CÖVDƏT

Ərəb mənşəlidir, “yüksək ləyaqət sahibi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

COŞMAQ
CÖVLAN
OBASTAN VİKİ
Abdulla Cövdət
Abdulla Cövdət (1869-1932) — Türkiyədə məşhur həkim, şair və jurnalist. İsveçrədə, Qahirədə və İstanbulda "İctihad" ("Cəhd") adlı jurnal nəşr etdirmişdir.
Cövdət Camal
Cövdət Camal- Qarabağın məşhur Sarıcalılar nəslindən olan tanınmış rəssam, Heydər Camalın atası == Həyatı == Cövdət Camaldır. Hazırda həyatda olan C.Camal Şuşada doğulub və sonradan Rusiyaya köçüb. II Cahan savaşı zamanı məşhur sovet marşalı G. Jukovun rəssamlarından biri olub.
Cövdət Hacıyev
Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev (18 iyun 1917, Nuxa – 18 yanvar 2002, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi. == Həyatı == Cövdət Hacıyev 1917-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra 1935–1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1957–1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışmışdır. Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur. Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir. Rəqqasə Əminə Dilbazinin həyat yoldaşıdır.
Cövdət Sunay
Əhməd Cövdət Sunay (türk. Cevdet Sunay, 10 fevral 1899, Trabzon – 22 may 1982, İstanbul) — Türk hərbi və dövlət xadimi, Türkiyə Silahlı Qüvvələrinin 12-ci Baş Qərargah rəisi, Türkiyə Respublikasının 5-ci prezidenti. == Hərbi həyatı == Cövdət Sunay 1899-cu il fevralın 10-da Ərzurumda anadan olub. Bəzi mənbələrdə onun doğulduğu yer Ataköy kimi qeyd edilir. Atası Hacı-İslamoğullarından Alay müftisi İslam Səbri Əfəndi, anası Məhəmmədoğullarından Xədicə xanımdır. İbtidai və orta təhsilini Ərzurum, Kərkük, Ədirnə və Kuleli Hərbi Liseylərində almışdır. Birinci Dünya müharibəsi illərində 1917-ci ildə zabit namizədi kimi təlim düşərgəsinə qatılır. Həmin il Sinay və Fələstin cəbhəsində iştirak edir. 1918-ci ildə ingilislər tərəfindən əsir götürülən sunay Misirə aparılır. Əsirlikdən qayıtdıqdan sonra Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edərək, Cənub cəbhəsində xidmət göstərir.
Cövdət İnancalp
Cövdət İnancalp (Müəllim Cövdət) (1883–1935) — Türkiyə tarixçisi. == Həyatı == Onun ailəsi Rumelidə qalan Niş şəhərindəndir. Babası Səid əfəndi Niş qalasının bir az bərisində, Nişava çayı kənarında bulunan bir təkkənin şeyxi, atası Məhəmmədsədi əfəndi isə hərbçidir. M.Cövdət ailəsinin 1876-cı ildə köçdüyü Boluda 1883-cü ildə dünyaya gəlmişdir. İlk və orta məktəbi Boluda, liseyi Kastamonuda oxumuşdur. 1901-ci ildə İstanbula gələrək İstanbul Darülmüəlliminin ədəbiyyat şöbəsinə girmişdir. Bu məktəbdən qabaq bir il Hüquq Məktəbində oxumuş, atası rahatsız olduğuna görə şagirdinə tam bir sarı altın (qızıl) təqaüd verən Darülmüəlliminə keçmişdir. Bu məktəbdə ən çox fransız dili və pedaqogika üzərində çalışmış, ərəbcə öyrənmişdir. İlk müəllimliyini "Darüşşəfəqə" məktəbində edib (yeri gəlmişkən, bir çox Azərbaycan müəllimləri də burada təhsil alıb). Bir cəmiyyət tərəfindən özəl olaraq idarə edilən, o tarixdə Maarif Nazirliyinə bağlı həmin məktəbdə türkcə və ərəbcə dərsləri gecə müzakirəçiliyinə və bir müddət sonra müəllimliyə təyin edilmişdir.
Cövdət Qüdrət Solok
Cövdət Qüdrət Solok (1907, Konstantinopol – 10 iyul 1992, İstanbul), “Yeddi Meşale” ədəbi cəmiyyətinin yaradıcılarından biri, türk yazıçısı və ədəbiyyat tarixçisi. Yazıçı Cövdət Qüdrət adı ilə tanınır. == Həyatı == C.Qüdrət 7 fevral 1907-ci ildə İstanbulda anadan olub. O, doqquz yaşında olarkən Mosul döyüşündə atasını itirdi. Anasının səyləri ilə oxuyub. O, 1933-cü ildə İstanbul Darülfünunun hüquq fakültəsini bitirib. O, Kayseri lisesində (17.04.1934 – 25.09.1938), Ankara Dövlət Konservatoriyasında (27.09.1938 – 20.07.1939) diksiya və ədəbiyyat müəllimi, Ankara Erkek lisesində (03.07.1939 – 31.08.1943) və Atatürk lisesində (31.08.1943 – 24.12.1945) və ədəbiyyat müəllimi, Nəşr İdarəsinin sifarişi ilə İnönü Ensiklopediyasında ədəbi katib vəzifəsində çalışıb (24.12.1945 – 06.10.1950). Yazıçı Demokrat Partiya hökuməti dövründə Bitlis orta məktəbinə türk dili müəllimi təyin edildikdən sonra istefa verib (23.10.1950). Qısa müddət İstanbul və Ankarada vəkil (1951-1954), Türk Dil Qurumunda redaktor, “Bilgi” nəşriyyatında məsləhətçi (1967-1970), Siyasi Elmlər Fakültəsi, Mətbuat və Yayım məktəbində müəllim olaraq işləyib (1970-1973). C.Qüdrət ədəbi fəaliyyətə 1927-ci ildə “Sərvət-i Fünun” jurnalında şeirlə başlayıb.
Əhməd Cövdət Paşa
Əhməd Cövdət paşa (22 mart 1822, Lofça[d], Rumeli əyaləti, Osmanlı imperiyası – 25 may 1895, Konstantinopol, Osmanlı imperiyası və ya Konstantinopol) — Osmanlı dövlətində XIX əsrdə yetişən böyük dövlət və elm adamı. Məcəlləni qələmə alaraq İslam hüququnu sağlam bir dillə kitablaşdıran şəxs. == Həyatı == Əhməd Cevdət paşa hələ aşağı sinifdə oxuyarkən özündən yuxarı siniflərə dərs deyərdi. == Fəaliyyəti == == Kitabları == Tarih-i Cevdet: 12 cilttir. Osmanlı Devleti'nin 1774-1825 seneleri arasındaki tarihini anlatır. Kısas-ı Enbiya ve Tevarih-i Hulefa: 12 kısımdır. Cevdet Paşa'nın en tanınmış eseridir. Âdem'den itibaren birçok peygamberin, İslam halifelerinin, İkinci Murad’a kadar Osmanlı padişahlarının tarihinden bahseder. Tezakir-i Cevdet: Devrinin siyasi, içtimai, ahlaki cephesini anlatmıştır. Ma’ruzat: Sultan İkinci Abdülhamid’e 1839-1876 yılları arasındaki tarihi ve siyasi hadiseleri takdim etmek için hazırlanmıştır.
Əhməd Cövdət Pepinov
Əhməd bəy Pepinov (tam adı: Əhməd bəy Ömər oğlu Pepinov; 11 sentyabr 1893, Axalsıx qəzası, Tiflis quberniyası – 3 iyul 1938, Almatı, Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ) — Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik Naziri. == Həyatı == Əhməd bəy Pepinov 11 sentyabr 1893-cü ildə Axalsıx qəzasının Bolojur kəndində, Ömər ağa Pepinovun ailəsində doğulmuşdur. == Təhsili == Tiflis gimnaziyasını bitirmiş, 1913-cü ildə Moskva Dövlət Universtitetinin hüquq fakultəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan Həmyerlilər Təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir. == Siyasi fəaliyyəti == 1918-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdan Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cumhuriyyəti Parlamentinin üzvü və katibi vəzifəsini icra etmişdir. Ə. Pepinov parlamentin fəaliyyətində yaxından iştirk etmiş, bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmiş, bir sıra qanun lahyihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanununun hazırlanmasında bilavasitə iştirak etmişdir. Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (sədri Məhəmməd Əmin Rəsulzadə idi) seçilmişdir.

Digər lüğətlərdə

деме́ственный зате́йливость зыря́нин ине́ртно матирова́ние похмели́ться бизнесме́нский выкаблу́чиваться голубя́тня интеллиге́нтность первого́док переме́шиваться промахну́ть скелетоподо́бный тро́ечница курок матня мышь stay-maker yule log кустарщина прогуливать ретроспектива управляющий юрта