Döymə-qiymə

Mürəkkəb quruluşa malik bu leksik vahid “döymə” və “qiymə” komponentləridən ibarət olub, Şamaxı dialektində “döyülmüş ət, noxud və kişmişdən hazırlanmış yemək” anlamında işlənir. Döymə-qiymə çox ləzzətli olur. (Şamaxı) (1, 200) Mənşəcə bu sözün birinci tərəfində işlənən “döymə” leksemi feildən isim düzəltmişdir. “Qiymə” sözü isə xırda-xırda döyülmüş ət mənasındadır.
Döymə-döşəmə
Döymənc
OBASTAN VİKİ
Döymə (metallurgiya)
Döymə — qızdırılmış metalı çəkiclərin köməyi ilə döyərək lazımi fromaya salmaq üçün mexaniki emal üsuludur. Proses zamanı pəstah çəkicin qaırlığı altında "axaraq" formasını dəyişir. Bu üsulla böyük ölçülü hissələr hazırlanır. Çəkisi 250t olan metal hissələrin hazırlanması nadir hal deyil. Misal kimi gəmilərin və generator turbinlərinin dirsəkli vallarını göstərmək olar. Prosesin əvvəlində pəstah sobada qızdıırlır. Qızdırma temperaturu metalın asan emalolunma xarakteri ilə müəyyən olunur. Döymə ilə məşğul olanlara dəmirçi deyilir. == Döymə sənəti zərgərlikdə == Zərgərlikdə döymə ən qədim üsullardan biridir. VIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə döymə üsulu ilə hazırlanırdı.
Bıçaq Qiymə
Bıçaq Qiymə — Ərdəbil bölgəsinə aid ənənəvi yemək. == Lazım olan ərzaqlar == 400 qram qıyılmış qoyun əti 4 baş soğan 4 ədəd yumurta Yarım stəkan badam dilimləri Yarım çay qaşığı zəfəran tozu 2 ədəd dəfnə yarpağı 1 litr su 100 qram kərə yağı 1 yemək qaşığı limon suyu və ya abqora Lazım olan miqdarda ədviyyələr (İstiot, sarıkök, darçın, hil, duz və ...) == Hazırlanma qaydası == Dilimlənmiş badamları təxminən 2 ilə 3 saat suda isladıb, süzməkdən sonra biraz kərə yağına qovurun. Dilimlənmiş soğanları kərə yağı ilə qızılı rəngə çevirikənə kimi qovurun. Sonra ət suyu şirəsi çəkilənə kimi soğan içərisində dəfnə yarpağı ilə əti qovurun, qovurarkən ətə ədviyyat əlavə edin və bir az qızardın. Əti qovurduqdan sonra ətini bişirmək üçün üstünə bir az su tökün. Ət bişdikdən sonra qızardılmış dilimləri zəfəranla əlavə edin. Pörtləmə suyu az və lazımlı miqdarda olduqda, yumurtaları bir-bir yeməyin üstünə verib və sarısının üzərinə bir az zəfəran səpin. Sonda yumurtalar bağlamaq üçün qabın qapağını bağlayın. Yumurta bişdikdən sonra qaranı istədiyiniz plov ilə süfrəyə verib və zəfəranlı düyünün yanında isti soğanla süfrəyə verin. Bu yemək zəfəran plovu ilə süfrəyə verilə bilər.
Qiymə-çığırtma
Qiymə-çığırtma — Azərbaycan ərazisində yayğın olan qədim yemək növlərindən biri. Qoyun əti – 163 q. Baş soğan – 40 q. Ərinmiş yağ – 25 q. Yumurta – 2 ədəd. Şüyüd – 12 q. Zəfəran – 0,1 q. İstiot – 0,1 q. Duz –zövqə görə. Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur.
Qiymə Nisar
Qiymə Nisar yalnız Qəzvin bölgəsinə aid olan yemək növüdür. Qiymə Nisar, Qiymədən fərqli olaraq sulu deyil. 3 stəkan isladılmış düyü 350 qram qıyılmış ət 2 ədəd incə doğranmış soğan 1 yemək qaşığı portağal qabığı dilimləri Yarım stəkan yağ 2 yemək qaşığı tomat pastası 1 çay qaşığı qara ədviyyəsi 1 çay qaşığı plov ədviyyəsi Yarım fincan gülab 1 yemək qaşığı dəmlənmiş zəfəran Yarım stəkan qurudulmuş zirinc Lazım olan miqdarda limon tozu Lazım olan miqdarda duz 4 yemək qaşığı püstə və badam dilimləri İlk olaraq uyğun bir tava seçib, ocaq üstünə qoyub, içinə yağı töküb qızdırın. Sonra öncədən doğranmış soğanları töküb yaxşıcasına qızardın, belə ki soğanın rəngi qızıla çevirilsin. Soğanı qovurduqdan sonra doğranmış əti yağın içinə töküb və qovurun. Qovurma zamanı ətə bir az sarıkök əlavə edib və ədviyyatın ətrini almaq üçün bir az qızardın. Ətin rəngi dəyişdikdə və pis qoxusunun aradan qaldırılmasından sonra daha yaxşı rəng almaq üçün tomat pastası əlavə edib qovurun . Bu addımdan sonra qaraya 3 stəkan su töküb, ət və ləpənin yaxşı bişməsi və suyunun çəkilməsi üçün qabın qapağını örtün. Son 2 dəqiqəlik bişmədə qaynadılması üçün içərisinə gül suyu və bir az zəfəran töküb, qabaqcadan isladılmış düyünü süzün. Öncədən nəzərdə tutulmuş qabın içinə bir az su və yağ töküb, qoyarıq qızsın.
Qiymə-çığırtma plov
Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz. Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.