CƏMDƏK

is.
1. Heyvan ölüsü, leş, cəsəd.
Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev.
Yolun üstündə qoxumuş bir köpək cəmdəyi düşmüşdü. M.S.Ordubadi.

2. İnsan bədəni, bədən.
Neçə illər ondan sonra yolçular; Bir çuxurda iki cəmdək tapdılar. A.Səhhət.
[Məmmədəli:] Bacıoğlu! Yatırdıb ağzı yerdə o qədər goparam cəmdəyinə, şişib dama dönərsən. N.Vəzirov.

◊ Cəmdəyinə döşəmək – bax canına döşəmək (“can”da).
Əminə… Sonanın tutqunluğuna əhəmiyyət verməyib onun cəmdəyinə döşəyirdi. Ə.Əbülhəsən.
[Möhlətov:] Yaxşı danışan uşaqlardan bir-ikisini də kənara çəkib öyrədərəm.
İclasda o ki var Heydərovun cəmdəyinə döşəyərəm. Mir Cəlal.

Синонимы

  • CƏMDƏK cəmdək bax 1. leş; 2. bədən
  • CƏMDƏK leş — meyit — ölü
CƏMADİYƏSSANİ
CƏMDƏKYEYƏN

Значение слова в других словарях

гури́йский дешифрова́ние кинома́ния мурзи́ться отде́льщик сеноподбо́рщик стеати́товый где бы то ни было каза́рма проме́жность согбе́нный Bobbie graser Mayan oil painting opposable overfraught Ras shoal silence cabinet tribalist бархатка бедуин диссертация отшучиваться