COŞQUN

прил.
1. бурный:
1) бушующий, бурлящий. Coşqun dəniz бурное море, coşqun dalğalar бурные волны, coşqun axın бурное течение, бурный поток; coşgun çay бурная (буйная) река
2) перен. стремительно, бурно протекающий. Coşqun inkişaf бурное развитие, coşqun yüksəliş бурный рост, coşqun fəaliyyət бурная деятельность
3) полный событий, волнующий, крайне беспокойный. Coşqun dövr бурное время (бурная эпоха), coşqun həyat бурная жизнь, coşqun cavanlıq (gənclik) бурная молодость (юность)
4) безудержный, неистовый; полный страсти, сильных эмоций. Coşqun qəzəb бурное негодование, coşqun etiraz бурный протест, coşqun nümayiş бурная демонстрация, coşgun sevinc бурная радость
2. буйный:
1) дерзкий, разгульный, лихой. Coşqun mahnılar буйные песни
2) бурный, порывистый, сильный. Coşqun küləklər буйные ветры
3. пылкий. Coşqun gənc пылкий юноша, coşqun qəlb пылкая душа, coşgun təxəyyül пылкое воображение
4. страстный, горячий, пламенный:
1) проникнутый сильным чувством. Coşqun nitq страстная (пламенная) речь, coşqun həyat eşqi страстная жажда жизни, coşqun arzu страстное желание, coşqun hisslər страстные чувства
2) исполненный любовной страсти. Coşqun məhəbbət страстная любовь, coşqun baxışlar страстный взгляд
5. безудержный, необузданный. Coşqun fantaziya безудержная фантазия
6. пламенный:
1) пылкий, страстный. Coşqun vətənpərvərlik пламенный патриотизм, coşgun ehtiras пламенная страсть
2) исполненный страсти, подъема, воодушевления. Coşqun (alovlu) şeirlər пламенные стихи
7. вдохновенный (исполненный вдохновения, творческого подъема). Coşqun (ilhamlı) əmək вдохновенный труд
8. задорный (полный горячности, пыла). Coşqun mahnılar задорные песни
9. темпераментный:
1) очень живой, горячий, энергичный. Coşqun aktyor темпераментный актер
2) выполняемый, производимый с темпераментом. Coşqun rəqslər темпераментные пляски; физ. coşqun hərəkət бурное движение, coşgun qaynama бурное кипение; хим. coşqun reaksiya бурная реакция; геол. coşgun fontan бурный фонтан
COŞDURMAQ
COŞQUNLAŞMA
OBASTAN VİKİ
Coşqun Cəbrayılov
Coşqun Adil oğlu Cəbrayılov () — Nizami Rayon İcra Hakimiyyətinin başçısı. == Siyasi fəaliyyəti == Coşqun Adil oğlu Cəbrayılov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində və Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edib. 2018-ci ilin sentyabrında BŞİH-in Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Coşqun Diniyev
Coşqun Şahin oğlu Diniyev (13 sentyabr 1995, Bakı) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Şəxsi həyatı == 13 sentyabr 1995-ci ildə Bakıda anadan olub. Diniyevin atası Şahin Diniyev hal-hazırda AFFA-da Məşqçilər Şurasının üzvüdür. Azərbaycan futbolu tarixinin əfsanəvi futbolçularından biri olub. Məşqçi kimi də fəaliyyət göstərib. Böyük qardaşı Kərim Diniyev də Kəpəz PFK, Zirə FK, Sabah, Səbail kimi klublarda futbolçu kimi çıxış edib. == İnter Bakı FK == İlk peşəkar futbolçu karyerasına 2012-ci ildə Bakının ovaxtkı İnter Bakı FK klubunda başlayan Coşqun, 2015-ci ilə qədər bu klubun şərəfini qoruyur. 2012/13-cü il futbol mövsümündə “İnter”in heyətində 2 oyuna çıxır və ümumilikdə 15 dəqiqə meydanda olur. Növbəti 2013/14 mövsümündə 7 oyunda meydanda olur. Bunlardan beşinə start heyətdə meydana çıxıb.
Coşqun Məmmədov
Coşqun Elnur oğlu Məmmədov (9 mart 1994, Qarabörk, Ucar rayonu – 16 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Coşqun Məmmədov Elnur oğlu 1994-cü il sentyabrın 9-da Ucar rayonunun Qarabörk kəndində anadan olub. === Təhsili === 2000-ci ildə Ucar rayon 5 saylı tam orta məktəbin birinci sinfinə daxil olur. 2011-ci ildə məktəbi bitirib. == Hərbi xidməti == 2012-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb.
Coşqun Orucov
Coşqun Oruc oğlu Orucov (28 yanvar 2001, Xoşkeşin, Naxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Coşqun Orucov 28 yanvar 2001-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olmuşdur. 2007-ci ildə Suraxanı rayonuna köçmüşdür. Orta təhsilini Suraxanı rayonunda yerləşən 315 nömrəli məktəbdə almışdır. == Hərbi xidməti == Coşqun Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Coşqun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı snayper olaraq 16 oktyabrdan iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Coşqun Orucov 25 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Şuşa rayonuna gedən yolda döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Coşqun Rəhimov
Coşqun Allahverdi oğlu Rəhimov (8 dekabr 1972, Sumqayıt) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Coşqun Rəhimov 8 dekabr 1972-ci ildə Sumqayıtda anadan olub. Azərbaycanın tanınmış aktyoru Hacı adını qazanmaq üçün müqəddəs Məkkəyə yola düşüb == Aktyor kimi == Həmkarı Rafael İsgəndərov ilə birlikdə "Bu Şəhərdə" adlı komediya teatrının qurucuları hesab olunurlar.
Coşqun Səfərov
Coşqun Əhməd oğlu Səfərov (2 may 1997, Salyan rayonu – 2020, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Coşqun Səfərov 2 may 1997-ci ildə Salyan rayonunda anadan olmuşdur. 2003-2014-cü illərdə Salyan şəhər 2 nömrəli tam orta məktəbində təhsil almışdır. Həmçinin, musiqi təhsilini Salyan şəhər Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsində almışdır. Coşqun Səfərov hərbi xidmətini başa vurduqdan sonra Salyan Qaz İstismarı İdarəsində nəzarətçi vəzifəsində çalışmışdır. == Hərbi xidməti == Coşqun Səfərov 2015-2017-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2016-cı ildə hərbi xidmətdə olarkən sintezatorda ifası ilə Gəncə şəhərində hərbi qulluqçular arasında keçirilən bədii özfəaliyyətə baxışda 2-ci yeri tutataraq fəxri fərman və TİSSOT saatı ilə mükafatlandırılmışdır.Coşqun Səfərov 2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən təlimlərə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Coşqun Səfərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü manqa komandiri olaraq iştirak etmişdir. Döyüşlərdən birində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Coşqun Xəlilov
Coşqun Mikayıl oğlu Xəlilov (29 oktyabr 1998, Neftçala rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Coşqun Xəlilov 1998-ci il oktyabrın 29-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Coşqun Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Coşqun Xəlilov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Neftçala rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Coşqun Xəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Coşqun Zeynallı
Zeynallı Coşqun Çingiz oğlu (29 sentyabr 1993; Sumqayıt şəhəri, Azərbaycan — 28 iyun 2021; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Şəhid. == Həyatı == Zeynallı Coşqun Çingiz oğlu 1993-cü il 29 sentyabr tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1999-cu ildə Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Qubadlı rayonu Xələc kənd natamam orta məktəbinə daxil olmuş, 2012-ci ildə Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 19 saylı tam orta məktəbi bitirmişdir. 28.06.2021-ci il tarixində Laçın rayonu ərazisində Kamaz markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Zeynallı Coşqun şəhid olmuşdur. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur. Ailəli idi, Ümid və İnci adında iki övladı var. == Hərbi Xidməti == Balakən şəhərində yerləşən DSX-nin N saylı hərbi hissədə xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 2014-cü ildən 2017-ci ilədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) vəzifəsində xidmət etmişdir. 2019-cu ildən Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissədə manqa komandiri — müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) vəzifəsində xidmət etmişdir. İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa, Kəlbəcər və Laçının azad olunmasında iştirak etmişdir.
Coşqun Zülfizadə
Zülfizadə Coşqun Ədail (27 dekabr 1998, Nuravud, Lerik rayonu – 13 sentyabr 2022) — Azərbaycan şəhidi == Həyatı == Zülfüzadə Coşqun 27 dekabr 1998-ci ildə Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur . == Hərbi xidməti == Müharibəyə könüllü getmişdi. Türkiyəyə gedib "Komando" təlimlərində iştirak edib. Kursu bitirdi, kəşfiyyat bölüyündə qulluğa başladı. Son döyüşlərdə də Laçının 3 kəndinin işğaldan azad olunmasında iştirak elədi".
Coşqun Zülfüzadə
Mədəd Coşqun
Mədət Çoşqun (doğum adıyla Mədəd İsa oğlu İsmayılov; d. 18 iyun 1938, Azərbaycan Gəyliyən kəndi, Başkeçid rayonu, Gürcüstan SSR, SSRİ) — azərbaycanlı şair, publisist və ictimai xadim. == Həyatı == Mədəd İsa oğlu İsmayılov 1938-cı il iyunun 18-də Borçalıda Dmanisi (Başkeçid) rayonunun Azərbaycan Gəyliyən kəndində anadan olmuşdur. 1959-cu ildə Dmanisi rayonu Qızılkilsə kəndində orta məktəbini qızıl medalla, 1961-ci ildə isə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Tarix-Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tbilisidə nəşr olunan "Samqori" qəzeti Mədəd Coşqunun ilk iş yeri olub. İnstitutu bitirdikdən sonra o, Dmanisi rayonuna qayıdıb, Qamışlı kəndində səkkizillik məktəbin direktor müavini, Dmanisi rayonunun yerli radio verilişləri redaksiyasının redaktoru, rayon partiya komitəsinin ideologiya şöbəsində təlimatçı vəzifələrində çalışıb. Mədəd Coşqun uzun illər Dmanisidə iki dildə (gürcü və Azərbaycan) çıxan "Trialeti" adlı rayon qəzetində Azərbaycan şöbəsinin redaktoru olub. Borçalıda milli qarşıdurma dövründə Mədəd Coşqunun Gürcüstanda sonuncu iş yeri olan "Trialeti" qəzetinin Azərbaycan dilində nəşri 1991-ci ildə dayandırılıb. Gürcüstanda azərbaycanlıların milli zəmində sıxışdırılmasının, yeni-yeni başlayan köç prosesinin qarşısını almaq, soydaşlarımızı məlumat blokadasından çıxarmaq üçün Mədəd Coşqun "İnam" adlı qeyri-leqal qəzet yaradaraq Borçalıda yayımlamağa başlayır. Mədəd Coşqun Dmanisidə 1992-ci ilə qədər mübarizəsini davam etdirir.
Zülfizadə Coşqun
Zülfizadə Coşqun Ədail (27 dekabr 1998, Nuravud, Lerik rayonu – 13 sentyabr 2022) — Azərbaycan şəhidi == Həyatı == Zülfüzadə Coşqun 27 dekabr 1998-ci ildə Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur . == Hərbi xidməti == Müharibəyə könüllü getmişdi. Türkiyəyə gedib "Komando" təlimlərində iştirak edib. Kursu bitirdi, kəşfiyyat bölüyündə qulluğa başladı. Son döyüşlərdə də Laçının 3 kəndinin işğaldan azad olunmasında iştirak elədi".
İsgəndər Coşqun
İsgəndər Coşqun (ilk adı:İsgəndər Məhəmməd oğlu Hümmətov; 1927, Göyçay – 10 dekabr 1996) — şair, dramaturq. == Həyatı == 1927-ci ildə Göyçay şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil alandan sonra Bakıda M.A.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olmuşdur. Həmin il "Mavzoleydə" adlı ilk mətbu şeri "Ədəbiyyat və incəsənət" qəzetində çapdan çıxmışdır. 1952-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə daxil olmuş, 1955-ci ildə oranı bitirmişdir. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi hissə müdiri işləmişdir. 22 may 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" adına layiq görülüb.Dramaturq, naşir, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan İsgəndər Coşqun 1996-cı il dekabr ayının 10-da vəfat edib. == Yaradıcılığı == Müxtəlif illərdə "Gəmidə söhbət", "Qığılcımlar", "Mən atamı düşünərkən", "Nəğmə dolu ürək" və s. adlı kitabları çap olunub. "Bakı Komissarları" pyesi 1986-cı ildə tamaşaya qoyulub.
Bəkir Coşqun
Bəkir Coşqun (1945, Şanlıurfa – 18 oktyabr 2020, Ankara) - Türkiyəli jurnalist, yazıçı == Həyatı == Bəkir Coşqun 1945-ci ildə Türkiyənin Şanlıurfa bölgəsində məmur bir atanın övladı olaraq dünyaya gəlib. İlk, orta və lise təhsilini Şanlıurfada alıb. Ali təhsilini Ankarada Başkent Jurnalistika Özəl Məktəbində bitirib. Daha sonra 1974-cü ildə foto müxbiri olaraq işə başlayıb. O, polis müxbiri və parlament müxbiri kimi də çalışıb. 1978-ci ildə “Günaydın” qəzetində keçib. Bu qəzetdə “Doqquzuncu kənd” adlı köşəsində fəaliyyət göstərib. 1987-ci ildə isə “Sabah” qəzetində “Onuncu kənd” başlıqlı köşədə yazmağa başlayıb. 1993-cü ildə “Hürriyyət” qəzetində işini davam etdirib. Onun dörd kitabı işıq üzü görüb: “Dövlət”, “Vəkilimi istəyirəm”, “Pakoya məktublar” və “Mən Pako”.
Mustafa Coşqunov
Mustafa Əhmədcan oğlu Coşqunov (10 yanvar 1996, Yeni Həyat, Xaçmaz rayonu – 1 avqust 2014) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Mustafa Coşqunov 10 yanvar 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində anadan olub. == Hərbi xidməti == Əsgər Mustafa Coşqunov 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Avqustun 1-si isə Mustafa Coşqunov doğulduğu Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Coşqunov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Mustafa Coşqunov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Digər lüğətlərdə

гру́ппа каллиграфи́чески неупру́гий обмыва́ние поде́лочный шапокля́к шлих экзамена́ция кайфова́льщица крапле́ние пригреба́ть ти́хость хе́рить двадцать abnodate antibrachium centrum Cumberland Peninsula dome double over dusty formsheet marram-grass Turkmenia камыш