cəhət
cəm
OBASTAN VİKİ
Cəllad
Cəllad və ya Başkəsən — Edam cəzası almış şəxslərin edam edilməsi ilə məşğul olan şəxs. Müasir edam silahları ixtira edilənə qədər Avropa və Asiya ölkələrinin saraylarında cəlladlar saxlanılırdı. Cəlladlar heç vaxt ailə qura bilməzdilər. Onlar bazarda malları pulsuz alırdılar. Bəzən satıcılar onların əlindən pul götürməyə belə çəkinirdilər. Kral saray üçün başqa bir cəllad təyin edərdisə, əvvəlki cəllad yeni cəlladı şəhər əhalisinə tanıtmalıydı.
Qara Cəllad (film, 1971)
Kara Cəllad, Yılmaz Atadeniz'in rejissoru olduğu 1971-ci ildə çəkilən Türk filmidir . == Rollarda == İrfan Atasoy (səs. Əbdurrəhman Palay) Feri Cansel (səs. Nevin Akkaya) Ərol Taş (səs.
Cəlladın cəzası (film, 1945)
Cəlladın cəzası — 1945-ci ildə istehsal olunmuş Misir filmi. == Mövzu == Film gecə klubları, narkotika alveri, qətl və polislərlə dolu qaranlıq bir melodram idi. == Festivallarda == "Cəlladın cəzası" filmi çəkildikdən bir il sonra Kannda göstərilmışdir.
Cəlladlar (Makdonaldın romanı)
Cəlladlar (ing. The Executioners) — Con Dann Makdonald tərəfindən yazılmış və 1957-ci ildə nəşr olunmuş psixoloji triller saspens romanı. Əsərin məzmunu vəkilin həbs edilməsində töhfəsi olduğu cinayətkar tərəfindən təqib edilməsi və işgəncələrə məruz qalması ilə bağlıdır."Cəlladlar" əsəri 1962-ci ildə və yenidən 1991-ci ildə iki dəfə "Qorxu burunu" adı ilə ekranlaşdırılmışdır. Birinci film adaptasiyası romanın məzmununa daha sadiqdir, 1991-ci ildəki adaptasiya isə xeyli dərəcədə daha qəddar və zorakı xarakter daşıyır. == Məzmun == Romanın əsas süjeti savadsız, qəddar təcavüzçü Maks Kedini cinayət başında yaxalayan Sem Bouden adlı vəkil ilə bağlıdır. Bouden daha sonra onun əleyhinə ifadə verir. Münsiflər heyəti Kedini günahkar hesab edir və Kedi on dörd il müddətinə həbsxanaya göndərilirş O, burada Boudenin onu bilərəkdən həbsxanaya göndərdiyinə görə ona qarşı qəzəb və nifrət ilə alovlanan obsessiv bir kin inkişaf etdirir və ona qulluq edir. Kedi şərti azadlığa buraxıldıqdan sonra Bouden və ailəsini təqib etməyə başlayır. O, nəinki qisas almaq, həm də Boudenin sahib olduqları şeylərə, xüsusən də Boudenin yeniyetmə qızına həsəd aparmağa başlayır. Kedinin vendettası yavaş-yavaş ailəni təqib etməkdən və qıcıqlandırmaqdan ailəsinə yaxın hesab etdiyi insanları öldürməyə cəhd göstərməyə qədər yüksəlir.

Значение слова в других словарях

вместе с те́м индивидуалисти́ческий перепря́тывать протори́ться слеса́рная фиброадено́ма шерп вшива́ние засто́порить изнища́ть канавокопа́тель квалификацио́нный расшива́ние сеголе́тки ерестить adulteress axiomatical cursed field-gun globuliferous sash saw stunner заучиваться зашпаклевать шестерня