CƏM
CƏMDƏK
OBASTAN VİKİ
Cəm
Cəm (lat. summa) — iki ədədi toplayanda alınan ədəd bu ədədlərin cəmi adlanır.
Cəm (jurnal)
Cəm — siyasi və ədəbi-yumoristik həftəlik jurnal. == Tarixi == 28 noyabr 1910 - 6 oktyabr 1912 illərdə 43 nömrəsi, 10 dekabr 1927 - 2 may 1929 illərdə isə 49 nömrəsi (cəmi 92 nömrə) çıxmışdır. 77 nömrəsi ərəb əlifbası ilə, 15 nömrəsi isə latın əlifbası ilə çap olunmuşdur. Əvvəllər türk və fransız dillərində, 1927-ci ildən təkcə türk dilində nəşr edilmişdir. Sahibi və məsul müdiri Cəmil (Cəm), baş redaktoru isə Rafıq Xalid (Karay) olmuşdur. 16 səhifəlik idi. Dövrün ictimai nöqsanlarını kəskin tənqid edən jurnalda əsasən yumoristik şeirlər, hekayələr, felyetonlar və karikaturalar dərc olunurdu. == Həmçinin bax == Məzəli (jurnal) == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.74.
Cəm (şəhər)
Cəm — İranın Buşehr ostanının şəhərlərindən və Cəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,809 nəfər və 2,734 ailədən ibarət idi.
Cəm evi
Cəm evi - Ələvilik inancının əsas ibadət məkanı. Cəm evindən zikr edilməsi və müxtəlif dini ibadətlərin icra edilməsi üçün istifadə edilməkdədir. Cəm evinə daxil olmaq üçün müəyyən şərtlər vardır. Qul haqqı yeyən, haqq sahibi ilə halallaşmayan şəxs ibadətxanaya daxil ola bilməz. İbadətlər Allah-Məhəmməd-Əli və 12 imam ətrafında sıxlaşdırılmışdır.
Cəm temperatur
== Cəm temperatur == Aqrometeorologiyada ərazinin istilik potensialını və kənd təsərrüfatı bitkilərinin istiliyə olan təlabatını ifadə etmək üçün cəm temperaturlardan istifadə edilir. İlk dəfə olaraq Reomyur 1734- cü ildə bitkilərin istiliyə olan təlabatını cəm temperaturlar göstəricisi ilə vermişdir. === Fəal temperatur === Keçmiş SSRİ- də iqlimin termik ehtiyatlarını kənd təsərrüfatı məqsədləri üçün qiymətləndirərkən Q.T.Selyaninov ilk dəfə 100C- dən yuxarı temperatur cəmlərindən istifadə etmiş və belə temperaturları fəal temperaturlar adlandırmışdır.Onlar kənd təsərrüfatı bitkilərinin fəal vegetasiya dövründə istiliklə təminat göstəricisidir.Müəyyən hədlərdən yuxarı fəal temperatur cəmləri histoqram üsulu ilə hesablanır. === Effektiv temperatur === Bitkilərin istiliyə olan təlabatı effektiv temperaturlar cəmi vasitəsilə də ifadə olunur.Belə temperaturlar cəmi orta sutkalıq temperaturdan hər bir bitkinin bioloji minimumuna uyğun temperaturun çıxılaraq toplanması ilə alınır. Respublikamızda bir çox bitkilər üçün belə temperaturlar cəmi bütövlükdə vegetasiya dövrü və onun ayrı- ayrı hissələri üçün Ə.C.Əyyubov tərəfindən hesablanmışdır.Belə temperaturlar cəmi də orta aylıq temperaturun illik gedişi qrafikinə əsasən hesablanır.
Cəm şəhristanı
Cəm şəhristanı — İranın Buşehr ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Cəm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37 999 nəfər və 8 412 ailədən ibarət idi.
Firudin Cəm
Firudin Cəm (1914, Tehran – 13 oktyabr 2000, London; farsca: فريدون جم) — İranın keçmiş yüksək rütbəli hərbçisi və keçmiş baş nazir Mahmud Cəmin oğlu. == Həyatı == 1914-cü ildə Təbrizdə Mahmud Cəmin ailəsində anadan olmuşdur. Atası Mahmud Cəm 1935-ci ildən 1939-cu ilə qədər İranın baş naziri olmuşdur. Anasının adı Məleykə Zaman olmuşdur. 1937-ci ildə Rza şah Pəhləvinin böyük qızı Şəms Pəhləvi ilə evlənmişdir. Rza şahın ölümündən sonra Firudin Cəm Şəms Pəhləvi ilə boşanmışdır. == Təhsili == Tehranda və Saint-Cyrda hərbi təhsil almışdır. Daha sonra Birləşmiş Krallıqda hərbi akademiyanı bitirmişdir. == Karyerası == 1969–1971-ci illərdə İran İmperial Ordu Korpusunun komandanı vəzifəsində xidmət etmişdir. Məhəmmədrza şah Pəhləvi ilə konfliktlərə görə 1973-cü ildə ordudan ayrılmışdır.
Mahmud Cəm
Mahmud Cəm (1884–1969, farsca: محمود جم) — İranın 1935–1939-cu illərdə baş naziri olmuşdur. == Həyatı == Mahmud Cəm, Təbrizdə dünyaya gəlibdir. Atası Məhəmmədsadıq Kirmani, Kirmandan Təbrizə mühacirət etmişdir. Cəm Təbrizdə fransız bir şəxsdən fransız dilini öyrəndikdən sonra Təbrizdəki fransız səfirliyində tərcüməçi olaraq çalışmağa başlamışdır. Oğlu Firudin Cəm İranın məşhur hərbçilərindən olmuşdur. == Karyerası == Fransız səfirliyində tərcüməçi kimi işləməyə başlayan Cəm, Kirman və Xorasan da qubernator vəzifəsində çalışmışdır. 1933-cü ilin sentyabr ayında daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Rza şahın rəhbərliyi altında maliyyə naziri vəzifəsində çalışmışdır.1935-ci ilin dekabr ayından 1939-cu ilin oktyabr ayına qədər baş nazir vəzifəsində çalışmışdır. Transiran koridoru onun baş nazirliyi dövründə açılmışdır. Bundan sonra o Misirə səfir təyin edilmişdir.
İsmayıl Cəm
İsmayıl Cəm (15 fevral 1940, İstanbul, Türkiyə – 24 yanvar 2007, İstanbul) — Türkiyənin siyasi və ictimai xadimi, 1997–2003-cü illərdə Türkiyə Respublikasının Xarici İşlər naziri vəzifəsində işləmişdir. Türkiyə-Yunanıstan münasibətlərinin yaxşılaşmasında mühüm rolu olmuşdur. == Həmçinin bax == İsmayıl Cəm 1940-cı ildə doğulub. 2007-ci ildə vəfat edib.
Əl-Cəm amfiteatrı
Əl-Cəm amfiteatrı — müasir Afrikanın Roma əyalətindəki Thysdrus, Tunisin Əl-Cəm şəhərindəki oval bir amfiteatrdır. 1979-cu ildən bəri YUNESKO tərəfindən Ümumdünya irsi olaraq siyahıya alınmışdır. == Tarixi == Amfiteatr, e.ə. 238-ci ildə, Tunisin El Djem bölgəsindəki Roma Afrika Proconsularis bölgəsində yerləşən Thysdrus'ta inşa edilmişdir. Dünyanın ən yaxşı qorunan Roma daş xarabalıqlarından biridir və Afrikada bənzərsizdir. Roma imperiyasındakı digər amfiteatrlar kimi, tamaşaçı tədbirləri üçün inşa edildi və dünyanın ən böyük amfiteatrlarından biridir. Təxmini tutumu 35.000, böyük və kiçik baltaların ölçüləri müvafiq olaraq 148 metr (486 fut) və 122 metrdir. Amfiteatr daş bloklardan tikilib, düz bir yerdə yerləşir və olduqca yaxşı qorunur.Əl Cəmin amfiteatrı eyni yerdə tikilmiş üçüncü amfiteatrdır. İnanc budur ki, Gordian III olaraq imperator olmuş yerli prokuror Gordian tərəfindən inşa edilmişdir. Orta əsrlərdə bir qala rolunu oynadı və 430-cu ildə Vandalların və 647-ci ildə Ərəblərin hücumları zamanı əhali burada sığınacaq tapdı.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti
Azərsu Açıq Səhmdar Cəmiyyəti və ya qısaldılmış halda Azərsu ASC — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Tarixi == Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir.
"Filma" Səhmdar Cəmiyyəti
"Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti
Əlincə — 1990-ci ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-ci ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək,elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Abel cəmi
λ = {λ0, λ1, λ2, …} sonsuza istiqamətlənmiş artan bir ardıcıllıq olarsa və λ0 ≥ 0 olduğunda, əgər λn = n şərti ödənərsə, Abel cəmi metodu əldə edilə bilir. Burada f ( x ) = ∑ n = 0 ∞ a n exp ⁡ ( − n x ) = ∑ n = 0 ∞ a n z n , {\displaystyle f(x)=\sum _{n=0}^{\infty }a_{n}\exp(-nx)=\sum _{n=0}^{\infty }a_{n}z^{n},} Burada z = exp(−x) bərabərliyi mövcud olur. Beləliklə, x müsbət həqiqi ədədlərdən 0-a yaxınlaşdığında ƒ(x)-in limiti z 1-ə aşağıdan yaxınlaşdığında ƒ(z)-nin limitinə bərabər olur. Bu halda Abel cəmi A(s)s A ( s ) = lim z → 1 − ∑ n = 0 ∞ a n z n {\displaystyle A(s)=\lim _{z\rightarrow 1^{-}}\sum _{n=0}^{\infty }a_{n}z^{n}} şəklində təyin edilir. Abel cəmi Sezaro cəmi ilə uyumludur, ancaq ondan daha qüvvətli üsul hesab olunur. Ck(s)-nin təyin edildiyi bütün nöqtələrdə A(s) = Ck(s) bərabərliyi mövcud olur.
Allahsızlar Cəmiyyəti
"Mübariz Allahsızlar İttifaqı" (ilk adı: "Allahsızlar Cəmiyyəti") — 1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş din əleyhinə təşkilat. == Tarixi == 1924-cü ilin yanvarında AK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosu Din Əleyhinə Komissiya yaratmışdır. Komissiya tərəfindən şəhər və kəndlərdə "Allahsızlar Cəmiyəti" təşkil olunur. 1929-cu ildən din əleyhinə hücum daha da güclənir və həmin il "Allahsızlar Cəmiyyəti" "Mübariz Allahsızlar İttifaqı"na çevrilmişdir.
Amur çayı cəmiyyəti
Qara əjdaha cəmiyyəti (kyucitay; 黑龍會; şincitay: 黒竜会, kokuryukay) və ya Amur çayı cəmiyyəti – 1901-45-ci illərdə Yaponiyada mövcud olmuş ultramillətçi təşkilat. Cəmiyyətin əsas məqsədi Yaponiyanın Asiyadakı maraqlarını müdafiə etmək və Asiya qitəsindəki genişlənməsini yaymaq idi. == Tarixi == Təşkilat 1901-ci ildə ultramillətçi təşkilat olan Qenyoşanın xələfi kimi Ryohey Uçida tərəfindən qurulmuşdur. Təşkilatın ilk məqsədi Rusiyanı Şərqi Asiyadan – Amur çayının cənubundan uzaqlaşdırmaq idi. Uçida və bir çox yapon millətçiyə görə Amur çayı Yaponiyanın şimal-şərqi Asiyadakı milli müdafiə parametri idi. Təşkilat "Kokuryu" (daha sonra "Ajia jiron") adlı jurnal nəşr etdirmiş, Rusiyanın Sibir və Mancuriyadakı fəaliyyətlərini izləmək üçün casuslar yetişdirmiş və sərt xarici siyasət qəbul etməsi üçün hökumətə təzyiqlər etmişdir. Panasiyaçılıq idealogiyasını mənimsəyən təşkilat 1900-cü illərin əvvəllərində Sun Yatsen və Emilio Aqinaldo kimi inqilabçıları dəstəkləmişdir.Rus-yapon müharibəsi, Koreyanın ilhaqı və Yaponiyanın Sibirə müdaxiləsi zamanı təşkilat gizli siyasi fəaliyyətlər üçün öz üzvlərini göndərmişdir. 1920-ci və 1930-cu illərdə təşkilat diqqətini daxili məsələlərə yönəltmiş, solçu və liberal fiqurlara hücum etmiş və milli rekonstruksiya tələb etmişdir. Əsasən Kyuşudan olan keçmiş samuraylardan ibarət olan təşkilatın üzvləri heç vaxt çox olmamış və dövlət tərəfindən rəsmi şəkildə tanınmamışdır. Lakin təşkilatın Toyama Mitsuru kimi bəzi əsas üzvlərinin yüksək rütbəli şəxslərlə, hökumət nazirləri ilə və güclü biznesmenlərlə yaxın əlaqələri olduğu üçün Qara əjdaha cəmiyyəti Yaponiyadakı digər ultramillətçi təşkilatlara nisbətən daha çox təsirə malik idi.Yaponiyanın İkinci dünya müharibəsindəki məğlubiyyətindən sonra 1945-ci ildə ABŞ hökuməti təşkilatı ləğv etmişdir.
Andorra Qırmızı Xaç Cəmiyyəti
Andorra Qırmızı Xaç Cəmiyyəti (ing. Andorra Red Cross, ARCS) — Andorra daxilində fövqəladə yardım, fəlakət yardımı və təhsil verən bir humanitar təşkilatdır. == Tarixi == Təşkilat 1980-ci ildə təsis edilib və 1994-cü il martın 24-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 162-ci Milli Cəmiyyəti üzvü olaraq rəsmən tanınmışdır. Onun mərkəzi Andorra la Vella şəhərində yerləşir.
Anqola Qırmızı Xaç Cəmiyyəti
Anqola Qırmızı Xaç Cəmiyyəti (ing. Angola Red Cross, ARC) — 1978-ci ildə təsis edilən təşkilat. Qərargahı Luanda şəhərində yerləşir. Cəmiyyətdə təxminən 20 000 üzv və könüllü var (1998-ci ildəki hesablamalara əsasən). == Tarixi == 1978-ci ildə hökumət qərarı ilə təsis edilib və 1986-cı ildə Beynəlxalq Qırmızı Xaç Hərəkatına qoşulub; 1986-cı ildə ilk ümumi toplantısı keçirilmişdir. 1996-cı ildə Angola Qırmızı Xaç Cəmiyyəti Anqolanın Səhiyyə Nazirliyi ilə müqavilə imzalamış, bundan sonra əsas yardımçı şirkətin əsas səhiyyə xidmətləri sahəsində dövlət idarəçiliyinin rolu rəsmən təsdiqlənmişdir. Həm milli, həm də əyalət səviyyəsində fəaliyyət göstərir. 1998-ci ildə ikinci bir fövqəladə ümumi qurultay keçirilmiş, yeni bir qətnamə təsdiq edilmiş, yeni prezident, yeni baş katib və milli şura seçilmişdir; Maliyyə Komissiyası da daxil olmaqla İcraiyyə Komitəsi yaradılmışdır. == Bölmələri == Cəmiyyət 18 əyalətin 17-də əyalət nümayəndə heyətləri vasitəsilə təmsil olunur, bəzi vilayətlərdə yerli və ya bələdiyyə bölmələri vardır. == İdarəetməsi == Anqolun Qırmızı Xaç Cəmiyyətinin idarəetmə orqanlarına Baş Assambleya, Milli Şura, İcra Komitəsi və yerli nümayəndə heyətlərinin nümayəndələri daxildir.
Aqrar cəmiyyət
Aqrar cəmiyyət — cəmiyyətin ilkin inkişaf mərhələsi olub, insanın fiziki qabliyyəti, əl alətləri və təbii faktorlarla təcəssüm edilir.Qərb alimləri cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərhələyə bölürlər: aqrar cəmiyyət, sənaye cəmiyyəti informasiya cəmiyyəti.Aqrar cəmiyyətdə insanlar, əsasən, heyvandarlıqla və əkinçiliklə məşğul olurdular. Aqrar cəmiyyətdə əsas rol insanını birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material mübadilələrə malik idi.
Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti
Aqroservis Açıq Səhmdar Cəmiyyəti — Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılan səhmdar cəmiyyət. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 22 noyabr 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin 1.4-cü bəndinə əsasən həmin 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 8 iyul 2006-cı ildə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 331 N-li əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliy­yətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. “Aqrolizinq” ASC-in yaranması zamanı onun qarşısına qoyduğu əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsi idi. Sonradan Prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.
Argentina Qırmızı Xaç Cəmiyyəti
Argentina Qırmızı Xaç Cəmiyyəti (ing. Argentine Red Cross) — 1950-ci ildə təsis edilib və qərargahı Buenos-Ayresdə yerləşir.
Avropa cəmiyyətinin təsisinə dair Roma müqaviləsi
Roma müqaviləsi — 1957-ci ildə Almaniya Federativ Respublikası, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən insanların, əmtəənin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan bütün maneələrin ləğvi barədə bağlanmış beynəlxalq müqavilə.
Avstraliya Qırmızı Xaç Cəmiyyəti
Avstraliya Qırmızı Xaç Cəmiyyəti (ing. Australian Red Cross) — Avstraliyada qabaqcıl humanitar yardım edən təşkilat. 1914-cü ildə təsis edilən və 1941-ci ildə kral nizamnaməsinə daxil olan Avstraliya Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Avstraliya milli cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının üzvüdür. Avstraliya Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsas prinsiplərinə əsasən dünyəvi, neytral, qərəzsiz və müstəqil humanitar təşkilatdır. Avstraliya Qırmızı Xaç Cəmiyyətinin fəaliyyətinə Asiya-Sakit Okean bölgəsində beynəlxalq yardım, beynəlxalq humanitar hüquq müdafiəçiliyi, miqrasiya dəstəyi, fövqəladə hallarda yardım, Avstraliya Qırmızı Xaç Qan Xidməti vasitəsilə qan köçürmələri və Avstraliya aborigenləri, gənclər, ailələr, yaşlılar və əlil şəxslər üçün icma xidmətləri kimi bir sıra xidmət və proqramlar daxildir. Zati-aliləri Avstraliya Respublikasının Qubernatoru, general-leytenant Piter Kosqrov Avstraliya Qırmızı Xaç Cəmiyyətinin patronu və Milli Şuranın qeyri-səsverməli üzvüdür. Milli Şura ən yüksək idarəetmə qərarı qəbul edən orqandır və prezident və Milli Şuranın da daxil olduğu 53 üzvdən ibarətdir. Milli Şura Milli Şuranın nümayəndələrinə və CEO-ya əməliyyat və idarəetmə qərarları və digər məsuliyyətlərini təqdim edir. == Tarixi == Britaniya Qırmızı Xaç Cəmiyyətinin bir filialı 1914-cü ildə Avstraliyada, I Dünya Müharibəsi başladıqdan doqquz gün sonra, Xanım Helen Munro Ferquson tərəfindən yaradılmışdır. Britaniya Qırmızı Xaç Cəmiyyəti Avstraliya filialının adını Avstraliya Qırmızı Xaç Cəmiyyəti kimi dəyişdi və 1941-ci il iyun ayının 28-də kral nizamnaməsi ilə təsis edildi.
Avstriya Coğrafiya Cəmiyyəti
Avstriya Coğrafiya Cəmiyyəti (alm. Österreichische Geographische Gesellschaft‎) — Avstriyanın coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Vyana şəhərində yerləşir. Prezidenti 2015-ci ildən Helmut Volfşlaqdır. == Tarixi == Cəmiyyətin əsası 1856-cı ildə Avstriyanın Vyana şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyət müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvlər üçün öz nəşrləri çap olunur. == Üzvləri == 1902-ci ildə burada 2065 üzv var idi. Avstriya Coğrafiya Cəmiyyəti Avstriyadakı ən böyük elmi birləşmələrdən biridir və təxminən fiziki şəxslərdən və elmi qurumlardan ibarət 1300 üzvü var.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb.“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878-1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi. 515 verst uzunluğundakı bu yolun 1883-cü il 8 mayda rəsmi açılışı oldu və həmin gün Tiflisdən çıxan ilk sərnişin qatarı 9 mayda Bakıya çatdı.1883-cü ildə Bakı–Yelizavetpol (Gəncə)-Tiflis magistral dəmir yolu xətti işə salındı.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti
Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. 7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir. == Tarix == 1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. 1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır. 1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Mülki Aviasiya Muzeyi
Azərbaycan Mülki Aviasiya Muzeyi — Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi mülki aviasiyamızın dünəni və bugününü əks etdirən eksponatların toplandığı, mühafizə, nümayiş və təbliğ edildiyi müqəddəs ocaqdır. Muzeyin yaradılması təşəbbüsü ilə prezident Heydər Əliyev çıxış etmişdir. O, Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, onun maddiləşdirilməsi, təlim-tərbiyə ocağına çevrilməsinin labüdlüyünü qeyd edərək, milli aviasiyanın inkişafını hər şeydən öncə təhlükəsizliyin təminatına zəmanət kimi də qiymətləndirmişdir. Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, təbliğ olunması, onun maddiləşdirilməsi zəruriliyi Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması üşün zəmin yaratmışdır. 2005-ci ilin aprel ayında "Azərbaycan Hava Yolları" Dövlət Konserni tərəfindən Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Mülki Aviasiya Muzeyi Azərbaycan Respublikasının "Muzeylər haqqında Qanununu", Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimatını" və digər dövlət sənədlərini əldə rəhbər tutaraq muzeylərin qarşısına qoyulan vəzifələrə əsasən öz iş prinsipini qurmuşdur. == Strukturu == Mülki Aviasiya Muzeyi Milli Aviasiya Akademiyasının IV tədris binasında yerləşir. Onun sahəsi 254,88 m2. Muzey — fond və ekspozisiya şöbələrindən ibarətdir. === Fond şöbəsi === Muzeyin fond şöbəsi muzey əşyalarının toplanması, mühafizə olunması, uçot-qeydiyyat işinin aparılması funksiyasını həyata keçirir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Haqqında == Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədi ilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır. O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir. == Fəaliyyəti == "Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. "Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.
Azərbaycan Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq- 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. == Tarixi == === Sələfi === Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) — Gəmiçilik sahəsində çoxistiqamətli fəaliyyət göstərən Azərbaycan şirkəti. == Haqqında == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yük daşımaları, neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətdir. Gəmiçilik sahəsində 160 ildən çox təcrübəyə malik ASCO-nun fəaliyyət coğrafiyası Xəzər dənizi və Xəzərdənkənar yükdaşıma bazarlarını əhatə edir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük nəqliyyat donanmasına, neft və qaz hasilatı sənayesinə xidmət göstərən ən böyük ixtisaslaşdırılmış ofşor donanmaya, geniş texniki imkanları ilə seçilən gəmi təmiri zavodlarına, müasir tədris sistemi və elmi-texniki bazaya malik Azərbaycan Dövlət Dəniz Akademiyasına, eləcə də modern trenajor və simulyatorlarla təchiz edilmiş Təlim-Tədris Mərkəzinə sahibdir.Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasını tranzit yükdaşımaların həyata keçirilməsində xüsusi əhəmiyyətli edir. Eyni zamanda, Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin geniş profilli ixtisaslaşmış ofşor donanması böyük əhəmiyyət kəsb edir. == Tarixi == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük və ən qədim tarixə malik gəmiçilik şirkətidir. Əsası 1858-ci il may ayının 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Bununla belə, Gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb. Hazırda da, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Xəzərdə və Xəzərdənkənar hövzələrdə fəaliyyət göstərir.
Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq- 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. == Tarixi == === Sələfi === Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti (آذربایجان شاعر و ادیبلر جمعیتی) — İranda ədəbi təşkilat. == Tarixi == Azərbaycan Şair və Ədiblər Cəmiyyəti 1946-cı ilin əvvəllində Təbrizdə "Şairlər məclisi" əsasında təsis edilmiş, həmin ilin dekabrınadək fəaliyyət göstərmişdir. Cəmiyyətə İran Azərbaycanı milli azadlıq hərəkatında, yəni Azərbaycan Milli Hökumətinin qurulmasında iştirak edən, yaxud ona rəğbət bəsləyən şair və yazıçılar qəbul olunurdu. Əli Fitrət, Balaş Azəroğlu, M. Etimad, İbrahim Zakir, Əli Tudə, Mədinə Gülgün, Mir Mehdi Çavuşi və başqaları onun fəal üzvləri idilər. Şeir, nəsr, dramaturgiya, tənqid, gənc qələmlər bölmələri var idi. İran Azərbaycanının Zəncan, Ərdəbil, Urmiyə və sair şəhərlərində şöbələri təşkil edilmişdir. Cəmiyyət "Günəş" adlı jurnal buraxırdı.
Banqladeş Qırmızı Aypara Cəmiyyəti
Banqladeş Qırmızı Aypara Cəmiyyəti (ing. Bangladesh Red Crescent Society) — 1973-cü ildə Banqladeş Qırmızı Xaç Cəmiyyəti olaraq yaradılıb. 1989-cu ildə adını Banqladeş Qırmızı Aypara Cəmiyyəti olaraq dəyişdirdi. Baş qərargahı Dəkkə şəhərində yerləşir. Banqladeşin müxtəlif ərazilərində tez-tez yaşayan sel, siklon və digər təbii fəlakətlər zamanı cəmiyyət yardım və reabilitasiya sahəsində aparıcı rol oynamışdır.
Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti
Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti (başq. Башҡортостан Республикаһының Башҡорт ҡатын-ҡыҙҙары йәмғиәте) - cəmiyyətdə qadınların vəziyyətini yaxşılaşdırmaq, respublikanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında qadınların rolunu artırmaq, ailəni möhkəmləndirmək, onların mədəniyyəti və dilini, xalq ənənələri və sənətkarlıqlarını qorumaq və inkişaf etdirmək üçün yaradılmış ictimai təşkilatdır. Baş qərargah Başqırdıstanda Ufa şəhərində yerləşir. == Ümumi xarakteristikası == 1990-cı il noyabrın 17-də, Ufa şəhərində təsis qurultayında, Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti yaradılmışdır. 2007-ci ildən etibarən Başqırd Qadın Cəmiyyəti Şurasında 30 nəfər var idi.Təşkilat rayon və şəhərlərin xüsusi günlərində, milli bayramlar, müsabiqələr, elmi və praktik konfranslar, uşaq evlərinə xeyirxahlıq, səmərəli həyat tərzinin təşviqi və s. kimi müxtəlif sosial tədbirlərdə fəal iştirak edir.Başqırd Qadınlar Cəmiyyəti Respublika ("Nümunəvi Gənc Ailə", "Xıllıca", "Başqırd Milli Kostyumu" və s.) və rayon üzrə (Başqırd Seseni, "Ən Yaxşı Ana", "Salam, həmkəndlilər", "Jejere" və s.) tədbir və müasbiqələrin təşkilatçısıdır.Təşkilat, Sermenevski uşaq evinə, Verxni Avzyan kəndində xüsusi internat məktəbinə və Beloretsk rayonunun Uzyan kəndində bir uşaq evinə maliyyə yardımı göstərir. Müxtəlif xeyriyyə tədbirləri keçirir. 2013-cü ildə Abzelilovski rayonundakı təbii fəlakət qurbanlarına yardım etmək üçün xeyriyyə tədbirini təşkil etmişdir.Başqırd Qadınlar Cəmiyyəti İxlas məscidi ilə birgə müxtəlif tədbirlər təşkil edir (elmi-praktiki konfrans "İslam və Qadın"). 2006-cı ildə təşkilatın təmsilçiləri Moskva və Yekaterinburq şəhərində çoxmillətli məkanda ailələrin problemlərinə həsr olunmuş konfranslarda iştirak etmişlər.Təşkilatın köməyi ilə 2006-cı ildə Tatarıstan Respublikası Naberezhnye Çelnı şəhərində Başqırd məktəbi açmışdır. Başqırd Qadın Cəmiyyəti, Başqırdıstan Qadınlar İttifaqının və Dünya Başqırd Qurultayı üzvüdür.
Berlin Coğrafiya Cəmiyyəti
Berlin Coğrafiya Cəmiyyəti (alm. Gesellschaft für Erdkunde zu Berlin‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Dünyada ən qədim ikinci coğrafiya cəmiyyətidir. Mərkəzi ofisi Berlin şəhərinin Şteglits rayonunda yerləşir. == Tarixi == Cəmiyyətin əsası 20 aprel 1828-ci ildə Almaniyanın Berlin şəhərində qoyulmuşdur. Yaradıcıları Karl Ritter, Aleksandr fon Humboldt və başqaları idi. Cəmiyyətin ilk toplantısında, 7 iyun 1828-ci ildə 27 nəfər qatılmışdır. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Gənc alimlərə sponsorluq edir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.

Digər lüğətlərdə

ви́це-президе́нтский подборо́док подгото́виться пришпандо́рить пропита́ние селёдочник этнолингви́ст малотонна́жный наворси́ть огоро́жа психосомати́ческий семипо́льный спусти́ть петлю срать бег brume calkin sound hole subject whaling gun заворачиваться заживляться путы сам-четвёрт тухнуть