CƏLLAD

is. [ ər. ]
1. Ölüm hökmünü icra edən adam.
[Xan] cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. Koroğlu”.
…Başım cəllad əlində; Dilim səni haraylar. (Bayatı).

2. məc. Qaniçən, qəddar, mərhəmətsiz adam.
[Rəhim:] Mahmud cəlladın biridir, arvadı ondan bədtər. Ə.Haqverdiyev.
[Dərviş:] O baxış öylə bir baxış idi ki, cəllad görsə idi, xəncərini yerə atardı. A.Divanbəyoğlu.

3. məc. klas. Gözəlin məftunedici qaşlarına, gözlərinə işarə.
Siz bilin, mail oldum; Bir qaşı cəllada bu gün. Aşıq Ələsgər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CƏLLAD CƏLLAD [Xan:] Cəllad çağırıb əmr elədim ki, Alı kişinin boynunu vursun (“Koroğlu”); BAŞKƏSƏN Salman: Mən o evyıxanları, o başkəsənləri deyirəm ki
  • CƏLLAD qəddar — zalım

Etimologiya

  • CƏLLAD Ərəb dilindən alınma sözdür, bizdə qabaqlar onun yerinə yarğan (yaran, kəsən) sözlərindən istifadə olunub
CƏLƏSƏ
CƏLLADLIQ
OBASTAN VİKİ
Cəllad
Cəllad və ya Başkəsən — Edam cəzası almış şəxslərin edam edilməsi ilə məşğul olan şəxs. Müasir edam silahları ixtira edilənə qədər Avropa və Asiya ölkələrinin saraylarında cəlladlar saxlanılırdı. Cəlladlar heç vaxt ailə qura bilməzdilər. Onlar bazarda malları pulsuz alırdılar. Bəzən satıcılar onların əlindən pul götürməyə belə çəkinirdilər. Kral saray üçün başqa bir cəllad təyin edərdisə, əvvəlki cəllad yeni cəlladı şəhər əhalisinə tanıtmalıydı.
Qara Cəllad (film, 1971)
Kara Cəllad, Yılmaz Atadeniz'in rejissoru olduğu 1971-ci ildə çəkilən Türk filmidir . == Rollarda == İrfan Atasoy (səs. Əbdurrəhman Palay) Feri Cansel (səs. Nevin Akkaya) Ərol Taş (səs.
Cəlladın cəzası (film, 1945)
Cəlladın cəzası — 1945-ci ildə istehsal olunmuş Misir filmi. == Mövzu == Film gecə klubları, narkotika alveri, qətl və polislərlə dolu qaranlıq bir melodram idi. == Festivallarda == "Cəlladın cəzası" filmi çəkildikdən bir il sonra Kannda göstərilmışdir.
Cəlladlar (Makdonaldın romanı)
Cəlladlar (ing. The Executioners) — Con Dann Makdonald tərəfindən yazılmış və 1957-ci ildə nəşr olunmuş psixoloji triller saspens romanı. Əsərin məzmunu vəkilin həbs edilməsində töhfəsi olduğu cinayətkar tərəfindən təqib edilməsi və işgəncələrə məruz qalması ilə bağlıdır."Cəlladlar" əsəri 1962-ci ildə və yenidən 1991-ci ildə iki dəfə "Qorxu burunu" adı ilə ekranlaşdırılmışdır. Birinci film adaptasiyası romanın məzmununa daha sadiqdir, 1991-ci ildəki adaptasiya isə xeyli dərəcədə daha qəddar və zorakı xarakter daşıyır. == Məzmun == Romanın əsas süjeti savadsız, qəddar təcavüzçü Maks Kedini cinayət başında yaxalayan Sem Bouden adlı vəkil ilə bağlıdır. Bouden daha sonra onun əleyhinə ifadə verir. Münsiflər heyəti Kedini günahkar hesab edir və Kedi on dörd il müddətinə həbsxanaya göndərilirş O, burada Boudenin onu bilərəkdən həbsxanaya göndərdiyinə görə ona qarşı qəzəb və nifrət ilə alovlanan obsessiv bir kin inkişaf etdirir və ona qulluq edir. Kedi şərti azadlığa buraxıldıqdan sonra Bouden və ailəsini təqib etməyə başlayır. O, nəinki qisas almaq, həm də Boudenin sahib olduqları şeylərə, xüsusən də Boudenin yeniyetmə qızına həsəd aparmağa başlayır. Kedinin vendettası yavaş-yavaş ailəni təqib etməkdən və qıcıqlandırmaqdan ailəsinə yaxın hesab etdiyi insanları öldürməyə cəhd göstərməyə qədər yüksəlir.

Digər lüğətlərdə

антибуржуа́зный гравели́т заслю́нивать ополови́нивать просе́ивание фитопато́лог хори́стка ацетиле́н сири́йцы скомпили́ровать су́женный сыно́вий сюи́та фальсифици́роваться dayglow inoculation klieg eyes mandible palaeographer prothalamia sympathizer terrazzo город-герой издольщик переснимать