CUŞ

is. [ fars. ] Coşma, qaynama; qələyan, həyəcan.
□ Cuş eyləmək – coşmaq, qələyana gəlmək, qaynamaq, cuşa gəlmək, qızışmaq.
[Harun:] Eşqimiz cuş eyləyib artmaqdadır gündən-günə. Ü.Hacıbəyov.

Cuşa gəlmək – coşmaq, qızışmaq, vəcdə gəlmək, şövqə gəlmək.
Tahir …daha da cuşa gəlib, sazın tellərini lap ürəkdən ehtizaza gətirirdi. M.Hüseyn.
[Aşıq:] Sinəm cuşa gəldi, mən sazı alıb “Xoş gəlib” rədifli sözümü ovşarı havası ilə oxudum. A.Şəmşir.

◊ Cuşa gətirmək – ruhlandırmaq, canlandırmaq, vəcdə gətirmək, şövqləndirmək.
Şərqdən əsən nəsim güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən ( f.sif. ) bir məqamat bərpa etmiş idi. Ə.Haqverdiyev.

Qanı cuşa gəlmək – bax qan qaynamaq (“qan”da).
Zeynal oğlunu görcək qanı bədənində cuşa gəldi. Çəmənzəminli.

CURULDAMAQ
CUVAR
OBASTAN VİKİ
Aşağı Cuşatu (Sayınqala)
Aşağı Cuşatu (fars. جوشاتوي سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (50 ailə).
Yuxarı Cuşatu (Sayınqala)
Yuxarı Cuşatu (fars. جوشاتوي عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 270 nəfər yaşayır (61 ailə).

Digər lüğətlərdə

адря́с впры́гнуть недовыполня́ть обсерва́ция ощуще́ние пневмони́я повя́зочка призы́вно псало́мский разгримирова́ться сжива́ться хмели́ночка цвету́ще дорабо́тка о́кисел сеноко́с стропти́вость Alan Chengteh Crimplene embarrass sisal wearproof win back наступление