CƏLƏ

is. At quyruğu qılından ilmək şəklində düzəldilən tələ; duzaq.
Hər səhər malların altını təmizləyib, su və yemlərini verdikdən sonra mən həyətimizdəki peyinlikdə cələ qurardım. M.İbrahimov.

// Məc. mənada. [Ağa:] Gözəl bir arvad da olsa, başı əziləsi bir ilandır.
Az-az kişi onun cələsindən çıxa bilər. S.Rəhimov.

◊ Cələ qurmaq məc. – birinə qarşı hiylə qurmaq, tor qurmaq, tələ qurmaq.
Cələyə salmaq – tora salmaq.
Üç nəfər mərd, sahibi-iman; Üçü bir yerdə etdilər peyman; İstəyib salsın özgəsin cələyə; Düşdülər özləri haman tələyə. Ə.Qəmküsar.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CƏLƏ cələ bax tələ
  • CƏLƏ tələ — tor — duzaq
CƏLDLİK
CƏLƏSƏ
OBASTAN VİKİ
Cələb Əhməd Paşa
Cələb Əhməd Paşa (v. noyabr 1644, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı sultanı IV Murad və Sultan İbrahimin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli və saraya necə alındığı bilinmir. Əndərunda yetişmiş, daha sonra Sultan Muradın silahdarı olmuşdur. 1633-cü ilin sentyabrında Hələb bəylərbəyliyi ilə saraydan ayrılmışdır. Qısa müddətlik fasilə sayılmazsa, 1638-ci ilədək bu vəzifədə qaldı. Ardından qübbə vəziri təyin edilərək paytaxta çağırıldı və Sultan Əhmədin qızlarından Ayşə Sultanla nigahlandı. Ancaq Sultan Muradın vəfatı və Sultan İbrahimin taxta cülusunun ardından Şam bəylərbəyi təyin edilərək yenidən paytaxtdan uzaqlaşdırıldı. 1641-ci ildə vəzifədən alınsa da, ertəsi il yenidən eyni vəzifəyə təyin olundu. 1643-cü ildə yenidən qübbə vəziri olsa da, bir il sonra İstanbulda vəfat etdi.
Cələbər (Urmiya)
Cələbər — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Dulbəkş kəndistanında, Urmiya şəhərindən 53 km cənub-şərqdədir.
Cələqıran (Ərdəbil)
Cələqıran — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km şimaldadır.
Əhməd Əfəndi Cələbi
Əhməd Əfəndi Çələbizadə (əsil adı: Əhməd Əfəndi Əbdülrəhim oğlu Çələbizadə) -(?, 1892 — ?,1937) — Quba Cümə məscidinin axundu, Azərbaycanda diyarşünaslıq muzey işinin ilk təşkilatçılardan biri, diyarşünas-tədqiqatçı, A. A. Bakıxanov adına Quba tarix-diyarşünaslıq muzeyinin yaradıcısı, Tiflisdəki Sunitski adına Cənubi Qafqaz ruhani məktəbinin məzunu. == Həyatı == Əhməd Əfəndi Çələbizadə elm fədaisi, öz millətini sevən və ona bağlı olan görkəmli tədqiqatçı olmuşdur. Əhməd Əfəndi Çələbizadə ilə birlikdə repressiyaya məruz qalmış, gərgin əməyi sayəsində yazdığı, elm aləminə məlum olmayan Quba rayonunun adət və qaydaları haqqında əsərinin əlyazması Vətən tarixinin tədqiqində və təbliğində xüsusi əhəmiyyəti var. Əhməd Əfəndi Çələbizadənin Azərbaycan tarixinin təbliğində ilk xeyirxah addımı 1924-cü ildə Quba diyarşünaslıq muzeyinin yaradılması olmuşdur. Tarix-diyarşünaslıq muzeyini təşkil edən Əhməd Əfəndi Quba şəhəri tarixinin tədqiqində mühüm rol oynamışdır. O, bütün Quba qəzasında çox savadlı adam kimi tanınmış, diyarşünas və mədəni işin təşkilatçısı kimi ad çıxarmışdır. O, zəkalı, çox oxumuş adam, tarixin, Qərb və Şərq ədəbiyyatının və incəsənətinin gözəl bilicisi, bəlağətli natiq, nadir hafizəyə malik olan insan olmuşdur. Əhməd Əfəndi Çələbizadə 1892-ci ildə Qubanın tanınmış din xadimi, Cümə məscidinin imamı Əbdülrəhim Əfəndinin ailəsində dünyaya gəlmişdir. İbtidai təhsilini atasının dərs dediyi mədrəsədə alan Əhməd Əfəndi ərəb və fars dillərini mükəmməl öyrənmişdir. 1912-ci ildə o, Tiflisdəki Sunitski adına Cənubi Qafqaz ruhani məktəbində oxumuş, tədris müəssisəsini bitirdikdən sonra 1913-cü ildə Qubaya gələrək Cümə məscidində atasının köməkçisi təyin olunmuşdu.

Digər lüğətlərdə

клету́х недалёкость отяжеля́ться подсо́лнушек со́нник сорби́т сохраня́ться товарообме́н дева́ться перебо́рчивый полузна́йка сня́ться торе́ц увеличи́тель хлопково́дство верзить agalactous Bali Sea cover-glass gas-motor indispose jerk out nose-glasses omit pump-handle