov (tam adı: Zahid Səttar bəy oğlu Məmmədov 1947, Zəngilan rayonu) — coğrafiya elmləri doktoru, professor. Zahid Məmmədov 1947-ci ildə Zəngilan rayonunun Baharlı kəndi anadan olmuşdur. Zahid Məmmədov ibtidai sinfi Baharlı kənd orta məktəbində, on illiyi isə Mincivan qəsəbəsi dəmir yolu orta məktəbində oxumuşdur. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Coğrafiya və biologiya fakültəsində təhsil almış (1966–1970), institutu bitirdikdən sonra bir il Sabirabad rayonunda Səməd Vurğun adına orta məktəbdə müəllim işləmişdir. Zahid Məmmədov 1972–1994 illərdə AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunda aspirant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır. O, 1994 ildən Azərbaycan Kooperasiya Universitetinin "Ekologiya və coğrafiya" kafedrasının müdiri vəzifəsində çalışır. Zahid Məmmədov 2004 ildə professor elmi adına layiq görülmüşdür. Zahid Məmmədov 1980-ci ildə "Naxçıvan MSSR-da maddi istehsalının və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi coğrafi problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsini almışdır. O, 1996-cı ildə "Azərbaycan Respublikasının nəqliyyat və nəqliyyat iqtisadi əlaqələrinin inkişafının iqtisadi coğrafi problemləri" adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Zahid Məmmədov 200-ə yaxın elmi məqalənin, 7 monoqrafiya və dərsliyin müəllifidir.
İbrahim Səfərov (coğrafiyaçı)
Səfərov İbrahim Səfər oğlu (28 avqust 1913, Şamaxı qəzası – 22 noyabr 1998, Bakı) — Azərbaycanda meşəçilik elminin banilərindən biri, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı üzrə elmlər doktoru, professor. İbrahim Səfərov 28 avqust 1913-cü ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdur. Meşəçilik (Tiflis şəhərində) və hüquqşünaslıq sahələrində iki ali təhsil almışdır. 1939–1940-cı illərdə Azərbaycan Xalq Komissarlığının Baş meşə-sənaye idarəsinə baş mühəndis, daha sonra isə Bakı Kənd Təsərrüfatı Texnikumuna direktor vəzifəsinə təyin edilmişdir. 1942–1945-ci illərdə zabit rütbəsində İkinci dünya müharibəsində iştirak edərək, Bessarabiyanı azad edənlər sırasında olmuşdur. 1945–1952-ci illərdə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1952–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini və eyni zamanda, sovxozlar naziri vəzifəsində çalışmış, 1953–1961-ci illərdə Azərbaycanın ən iri elmi-tədqiqat institutlarından biri olan Əkinçilik İnstitutuna rəhbərlik etmişdir. Onun rəhbərliyi altında institutda əkinçiliklə yanaşı, tərəvəzçilik, yemçilik, mexanizasiya, genetika, seleksiya sahələrinə dair geniş tədqiqat işləri də aparılmışdır. 1961-ci ildən ömrünün sonuna kimi Elmlər Akademiyasının Botanika İnstitutunda çalışmış və yaradıcılıq fəaliyyətini həmin institutun meşəşünaslıq laboratoriyasına bağlamışdır. Onun elmi işinin əsas istiqamətini meşəşünaslıq, biogeosenologiya, ekologiya, bitkilərin sistematikası, yaşıllaşdırma və s.
Əmir Əliyev (coğrafiyaçı)
Əmir Soltan oglu Əliyev (1950, Balaca Həmyə, Siyəzən rayonu) — coğrafiya elmləri doktoru. Əmir Əliyev 1950-ci ildə Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olmuşdur. Şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nin fizika fakültəsinə daxil olmuş və 1958-ci ildə oranı bitirmişdir. Sonra isə SSR-i Elimlər Akademiyasının Atmosfer Fizikasi və Okeanologiya İnistitunun aspiranturasini bitirmiş və orada disertasiyanı müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almishdir. 15 il Dovlət Hidrometrologiya və Ekologiya Komitəsinin Xəzər Dənizi uzrə Mərkəzinin Rəhbəri vəzifəsində işləmişdir. 2004-cü ildə Cografiya Elimləri Doktoru elmi dərəcəsi uzrə disertasiya mudafiə etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Dəniz Akademiyası Gəminin Dəniz Coğrafiyası və Hidrotexniki Qurğular kafedrasının müdiri vəzifəsində calishir. 3 kitabin və 120-dən cox elmi məqalənin muəllifidir.
Ənvər Şıxlinski (coğrafiyaçı)
Ənvər Mamay Şıxlinski (3 aprel 1911, Qazaxbəyli, Qazax qəzası – 1992) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin dekanı, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, iqlimşünas alim, Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsinin iqlim şöbəsinin rəisi, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970). SSRİ Coğrafiya Cəmiyyətinin xüsusi diplomlarına layiq görülmüşdür. Azərbaycanın, Dağıstanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitabçaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunmuşdur. Respublika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu "Azərbaycan SSR-in coğrafiya atlası"nda (1949) çap etdirmişdir. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı torpaq-iqlim xəritəsi (1955, 1970) onun nailiyyətləri sırasındadır. Şıxlinski Ənvər Mamay oğlu 1911-ci il aprelin 13-də Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. 1932-ci ildən Azərbaycan Hidrometeoroloji İdarəsində işləmiş, 1934–1947-ci illərdə iqlimşünaslıq şöbəsinin müdiri olmuşdur. 1947–54-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda şöbə müdiri və direktor işləmişdir. 1946–54-cü illərdə Bakının ali məktəblərində iqlimşünaslıq və fiziki coğrafiyadan dərs demişdir. Ölkəmizdə iqlimşünaslığın əsasını qoyanlardan biri olmuş, Azərbaycan və qonşu ərazilərin timsalında dağlıq ölkələrin iqliminə, həmçinin fiziki coğrafiyasına və landşaftının geofizikasına dair mühüm elmi tədqiqatlar aparmışdır.
Saleh Rüstəmov (coğrafiyaçı)
Saleh Hacı oğlu Rüstəmov (1911 – 1985) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Coğrafiyaşünas, hidroloq. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1947-ci ildə Moskva Hidrometeorologiya İnstitutunu bitirmişdir, Azərbaycan SSR Hidrometeoroloji Xidmət İdarəsində Hidrologiya şöbəsinin müdiri işləmiş, ADU-da dərs demişdir. 1945-ci ildən yenicə yaradılmış AMEA Coğrafiya İnstitutunda işləməyə başlamışdır. 1946-cü ildə “Azərbaycan SSR-in çayları” namizədlik alimlik dərəcəsi almışdır. 1953-54-cü illərdə Coğrafiya İnstitutunda İqlimşünaslıq və hidrologiya, 1954-85-ci illərdə “Qurunun hidrologiyası” şöbələrinə rəhbərlik etmişdir. 1962-1968-ci illərdə Azərbaycan AMEA Coğrafiya İnstitutunun direktoru olmuşdur. 1959-cu ildə “Azərbaycan SSR-in çayları və onların hidroloji xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi, 1960-ci isə professor elmi adını almışdır. Elmi maraq dairəsi çayların su rejiminin, Azərbaycanın su balansının öyrənilməsini əhatə edir. Onun dərin elmi məzmunda işləyib hazırladığı təkliflər Azərbaycanda su anbarlarının tikintisi zamanı nəzərə alınmışdır.
Müsəlman coğrafiyaçılar
Aşağıdakılar müsəlman coğrafiyaçıların tam olmayan siyahısıdır. Məhəmməd ibn Musa əl-Xarəzmi (780-850) Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (801-873) Yaqubi (ö. 897) İbn Xordadbeh (820-912) Əbu Hənifə əd-Dinəvəri (820-898) Əbu Zeyd əl-Bəlxi (850-934) Xaşxaş İbn Səid İbn Əsvad (fl. 889) Əbu Məhəmməd əl-Həmdani (893-945) Məsudi (896-956) İbn Fəqih (X əsr) Əhməd ibn Fədlan (X əsr) İbn Rüstə (X əsr) Əl-Məqdisi (945-1000) İbn Hövqəl (ö.977) İbn Heysəm (965-1039) Əl-Biruni (973-1048) İbn Sina (Avicenna, 980-1037) Əbu Səid Gərdizi (ö.
Qadın Coğrafiyaçılar Cəmiyyəti
Qadın Coğrafiyaçılar Cəmiyyəti (ing. Society of Woman Geographers) — Amerika Birləşmiş Ştatlarının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Cəmiyyətin əsası 1925-ci ildə qoyulmuşdur. Yaradılmasının əsas səbəbi Kəşfiyyatçılar Klubu kimi ən peşəkar təşkilatların tərkibinə qadınların daxil edilməməsi olmuşdur. Məhz bu səbəbdən bir qrup qadın etiraz olaraq Qadın Coğrafiyaçılar Cəmiyyətini yaratmışlar. Cəmiyyət coğrafiya, dünya kəşfiyyatı, antropologiya və digər sahələrdə maraqlanan qadınları bir araya gətirmək üçün dörd rəfiqə olan Gertrude Emerson Sen, Marguerite Harrison, Blair Niles və Gertrude Mathevs Şelbi tərəfindən təşkil edilmişdir. Vaşinqtonda yerləşən cəmiyyətdə hazırda təxminən 500 üzvü var. Cəmiyyətin digər qrupları Çikaqo, Florida, Los-Anceles, Nyu-York və San-Fransisko şəhərlərində yerləşir. Coğrafiya cəmiyyətlərinin siyahısı Anema, Durlynn. Harriet Chalmers Adams: Adventurer and Explorer.
Yunan-Roma coğrafiyaçıları
Ellinəqədərki Klassik Yunanıstan Homer Anaksimandr Miletli Hekateus Massaliot Periplus Skilak (b.e.ə. VI əsr) Herodot Ellin dövrü Pifey (t. ö. e.ə. 310) Periplus (e.ə. III-IV əsrlər) Meqasfen (t. ö. e.ə. 290) Pitanlı Avtolik (t. ö.

Digər lüğətlərdə