CUBBULU
CUQQULDAMAQ
OBASTAN VİKİ
Cuhudlar məhəlləsi
== Məhəllələr ==
Cuhudlar məhəlləsi (Gəncə)
Cuhudlar məhəlləsi — Gəncənin tarixi məhəllələrindən biri. Sakinləri əsasən yəhudilərdən ibarət olduğu üçün Cuhudlar məhəlləsi adlanıb. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov küçəsi müstəqillikdən sonra isə Həsənli qardaşları küçəsi adlanır. == Haqqında == Qədim Gəncənin Cuhudlar məhəlləsi Əttarlar məhəlləsi yaxınlığında bir basalaq olub. Sakinləri yəhudilərdən ibarət olduğu üçün bu ərazini gəncəlilər “Cuhudlar məhəlləsi” adlandırıb. Burada yaşayan yəhudilər əsasən ayaqqabı tikməklə məşğul olduqları üçün buranı bəzən “Məstçilər məhəlləsi” də adlandırırdılar. Məhəllə kiçik bir küçədən ibarətdir. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov bu gün isə “Həsənli qardaşları” adlanır. Məhəllə şərqdən Əttarlar, qərbdən Mirəli Qaşqay, şimaldan Həsən Əliyev, cənubdan Cavad xan küçələri ilə əhatə olunub.Məhəllədə yaşayan yəhudilər Rusiya və Avropadan köçüb gələn yəhudilərdən dil və görkəmcə fərqlənirdilər. Yerli yəhudilər “dağ cuhudları” adlanırdı.
Cuhudlar məhəlləsi (Şuşa)
Cuhudlar məhəlləsi (Bakı)
Yəhudi məhəlləsi və ya Cuhudlar məhəlləsi — Bakının Sabunçu rayonunda yerləşən məhəllə, Bəhruz Kəngərli küçəsinin ənənəvi adı. == Tarixi == Məhəllənin salınması Rusiya imperiyası dövrünə, XX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanda neft bumu zamanı baş tutan "yəhudi köçü"ndə Bakıya gələn yəhudilər üçün salınmışdır. Əhalisi ivritdilli idi. 1991–1992-ci illərdə SSRİ-nin süqutunun ardınca məhəllədəki yəhudi əhalisi kəskin səviyyədə azalmışdır. Azərbaycan yəhudilərinin əksəriyyəti iqtisadi problemlərə görə İsrailə, qismən də Rusiyaya kütləvi olaraq köçmüşdü. Burada bir neçə yaşlı yəhudi yaşayır. İndi məhəllədə əsasən məcburi köçkünlər, rayonlardan gələn kirayəçilərdir. Memarlığı Bakının "Sovetski" və "Kubinka" məhələllərinə, həmçinin İçərişəhərə oxşadılmışdır. Məhəllədəki evlərin çoxu baxımsız, köhnədir.

Digər lüğətlərdə

вольтижиро́вка гидри́рование киносцена́рий кони́ческий лесоспу́ск нея́вственность осени́ть паупериза́ция солнцепёк увещева́ние аляпова́тость обоснова́ние одио́зность посеме́йно соправи́тель улёживаться бызеть коворот application engineer beauricular bipyramid brethren hippie transact явный