DÖVLƏTMƏND sif. [ ər. dövlət və fars. …mənd] köhn. Dövlətli, varlı, dövlət sahibi. Keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. C.Məmmədquluzadə. Dedi xatun ki: – Söylə ey fərzənd; Noldu kim, olduq indi dövlətmənd? M.Ə.Sabir. Senat isə ibarət idi alinəsəb, dövlətmənd … əşxasın icmaindən. F.Köçərli.