CÖVR

is. [ ər. ] Cəfa, zülm, əziyyət; incitmə, üzüntü.
Fəqirə aid olan föhşü, cövrü, zülmü, cəfanı; Böyükdə, zorbada, bəylərdə, xanda görməli imiş. M.Ə.Sabir.
Nola qəlbim, anam kimi ananın; Hər cövrünə, hər nazına dayana. B.Vahabzadə.

□ Cövr eləmək (etmək) klas. – incitmək, əzab vermək, əziyyət vermək, cəfa vermək, üzüntü vermək.
Yar cövr etməz mana əğyar təlim etmədən; Billah, əğyar eyləyən ehsanı yar etməz mana. Füzuli.
Səndən savayə cövr eləməz yar, ey könül; Netdin ki, sən bu lütfə səzavar olmusan? S.Ə.Şirvani.
Ol qədr cövr et mənə, ah etmək imkan olmasın! M.Ə.Sabir.

Cövrünü çəkmək – hər əzabına dözmək, hər dərdinə, əziyyətinə qatlaşmaq.
[Qurbani:] Bir gör fələkin dövrünü; Mən çəkmişəm çox cövrünü… Qurbani”.
[Məşədi Cahangir:] Sənin cövrünü hər yerdə lələşin çəkib, çəkəcək! Mir Cəlal.

Синонимы

  • CÖVR cövr bax əzab
CÖVLANGAH
CÖVR-CƏFA

Значение слова в других словарях

-е-(ть-ся) антипра́во бессты́дствовать вы́черкнуть заме́тки знако́мо коти́ровать нечисто́ты разба́вленный стиля́га убы́ток шерстопряди́льня виртуа́льность корневи́ще небокопти́тель обя́зываться ожида́ть переседла́ть судьба́ уса́ливать гусь foot-throttle lilo menticulture peace sign