CƏLAYİ-VƏTƏN

[ ər. ] Vətənindən ayrı düşmüş, dərbədər düşmüş, həyatını qürbətdə keçirən.
□ Cəlayi-vətən olmaq – vətənindən ayrı düşmək, yurdsuz-yuvasız olmaq, qürbətə düşmək, dərbədər düşmək.
[Qurbani:] Nə müddətdi cəlayi-vətən olmuşam; Baş götürüb Gəncə deyib gedirəm. Qurbani”.
[Oxumuş adamların] heç biri şəhərimizdə baş çıxarda bilməyib, tamam cəlayi-vətən olmuşdular… E.Sultanov.

CƏHRƏÇİLİK
CƏLB
OBASTAN VİKİ
Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Ana Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Vətən (dəqiqləşdirmə)
Vətən — ana yurd. Vətən (opera) — Qara Qarayev və Cövdət Hacıyevin Böyük Vətən müharibəsinə həsr etdikləri opera. Vətən (kinoteatr) — Vətən (qəzet) — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik qəzet.
Vətən (kinoteatr)
"Vətən" kinoteatrı — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kinoteatr. Kinoteatr Nizami küçəsi 77-də yerləşirdi.
Vətən (opera)
"Vətən" operası — 1945-ci ildə Azərbaycan bəstəkarlar Qara Qarayev və Cövdət Hacıyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyinə və İkinci Dünya müharibəsinə həsr etdikləri dörd pərdəli opera . Dövlət mükafatına layiq görülüblər. == Tarixçə == Qara Qarayevin və Cövdət Hacıyevin birlikdə bəstələdiyi "Vətən" operası 1945-ci ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Operaya quruluş verən rejissor İsmayıl Hidayətzadə, rəssamı İzzətxan Səidov idi. Dirijor Maestro Niyazi idi. Müəlliflərə bu operaya görə Stalin mükafatı verildi. == Məzmun == Hadisələr alman-faşist işğalçılarının SSRİ torpaqlarından qovulmağa başlandığı dövrdə baş verir. Əsərdə çoxmillətli sovet xalqının apardığı ümumi azadlıq mübarizəsində Azərbaycan xalqının qəhrəman oğullarının yaxından iştirak etməsi təsvir edilir. İkinci Dünya müharibəsində rəşadət göstərən Azərbaycan xalqının qəhrəman oğulları "Vətən" operasında bədii surətlərdə əbədiləşdirilmişdir. Surətlər: Aslan, Mərdan, Dilbər, Baxşı, Aşıq Səlim, alman zabiti və b.
Vətən (qəzet)
Vətən — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik, müstəqil ictimai-siyasi və kulturoloji məzmunlu mühacirət mətbuatı. == Tarixi == Rusiyada Azərbaycan və rus dillərində çıxan həftəlik ictimai-kulturoloji “Vətən” qəzeti 2002-2007-ci illərdə fəliyyət göstərmişdir. Qəzetin təsisçisi və baş redaktoru Namiq Murad (Namik Muradov) olmuşdur. “Vətən” qəzetinin redaksiyası Marı Respublikasının Yoşkar-Ola şəhərində (Ünvan: Mətbuat evi, IV mərtəbə, 404-405-ci otaq) yerləşmişdir. Moskva, Sankt-Peterburq, Nijni-Novqorod, Kazan, Volqoqrad, Ulyanovsk, Kirov, Çeboksarı və Yoşkar-Ola şəhərlərində yayınlanan qəzet, Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti, iqtisadiyyatı, adət və ənənələri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur. Qəzetin tirajı 5000 - 10 000 nüsxə arasında dəyişmişdir. Əvvəlcə həftəlik nəşr olunan qəzet daha sonra aylıq yayına çevrilmişdir. Qəzet Azərbaycanda, Rusiyada və dünyada gedən ictimai-siyasi proseslər barədə xəbərlər dərc etmiş, diaspor həyatını işıqlandırmış, musiqi, idman, mədəniyyət və iqtisadiyyat haqqında məlumatları yaymışdır. Qəzetin redaksiya heyətinin üzvləri Fəxrəddin Məmmədov, İlqar Yusifov, Denis Məhəmmədxanov, rəssamı Valeri Şumkov (Küyçü), Azərbaycan təmsilçilsi Kəmalə Musayeva olmuşdur.
Vətən Hüseynli
Vətən Hüseynli (13 iyul 1992, Bakı) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Vətən Hüseynli 2012-ci ilin aprelində Trabzon şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu. Bununla da Vətən Hüseynli 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Vətən Hüseynli olimpiadanın təsnifat mərhələsində Venesuela nümayəndəsi Karlos Gongora ilə üz-üzə gəldi. İyulun 30-da baş tutan həmin görüşdə Vətən Hüseynli rəqibinə 8:10 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.
Vətən Müharibəsi
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür.Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi.Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.
Vətən Partiyası
Vətən Partiyası (Türkiyə)
Vətən Yolunda
Vətən yolunda - 1941-ci ilin oktyabr ayında Təbrizə nəşrə başlamış ordu qəzeti. 2-ci dünya müharibəsi illərində Təbrizdə birinci olaraq, Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunmuş Qızıl Ordu qəzeti idi. İlk nömrəsi 1941-ci il oktyabr ayının 11-də günaşırı olaraq nəşr olunmağa başlamışdır. Qəzetin çap olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam etmiş və bu müddətdə 89 nömrəsi çıxarılmışdır. "Vətən yolunda" qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində "Qızıl əsgər" (redaktor Zülfəli İbrahimov), Rəştdə fars dilində "Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri çap olunurdu. İkiillik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır. Bu mərhələ 1946-cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941-1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur. Qəzetin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Məhəmmədəli Hilal Naseri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mirrəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının məqalələri çap olunurdu. Öz ədəbi dilini öyrənən İran azərbaycanlıları üçün "Vətən yolunda" qəzetinin xüsusən böyük əhəmiyyəti vardır.
Vətən dili
Vətən dili, I hissə (1882, tərtibçi: Aleksey Osipoviç Çernyayevski) Vətən dili, II hissə (1888, tərtibçilər: Aleksey Osipoviç Çernyayevski, Səfərəli bəy Vəlibəyov)Azərbaycanda ilk əsaslı dərs vəsaitinin, dərsliyin yaranması tarixi 1876-cı ildən fəaliyyət göstərən Qori seminariyası ilə bağlıdır. Qori seminariyası ziyalıların yeni nəslinin yetişməsi, onların şəxsində Azərbaycanda yeni nəfəsli mədəniyyətin yayılması və öyrənilməsi, yeni elmi üsulların tətbiq olunması, yeni ictimai fikrin formalaşması, bir qədər sonra isə Azərbaycan intibahını həyata keçirəcək bütöv bir nəslin meydana gəlməsində müstəsna rol oynamışdır. Bir çox demokrat düşüncəli, tərəqqipərvər pedaqoqların dərs dedikləri bu seminariyada azərbaycanlı, gürcü, rus və digər xalqların övladları Avropa dilləri və ədəbiyyatını, rus dilini, ədəbiyyatını və pedaqogikasını, təbiət, coğrafiya, hesab və başqa fənləri öyrənmişlər. Seminariyada Qərb, xüsusilə, rus dili və ədəbiyyatının tədrisinə geniş yer verilmiş, dünya klassiklərinin əsərləri tədris edilmiş, nəzdində Qərbi Avropa və rus klassiklərinin əsərlərindən ibarət zəngin kitabxana fəaliyyət göstərirdi. Azərbaycan dilində tədris kitabının yaranması tarixi də həmin dövrlə bağlıdır. Məlumdur ki, 1852-ci ildə Mirzə Şəfi Vazeh Tiflisdə dərs dediyi zaman Mirzə Kazım bəyin Moskvadaki tələbələrindən olan İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatı "Kitabi-türki" adlı bir dərslik tərtib etmişdir. Lakin XIX əsrin 60–70-ci illərində həmin dərs vəsaiti mənən bir qədər köhnəldiyinə və təkrar çap olunmadığına görə uzunömürlüyü ilə seçilməmişdir. Beləliklə, həm azərbaycanlı məktəbliləri dərs öyrənmək, həm də azərbaycanlı müəllimləri Ana dilində dərs demək üçün sərəncamlarında dərsliyin olmaması problemi ilə üzləşirdilər. 1881 ilin yanvar ayının 26-da Qafqaz canişini nin təsdiq etdiyi təlimata əsasən Cənubi Qafqaz da yaşayan xalqların nümayəndələri dərslərini ilk tədris ilində öz Ana dillərində almalı idilər . Lakin, deyildiyi kimi, Azərbaycan dilində dərsliyin olmaması canişinin təlimatının yerinə yetirilməməsi təhlükəsini yaradırdı.
Vətən oğlu
Vətən oğlu (film, 1941)
Vətən yaxşıdır
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. == Tarixi == Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. === Trendə çevrilməsi === Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Vətən Şaşmaz
Vətən Şaşmaz (8 yanvar 1975 və ya 8 yanvar 1974, İstanbul – 27 avqust 2017, İstanbul, Türkiyə) — Türk aktyor və aparıcı. == Həyatı == 8 yanvar 1975-ci ildə İstanbulda doğulub. 27 avqust 2017-ci ildə İstanbulda vəfat edib.
İlk vətən
İlk vətən və ya urheymat (alm. ur‎, "mənşə" + Heimat, "vətən") — protodilin ilkin vətənini təsvir edən tarixi linqvistika termini. Sözügedən dil ailəsinin yaşından asılı olaraq protodilin “vətəni” əgər yayılması tarixi köçlər nəticəsində baş veribsə, demək olar ki, qəti formada, çox qədim tarixi dövrlərdə meydana gəlibsə, daha az dəqiqliklə müəyyən edilə bilər. == Hind-Avropa == Proto-Hind-Avropalıların (PIE) vətəni haqqında ən çox qəbul edilən nəzəriyyə bu dilin Qara dəniz-Xəzər çöllərində eramızdan əvvəl 4000-ci illərdə yayılmağa başladığını iddia edən “çöl fərziyyəsi”dir. Azlıqda qalan bəzi tədqiqatçılar isə əsas vətənin Anadoluda eramızdan əvvəl 8000-ci ildə mövcud olduğunu iddia edən Anadolu fərziyyəsini dəstəkləyirlər. Diqqətəlayiq bir ehtimal olsa da, üçüncü iddia, onların əsas vətənini Qafqazın cənubunda yerləşdirən erməni hipotezinin böyük ehtimalla həqiqətə uyğun olmadığı hesab olunur. Neolit ​​kreolizasiyası fərziyyəsi, Paleolit ​​Davamlılıq Nəzəriyyəsi və Yerli Aryanlar nəzəriyyəsi də daxil olmaqla, proto-hind-Avropa xalqının əsas vətəni üçün bir neçə başqa nəzəriyyə də təklif edilmişdir. == Türk == Türk dillərinin mənşəyi və yarandığı vaxtın müəyyənləşdirilməsi mübahisəli məsələlərdən olsa da, onların əsas vətəni üçün Transxəzər çöllərindən Şimal-Şərqi Asiyada mövcud olan Mancuriyaya qədər müxtəlif regionları əhatə edən bir çox nəzəriyyələr mövcuddur. Ən qədim Çin qeydlərinə qədər yazılı mənbələrin olmaması və ilk türk xalqlarının köçəri təbiəti türk dilinin ilkin vətəninin yerini və tarixini təyin etməyi çətinləşdirir. Prototürk əsas vətənini tapmaq cəhdləri ümumiyyətlə Qərbi və Mərkəzi Sibirdə və onun cənub regionlarında inkişaf etmiş erkən arxeoloji üfüqlərlə əlaqələndirilir.
"Vətən Müharibəsi" ordeni
Vətən Müharibəsi ordeni (rus. Орден Отечественной войны) — SSRİ Ali Soveti Rəyasət Heyətinin 20 may 1942-ci il tarixli fərmanı ilə yaradılmış orden. == İstinadlar == Указ Президиума Верховного Совета «Об учреждении Ордена Отечественной войны первой и второй степени» от 20 мая 1942 года // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1942. — 28 мая (№ 19 (178)). — С. 1.
"Vətən uğrunda" medalı
"Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. == Tarixi və əsasnaməsi == "Vətən uğrunda" medalı Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy Əliyev tərəfindən 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 608-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiklərinə görə; Dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə görə; Dövlət quruluşunun müdafiəsində iştirakına görə."Vətən uğrunda" Azərbaycan Respublikasının medalı digər orden və medalları olduğu halda döşün sol tərəfinə ordenlərdən sonra taxılır. == Təsviri == "Vətən uğrunda" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "Vətən uğrunda" medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın mərkəzində Azərbaycan Respublikasının Gerbi yerləşdirilib, onun altında isə iki kəsişən qılınc göstərilib. Gerbin üstündə çevrə boyunca "Vətən uğrunda" sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.
Ah, Vətən (mahnı)
Ah, vətən — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Almas İldırıma, musiqisi isə Cavanşir Quliyevə məxsusdur. Mahnı vətənpərvərlik mövzusundadır. Aygün Kazımova 1996-cı ildə İstabulda keçirilən ilk "Türkivyon" mahnı müsabiqəsində çıxış etmişdir. 42 ölkə arasında keçirilən müsabiqədə, Aygün Kazımova üçüncü yeri tutmuşdur.
Ana Vətən (Kiyev)
Ana Vətən heykəli (ukr. Батьківщина-Мати, rus. Родина-мать) — Ukraynanın paytaxtı Kiyevdə yerləşən İkinci Dünya müharibəsinin xatirəsinə inşa edilən heykəl. Heykəltəraş Yevgeni Vuçetiç və quruluşçu rəssam Vasili Boroday tərəfindən hazırlanan heykəl paslanmaz poladdan istehsal olunmuşdur. Əlindəki 16 metrlik qılınc ilə birlikdə ümumi hündürlüyü 102 metr, çəkisi 560 tondur. Heykəlin sağ əlindəki qılıncın ağırlığı 9 tondur. Sol əldə 13x8 metr enində, üzərində Sovet Sosialist Respublikalar İttifaqı gerbinin yer aldığı bir qalxan vardır.Heykəlin yer aldığı sahədəki muzeydə təxminən 11.600 əsgərin oyma adlarının olduğu mərmər vallar vardır. Həmçinin müharibə zamanı Sosialist Əməyi Qəhrəmanı və Sovet İttifaqı Qəhrəmanı nişanları verilən təxminən 200 işçi burada anılır.Abidə Kiyevdə yer alan İkinci Dünya Müharibəsində Ukrayna Tarixi Muzeyinin bir hissəsində yerləşir. == Dizayn və tikintisi == SSRİ-də bu böyüklükdə polad heykəl ilk dəfə qoyulub. Texnoloji dizayn və montaj, Paris Kommunası adını daşıyan Kiyev zavodunun mütəxəssisləri tərəfindən, Paton Elektrik Qaynaq İnstitutunun paslanmaz polad kadrların ayrı-ayrı bloklarda, 25-30 ton ağırlığında hissələrdə irəli gəlməsinə yönəlik təklifləri nəzərə alınaraq həyata keçirilib.Başlanğıcda abidənin qızılla örtülməsi nəzərdə tutulurdu, lakin daha sonra bu fikir rədd edildi.
Ana Vətən (dəqiqləşdirmə)
Ana Vətən Partiyası
Ana Vətən Partiyası
Ana Vətən Partiyası (Azərbaycan) — Azərbaycanda 1990-cı ildə əsası Fəzail Ağamalı tərəfindən qoyulmuş siyasi partiya. Ana Vətən Partiyası (Türkiyə) Ana Vətən Partiyası (Türkiyə, 1987) — Türkiyədə əsası 1987-ci ildə Turqut Özal tərəfindən qoyulmuş siyasi partiya. Ana Vətən Partiyası (Türkiyə, 2011) — Türkiyədə əsası 2011-ci ildə İbrahim Çələbi tərəfindən qoyulmuş siyasi partiya.
Azad Vətən Partiyası
Azad Vətən Partiyası (Azərbaycan) — Azərbaycan Respublikasında faəliyyət göstərən siyasi partiya. Azad Vətən Partiyası (Dağlıq Qarabağ) — Qondarma Dağlıq Qarabağ Respublikasında fəaliyyət göstərən siyasi partiya.
Böyük Vətən Müharibəsi
Böyük Vətən Müharibəsi — Rusiya və keçmiş postsovet ölkələrində 1941–1945 illərdə, İkinci dünya müharibəsi dövründə Sovet İttifaqının Almaniya və onun müttəfiqlərinə qarşı apardığı müharibəyə verilən ad. Qərbdə bu müharibə Sovet-alman müharibəsi, İkinci Dünya müharibəsində Şərq cəbhəsi adlarıyla tanınır. Almaniyanın danışıqsız təslim olduğu gün − 9 may günü rəsmi bayramdır. == Müharibə ərəfəsi == Almaniya çox güclü hərbi-iqtisadi potensiala malik idi. Hərbi istehsal 1934-cü ildən 1940-cı ilə qədər 22 dəfə artmışdı. Alman hərbi qüvvələrinin sayı (105 mindən 3 milyon 755 minə qədər) 35 dəfə artmışdı. 1941-ci ilin ortasında Almaniyanın silahlı qüvvələrinin ümumi sayı 7,3 mln adam (bundan əlavə 1,2 mln muzdlular vardı). Quru qoşunlarında (5,2 mln adam) 214 (169 piyada, 21 tank, 14 mühərrikli və 10 başqa) diviziya, 7 əlahiddə briqada vardı. Texnikası: 5639 tank və hucum top, 10 min təyyarə, 61 min top və minaatan. 1941-ci ilin iyununda hərbi-dəniz donanması 5 xətt gəmisi, 4 ağır və 4 yüngül kreyser, 43 esmines və minadaşıyan, 161 sualtı qayıq və başqa gəmilərlə təchiz edilmişdi.
Kürd Vətən İttifaqı
Kürd Vətən İttifaqı — İraqın siyasi partiyası. Səddam Hüseyndən sonra gələn 3 prezident: Bərham Saleh, Fuad Məsum və Cəlal Talabani məhz bu partiyanın üzvü olub və Partiyanı ölkənin rəsmi partiyasına çeviribdir. Ən böyük rəqibləri BƏƏS dövründə İraq, Türkiyə, PKK, YPG, İŞİD-dir. Ən böyük müttəfiqi isə Qəddafist Liviyadır (1983). Mərkəzi Süleymaniyədə Yerləşir. Cənubi İraqda partiyanı "terror anbarı" kimi tanıyırlar. 2014–2018 ci illər arasında aktiv fəaliyyət göstərir. == Tarixi == PUK siyasi irsini Süleymaniyyədə doğma İbrahim Əhməddə başlayır. 1947-ci ilin əvvəlində İranda Sovet tərəfindən dəstəklənən kürd kürd Mahabadın süqutundan sonra İbrahim Əhməd, İran KDP-nin (KDP-I) ​​Süleymaniyyə təmsilçisi, yeni yaradılan İraq KDP-yə qoşuldu. Əhməd, 1951-ci ilə qədər İraq Kürd solçu millətçilərinin əksəriyyətini yeni İraq KDP-yə toplamağa müvəffəq olmuş yüksək nüfuzlu solçu bir ziyalı idi, bu da öz növbəsində ikinci Partiya Qurultayını çağırmaq və Əhməd baş katib seçmək imkanı əldə etdi. .
Kürdüstan Vətən İttifaqı
Kürd Vətən İttifaqı — İraqın siyasi partiyası. Səddam Hüseyndən sonra gələn 3 prezident: Bərham Saleh, Fuad Məsum və Cəlal Talabani məhz bu partiyanın üzvü olub və Partiyanı ölkənin rəsmi partiyasına çeviribdir. Ən böyük rəqibləri BƏƏS dövründə İraq, Türkiyə, PKK, YPG, İŞİD-dir. Ən böyük müttəfiqi isə Qəddafist Liviyadır (1983). Mərkəzi Süleymaniyədə Yerləşir. Cənubi İraqda partiyanı "terror anbarı" kimi tanıyırlar. 2014–2018 ci illər arasında aktiv fəaliyyət göstərir. == Tarixi == PUK siyasi irsini Süleymaniyyədə doğma İbrahim Əhməddə başlayır. 1947-ci ilin əvvəlində İranda Sovet tərəfindən dəstəklənən kürd kürd Mahabadın süqutundan sonra İbrahim Əhməd, İran KDP-nin (KDP-I) ​​Süleymaniyyə təmsilçisi, yeni yaradılan İraq KDP-yə qoşuldu. Əhməd, 1951-ci ilə qədər İraq Kürd solçu millətçilərinin əksəriyyətini yeni İraq KDP-yə toplamağa müvəffəq olmuş yüksək nüfuzlu solçu bir ziyalı idi, bu da öz növbəsində ikinci Partiya Qurultayını çağırmaq və Əhməd baş katib seçmək imkanı əldə etdi. .

Digər lüğətlərdə

вы́сунуть зале́чивать кардина́льно многомиллиа́рдный нота́ция окисли́ться поднака́пливать ря́сна кремнёвый ла́гер плечи́стый поприба́виться разоблачи́тельный цыпырленок airwave capon contouring cribrose fader hairiness poleman rascality sternum verism ириска