CƏMİ
CƏMİYYƏT
OBASTAN VİKİ
Aqrar cəmiyyət
Aqrar cəmiyyət — cəmiyyətin ilkin inkişaf mərhələsi olub, insanın fiziki qabliyyəti, əl alətləri və təbii faktorlarla təcəssüm edilir.Qərb alimləri cəmiyyətin inkişafının əsasını təşkil edən iqtisadi münasibətlər baxımından üç mərhələyə bölürlər: aqrar cəmiyyət, sənaye cəmiyyəti informasiya cəmiyyəti.Aqrar cəmiyyətdə insanlar, əsasən, heyvandarlıqla və əkinçiliklə məşğul olurdular. Aqrar cəmiyyətdə əsas rol insanını birbaşa iştirakı tələb olunan, uzun dövr tələb edən material mübadilələrə malik idi.
Cəmiyyət
Cəmiyyət — mövcudluğun ümumi şərtləri, maraqlar, normalar, dəyərlər, dünya haqqında təsəvvürlər və identiklik əsasında birləşmiş fərdlərin birgə həyat fəaliyyətinin müxtəlif formaları. Başqa sözlə cəmiyyət insanların birliyi olub, özündə cəmiyyətin siyasi, iqtisadi həyatı, sosial və mədəni həyatını birləşdirən qeyri-dövlət strukturudur. O, müxtəlif maraqlara sahib olan insanların müəyyən yaşayış məskənlərində sivil əlaqə və ünsiyyət formasıdır. Cəmiyyət sözün geniş mənasında maddi həyatın, canlı təbiətin bir ,hissəsi olan, tarixən inkişaf edən, insanların fəaliyyəti formasıdır. Sözün dar mənasında isə bəşər tarixinin müəyyən bir mərhələsi (kapitalizm, feodalizm) və ya konkret sosial bir orqanizmdir (Fransa cəmiyyəti, Avropa cəmiyyəti və s ölkələr.). Cəmiyyət müəyyən qayda üzrə qurulmuş struktura malik olan bütöv bir sistem sayılmışdır. == Təsnifat == Sosioloqlar cəmiyyətləri üç geniş kateqoriyaya ayırırlar: sənayedən əvvəlki, sənaye və postsənaye. === Sənayedən əvvəlki === Sənayedən əvvəlki cəmiyyətlərdə insan və heyvan əməyinin istifadəsi ilə həyata keçirilən qida istehsalı əsas iqtisadi fəaliyyətdir. Bu cəmiyyətləri texnologiya səviyyəsinə və qida istehsal etmə üsullarına görə bu qruplara bölmək olar: ovçuluq və yığıcılıq, maldarlıq, bağçılıq və kənd təsərrüfatı. ==== Ovçuluq-yığıcılıq ==== Belə cəmiyyətlərdə qida əldə etməyin əsas forması gündəlik yabanı bitkilərin toplanması və vəhşi heyvanların ovlanmasıdır.
Açıq Cəmiyyət
Açıq cəmiyyət siyasətin, iqtisadiyyatın, sosial sferanın və ya mədəniyyətin liberallığından ibarət idarəçilik üsuludur. Burada hamının taleyinə birlikdə aid olan ümumi qərarlar hamının, yəni əksəriyyətin və ya nisbi çoxluğun birgə razılığı əsasında qəbul edilir. == Karl Popper tərifi == Popper tərəfindən verilən tərifə görə, açıq cəmiyyət həqiqət üzərində heç kimin monopoliyasının tanınmadığı, fərqli insanların fərqli baxış və maraqlara malik ola bilməsinin qəbul edildiyi və bütün insanların sülh şəraitində yaşaya bilməsi üçün hakimiyyət institutlarının hamının hüquqlarını bərabər qoruduğu ictimai modeldir. == Açıq cəmiyyətin qapalı cəmiyyətdən fərqi == Qapalı cəmiyyətlə müqayisədə açıq cəmiyyət təbiətlə harmonikliyə daha yaxındır. Belə ki, bu ikincidə cəmiyyətin təkamül yolu çoxsaylı yasaq və qadağalar vasitəsilə süni müəyyənləşdirilib, ona diqtə edildiyindən, son nəticədə bu inkişaf ümumi dünya harmoniyasından təcrid şəkildə baş verir və, buna görə də, cəmiyyətin deqradasiyası ilə nəticələnirsə, əksinə, açıq cəmiyyətdə təkamül, bütün hallarda ətraf dünya ilə harmoniya, adaptasiya şəraitində baş verir ki, bu da ümumi təkamül və təbii seçmə nəzəriyyələri ilə mütabiqdir; Ən optimal variantın axtarılıb tapılması zamanı məhdud qrupun intellekt potensialına söykənən qapalı cəmiyyətdə çeşidli götür-qoy imkanının mövcud olmaması səbəbindən, burada «təsadüfi» qərarların qəbul edilməsi ehtimalı maksimumdursa, əksinə, çoxsaylı variantların generasiyası və inteqrasiyasına hüdudsuz imkanların mövcud olduğu, hər şeyin yüz ölçülüb, bir biçildiyi açıq cəmiyyətdə belə risk minimumdur; Qapalı modeldə inkişaf yalnız xarici rəqabət tərəfindən birtərəfli stimullaşdırılırsa, açıq cəmiyyətdə daxili rəqabət də, daxil olmaqla, bu cür stimul ikitərəflidir; Monoton qapalı cəmiyyətdən fərqli olaraq, rəngarəng açıq cəmiyyətdə hər kəsin öz tələbatlarını (zövqünü, marağını, ehtiyacını...) ödəməsi üçün seçim imkanı, təkliflər assortimenti ifrat böyükdür; Qapalı modeldə hər kəsin öz əqidə və marağını reallaşdırması üçün vasitələri həddən artıq məhduddursa (cəmiyyətdən təcrid olmaq və ya onu tərk etmək kimi variantlar çərçivəsində), açıq cəmiyyətdə belə vasitələr hüdudsuzdur (mətbu müzakirəsi açmaqdan tutmuş, mitinq, nümayiş, boykot və s. qədər); Qapalı modeldə bütün hallarda konkret azlığın marağı ilə hesablaşılırsa, açıq cəmiyyətdə ədalət prinsipinə uyğun olaraq, həmişə əksəriyyətin marağının təmin olunması ön planda durur; İnersial qapalı cəmiyyətlə müqayisədə çevik açıq cəmiyyət xarici embarqolara qarşı daha dözümlüdür.
Cəmiyyət (Xocavənd)
Cəmiyyət (əvvəlki adı: Ninki) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Cəmiyyət kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Ninki kəndi Cəmiyyət kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Cəmiyyət kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Vaxtilə gəlmə ermənilər burada məskunlaşdıqdan sonra kəndin adını da dəyişdirib Ninki adlandırmışdılar. 1992-ci ildən yaşayış məntəqəsinin keçmiş adı bərpa edildi. Cəmiyyət ərəb dilində "birlik", "camaat", "yığın" deməkdir. == Tarixi == === Tarixi abidələri === Cəmiyyət kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Cəmiyyət Mühəndisliyi
Cəmiyyət Mühəndisliyi — Sosial Mühəndislik (Social Engineering "Political Science") Zehin memarlığı, və ya daha kompleks bir ifadəylə "İctimai psixoloji şüur memarlığı" deyilən fəaliyyətdir. Daha çox əhalinin dar görüşlü qisminə və ya nəzərdə tutulmuş xüsusi şəxslərə qarşı həyata keçirilir. Cəmiyyət mühəndisliyi strategiya, marketinq, təlim, dini və ya başqa məqsəd güdən insanlar tərəfindən: uşaqlar, gənclər, yoxsullar, ya da qadınlar kimi daha müdafiəsiz qruplara tətbiq olunur. Bu cür təbliğat və təşkilatlar, alternativ və ya rəqib düşüncəni düşmanlaşdıra da bilər. İnsanlıq tarixindən indiyə kimi bir çox idarəedicilər və siyasətçilər bu metodları çox yaxşı bilir və bu sənəti mahir icra edirlər. == == Xakerlər və fırıldaqçı insanlar tərəfindən, şəxsə özü ilə əlaqədar gizli məlumatları verməyə razı etmək və aldatmaq üçün istifadə də olunur. Bu yola əl atan peşəkarlaşmış insanlar, cəmiyyət psixologiyasını yaxşı bildikləri üçün məhkəmə qarşısında olanda belə özlərini qoruya və qarşısındakı hakimin qərarına təsir belə göstərə bilirlər.
Cəmiyyət adaları
Cəmiyyət adaları (fr. Îles de la Société), Yoldaşlıq adaları — Sakit okeanın cənubunda, Polineziyada arxipelaq. Fransanın mülkü. == Sahəsi == Sahəsi 1,6 min km2 . == Əhalisi == Əhalisi 235,3 min (2012). İnzibati mərkəzi Papeete şəhəridir. == Coğrafi xüsusiyyətləri == İki qrup: Küləktutan və Küləktutmayan adalardan ibarətdir. Ən böyük adası Taitidir (sahəsi 1042 km2 ). Adaların çoxu vulkan mənşəlidir, mərcan rifləri ilə əhatələnmişdir. Maksimum hündürlüyü 2241 m (Taiti adasında).
Qlobal cəmiyyət
Qlobal cəmiyyət — == Haqqında == "Cəmiyyət" istilahı gündəlik elmi dildə müxtəlif mənalarda istifadə edilir. Sosiologiya cəmiyyət haqqında elm kimi meydana gəlmişdir, yəni ictimai fikrin uzun müddət davam edən inkişafı gedişində ictimai həyatın dövlət, din və onların doğurduğu təsisat və məqsədli qruplar kimi təşkil olunmuş formaları ilə yanaşı, həm də spontan proseslərin də baş verdiyi aşkar edildikdə yaranmışdır. Onlar həm birgə yaşayış formalarını yaradır, həm də onları dəyişdirir və insanın iradəsindən asılı olmayaraq özlərinin təbii qanunları ilə idarə olunur. Bu spontan yaranan və meydana çıxan proses və formalar müəyyən bütövlük, adamların ictimai həyatının həm məqsədəuyğun şəkildə təşkil edilmiş, həm də spontan surətdə baş verən bütün hadisələrinə təsir göstərən tamlıq yaradır. XVIII əsrdə cəmiyyət anlayışı meydana çıxan zaman o, müxtəlif şərhlərə yol verən geniş məna daşıyırdı. Bunun nəticəsində ədəbiyyatda "cəmiyyət" istilahının həm də müxtəlif istifadə edilmə üsulları əmələ gəlir. Bu istilaha aşağıdakı müxtəlif mənaları göstərmək olar: Cəmiyyətin geniş və ya geniş toplu kimi başa düşüldüyü təriflər. Bəziləri cəmiyyətin yer üzündə yaşayan bütün adamları əhatə etdiyini hesab edərək, bu anlayışın tutumu ilə "bəşəriyyət" anlayışının tutumunu eyniləşdirirlər. Digərləri onun tutumunu ərazi birliklərinə qədər daraldır, məsələn, Azərbaycan cəmiyyəti Azərbaycan Dövləti sərhədləri daxilində yaşayan bütün adamları və mövcud olan bütün ictimai həyat formalarını əhatə edir. Polşa sosioloqu F.Znanieski cəmiyyəti birgə mövcud olan və çarpazlaşan, dövlət, millət, din kimi vahid hakim qrupa tabe olan qruplar sırası kimi müəyyən edir və bu mənada milli, katolik və s.
Sinifsiz cəmiyyət
Sinifsiz cəmiyyət — müəyyən sosial-iqtisadi sinifləri olmayan cəmiyyət; kommunizmin məqsədlərindən biri. Həmçinin bu termini ibtidai icma cəmiyyətlərinə şamil etmək olar. Marksist nəzəriyyədə mühüm konsepsiya.Sinifsiz cəmiyyət baxışının mənşəyini bizim eramızdan çox əvvəl — yəhudi peyğəmbərlərində, Çin alimlərində və qədim yunan şairlərində tapmaq olar. Lakin Marks, Engels və ümumən marksist məktəb tərəfindən həyata keçirilən utopik sosializmdən elmi sosializmə keçidlə sinifsiz cəmiyyətin son məqsədi sinfi cəmiyyətə xas olan istismara, zülmə, insanlar arasında zorakılığa, özgəninkiləşdirməyə qalib gəlmək kimi təqdim olunmağa başladı. əməyin, insanların təcrid olunması, insan imkanlarının məhdudlaşdırılması və s. Sinif bölgüsü istehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslandığı üçün bu vasitələrin ictimailəşməsi ilə sinifsiz cəmiyyət, yəni sosializm sıx bağlıdır. == Marksist tərif == Marksist nəzəriyyədə ovçu-yığıcı qəbilə cəmiyyəti, ibtidai kommunizm sinifsiz idi. Hamısı bir qəbilə üzvləri kimi əsasən bərabər idilər və ibtidai istehsal üsulunun müxtəlif funksional istifadələri, nə qədər sərt və təbəqəli olsalar da, sadəcə öz saylarına görə sinfi cəmiyyət yarada bilməzdilər və yarada bilməzdilər. Kənd təsərrüfatına keçidlə məhsuldar qüvvələrin inkişafı prosesində artıq məhsul istehsal etmək, yəni təcili tələbatı ödəmək üçün lazım olandan artıq istehsal etmək imkanı yarandı. Marksizmə görə, bu həm də sinfi cəmiyyətin inkişafını mümkün edirdi, çünki artıq məhsul istehsalla məşğul olmayan hakim sinfi qidalandırmaq üçün istifadə oluna bilərdi.
Səhmdar cəmiyyət
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər.Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər. ABŞ-də isə sadəcə səhmdar cəmiyyətləri adlanırlar.
Virtual cəmiyyət
Virtual cəmiyyət və ya İnternet-cəmiyyət – elektron fəzada yaranan və fəaliyyət göstərən cəmiyyət. Bu termin İnternetin inkişafı prosesində meydana gəlmişdir və elektron fəzada işləmək üçün umumi marağa malik istifadəçilərin bir qrupda birləşməsidir.
Əlincə (cəmiyyət)
Əlincə — 1990-ci ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-ci ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək,elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Dövlətsiz cəmiyyət
Dövlətsiz cəmiyyət — dövlət tərəfindən idarə olunmayan cəmiyyət.Dövlətin olmadığı cəmiyyət bəşəriyyətin tarixdən əvvəlki dövrlərində normal olsa da, bu gün az sayda dövlətsiz cəmiyyət mövcuddur. Çünki bəzi regionlarda nominal dövlət orqanları çox zəif olsa da, demək olar ki, bütün dünya əhalisi hər hansı bir suveren dövlətin ərazisi daxilində yaşayır. Tarix boyu bəzi dövlətsiz xalqlar ətraflarında olan dövlətə tabe cəmiyyətlərə inteqrasiya etmişdirlər.Bəzi siyasi fəlsəfələr, xüsusən də anarxizm dövləti arzuolunmaz bir qurum, dövlətsiz cəmiyyətləri isə ideal hesab edir, marksizm isə hesab edir ki, post-kapitalist cəmiyyətdə dövlətə ehtiyac qalmayacaq və o yox olacaq. == Siyasi ideal kimi == Bəzi siyasi fəlsəfələr dövləti arzuolunmaz hesab edir və dövlətsiz cəmiyyətin formalaşmasını əsas məqsəd hesab edirlər. Nümunə üçün anarxizmin əsas prinsipi dövlətsiz cəmiyyət ideyasının müdafiəsidir. Anarxo-kapitalizm özəl qurumları dəstəkləyərkən dövlətə qarşı çıxır.Marksizmdə isə hesab edilir ki, post-kapitalizm cəmiyyətində arzuolunmaz bir qurum olan dövlət lazımsız olacaq və yox olacaq. Bu mövzudakı digər bir anlayış isə anarxo-kommunizmdir ki, bu ifadədən bəzən Marksın post-kapitalist cəmiyyətini təsvir etmək üçün istifadə edilir.
Farslaşmış cəmiyyət
Farslaşmış cəmiyyət (ing. Persianate) — fars dili və ədəbiyyatı, İran mədəniyyəti, incəsənəti və/yaxud kimliyinə əsaslanan və ya ondan güclü şəkildə təsirlənən cəmiyyət."Persianate" termini Marşall Qudvin Simms Hocson tərəfindən yaradılmış bir neologizmdir. O, 1974-cü ildə yazdığı "The Venture of Islam: The expansion of Islam in the Middle Periods" kitabında bunu belə müəyyənləşdirmişdir: "Fars dilinin yüksəlişi sırf ədəbi nəticələrdən daha çox idi: Bu, islam dünyasında yeni ümumi mədəni oriyentasiya daşımağa xidmət etmişdir…. Müsəlmanlar arasında sonradan yaranan yüksək mədəniyyətə malik daha çox yerli dillərin əksəriyyəti… əsas ədəbi ilhamları üçün tamamilə və ya qismən fars dilindən asılı qalmışdı. Biz fars dilində daşınan və ya farscadan alınmış ilhamı əks etdirən bütün bu mədəni ənənələri genişləndirməklə "Persianate" adlandıra bilərik".Termin etnik farsları, həm də əsasən etnik cəhətdən qeyri-fars olan, lakin linqvistik, maddi və ya bədii mədəni fəaliyyətləri fars mədəniyyətindən təsirlənmiş və ya ona əsaslanmış cəmiyyətləri nəzərdə tutur. XIX əsrdən əvvəlki farslaşmış cəmiyyətlərə misal olaraq Səlcuqilər, Teymurilər, Moğollar, və Osmanlı sülalələrini göstərmək olar.
Nağdsız cəmiyyət
Nağdsız cəmiyyət — maliyyə əməliyyatlarının fiziki əskinaslar və ya sikkələr şəklində pulla deyil, əməliyyat iştirakçıları arasında rəqəmsal məlumatların (adətən pulun elektron təqdimatı) ötürülməsi yolu ilə həyata keçirildiyi iqtisadiyyat vəziyyəti. Nağdsız cəmiyyətlər barter və digər nağdsız mübadilə üsullarından yaranmışdır. XX əsrin sonu və XXI əsrin əvvəllərində kredit kartları, debet kartları, mobil ödənişlər və bitkoin kimi rəqəmsal valyutalardan istifadə etməklə nağdsız əməliyyatlar mümkün oldu. Dünyanın bir çox ölkələrində ticarət və investisiyalarda rəqəmsal uçot, idarəetmə və mübadilə üsullarından istifadənin artması, habelə nağd puldan istifadə edilən əməliyyatların yerdəyişməsi, onların əməliyyatlarla əvəzlənməsi ilə əlaqədar nağdsız cəmiyyət konsepsiyası elektron formada geniş müzakirə olunub. Bəzi ölkələr indi nağd puldan istifadə edilən əməliyyatlara və əməliyyatların məbləğinə məhdudiyyətlər qoyur. == Tarixi == Gündəlik həyatda nağdsız əməliyyatların və hesablaşmaların tətbiqi tendensiyası 1990-cı illərdə, elektron bankçılığın adi hal alması ilə başladı. 2010-cu illərdə PayPal, rəqəmsal pul kisəsi sistemləri, Apple Pay, elektron kart və ya smartfonla kontaktsız və NFC ödənişləri və elektron hesablar kimi rəqəmsal ödəniş üsulları bir çox ölkədə geniş yayılmışdı. 2020-ci illərə qədər əməliyyatlarda külli miqdarda nağd puldan istifadə qismən onların çirkli pulların yuyulmasında və terrorizmin maliyyələşdirilməsində istifadəsi ilə bağlı yaranan şübhələrə görə azalıb. Bəzi satıcılar və pərakəndə satıcılar nağd ödənişlərə o qədər məhdudiyyət qoyurlar ki, onlar öz hərəkətləri üçün “nağd pulla müharibə” ifadəsini işlədirlər. 2016-cı ildə ABŞ istehlak bazarı sorğusuna əsasən, respondentlərin 75%-i ödəniş üsulu kimi kredit və ya debet kartına üstünlük verdiyi halda, respondentlərin yalnız 11%-i nağd pula üstünlük verib.
İnklüziv cəmiyyət
İnklüziv cəmiyyət - sosial ədalət prinsiplərinə əsaslanaraq yaşından, cinsindən, cinsi oriyentasiyasından, etnik mənsubiyyətindən, irqindən, qabiliyyətindən, dinindən, immiqrasiya statusundan və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq bütün fərd və qruplara cəmiyyətə giriş və tam iştirak imkanı verir. İnklüziv cəmiyyətlərə doğru hərəkat mütərəqqi xarakter daşıyır və tədricən baş verir. Təəssüf ki, inklüziv cəmiyyətlərə nail olmaq üçün maneələr yaratmaqda davam edən dərin köklü normalar mövcuddur. İnklüziv cəmiyyətlərin inkişafına mane olan məsələlərə sənədsiz miqrantlar kimi insan hüquqlarının inkar edilməsi, təhsil, səhiyyə kimi sahələrin əlçatan olmaması və s. daxildir. Xüsusilə əlilliyi olan şəxslərin inklüziv təhsilə çıxışı çox zaman qapalı qalır. == Maneələr və inkişaf perspektivləri == Sosial müdafiənin genişləndirilməsi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün davamlı inkişaf məqsədlərinə çatmaq üçün zəruridir. İnklüziv cəmiyyətdə haradan gəldiyinizin, kimi sevdiyinizin, xəstəliyiniz və ya əlilliyinizin olub-olmamasının heç bir fərqi yoxdur. Hər kəs cəmiyyətin təşkilində istədiyi kimi iştirak edə bilər. Lakin inklüziv cəmiyyət öz-özünə yaranmır.
Açıq Səhmdar Cəmiyyət
Səhmdar cəmiyyəti — nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin bu təşkilati-hüquqi formasının fərqləndirici xüsusiyyəti nizamnamə kapitalının emissiya qiymətli kağızlar – səhmlər hesabına formalaşmasıdır. Bu zaman səhmdar cəmiyyətinin iştirakçısı olan hər bir səhmdar müəyyən sayda səhmə sahib olur. Səhmdarlar, şirkətin mövcudluğuna heç bir təsiri olmadan səhmlərini başqa səhmdarlara ötürə bilirlər.Səhmdarın cəmiyyətin tərkibindən ayrılması ona aid olan mülkiyyətin və ya onun pul ekvivalentinin verilməsi ilə yox, yalnız ona məxsus olan səhmlərin özgəninkiləşdirilməsi ilə mümkündür. Müasir korporativ hüquqda səhmdar cəmiyyəti inkorporasiya və məhdud məsuliyyət anlayışları ilə əlaqədə işlədilir. Buna görə də səhmdar cəmiyyətləri ümumən korporasiyalar və məhdud məsuliyyətli şirkətlər kimi qəbul olunur. Bəzi dövlətlərin yurisdiksiyalarında səhmdar cəmiyyətlərinin məhdud məsuliyyət olmadan da qeydiyyatdan keçməsi mümkündür. Böyük Britaniya və başqa dövlətlərdə belə şirkətlər qeyri-məhdud şirkətlər (ing. unlimited company) kimi fəaliyyət göstərirlər. ABŞ-də isə sadəcə səhmdar cəmiyyətləri adlanırlar.
Cəmiyyət-i İslami
Cəmiyyət-i İslami (fars. افغانستان اسلامی جمعیت‎) Əfqanıstan'da Müsəlman bir siyasi partiya."Cəmiyət-i İslami" fars dilində İslam cəmiyyəti deməkdir.Partiyanın əksəriyyətini Əfqanıstanın qərb və şimal hissəsində yaşayan taciklər təşkil edir.Sovet-Əfqan mühatibəsi və Əfqanıstan vətəndaş müharibəsində Bu partiya daha çox fəallıq etmişdir.Qurucusu Səlahəddin Rəbbani olsa da, 1968-2011 ci ilə qədər rəhbəri Bərhaədin Rəbbani olub.
Məhdud Məsuliyyətli Cəmiyyət
Məhdud Məsuliyyətli Cəmiyyət (ing. Private limited company) — bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar. == Hüquqi şəxsin yaradılması == Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyətin iştirakçıları (təsisçiləri) cəmiyyətin, cəmiyyət isə iştirakçıların (təsisçilərin) öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Başqa sözlə, əgər iştirakçı nizamnamə kapitalına 100 manat yatırıbsa, onun məsuliyyəti də məhz bu məbləğlə məhdudlaşır. Azərbaycan Respublikası Mülki məcəlləsinin (sonradan “MM” adlanacaq) 87-ci maddəsinə əsasən, heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər.
Texnologiya və cəmiyyət
Hər birimizin həyatında müstəsna yer tutan və gündəlik həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya, daha dəqiq desək, texnoloji avadanlıqlar, hər zaman elm adamlarının diqqət mərkəzində olubdur və məhz buna görə də daim müxtəlif elmi sahələrin nümayəndələri tərəfindən tədqiq edilmişdir. Lakin, hər bir mövzuya fərqli, qeyri-ənənəvi prizmadan baxmağı sevən sosioloqlar texnologiya mövzusuna da fərqli bucaqdan yanaşaraq olduqca maraqlı nüansları kəşf etmişlər. Sosiologiya elmində texnologiya tək bir formada yox, texnologiyanın cəmiyyətlə əlaqəsi kimi tədqiq olunur. Demək olar bütün sahələrdə olduğu kimi bu sahədə də fikir ayrılığı mövcuddur; technological determinism və social determinism.[mənbə göstərin]Sosioloqları maraqlandıran əsas sual odur ki, hansı amil hansına daha çox təsir edərək onun formalaşmasında rol oynayır. Yəni ki, texnologiya cəmiyyəti formalaşdırır, yoxsa cəmiyyətin ehtiyacları və istəyi texnoloji sənayenin gedişatını müəyyənləşdirir? Bu sualdan da aydın göründüyü kimi sosiologiya sahəsində bu mövzuya dair iki təzadlı perspektiv var. Bir qrup (technological determinism cərəyanı) iddia edir ki, texnoloji inkişaf cəmiyyəti formalaşdırır və onun inkişaf istiqamətlərini müəyyən edir. Digər qrupa görə isə (social determinism) cəmiyyətin istəkləri texnologiya sənayesinin vəziyyətini müəyyən edir, yəni ki, texnoloji sənaye sırf cəmiyyətin ehtiyaclarına görə çalışır. == Texnoloji determinism == Dünya tarixində bu günə kimi bir çox dönüş nöqtələri olub, və bu dönüş nöqtələrindən biri plan Sənaye İnqilabı məhz texnoloji innovasiyaların sahəsində gerçəkləşib. 18-ci əsrdə baş verən Sənaye İnqilabı ilk öncə qərbi Avropa, daha sonra isə Amerika və bütün dünyanın mənzərəsini köklü şəkildə dəyişdi.
Yeni Şirvan (cəmiyyət)
Yeni Şirvan — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı şəhərində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti. == Tarixi == Bakının baş memarı olmuş ali təhsilli ilk azərbaycanlı memar Zivərbəy Əhmədbəyovun təşəbbüsü ilə təşkil olunmuşdur (1919). Cəmiyyətin əsas məqsədi S.Şaumyanın göstərişi ilə erməni-daşnak və bolşevik hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı 1918-ci ildə həyata keçirilmiş soyqırımları zamanı xüsusi qəddarlıqla dağıdılmış və yandırılmış Şamaxı şəhərini bərpa etmək olmuşdur.
Əlavə Məsuliyyətli Cəmiyyət
MMC-dən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə əlavə məsuliyyət daşıyırlar. Bunun səbəbi şirkətə kredit vasitələrinin cəlb edilməsini asanlaşdırmaqdır. Ona görə ki, kreditorlar MMC-lərə vəsait verməyi riskli hesab edirlər.
Açıq Cəmiyyət Vəqfləri
Əvvəllər Açıq Cəmiyyət İnstitutu adlanan Açıq Cəmiyyət Vəqfləri (ing. OSF) — biznes maqnatı Corc Soros tərəfindən yaradılmış qrantlar şəbəkəsi. Açıq Cəmiyyət Fondları ədaləti, təhsili, ictimai sağlamlığı və müstəqil medianı inkişaf etdirmək məqsədilə bütün dünyada vətəndaş cəmiyyəti qruplarına maliyyə dəstəyi verir. Qrupun adı Karl Popperin 1945-ci ildə yazdığı "Açıq Cəmiyyət və Onun Düşmənləri" kitabından ilhamlanıb. 2015-ci ildən etibarən OSF-nin Qərbi Afrika üçün Açıq Cəmiyyət Təşəbbüsü və Cənubi Afrika üçün Açıq Cəmiyyət Təşəbbüsü kimi bir qrup ölkə və regional fondları əhatə edən 37 ölkədə filialları var idi; onun qərargahı Nyu Yorkda ing. 224 West 57th Street ünvanındadır. 2018-ci ildə OSF Macarıstan hökuməti tərəfindən fondun fəaliyyətini hədəfləyən qanunvericiliyə cavab olaraq Budapeştdəki Avropa ofisini bağladığını və Berlinə köçdüyünü elan etdi. 2021-ci ilə kimi OSF 1993-cü ildə yarandığı gündən bəri 16 milyard dollardan çox xərclər, əsasən təşkilatın missiyasına uyğun olaraq QHT-lərə verilən qrantlar barədə məlumat verib. == Tarixi == 28 may 1984-cü ildə biznes maqnatı Corc Soros öz Fondu (Nyu-York şəhəri) ilə Macarıstan Elmlər Akademiyası arasında Soros Fondunun Budapeştdə təsis sənədi haqqında müqavilə imzaladı. Bunun ardınca Şərq Blokunda ölkələrin real sosializmdən uzaqlaşmasına kömək etmək üçün regionda bir neçə fond yaradıldı.1991-ci ildə fond fr.
Cəmiyyət və Din (qəzet)
"Cəmiyyət və din" qəzeti — Azərbaycanda nəşr olunan həftəlik qəzet. Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumat "Cəmiyyət və din" qəzetində dərc edilir. == Haqqında == Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsis etdiyi "Cəmiyyət və din" qəzetinin ilk nömrəsi 7 may 2009-cu il tarixində çapdan çıxmışdır. Respublikamızda dövlət-din münasibətlərini tənzimləyən hüquqi bazanın təbliğində, müxtəlif din və mədəniyyət mənsubları arasında qarşılıqlı anlaşmanın və dini-etnik dözümlük prinsiplərinin qorunub saxlanılmasında, inam və imanla bağlı cəmiyyətdaxili sosial-siyasi dəyərlərin işıqlandırılmasında mətbu sözdən layiqincə istifadə etmək qəzetin əsas qayəsidir. Qəzet Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2894 nömrəli Qeydiyyat Şəhadətnaməsi ilə 19 mart 2009-cu ildə qeydiyyatdan keçmişdir. 10-16 yanvar 2013-cü il tarixli 187-ci sayından etibarən yeni formatda işıq üzü görür və 16 səhifədən ibarətdir. == Redaksiya şurası == Sadiq Mirzəyev (baş redaktor) Şeyxülislam Allahşükür Paşazadə Anar Yepiskop Aleksandr Əflatun Amaşov Gövhər Baxşəliyeva Nizami Cəfərov Sadiq Mirzəyev (redaktor) Yusif Əsgərov Vasim Məmmədəliyev Oqtay Orucov (məsul katib) Əliheydər Zülfüqarov Gennadi ZelmanoviçMənbə: "Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 (187). səh. 16.
Demokratik Cəmiyyət Uğrunda Tələbələr
Demokratik Cəmiyyət Uğrunda Tələbələr (İngiliscə "Students for a Democratic Society" və ya qısaca SDS) ABŞ-də tələbə fəalları hərəkatı idi. O, ölkədəki Yeni Solçuluğun nümayəndəsi olan əsas ikonalardan biri idi. 1969-cu ildəki iclasında ləğv edilməzdən əvvəl 1960-cı illərin ortalarında təşkilat çox sürətlə inkişaf etmiş və böyümüşdür. Ləğv edilməsindən sonrakı onilliklər ərzində SDS tələbə təşkilatlanmasına əhəmiyyətli təsir göstərmişdir. İştirakçı demokratiya, birbaşa fəaliyyət, radikalizm, tələbə gücü, məhdud büdcələr ilə SDS-in təşkilati strukturu müasir Amerika tələbə fəalları qruplarında müəyyən səviyyələrdə mövcuddur. Sonrakı illərdə solçu tələbə təşkilatı şəbəkələri formasında bir çox təşkilatların yaradılmasına baxmayaraq, onların heç biri SDS-in təsir səviyyəsinə çatmamış və onların əksəriyyəti ən çoxu bir neçə il yaşadıqdan sonra ləğv edilmişdirlər. 2006-cı ildə SDS-in yeni təcəssümü yaradılmışdır.
Demokratik Cəmiyyət uğrunda Hərəkat
Demokratik Cəmiyyət uğrunda Hərəkat (kürd. Tevgera Civaka Demokratîk, TEV-DEM, ərəb. حركة المجتمع الديمقراطي‎, klass. süry. ܙܘܥܐ ܕܟܢܫܐ ܕܝܡܩܪܐܛܝܐ) — Suriyanın şimalında solçu təşkilat. 16 Yanvar 2011-ci ildə qurulan təşkilatın məqsədi Suriya cəmiyyətini demokratik bir konfederalist sistem altında təşkil etməkdir. TEV-DEM-ə hazırda həmsədrlər Zəlal Caqar və Xarib Heso rəhbərlik edir. == Tarixi == Ərəb baharı 2011-ci ilin əvvəlində Suriyaya çatanda etirazlar şimaldakı kürdlərin yaşadığı bölgələrə də yayılmışdı. Suriyalı kürdlər arasında böyük bir nüfuza sahib olan Demokratik Birlik Partiyası (PYD) Kürd Milli Şurası (ENKS) ilə fəal rəqabət aparırdı. Yaranmış fikir ayrılığının əsas məqamlarından biri PYD-nin rejim dəyişikliyinə çağırma mövqeyi ilə bağlı idi.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti
Azərsu Açıq Səhmdar Cəmiyyəti və ya qısaldılmış halda Azərsu ASC — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Tarixi == Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir.
"Filma" Səhmdar Cəmiyyəti
"Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyəti
Əlincə — 1990-ci ildə Naxçıvan Muxtar Respublikasında yaranan ictimai təşkilat, xeyriyyə cəmiyyəti == Haqqında == Azərbaycan xalqının yenilməzlik, mətinlik, və mübarizə rəmzi olan Əlincəqalanın adınadır. Proqram və Nizamnaməsi 6 aprel 1990-ci ildə keçirilmiş təsis konfransında qəbul olunmuşdur. Əsasən respublikanın sərhəd rayonlarında fəaliyyət göstərir. === Yaradılmasında məqsəd === Nizamnaməsində göstərdiliyi kimi, sərhəd rayonlarının sosial-iqtisadi və mədəni inkişafına yardım etmək, həmin rayonların əhalisini erməni quldur basqınından qorumaq üçün tədbir görmək, sərhəd kəndlərinin boşalmasının, işsizliyin qarşısını almaq, təbii ehtiyatlardan, yerli xammaldan istifadə etməklə istehsalat sahələri açmaq, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, məhsul satmaqda əhaliyyət kömək etmək, erməni təcavüzündən zərər çəkənlərə, qocalara, əlillərə, ehtiyacı olanlara yardım göstərmək, müxtəlif xeyriyyə tədbirləri keçirmək,elm və texnikanın nailiyyətlərinə əsaslanmaqla sərhəd rayonlarında iqtisadiyyatın intensiv inkişafına kömək göstərmək, bu rayonlar haqqında normativ aktlar tərtib etmək və s.cəmiyyətin əsas vəzifələridir. == Cəmiyyətin strukturu == "Səs" adlı qəzeti nəşr olunur. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Rəhbər orqanları cəmiyyətin məclisi, idarə heyəti və ağsaqqallar şurasıdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Allahsızlar Cəmiyyəti
"Mübariz Allahsızlar İttifaqı" (ilk adı: "Allahsızlar Cəmiyyəti") — 1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş din əleyhinə təşkilat. == Tarixi == 1924-cü ilin yanvarında AK(b)P Mərkəzi Komitəsi Siyasi Bürosu Din Əleyhinə Komissiya yaratmışdır. Komissiya tərəfindən şəhər və kəndlərdə "Allahsızlar Cəmiyəti" təşkil olunur. 1929-cu ildən din əleyhinə hücum daha da güclənir və həmin il "Allahsızlar Cəmiyyəti" "Mübariz Allahsızlar İttifaqı"na çevrilmişdir.
Amerikan Coğrafiya Cəmiyyəti
Amerikan Coğrafiya Cəmiyyəti (ing. American Geographical Society) — Amerika Birləşmiş Ştatlarının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Nyu-York şəhərində yerləşir. == Tarixi == Cəmiyyətin əsası 1851-ci ildə qoyulmuşdur.
Amur çayı cəmiyyəti
Qara əjdaha cəmiyyəti (kyucitay; 黑龍會; şincitay: 黒竜会, kokuryukay) və ya Amur çayı cəmiyyəti – 1901-45-ci illərdə Yaponiyada mövcud olmuş ultramillətçi təşkilat. Cəmiyyətin əsas məqsədi Yaponiyanın Asiyadakı maraqlarını müdafiə etmək və Asiya qitəsindəki genişlənməsini yaymaq idi. == Tarixi == Təşkilat 1901-ci ildə ultramillətçi təşkilat olan Qenyoşanın xələfi kimi Ryohey Uçida tərəfindən qurulmuşdur. Təşkilatın ilk məqsədi Rusiyanı Şərqi Asiyadan – Amur çayının cənubundan uzaqlaşdırmaq idi. Uçida və bir çox yapon millətçiyə görə Amur çayı Yaponiyanın şimal-şərqi Asiyadakı milli müdafiə parametri idi. Təşkilat "Kokuryu" (daha sonra "Ajia jiron") adlı jurnal nəşr etdirmiş, Rusiyanın Sibir və Mancuriyadakı fəaliyyətlərini izləmək üçün casuslar yetişdirmiş və sərt xarici siyasət qəbul etməsi üçün hökumətə təzyiqlər etmişdir. Panasiyaçılıq idealogiyasını mənimsəyən təşkilat 1900-cü illərin əvvəllərində Sun Yatsen və Emilio Aqinaldo kimi inqilabçıları dəstəkləmişdir.Rus-yapon müharibəsi, Koreyanın ilhaqı və Yaponiyanın Sibirə müdaxiləsi zamanı təşkilat gizli siyasi fəaliyyətlər üçün öz üzvlərini göndərmişdir. 1920-ci və 1930-cu illərdə təşkilat diqqətini daxili məsələlərə yönəltmiş, solçu və liberal fiqurlara hücum etmiş və milli rekonstruksiya tələb etmişdir. Əsasən Kyuşudan olan keçmiş samuraylardan ibarət olan təşkilatın üzvləri heç vaxt çox olmamış və dövlət tərəfindən rəsmi şəkildə tanınmamışdır. Lakin təşkilatın Toyama Mitsuru kimi bəzi əsas üzvlərinin yüksək rütbəli şəxslərlə, hökumət nazirləri ilə və güclü biznesmenlərlə yaxın əlaqələri olduğu üçün Qara əjdaha cəmiyyəti Yaponiyadakı digər ultramillətçi təşkilatlara nisbətən daha çox təsirə malik idi.Yaponiyanın İkinci dünya müharibəsindəki məğlubiyyətindən sonra 1945-ci ildə ABŞ hökuməti təşkilatı ləğv etmişdir.
Andorra Qırmızı Xaç Cəmiyyəti
Andorra Qırmızı Xaç Cəmiyyəti (ing. Andorra Red Cross, ARCS) — Andorra daxilində fövqəladə yardım, fəlakət yardımı və təhsil verən bir humanitar təşkilatdır. == Tarixi == Təşkilat 1980-ci ildə təsis edilib və 1994-cü il martın 24-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 162-ci Milli Cəmiyyəti üzvü olaraq rəsmən tanınmışdır. Onun mərkəzi Andorra la Vella şəhərində yerləşir.
Anqola Qırmızı Xaç Cəmiyyəti
Anqola Qırmızı Xaç Cəmiyyəti (ing. Angola Red Cross, ARC) — 1978-ci ildə təsis edilən təşkilat. Qərargahı Luanda şəhərində yerləşir. Cəmiyyətdə təxminən 20 000 üzv və könüllü var (1998-ci ildəki hesablamalara əsasən). == Tarixi == 1978-ci ildə hökumət qərarı ilə təsis edilib və 1986-cı ildə Beynəlxalq Qırmızı Xaç Hərəkatına qoşulub; 1986-cı ildə ilk ümumi toplantısı keçirilmişdir. 1996-cı ildə Angola Qırmızı Xaç Cəmiyyəti Anqolanın Səhiyyə Nazirliyi ilə müqavilə imzalamış, bundan sonra əsas yardımçı şirkətin əsas səhiyyə xidmətləri sahəsində dövlət idarəçiliyinin rolu rəsmən təsdiqlənmişdir. Həm milli, həm də əyalət səviyyəsində fəaliyyət göstərir. 1998-ci ildə ikinci bir fövqəladə ümumi qurultay keçirilmiş, yeni bir qətnamə təsdiq edilmiş, yeni prezident, yeni baş katib və milli şura seçilmişdir; Maliyyə Komissiyası da daxil olmaqla İcraiyyə Komitəsi yaradılmışdır. == Bölmələri == Cəmiyyət 18 əyalətin 17-də əyalət nümayəndə heyətləri vasitəsilə təmsil olunur, bəzi vilayətlərdə yerli və ya bələdiyyə bölmələri vardır. == İdarəetməsi == Anqolun Qırmızı Xaç Cəmiyyətinin idarəetmə orqanlarına Baş Assambleya, Milli Şura, İcra Komitəsi və yerli nümayəndə heyətlərinin nümayəndələri daxildir.
Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti
Aqroservis Açıq Səhmdar Cəmiyyəti — Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılan səhmdar cəmiyyət. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 22 noyabr 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin 1.4-cü bəndinə əsasən həmin 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 8 iyul 2006-cı ildə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 331 N-li əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliy­yətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. “Aqrolizinq” ASC-in yaranması zamanı onun qarşısına qoyduğu əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsi idi. Sonradan Prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.
Argentina Qırmızı Xaç Cəmiyyəti
Argentina Qırmızı Xaç Cəmiyyəti (ing. Argentine Red Cross) — 1950-ci ildə təsis edilib və qərargahı Buenos-Ayresdə yerləşir.
Avropa cəmiyyətinin təsisinə dair Roma müqaviləsi
Roma müqaviləsi — 1957-ci ildə Almaniya Federativ Respublikası, Fransa, İtaliya, Belçika, Niderland və Lüksemburq tərəfindən insanların, əmtəənin, xidmət və kapitalın sərbəst hərəkətinə mane olan bütün maneələrin ləğvi barədə bağlanmış beynəlxalq müqavilə.
Avstraliya Qırmızı Xaç Cəmiyyəti
Avstraliya Qırmızı Xaç Cəmiyyəti (ing. Australian Red Cross) — Avstraliyada qabaqcıl humanitar yardım edən təşkilat. 1914-cü ildə təsis edilən və 1941-ci ildə kral nizamnaməsinə daxil olan Avstraliya Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Avstraliya milli cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının üzvüdür. Avstraliya Qırmızı Xaç Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsas prinsiplərinə əsasən dünyəvi, neytral, qərəzsiz və müstəqil humanitar təşkilatdır. Avstraliya Qırmızı Xaç Cəmiyyətinin fəaliyyətinə Asiya-Sakit Okean bölgəsində beynəlxalq yardım, beynəlxalq humanitar hüquq müdafiəçiliyi, miqrasiya dəstəyi, fövqəladə hallarda yardım, Avstraliya Qırmızı Xaç Qan Xidməti vasitəsilə qan köçürmələri və Avstraliya aborigenləri, gənclər, ailələr, yaşlılar və əlil şəxslər üçün icma xidmətləri kimi bir sıra xidmət və proqramlar daxildir. Zati-aliləri Avstraliya Respublikasının Qubernatoru, general-leytenant Piter Kosqrov Avstraliya Qırmızı Xaç Cəmiyyətinin patronu və Milli Şuranın qeyri-səsverməli üzvüdür. Milli Şura ən yüksək idarəetmə qərarı qəbul edən orqandır və prezident və Milli Şuranın da daxil olduğu 53 üzvdən ibarətdir. Milli Şura Milli Şuranın nümayəndələrinə və CEO-ya əməliyyat və idarəetmə qərarları və digər məsuliyyətlərini təqdim edir. == Tarixi == Britaniya Qırmızı Xaç Cəmiyyətinin bir filialı 1914-cü ildə Avstraliyada, I Dünya Müharibəsi başladıqdan doqquz gün sonra, Xanım Helen Munro Ferquson tərəfindən yaradılmışdır. Britaniya Qırmızı Xaç Cəmiyyəti Avstraliya filialının adını Avstraliya Qırmızı Xaç Cəmiyyəti kimi dəyişdi və 1941-ci il iyun ayının 28-də kral nizamnaməsi ilə təsis edildi.
Avstriya Coğrafiya Cəmiyyəti
Avstriya Coğrafiya Cəmiyyəti (alm. Österreichische Geographische Gesellschaft‎) — Avstriyanın coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Mərkəzi ofisi Vyana şəhərində yerləşir. Prezidenti 2015-ci ildən Helmut Volfşlaqdır. == Tarixi == Cəmiyyətin əsası 1856-cı ildə Avstriyanın Vyana şəhərində qoyulmuşdur. == Fəaliyyəti == Cəmiyyət müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Üzvlər üçün öz nəşrləri çap olunur. == Üzvləri == 1902-ci ildə burada 2065 üzv var idi. Avstriya Coğrafiya Cəmiyyəti Avstriyadakı ən böyük elmi birləşmələrdən biridir və təxminən fiziki şəxslərdən və elmi qurumlardan ibarət 1300 üzvü var.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb.“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878-1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi. 515 verst uzunluğundakı bu yolun 1883-cü il 8 mayda rəsmi açılışı oldu və həmin gün Tiflisdən çıxan ilk sərnişin qatarı 9 mayda Bakıya çatdı.1883-cü ildə Bakı–Yelizavetpol (Gəncə)-Tiflis magistral dəmir yolu xətti işə salındı.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti
Azərbaycan Beynəlxalq Hava Yolları və ya qısaca AZAL — Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcı. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. 7 aprel 1992-ci il tarixdə təsis edilmişdir və ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilmişdir. == Tarix == 1992-ci ilin aprel ayında müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası hökumətinin qərarı ilə aviasiya üzrə dövlət orqanı – "Azərbaycan Hava Yolları" Dövlət Konserni yaradılmışdır. 1996-cı ildə "Azərbaycan Hava Yolları" dövlət konserninin tərkibində "Azəraeronaviqasiya" hava hərəkətinin idarəedilməsi mərkəzi yaradılmışdır. 1997-ci ildə "Azərbaycan Hava Yolları"-nın tərkibində AZALOIL müəssisəsi yaradılmışdır.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Mülki Aviasiya Muzeyi
Azərbaycan Mülki Aviasiya Muzeyi — Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi mülki aviasiyamızın dünəni və bugününü əks etdirən eksponatların toplandığı, mühafizə, nümayiş və təbliğ edildiyi müqəddəs ocaqdır. Muzeyin yaradılması təşəbbüsü ilə prezident Heydər Əliyev çıxış etmişdir. O, Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, onun maddiləşdirilməsi, təlim-tərbiyə ocağına çevrilməsinin labüdlüyünü qeyd edərək, milli aviasiyanın inkişafını hər şeydən öncə təhlükəsizliyin təminatına zəmanət kimi də qiymətləndirmişdir. Azərbaycanın mülki aviasiya tarixinin araşdırılıb tədqiq edilməsi, təbliğ olunması, onun maddiləşdirilməsi zəruriliyi Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması üşün zəmin yaratmışdır. 2005-ci ilin aprel ayında "Azərbaycan Hava Yolları" Dövlət Konserni tərəfindən Azərbaycan Mülki Aviasiya Muzeyinin yaradılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Mülki Aviasiya Muzeyi Azərbaycan Respublikasının "Muzeylər haqqında Qanununu", Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimatını" və digər dövlət sənədlərini əldə rəhbər tutaraq muzeylərin qarşısına qoyulan vəzifələrə əsasən öz iş prinsipini qurmuşdur. == Strukturu == Mülki Aviasiya Muzeyi Milli Aviasiya Akademiyasının IV tədris binasında yerləşir. Onun sahəsi 254,88 m2. Muzey — fond və ekspozisiya şöbələrindən ibarətdir. === Fond şöbəsi === Muzeyin fond şöbəsi muzey əşyalarının toplanması, mühafizə olunması, uçot-qeydiyyat işinin aparılması funksiyasını həyata keçirir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (qısaldılmış halda — "Azmelsutəsərrüfat" ASC) — "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Haqqında == Azərbaycanda meliorasiya və su təsərrüfatına rəhbərlik məqsədi ilə 1920-ci ildə Azərbaycan SSR Xalq Torpaq Komissarlığı nəzdində su şöbəsi yaradılıb, 1921-ci ildə onun adı dəyişdirilərək su təsərrüfatı şöbəsi adlandırılıb. 1925-ci ildə Azərbaycan SSR Ali İqtisadi Şurası nəzdində Azərbaycan Su Təsərrüfatı idarəsi (Azvodxoz) yaradılmışdır. O, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, 1993-cü ildən Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında" 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, "Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ("Azmelsutəsərrüfat" ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir. == Fəaliyyəti == "Azmelsutəsərrüfat" ASC öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, digər normativ hüquqi aktlara və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. "Azmelsutəsərrüfat" ASC hüquqi şəxsdir, müstəqil balansa, xəzinə və bank hesablarına malikdir.
Azərbaycan Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq- 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. == Tarixi == === Sələfi === Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) — Gəmiçilik sahəsində çoxistiqamətli fəaliyyət göstərən Azərbaycan şirkəti. == Haqqında == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti (ASCO) yük daşımaları, neft-qaz sənayesinə ixtisaslaşdırılmış ofşor xidmətləri, gəmi təmiri, dənizçilərin hazırlanması və sertifikatlandırılması xidmətləri təqdim edən aparıcı gəmiçilik şirkətdir. Gəmiçilik sahəsində 160 ildən çox təcrübəyə malik ASCO-nun fəaliyyət coğrafiyası Xəzər dənizi və Xəzərdənkənar yükdaşıma bazarlarını əhatə edir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük nəqliyyat donanmasına, neft və qaz hasilatı sənayesinə xidmət göstərən ən böyük ixtisaslaşdırılmış ofşor donanmaya, geniş texniki imkanları ilə seçilən gəmi təmiri zavodlarına, müasir tədris sistemi və elmi-texniki bazaya malik Azərbaycan Dövlət Dəniz Akademiyasına, eləcə də modern trenajor və simulyatorlarla təchiz edilmiş Təlim-Tədris Mərkəzinə sahibdir.Azərbaycanın Avropa ilə Asiya arasında əlverişli coğrafi mövqeyi və Xəzərdən keçən beynəlxalq yükdaşıma marşrutları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donanmasını tranzit yükdaşımaların həyata keçirilməsində xüsusi əhəmiyyətli edir. Eyni zamanda, Xəzər dənizində irimiqyaslı neft və qaz layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin geniş profilli ixtisaslaşmış ofşor donanması böyük əhəmiyyət kəsb edir. == Tarixi == Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdə ən böyük və ən qədim tarixə malik gəmiçilik şirkətidir. Əsası 1858-ci il may ayının 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub. XIX və XX əsrlərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzəryanı ölkələrə müxtəlif təyinatlı yüklər daşıyan ən böyük gəmiçilik şirkəti kimi fəaliyyət göstərib. Bununla belə, Gəmiçiliyin fəaliyyəti təkcə Xəzərlə məhdudlaşmayıb. Hazırda da, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilər Xəzərdə və Xəzərdənkənar hövzələrdə fəaliyyət göstərir.
Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq- 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. == Tarixi == === Sələfi === Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti
Azərbaycan Şair və Ədiblər Cəmiyyəti (آذربایجان شاعر و ادیبلر جمعیتی) — İranda ədəbi təşkilat. == Tarixi == Azərbaycan Şair və Ədiblər Cəmiyyəti 1946-cı ilin əvvəllində Təbrizdə "Şairlər məclisi" əsasında təsis edilmiş, həmin ilin dekabrınadək fəaliyyət göstərmişdir. Cəmiyyətə İran Azərbaycanı milli azadlıq hərəkatında, yəni Azərbaycan Milli Hökumətinin qurulmasında iştirak edən, yaxud ona rəğbət bəsləyən şair və yazıçılar qəbul olunurdu. Əli Fitrət, Balaş Azəroğlu, M. Etimad, İbrahim Zakir, Əli Tudə, Mədinə Gülgün, Mir Mehdi Çavuşi və başqaları onun fəal üzvləri idilər. Şeir, nəsr, dramaturgiya, tənqid, gənc qələmlər bölmələri var idi. İran Azərbaycanının Zəncan, Ərdəbil, Urmiyə və sair şəhərlərində şöbələri təşkil edilmişdir. Cəmiyyət "Günəş" adlı jurnal buraxırdı.
Banqladeş Qırmızı Aypara Cəmiyyəti
Banqladeş Qırmızı Aypara Cəmiyyəti (ing. Bangladesh Red Crescent Society) — 1973-cü ildə Banqladeş Qırmızı Xaç Cəmiyyəti olaraq yaradılıb. 1989-cu ildə adını Banqladeş Qırmızı Aypara Cəmiyyəti olaraq dəyişdirdi. Baş qərargahı Dəkkə şəhərində yerləşir. Banqladeşin müxtəlif ərazilərində tez-tez yaşayan sel, siklon və digər təbii fəlakətlər zamanı cəmiyyət yardım və reabilitasiya sahəsində aparıcı rol oynamışdır.
Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti
Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti (başq. Башҡортостан Республикаһының Башҡорт ҡатын-ҡыҙҙары йәмғиәте) - cəmiyyətdə qadınların vəziyyətini yaxşılaşdırmaq, respublikanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında qadınların rolunu artırmaq, ailəni möhkəmləndirmək, onların mədəniyyəti və dilini, xalq ənənələri və sənətkarlıqlarını qorumaq və inkişaf etdirmək üçün yaradılmış ictimai təşkilatdır. Baş qərargah Başqırdıstanda Ufa şəhərində yerləşir. == Ümumi xarakteristikası == 1990-cı il noyabrın 17-də, Ufa şəhərində təsis qurultayında, Başqırdıstan Respublikasının Başqırd Qadınlar Cəmiyyəti yaradılmışdır. 2007-ci ildən etibarən Başqırd Qadın Cəmiyyəti Şurasında 30 nəfər var idi.Təşkilat rayon və şəhərlərin xüsusi günlərində, milli bayramlar, müsabiqələr, elmi və praktik konfranslar, uşaq evlərinə xeyirxahlıq, səmərəli həyat tərzinin təşviqi və s. kimi müxtəlif sosial tədbirlərdə fəal iştirak edir.Başqırd Qadınlar Cəmiyyəti Respublika ("Nümunəvi Gənc Ailə", "Xıllıca", "Başqırd Milli Kostyumu" və s.) və rayon üzrə (Başqırd Seseni, "Ən Yaxşı Ana", "Salam, həmkəndlilər", "Jejere" və s.) tədbir və müasbiqələrin təşkilatçısıdır.Təşkilat, Sermenevski uşaq evinə, Verxni Avzyan kəndində xüsusi internat məktəbinə və Beloretsk rayonunun Uzyan kəndində bir uşaq evinə maliyyə yardımı göstərir. Müxtəlif xeyriyyə tədbirləri keçirir. 2013-cü ildə Abzelilovski rayonundakı təbii fəlakət qurbanlarına yardım etmək üçün xeyriyyə tədbirini təşkil etmişdir.Başqırd Qadınlar Cəmiyyəti İxlas məscidi ilə birgə müxtəlif tədbirlər təşkil edir (elmi-praktiki konfrans "İslam və Qadın"). 2006-cı ildə təşkilatın təmsilçiləri Moskva və Yekaterinburq şəhərində çoxmillətli məkanda ailələrin problemlərinə həsr olunmuş konfranslarda iştirak etmişlər.Təşkilatın köməyi ilə 2006-cı ildə Tatarıstan Respublikası Naberezhnye Çelnı şəhərində Başqırd məktəbi açmışdır. Başqırd Qadın Cəmiyyəti, Başqırdıstan Qadınlar İttifaqının və Dünya Başqırd Qurultayı üzvüdür.
Berlin Coğrafiya Cəmiyyəti
Berlin Coğrafiya Cəmiyyəti (alm. Gesellschaft für Erdkunde zu Berlin‎) — Almaniya Federativ Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ictimai təşkilatlarından biri. Dünyada ən qədim ikinci coğrafiya cəmiyyətidir. Mərkəzi ofisi Berlin şəhərinin Şteglits rayonunda yerləşir. == Tarixi == Cəmiyyətin əsası 20 aprel 1828-ci ildə Almaniyanın Berlin şəhərində qoyulmuşdur. Yaradıcıları Karl Ritter, Aleksandr fon Humboldt və başqaları idi. Cəmiyyətin ilk toplantısında, 7 iyun 1828-ci ildə 27 nəfər qatılmışdır. == Fəaliyyəti == Cəmiyyəti müntəzəm olaraq mühazirələr, müzakirələr, ekskursiyalar və səyahətlər həyata keçirir. Gənc alimlərə sponsorluq edir. Üzvləri üçün cəmiyyətin nəşrləri çap olunur.

Digər lüğətlərdə

арабе́ска гра́мотность жоке́йский иста́чиваться мошо́ночный потускне́ние триллио́нный буру́н вспомяну́ться мануа́льный отряса́ть прель кайбовать allergy Cainozoe figured bass gent glass in Göteborg hussif Menshevist вокализм полуфеодальный прелюдия разъединяться