COŞUB-DAŞMAQ

f.
1. Güclənmək, şiddətlənmək, artmaq, gurlamaq, kükrəmək. Sel coşub-daşır.
– Bu çay coşub-daşanda nə qanlar eləməmişdi. Çəmənzəminli.
Külək də birdən əsdi; Coşdu-daşdı dalğalar. H.Hüseynzadə.
[Camal:] Qorxma, uçmaz, dəniz nə qədər coşub-daşsa da, heç nə eləyə bilməz. M.Süleymanov.

2. bax coşmaq 2-ci mənada.
Bu söz üzərinə şişman adam coşdu-daşdı, ağzı köpüklənərək: – Bu sözün sənə neçəyə mal olacağını bilmirsən? A.Şaiq.

3. məc. Bir şeyin çoxluğunu, güclü təzahürünü bildirir. Tarlada iş coşub-daşır. Bu əlamətdar günlərdə xalqın yaradıcılıq əzmi coşub-daşır.
COŞUB-DAŞMA
CÖKƏ

Digər lüğətlərdə

абази́я гульно́й козлодра́ние ма́сленый различа́ть тычко́вый коллегиа́льно нату́рщик некульту́рный ориентиро́вочный разори́ть рассе́сться agricultural bamboozle crowncap lacquey overtire pylorus signary snow goose stacker vowelization wire mark великодушничать кобза