CÜRDƏK

is. Gildən, saxsıdan, şüşədən və s. materialdan qayrılan darboğazlı su qabı.
[Çoban:] Çox uzaq getmə, elə oradan mənim cürdəyimi götür, bəri gəl. Ə.Haqverdiyev.
[Cəmil]
…balaca saxsı cürdəyi götürüb su gətirdi.
Xanıma soyuq su verdi. Ə.Vəliyev.
Məişətdə işlədilən müxtəlif formalı səhənglər, nimçələr, kasalar, kiçik cürdəklər, qazanlar öz ornamentlərinin zənginliyi ilə seçilir. “Elm və həyat”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CÜRDƏK cürdək bax bardaq

Etimologiya

  • CÜRDƏK “Su qabı” deməkdir. Cür “su”dur, -dək isə “qab”dır, daqqa sözünün qədim kö­kü daq olub, o da -dək şəklinə düşüb
CÜRBƏCÜRLÜK
CÜRƏ₁

Digər lüğətlərdə

авиапо́чта кали́нник насле́дование передзака́тный прокопти́ться распусти́ться све́рстный авторазгру́зчик алуни́т без оста́тка многоо́пытный пехоти́нский портки́ портфе́льный преподо́бный прикуси́ть пры́гнуть datable dispensing exorbitancy Herculean poi slit-planting windflaw археология