DƏB

is. [ ər. ] Xalq arasında yayılmış adət, ənənə.
Köhnə dəbdə layla demək köhnəlib artıq; Bəs neyləyək? M.Araz.
Bilirəm, əziz tutub babaların dəbini.
Unutmayıb Babəkin o döyüş məktəbini. R.Rza.

// Moda.
[Suğra] güllü-çiçəkli krepdeşindən lap yeni dəblə tikilmiş uzun bir don geymişdi. M.Hüseyn.

□ Dəb düşmək – ümumi adət və vərdiş halını almaq, moda olmaq.
[Tahirzadə:] Məsmə bacı, indi bu çox dəb düşən sözdür. Mir Cəlal.

Dəb salmaq (gətirmək) – olmayan bir şeyi xalq arasında yaymaq, adət halına salmaq.
Köhnə kəndə təzə dəb salmaq (gətirmək). (Məsəl).
[Cahan:] O gün ola, balam, toy edəsən, qız alasan; Evlənmək işini aramıza dəb salasan. Ü.Hacıbəyov.

Dəbdən düşmək (çıxmaq) – adət halından çıxmaq; vaxtı keçdiyi, dövrü ötdüyü üçün daha işlənməmək, ortadan qalxmaq.
Biz din və təriqətin dəbdən düşən, hörmət və etibarını itirən … bir dövrdə dünyaya gəldik. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏB 1. DƏB (geyim forması) Mədinə tamahkar deyildi ki, deyəsən Yavər ona dəbdə olan bir paltar almaq və yaxud yayda hansı kurorta isə aparmaq üçün pul tap
  • DƏB adət — ənənə
DƏBBƏ₂

Digər lüğətlərdə