Dəniz neft mədəni

su hövzələrinin altında yerləşən yataqlardan neft və qazın səmərəli çıxarılması və nəql olunmasını təmin edən qurğular kompleksi. Dəniz akvatoriyalarında neft və qaz yataqlarının mənimsənilməsi, geoloji axtarış və hidrotexniki işlərin yerinə yetirilməsi, topoqrafik planalma və dəniz dibinin mühəndis geoloji tədqiqi, ərazinin geofiziki kəşfiyatı, neft və qaz yataqlarının aşkar edilməsi üçün dərin axtarış və kəşfiyat qazıması, istismar quyularının qazılması, neft və qazın çıxarılması, yığılması, nəql olunması üçün sualtı və suüstü qurğuların tikilməsi ilə əlaqədardır. Avropada ilk dəniz quyusu 1925-ci ildə Azərbaycanda-Xəzər dənizində qazılıb.
Depresator
Dəniz yatağı