DÜYMƏÇƏ

is.
1. Puçur, açılmamış tumurcuq. Yazda ağacların düyməçələri irilənməyə başlayır.
– Nərgiz düyməçələri; Püstə kimi yarılıb ortasından neçələri. R.Rza.
Məxmər otların arasından büllur sular süzülür, qönçələrə, düyməçələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə.

2. Kiçik düymə.
3. Elektrik zəngini çaldırmaq və elektrik işığını yandırıb-söndürmək üçün barmaqla üstündən basılan mütəhərrik düymə; knopka.
Ay dədə, işığı yandırsana, – deyib, Pərşan divardakı düyməçəni basdıqda stolun üstündəki böyük lampa hər tərəfi işıqlandırdı. M.İbrahimov.
Həkim düyməçəni basdı. Mir Cəlal.

4. Kağızı və s.-ni bərk şeyə bənd etmək üçün təpəsi enli və yastı metal mıxcıq; knopka.

Синонимы

  • DÜYMƏÇƏ bax: düymə
DÜYMƏCİK
DÜYMƏÇƏLƏMƏ

Значение слова в других словарях