CƏSARƏT

CƏSARƏT Bu fikir onu qorxutmadı, əksinə qəribə bir cəsarət verdi, bir sıçrayışda ayağa qalxıb Sərdarın gözünün içinə baxdı (M.İbrahimov); CÜRƏT Cürət yox kimsədə düz yol getməyə; Haqqı, həqiqəti inkar etməyə... (M.Rahim); ƏZM Dənizlər söndürə bilmədi səndəki odu; Nə əzm qırıldı, nə də soyudu (M.Rahim); QƏTİYYƏT Onun simasında ağır iztirabların izi və bir qətiyyət vardı (M.Hüseyn); RİSK Mühəndis.. böyük risklər nəticəsində başa gələn ən çətin işləri de görüb qurtarmağı bacaran ustaların səviyyəsini o zamankı neftçilərin səviyyəsi ilə tutuşduranda uğunub getdi (M.Hüseyn); ŞÜCAƏT Eldənsən, unutma el adətini; Göstər cürətini, şücaətini (S.Rüstəm); HÜNƏR (bax); İGİDLİK (bax).

CƏRİDƏ
CƏSARƏTLİ
OBASTAN VİKİ
Cəsarət
Cəsarət — sakit cəsurluq, çətinlikdə və təhlükədə ağlın olması; ruhən möhkəmlik və mətinlik; ümumiyyətlə kişidən gözlənilən keyfiyyətlər məcmusudur. Qorxuya qalib gəlməkdə mənəvi gücü əks etdirən fəzilətlərdən biri də cəsarətdir. Cəsarət tez-tez əzablara, o cümlədən fiziki ağrılara dözmək qabiliyyətinə də aiddir. Ən yüksək mənəvi şücaət rəşadətdir, qəhrəmana xas şücaət, qeyri-adi igidlik isə qəhrəmanlıq adlanır . Antik dövrdə cəsarət dörd əsas məziyyətdən biri hesab olunurdu (mötədillik, müdriklik və ədalətlə birlikdə). Aristotelin fikrincə, cəsarət ölüm qorxusuna qalib gəlmək və fəzilətli davranışın əvəzini öz həyatını riskə ataraq ödəməyə hazır olmaqdır: “Kim mənalı olaraq yaxşılıq naminə təhlükəyə can atır və ondan qorxmursa, cəsarətlidir və bu, ərənlikdir”. Aristotelə görə, cəsarət döyüşdə özünü aparmağın yeganə layiqli yoludur; Məhz buna görə də bunun xüsusi bir kişi fəziləti kimi olması fikri ortaya çıxmışdır. Cəsarətdən hərbi fəaliyyətlə aristokratik təbəqələrin mövcudluğu üçün etik əsaslandırma kimi istifadə olunurdu; Platon üçün cəsarət qulluqçular sinfinin fəzilətidir. Romalıların cəsarəti var (lat. virtus) təkcə hərbi şücaətlə deyil, həm də bütövlükdə fəzilətlə sinonimdir; başqa bir mənbədə deyilir ki, qədim Roma “virtus” həm cəsarət, həm də fəzilət deməkdir .
Cəsarət Abbasov
== Siyahı ==
Cəsarət Səfərov
Cəsarət Valehov
Cəsarət Valehov - fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri == Təhsili == Bakı Dövlət Universiteti –"Hüquqşünaslıq" fakültəsi, bakalavr (fərqlənmə diplomu) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – "Siyasi idarəetmə" fakültəsi, magistratura (fərqlənmə diplomu) Bakı Dövlət Universiteti- əyani aspirantura Corc Vaşinqton Universiteti (ABŞ)- Fulbrayt proqramı məzunu == Fəaliyyəti == Azərbaycan Televizya və Radio Yayımları Şirkətində redaktor Gənclər Təşkilatları Milli Şurası Məclisinin sədri AMEA-nın Fəlsəfə, Hüquq və Siyasi Tədqiqatlar İnstitutunun "Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər" şöbəsinin elmi işçisi Qərb, Bakı Mühəndislik və Dövlət Pedaqoji universitetlərində pedaqoji fəaliyyət (baş müəllim, dosent) Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, Elm və Təhsil departamentinin direktoru İctimai Televiziya və Radio Yayımları Şirkətinidə "Açıq Dərs" təhsil layihəsinin müəllifi və moderatoru Azərbaycan RespublikasıTəhsil İnstitutunun aparıcı elmi işçisi/dosent Azərbaycan Respublikası Elm və təhsil nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqlələr sektorunun müdiri Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri "Milli təhsil müasir transformasiyalar prosesində" monoqrafiya, 30-dan çox elmi məqalə, 500-dən çox teleproqramın müəllifi* == Mükafatlar == Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. Evlidir. İki övladı var. Azərbaycan, rus, ingilis, türk dilini bilir == Filmoqrafiya == "Şuşa maarifi" (sənədli-bədii filmi- 2022) "Şəki maarifi" (sənədli film- 2023) "Açıq Dərs" təhsil tok-şousu (2005–2013) "Böyük türk" (sənədli film- 2007) Əşrəf Hüseynov.
Cəsarət Əhmədov
Cəsarət Mehman oğlu Əhmədov (12 fevral 1978, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti == Həyat == Əhmədov Cəsarət 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Cəhri kəndində zəhmətkeş bir ailədə anadan olub. 1995-ci ildə orta məktəbi bitirdikdən sonra, Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinə daxil olub, 2000-ci ildə həmin universitetin “Tikintinin iqtisadiyyatı” fakultəsində təhsilini başa vurub. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Ali Dövlət, Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Milli Qvardiyasında xidmət edib. Əla xidmətə görə Qvardiyanın yaradılmasının 10-cu ildönümü münasibətilə şəxsən general-polkovnik Vaqif Axundov tərəfindən fəxri fərmanla təltif olunub. İdmanla 1995-ci ildən məşğul olur. İdmanın Qol güləşi növü üzrə ölkə çempionu adını qazanmış, dünya və Avropa çempionatlarının iştirakçısı olmuşdur. 2008-ci ildə Azərbaycan Armrestlinq Federasiyasının prezidenti seçilmiş, 2009-cu ildə isə, yeni yaradılmış idman klublarının əsasında Azərbaycan Qol Güləşi Federasiyasını təsis etmişdir. Həmin ildən Azərbaycan Qol Güləşi Federasiyasının prezidentidir. 2008-ci ildən Milli Olimpiya Komitəsinin üzvüdür. 2011-ci ildə “Respublikanın fəxri bədən tərbiyyəsi və idman işçisi” adına layiq görülüb.
Cəsarət Əliyev
== Əsas elmi nailiyyətləri == Tezliklərə görə qismən səpilmə nəzərə alınmaqla şüaköçürmə tənliyinə operator əmsallı diftənlik kimi baxılmış və tam analitik həlli verilmişdir [1-3]. Öz-özünü qravitasiya cazibəsində olan qazın halını təsvir edən xətti olmayan tənliklər sisteminin həlli üçün proqram-paket yaradılmış, üç ölçülü halda aşkar soliton həllər alınmış, xətti həyacanlaşma tənliyinin analitik həlləri verilmişdir [6, 7]. Günəş aktivliyinin planet təsiri və spin-orbital qarşılıqlı təsirin nəticəsi olması haqda ileya irəli sürülmüşdür [4]. Günəş aktivliyi probleminin həlli üçün SolAct proqram-paketi yaradılmış, günəş fırlanma momentinin spin – orbital qarşılıqlı təsir nəticəsində dəyişdiyi və günəş aktivliyinin bu dəyişmə ilə korrelyasiya etdiyi aşkar edilmişdir [9, 12]. Sosial kataklizmlərin, siyasi çevrilişlərin günəş aktivliyi korrelyasiya etməsi aşkar edilmişdir [5]. Astronomiya arxivlərindən internet vasitəsilə ədədlər bazasının çəkilib gətirilməsi və işlənməsi üçün DaImAn proqram-paketi yaradılmış, RW Aur ulduzuna tətbiq edilərək aylarla ölçülən dövrülüyün varlığı aşkar edilmişdir [8, 10, 11]. Elmi araşdırmalar, ədədlərin işlənməsi və cihazların avtomatik idarə olunması üçün aşağıdakı modullar yaradılmışdır: Modul RETSLEA – şüaköçürmə tənliyinin ədədi həll edir; Modul SolNoLinPerEq3d – xətti olmayan tənliklər systemini və həyacanlaşma tənliyini analitik həll edir; Modul SolAct - planetlərin günəş sistemində, Günəşin barimərkəz ətrafında hərə-kətini vizuallaşdırır, fiziki parametrlərin hesblanmasına imkan verir. Bundan əlavə modul Günəşin fırlanma momenti ilə orbital momenti arasındakı qarşılıqlı-təsiri cızan tənliklər sistemini həll edir. Modul SpAn – göy cisimlərinin ədədlər şəklində verilmiş spektrlərininin işlənməsi üçün yaradılmışdır. Modul DaImAn – internet vasitəsilə arxiv materiallarınin çəkilib gətirilməsi və işlənməsini həyata keçirir; Modul CeBoSaM - göy cisimləri və onların peyklərinin hərəkətini öyrənmək üçün yaradılmışdır; Modul TelescopeControl - teleskopun idarə edilməsinin avtomatlaşdırılması üçün yaradılmışdır.
"Cəsarət" ordeni (Rusiya)
Cəsarət ordeni ( rus. Орден Мужества,) ilk dəfə 2 mart 1994-cü ildə Prezidentin 442 Fərmanı ilə fədakar igidlik və şücaət aktlarını tanımaq üçün təsis edilmiş Rusiya Federasiyasının dövlət təltifidir. == Mükafatın nizamnaməsi == Cəsarət ordeni Rusiya Federasiyasının daxilində və xaricində ictimai nizam qorunmasında, cinayətkarlıqla mübarizədə, təbii fəlakətlər, yanğınlar, qəzalar və digər fövqəladə hallar zamanı insanları xilas etməkdə, eləcə də hərbi və ya mülki vəzifələrin yerinə yetirilməsi zamanı həyat üçün risk yaradan şəraitdə törətdikləri cəsarət və qətiyyətli hərəkətlər üçün göstərilən şəxslərə verilir. Cəsarət ordeni ölümündən sonra və eyni şəxsə bir neçə dəfə verilə bilər. Mükafata 4 dəfə layiq görülən şəxs Rusiya Federasiyası qanunlaı çərçivəsində Rusiya Federasiyasının Qəhrəmanı adı ilə təltif edilə bilər. Cəsarət ordeni döş qəfəsinin sol tərəfində taxılır və Rusiya Federasiyasının digər medal və ordenlərinin olduğu Naximov ordeninin arxasında yerləşdirilir.

Значение слова в других словарях