CÜZ
CÜZEYR
OBASTAN VİKİ
Cüzam
Lepra (yun. lepra) – insanda xroniki infeksion xəstəlik. Cüzam və ya lepra-Hansen basili (Mycobacterium leprae) adı verilən bir mikroorganizmanın ortaya çıxardığı, periferik sinir sistemi və dəri başda olmaq üzrə bir çox sistem və orqana təsir edən yoluxucu bir xəstəlikdir.Xəstəlik səbəbi olan basil 1873-cü ildə Norveç həkimi Gerhard Armauer Hansen tərəfindən tapılmışdır. Hansen basili bəzi xüsusiyyətləri baxımından vərəm xəstəliyinin səbəbi olan Koch basilinə oxşayır. Təbiətdə yalnız insan bədənində olan Hansen basilinin süni mühitlərdə çoxalması mümkün olmayıb. Basil, insandan əlavə yalnız Cənubi Amerikada yaşayan Armadillo və bəzi siçan növlərində xəstəliyə yol aça bilməkdədir.Bu xəstəliyin yaranmasına,pis qidalanma, avitaminoz, antisanitariya şərait yaradır. Güman edilir ki, cüzam törədiciləri orqanizmə zədələnmiş dəridən və yuxarı tənəffüs yollarının selikli qişasından düşür.İnsanlar arasında yoluxmanın necə olduğu qəti olaraq bilinməməklə bərabər tez-tez və uzun müddət davam edən təmas nəticəsində baş verə biləcəyi düşünülür. Xəstəlik uşaqlara ana südü ilə keçə bilir. Xəstəliyə həssaslıq 3-5 yaşları arasında daha çoxdur. Xəstəlik gedişinə görə 3 tipə - lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır.

Digər lüğətlərdə

а́вторский впросо́нье прозорли́вость снежи́нка фигля́рствовать глупышка два засма́ливаться нелюбопы́тный остолбене́ние праба́бка приобрета́тель простру́гиваться скапу́ститься штри́пка парировать day-dreamer digenous drag off postdoctoral seta дактилоскопия жизнеспособность огниво расширить