DƏHŞƏT

is. [ ər. ]
1. Qorxunc bir şey və ya böyük bir təhlükə, hadisə və s. qarşısında doğan şiddətli qorxu hissi; vahimə.
Muradın gözləri dəhşətdən böyüdü. S.Hüseyn.
Eşikağası dəhşətdən gözlərini yumub qaçdı xanın yanına. Çəmənzəminli.

□ Dəhşət almaq, dəhşətə düşmək – bərk qorxuya düşmək, dəhşətlənmək.
Dəhşət vermək – dəhşət oyandırmaq, dəhşət ifadə etmək, vahimələndirmək.
[Orxan:] Allah, Allah, yenə çatıldı qaşlar; Dəhşət verir qartalvari baxışlar. H.Cavid.

Dəhşətə gətirmək (salmaq) – bərk qorxu oyatmaq, dəhşətləndirmək.
Katibin kabinetindən gələn xəbərlər Sabitovu dəhşətə gətirdi. S.Şamilov.

2. Bu cür bir hiss doğuran hadisə, vəziyyət, mənzərə (bu mənada çox vaxt cəm şəklində işlənir).
Bu nizələr, bu süngülər muzeylərdə pas tutacaq; İnsan oğlu yaratdığı dəhşətləri unudacaq. S.Vurğun.
Əsirlik – dəhşətlərin ən böyüyü idi. Ə.Əbülhəsən.

3. Faciə, çıxılmazlıq. Öz vəziyyətinin dəhşətini hiss etdi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏHŞƏT vahimə — faciə
DƏHRİYUN
DƏHŞƏTAMİZ
OBASTAN VİKİ
Dəhşət ədəbiyyatı
Dəhşət ədəbiyyatı (ing. horror literature, horror fiction; adətən sadəcə "dəhşətlər", ya hətta "dəhşətciklər", hərdən "miskita" ya da ingiliscədən alınmış "horror") – oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdır. Tez-tez, ancaq həmişə olmayaraq, dəhşət ədəbiyyatında sözün həqiqi mənasında qeyri-təbii barəsində nağıl edilir; Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülmüş (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və s.r.) məhdudlaşdırılmış yığımı var. == Tarix == === Janrın mənbələri === Janrın mənbələri əvvəl olaraq bunları adlandırmaq düzgün olar: XIII əsrin ortalarında yazılmış "məhvedici qəbiristanlıq " "qotik" cəngavər romanı, şeytana mübtəla olma və digər infernal mövzulardan istifadə edən XVI-XVII ə. fransız "faciəli əfsanələri" (o cümlədən yepiskop Jan-Pier Kamünın romanları), ingilis qotik romanı (o qədər də erkən olmayan, Qoratsiya Uolpolun və Anna Radklifin, bir qədər gec, romantizm dövrünün, birinci növbədə Merri Şellinin "Frankenşteyin"i, həm də M.G. Lyüisin "Rahib"i və Çarlz Metyürinin "Sərsəri Melmot"ı), alman romantiklərinin nağılları (E.T.A.Hofman, Vilhelm Hauff, Ahim fon Arhim, Şamisso), Edqar Ponun və Ambroz Birsin psixoloji novellaları. Daha bir o qədər tez-tez adı çekilməyən mənbə – "vizionerlərin vahimələri" (Tomas de Kvinsinin "İngilis opiomanının etirafı", Şarl Bodlerin "Süni cənnət"i). Janrın formalşmasına XIX ə. ortalarının Uilki Kollins, Edvard Bulver-Littonun sensasiyalı romanı böyük təsirini göstərdi. 1860-cı illərdə İngiltərədə bilavasitə dəhşət ədəbiyatı adlamdırmaq mümkin olan janr formalaşır (Şeridian Le Fanüdən Brem Stokerə kimi). Həmin dövrürün klassik hekayəsi – Robert Lyüis Stivensonun "Doktor Cekil və mister Haydın gəribə əfsanəsi".
Dəhşət evi (film, 2010)
Dəhşət Evi və ya ispan dilindəki adı ilə Secuestrados, 2010-cu ildə çəkilmiş İspan triller filmidir. Filmin rejissoru Miguel Ángel Vivas, ssenari müəllifləri isə Xavyer Qarsia ilə Migel Angel Vivas olmuşdur. Filmin baş rollarında Manuela Vellés, Dritan Biba və Ana Vagener oynamışdır. Film yeni evlərinə köçən bir ailənin yeni evlərindəki ilk günlərinin axşamında evlərinə zorla girmiş üç nəfərdən sonra başlarına gələn hadisələrdən bəhs edir.
Qarağac küçəsində dəhşət (film, 2010)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare on Elm Street) – 2010-cu ildə istehsal olunmuş ABŞ filmidir. Film eyni ssenari əsasında qurulub. Filmin ssenarisi əvvəlkinə nisbətən fərqlənir. == Məzmun == Sprinqvud şəhərində qəribə ölüm hadisələri baş verir. Əsasən, gənclər yuxuda olan zaman ölməyə başlayırlar. Nensi gənc qızdır. Ofisiantlıq edir. Amma gecələr qəribə qarabasmalar gördüyündən yata bilmir.
Qarağac küçəsində dəhşət (filmin seriyaları)
Qarağac küçəsində qarabasma (ing. A Nightmare On Elm Street) – ABŞ-nin məşhur qorxulu seriallarından biridir. Filmin 1984–2003-cü illər ərzindəki rejissoru isə məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmlərin baş qəhrəmanı isə isveç aktyoru Robert Enqlundun ifasında olan Freddi Krügerdir. Qarağac küçəsində qarabasma filmini çəkməmişdən əvvəl New Line Cinema kompaniyası dərin böhran içində idi. 1984-cü ildə filmin çəkilməsindən sonra bu kompaniya böyük uğurlar qazanır. Bu uğurun uzunmüddətli olması üçün filmin sonrakı seriyaları çəkilməyə başlanılır. Freddi Ceysona qarşı filmi "Qarağac küçəsində qarabasma" seriyalarının hekayələrini bitirir. 2010-cu ildə "Qarağac küçəsində qarabasma" filminin remeyki çəkilir. Artıq bu filmdə Robert Enqlund çəkilmir.
Freddi ölüdür: Sonuncu dəhşət (film, 1991)
Freddi ölüdür: Sonuncu qarabasma (ing. Freddy's Dead: The Final Nightmare) — 1991-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == 1999-cu il. Son hadisələrdən on il keçmişdir. Elis və Ceykob artıq şəhəri tərk etmişlər. Şəhərdəki gənclərin hamısı ölmüşdür. Onlardan sağ qalanı Condur. Con Freddiyə müqavimət göstərə bilmədiyindən şəhərdən qaçmağa qərar verir, lakin yolda huşunu itirərək, xəstəxanaya düşür. Burada Con tibb bacısı Meqqi lə tanış olur. Meqqi Conun sağalmasından sonra qərara gəlir ki, onu Sprinqvud şəhərinə aparsın.
Qarağac küçəsində dəhşət 2: Freddinin qisası (film, 1985)
Qarağac küçəsində qarabasma 2: Freddinin qisası (ing. A Nightmare on Elm Street 2: Freddy’s revance) – 1985-ci ildə Cek Şolder tərəfindən qorxu filmi janrında çəkilən ABŞ filmi. == Şüarlar == «You Are All My Children Now!» (azərb. "İndi Siz Hamınız Mənim Uşaqlarımsınız!"‎) «Don’t Say We Didn’t Warn You!» (azərb. "Deməyin ki, biz sizi xəbərdar etmədik!"‎) «The Man Of Your Dreams Is Back!» (azərb. "Sizin yuxularınızın adamı qayıdır!"‎) «An Old Friend Is Coming To Town…» (azərb. "Köhnə dost şəhərə gəlir…"‎) «The First Name In Terror Returns…» (azərb. "Qarabasmada əsas ad qayıdır…"‎) «Someone Is Coming Back To Elm Street!» (azərb. "Kimsə qarağac küçəsinə geri qayıdır!‎) == Məzmun == Filmin baş qəhrəmanı olan Cessi Uolş filmin əvvəlində qarabasma yuxusu görür. Küçədən yavaş sürətlə məktəb avtobusu gedir.
Qarağac küçəsində dəhşət 4: Yuxu hakimi (film, 1988)
Qarağac küçəsində qarabasma 4: Yuxu hakimi (ing. A Nightmare on Elm Street 4: The Dream Master) – 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Seriyada geridə qalan üç filminin davamının baş qəddar qəhrəmanı olan Freddinin kabusu insanları qorxutmaqla ustalaşması mövzu alınır. Film əvvəlki filmlər kimi qorxuludur. İllər keçsə də Freddinin insanın zehninin içinə işləyən qorxuducu üzü əvvəlki kimi eyni gücü göstərir. Freddi yenə də Qarağac Küçəsindəki gənclərin yuxularına üçün geri dönmüşdür. Digər yoldaşlarının yuxularına girə bilmə qabiliyyətinə sahib olan Kirsten, bu gücü Alisadan öyrənmişdir. Bu da Freddi üçün böyük narahatlılıq törədir. Kirsten və Alisa Freddinin qurbanlarını qurtarmaq istəyirlər...
Freddinin dəhşətləri (serial)
Freddinin qarabasmaları (ing. Freddy's Nightmares) - 1988-ci ildə istehsal olunmuş ABŞ serialıdır. Filmin yaradıcısı Ues Kreyvendir. == Məzmun == Ohayo ştatının Sprinqvud şəhərciyində müxtəlif səviyyədə qəribə qətillər baş verir. Bu hadisələr, əsasən, kiçik yaşlılar arasında baş verir. Əslində isə əhali yatan zaman Freddi Krüger onları qorxudaraq yuxuda öldürür. Serialın ilk seriyasında Freddinin valideynləri göstərilir. Valideynləri onu öldürürlər ki, Freddi heç kəsə zərər yetirməsin. Lakin serialın mövzusu orijinal filmlərin mövzularından fərqlənir. Nensinin valideynləri mövzuya görə göstərilməyib.
Ues Kreyvenin yeni dəhşəti (film, 1994)
Ues Kreyvenin yeni qarabasması (ing. Wes Craven's New Nightmare) — 1994-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin digər adı "Qarağac küçəsində qarabasma 7: Ues Kreyvenin yeni qarabasması" (ing. A Nightmare on Elm Street 7: Wes Craven's New Nightmare) kimi səslənir. == Məzmun == "Qarağac küçəsində qarabasma" filmi çəkilən zaman qəribə hadisələr baş verir. Nensi rolunu ifa edən Hezer Lencenkempin oğlu gözlənilmədən yoxa çıxır. Freddinin əllərindəki iti uclu əlcək birdən-birə xüsusi effektlərlə məşğul olan film heyətlərindən birini öldürür və Hezerin ərini yaralayır. Zəlzələ səbəbindən Hezerin yuxudan oyanır və bunun bir yuxu olduğunu başa düşür. Onun əri iti bıçaqla barmağını kəsir.

Digər lüğətlərdə