Dərin özülü qazma qurğusu

dərinliyi 200 m-dən artıq dəniz neft yataqlarının istismarı üçün tətbiq edilən qazma qurğusu. O, stasionar və ya üzən neft platformaları üzərində quraşdırılan neft qazma avadanlıqlarından ibarət olur.
Dəniz yatağı
Dərinlik nasosu ilə neftçıxarma
OBASTAN VİKİ
Qazma
Qazma — Azərbaycan Respublikasının Balakən rayonunun Qazma kənd inzibati ərazi dairəsində kənd. Əhalisi 6,660 nəfərdən çoxdur. Qazma bələdiyyəsinin tərkibinə Qazma, Bədağar, Darvazbinə, Cillik, Öküzovtala və Şambulbinə kəndləri daxildir. Kənd əhalisinin məşğuliyyətləri — Fındıq, qoz, qarğıdalı yığımı, maldarlıq, arıçılıq, tütünçülükdür (son illərdə az sayda). == Etimologiyası == Yaşayış məntəqəsinin ilk evləri vaxtilə sadə yeraltı ev tipli qazmalardan ibarət olduğuna görə ona belə ad verilmişdir. Qazma tipli yaşayış yerləri kənddə XX əsrin 50-60-cı illərinə qədər istifadə edilmişdir. Kənd əhalisi arasında olan versiyaya görə Qazma kəndi qədimdə sıx meşəlik ərazi olmuş, bura ilk köçən insanlar özlərinə torpağın altında qazma sığınacaqlar düzəltmişlər. Tarixçi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin fikrinə görə Gereyli, Tülü, Qullar Qazma və Katak kimi kənd adları qədim Bulqar türkləri ilə bağlı olub, II-IV əsrlərdə formalaşmışdır. == Tarixi abidələr == Qazma kəndinin əhalisi arasında "Qoz tala" adı ilə tanınan hissəsində, 2010-cu ildə kənd sakinlərindən birinin fındıq bağında kurqan-nekropol aşkar edilmişdir. Arxeoloq N.Muxtarovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar çox maraqlı faktları, o cümlədən çox qədim bir məbədin qalıqlarını üzə çıxardı.
Küsnət qazma
Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. == Tarixi == Küsnət qazma kəndi Quba rayonunun qədim yaşayış məskənlərindən biridir. Burada dəqiq məskunlaşma tarixi bilinmir. Amma o da məlumdur ki, onlarla üz-üzə olan Küsnət kəndindən köçüb gələnlər burada ilk məskunlaşanlar olmuşlar. Küsnət kəndi Qımıl-qazma kəndi ilə qonşudur. Bu iki kənd bir-birinə qohumdur. == Toponimikası == Küsnətqazma oyk., mür. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylağının ətəyindədir.
Qazma (dəqiqləşdirmə)
Qazma - Balakən rayonunda kənd. Qazma ev - Qədim yaşayış məskəni.
Qazma baltası
Qazma baltası — yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Baltalar adətən deşmə ştanqının sonunda bərkidilir və ona deşmə avadanlığından fırlanma hərəkəti verilir. Zərbə ilə işləyən qurğularda balta başlığı metal məftilldən asılır və deşmə lazımi yerə zərbə ilə düşərək həyata keçirilir. == Təsnifatı == Qazma baltalarının sinifləşdirilməsi onun təyinatı və suxura təsirindən asılı olaraq aparılır. Təyinatından asılı olaraq 3 növ baltalar mövcuddur: bütöv qazma üçün (suxuru bütün qazma boyu dağıtmaqla), içlikli qazma (suxur silindrik divar boyu kəsilir, içi isə bütöv qalır) və xüsusi hallar üçün (sementin deşilməsi, quyunun genişləndirilməsi). Suxura təsir etmək xarakterinə görə isə baltalar 4 sinifə bölünürlər: qazma hərəkətli, qazma-ovma və sürtmə-kəsmə hərəkətli. Baltaların əsas elementi olan gövdəsi və işçi hissəsinə görə 3 növ baltalar vardır: diyirlənən, almazlı və kürəkli. Diyirlənən qazma baltası qaz və neft yataqlarının qaılmasımda tətbiq olunan baltaların 90%-ni təşkil edirlrər. Bu baltalar bir, iki, üç və çox saylı diyircəklərə malik ola bilir. Diyirlənən baltaların kəsən hissəinin parametrləri (dişin hündürlüyü və uzunluğu, ilişmə bucağı, itiləmə bucağı, yeyilməsi, dişlər arasındakı məsafə) onların tətbiq olunduğu şəraitdən asılı olaraq təyin olunur.
Qazma bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qazma ev
Qazma — Azərbaycaının ən qədim məskən tiplərindən biri. Mağara tipli yaşayış evlərinin sonrakı mərhələsini qazma, yarımqazma adlandırırdılar. Azərbaycanın Kiçik Qafqaz, Gəncəbasar və qərb bölgələrində bu tip evləri pəyə evlər kimi də adlandırıblar. == Qazmanın inşaatı == Planda düzbucaqlı olan bu tip evlər, onun sahibinin maddi vəziyyətindən asılı olaraq müxtəlif ölçülərdə tikilirdi. Dağlıq ərazilərdə son zamanlara qədər qalmaqda olan qazma (pəyə) tipli evlərin inşaqaydası bəsit olduğundan, onları hər kəs özü tikə bilirdi. Bunun üçün yamacın gündöyən səmtində (güney) tikiləcək ev üçün ilk növbədə yer müəyyənləşdirib kalafa qazılırdı. Kalafanın arxa və ya iki yan divarları yamacın dik çapılmış torpaq divarından, açıq qalmış qabaq tərəfi isə daş hörgüdən ibarət olur və burada giriş yolu qoyulurdu. Düzənlik yerlərdə inşa edilən belə qazmalarda divarların dördü də torpaqdan olurdu. Kalfa qazılıb başa çatdıqdan sonra qazmanın (pəyənin) dam örtüyü qurulurdu. Bunun üçün evin uzunu boyunca bir-birindən 1,5-1, 7 m aralı dirəklər basdırılır, üzərinə yoğun tir (kərən) atdıqdan sonra kalafa divarlarının üstünə "hərmə" (pasna) adlanan yastı ağaclar uzadılırdı.
Qazma mağarası
Qazma mağarası — Ordubad və Şərur rayonları ərazisində 1983-cü ildə aşkarlanmış və paleolit dövrünə aid düşərgə. == Tarixi-coğrafi mövqeyi == O, Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb. == Tədqiqi tarixindən == 1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi ilə Qazma mağarasında qazıntı işləri aparılmışdır. Qazıntı zamanı qalınlığı 3 m olan mədəni təbəqə aşkar edilmişdir. 6 mədəni təbəqə qeydə alınmışdır. 1-2-ci təbəqələrdən Orta əsrlər və Tunc-Eneolit dövrü maddi mədəniyyət qalıqları tapılmışdır.Düşərgənin aşağı təbəqələrindən isə Daş dövrü nümunələri aşkarlanıb.Qazma mağarasından aşkar olunmuş daş məmulatının hazırlanma texinkası və tipologiyası əsasında alimlər burada Mustye mədəniyyəti dövründə yaşayış olduğunu deyirlər. == Aşkarlanmış maddi mədəniyyət nümunələri == Mədəni təbəqələrin üçündə IV, V və VI təbəqələrdə zəngin osteoloji material, ocaq yerləri və Mustye mədəniyyətinə aid daş alətlər aşkar edilmişdir. Mustye mədəniyyətinə aid təbəqələr tərkibcə eyni olub az miqdarda əhəngdaşı çınqılının qarışığı olan yüngül gil torpaqdan ibarətdir. Kəsiklərin birində bir neçə ocaq qeydə alınmışdır.
Qazma məhlulu
Qazma məhlulu — Geotexniki mühəndislikdə qazma məhlulu torpaqdakı buruq quyularını qazmağa kömək etmək üçün istifadə edilir. Qazma mayesi tez-tez istifadə olunan neft və təbii qaz və həmçinin də kəşfiyyat qazma quyusunda artezian quyularındakı kimi çox sadə buruq quyularında istifadə olunur. Qazma mayesi tez-tez gilli məhlul da adlandırılır. Qazma mayesinin üç əsas növü var:su əsaslı qazma məhlulu (hansı ki dipers və qeyri-dispers ola bilir) , adətən neft əsaslı gilli məhlul adlanan qeyri sulu məhlullar və qazların geniş çeşidi istifadə oluna bilən qazəmələgətirici qazma məhlulu. Qazma məhlulunun əsas funksiyasına quyu lüləsinə daxil olan lay mayelərinə olan təzyiqin qarşısını almaq, qazma zamanı qazma baltasını təmiz və sərin saxlamaq, qazma suxurlarını çıxarmaq daxildir. Xüsusi iş üçün istifadə olunan qazma mayesi laydakı zərərdən qaçmaq və korroziyanı məhdudlaşdırmaq üçün seçilib. == Qazma məhlulunun tipləri == Qazma məhlullarının bir çox növləri gündəlik istifadə olunur. Bəzi quyular tələb edir ki, dəliyin müxtəlif hissələrində qazma məhlulunun müxtəlif növlərindən istifadə olunsun və ya bəzi növləri digərləri ilə kombinasiyada istifadə olunsun. Ümumiyyətlə mayenin müxtəlif növləri bir neçə geniş kateqoriyaya bölünür: Hava:Sıxılmış hava ya quyunun dairəvi yeri ilə aşağı ya da qazma kəmərinin özünün aşağısına vurulur. Hava/su: Su əlavə etməklə özlülüyü artırmaq, quyunu yumaq, daha soyuq olmasını təmin etmək və təmizliyinə nəzarət etməkdir.
Qazma qurğuları
Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir. == Qazma qurğularına qoyulan tələblər == Hər bir layihə olunmuş quyu üçün qazıma avadanlığı komplekti və qurğusu seçildikdə geoloji və iqlim şəraiti, yer səthinin relyefi, qazmanın növü və s. amillər nəzərə alınır. Seçilmiş komplekt və qazma qurğusu bu göstərilən mümkün qədər müvfiq olmalıdır. Bundan başqa hər bir qazma qurğusu aşağıdakı tələbləri ödəməlidir: Qazma qurğusu çox sadə olmaqla qazma prosesini tamamilə təmin etməlidir; Qurğunun qurulması və sökülməsi mümkün qədər az vaxt tələb etməlidir; Qurğuda qazma prosesi və endirmə qaldırma əməliyyatı mexanikləşdirilməlidir; Qazma qurğusu təhlükəsizlik tələblərini tam təmin etməlidir; Qurğu bir nöqtədən başqa nöqtəyə olduqca rahat və sökülmədən aparılmalıdır; Qurğu iqtisadi cəhətdən mümkün qədər ucuz başa gəlməlidir. və s. == Qazma qurğularının növləri == Ümumi halda qazma qurğuları stasionar və səyyar olur. Səyyar qazma qurğuları tırtıllı traktor, avtomaşın və sürüngəclər üzərində quraşdırılmış dayaz və nisbətən dayaz quyuların qazılmasında tətbiq edilir. Güc intiqallarına görə qazma qurğuları fərdi və qrup ilə işləyən olur. Enerjinin növünə görə isə qazma qurğuları: elektrik intiqallı, dizel intiqallı və elektrik-dizel intiqallı ola bilər.
Qımıl-qazma
Qımılqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. == Tarixi == Buraya XIX əsrin sonları, XX əsrin əvvəllərində Qımıl və keçmiş Orduxan qazmalarından köç etmişlər. Ehtimal edilir ki, burada daha əvvəllər də yaşayış olub. Buna misal kimi kəndin girəcəyində olan, yaşı dəqiq bilinməyən qəbirstanlıqdır. Bu kənd magistiral yol üzərində yerləşir və buna görə də buraya gəliş-gediş asanlaşır. == Toponimikası == Qımılqazma oyk., miir. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir.
Sumağava Qazma
Sumağava Qazma — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == İnfrastruktur == Kənd 19 iyul 2013-cü ildə ölkə Prezidentinin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Xəndək (qazma)
Xəndək — uzununa qazılmış dərin çuxur. İnşaatda və mədən işlərində boru kəməri, kabel xətti və s. basdırmaq, habelə su arxları və səngər üçün xəndəkdən istifadə olunur. Xəndək müasir dövrdə xəndəkqazan maşınla qazılır.
Giriş qurğusu
Giriş qurğusu (en. input device ~ ru. устройство ввода ~ tr. giriş aygıtı) – verilənləri və / və ya komandaları kompüterə daxil etmək üçün qurğu, çox zaman klaviatura və siçan. Bu qurğular daxil edilən informasiyanı rəqəmli formaya çevirir ki, sonradan onu kompüterdə emal etmək və saxlamaq mümkün olsun . Qrafik verilənləri daxil etmək üçün qrafik planşetlərdən, oyunlarda isə coystiklərdən istifadə olunur. Fotoqrafiyalar və şəkillər skanerlər vasitəsilə daxil edilir, skanerdə daranmış mətnlər isə OCR vasitələrinin köməyilə fayla çevrilir. Getdikcə nitqin mikrofon vasitəsilə daxil edilməsi populyarlaşır. Cib kompüterlərində, adətən, stilus (qələm) vasitəsilə daxiletmədən və əlyazısının tanınması vasitələrindən istifadə olunur. Ağır istismar şəraitində çox zaman sensor ekranlar tətbiq edilir.
Havalandırma qurğusu
Havalandırma qurğusu — böyük həcmdə kənd təsərrüfatı məhsullarının (ot, dənli bitkilər) hava axını ilə qurutmaq üçün tətbiq olunur. Əsas məqsədi məhsulun quru soyuq və ya isidilmiş hava ilə konservə edilməsindən ibarətdir. Bəzi hallarda qaz mübadiləsi və soyudulması üçün də istifadə olunur. Məsələn, kartofların saxlanmasında buna böyük ehtiyac yaranır. Havalandırmanın ən geniş tətbiq olunduğu sahə biçilmiş otların qurudulmasıdır. Qurğunun əsas hissəsini mühərriklə işləyən üfürcək təşkil edir. Bu üfürcəklə aşağı təzyiqdə (bir neçə millibar) və böyük həcmdə (məsələn, 20000 m³/saat) hava axını yaratmaq olur. Hava, paylayıcı sistemin vasitəsilə əsas sahəyə yənəldilir və axınla məhsula daxil edilir. O, çox vaxt bir neçə metr yol qət edir. Otun havalandırılması zamanı onun rütubəti 40%-dan çox olmamalıdır.
Sistem qurğusu
Yaddasaxlama qurğusu
Yaddasaxlama qurğusu (storage,запоминающее устройство (ЗУ), depolama, bellek) — hesablama texnikasında: verilənlərin saxlandığı istənilən xarici qurğu. Mikrokompüterlərdə əsasən iki növ yaddasaxlama qurğusu olur. Onun özünün operativ yaddaşında iş gedişində proqramlar və müxtəlif növ daxili idarəedici informasiyalar müvəqqəti olaraq saxlanılır. Kompüterin disksürənlərində və başqa yaddasaxlama qurğularında informasiya həmişəlik saxlanılır və onlara yalnız mikroprosessora lazım olduqda erişilir. Kompüterlərdə başqa növ yaddasaxlama qurğuları da olur. Onun daimi yaddaşı (ROM) başlatma komandaları və giriş-çıxış prosedurları kimi zəruri informasiyanı saxlamaq üçün nəzərdə tutulmuş silinməyən yaddasaxlama qurğusudur. Bundan başqa, kompüterdə müəyyən verilənləri (məsələn, printerə göndərilən və ya klaviaturadan oxunan simvolları) müvəqqəti saxlamaq üçün ehtiyat yaddaş hissələrindən – buferlərdən istifadə olunur. == Həmçinin bax == DASD (birbaşa keçidli yaddasaxlama qurğusu) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 816 s.
Zip-qurğusu
Zip-qurğusu - (ing.zip drive, ru. zip-дисковод) – verilənləri arxivləşdirmək üçün nəzərdə tutulmuş və tutumu 100 Mbaytdan 250 Mbaytadək olan disklərlə işləyən qurğu. Ötən əsrin sonlarında Iomega şirkəti tərəfindən işlənib hazırlanıb. == İnterfeys == İnterfeys cədvəli: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dərin Web
Deep web — məzmunu standart veb axtarış mühərrikləri tərəfindən indeksləşdirilməyən Ümumdünya hörümçək toru hissəsidir. Termini elmə ilk dəfə kompüterşünas alim Maykl K. Berqman 2001-ci ildə, axtarış-indeksləmə termini kimi gətirmişdir. Brauzerlərin İnternetin ilk tarixlərindən indeksləşdirə bilmədiyi məlumatları ehtiva edən minlərlə əlaqədən ibarət olan bir sistemdir. Normal axtarış sistemləri ilə tapılmayan bütün saytlar Dark vebə daxil edilmişdir. Veb saytlar müxtəlif səbəblərdən görünməməsini istəyə bilər. Misal üçün; Kitabxana arxivləri, dövlət və özəl şirkət məlumatları kimi hər kəs tərəfindən tez-tez görünməsi istənilməyən və ya indeksləşdirilməsi çətin olan məzmunu ehtiva etdikləri üçün Brauzerlərdə göstərilmək istəmirlər. Bunlardan başqa flash saytlar, ajax olan saytlar (jQuery ilə işləyən), şifrə ilə daxil edilmiş saytlar, ftp saytları da Brauzerlər tərəfindən oxunması çətin olduğundan Deep veb-ə daxil edilir. Forumlardakı və saytlardakı sistem və admin qovluqları da təhlükəsizlik zəifliklərindən qaçınmaq üçün axtarış nəticələrində avtomatik olaraq göstərilmir. Fərqli axtarış sistemlərindən istifadə edərək dərin şəbəkəyə çatmaq mümkündür və istifadəçi təhlükəsizliyi üçün bu keçidlər normal brauzerlərdə açılmır. Kaliforniya Universitetinin bir araşdırmasına görə, 2001-ci ildə 7,5 petabayt məlumatın Dark webdə olduğu təxmin edilirdi.
Dərin dövlət
Dövlət içində dövlət — ölkədə hərbi qüvvələr, kəşfiyyat mərkəzləri və polis kimi daxili qüvvələrin ("Dərin dövlət") sivil hakimiyyətə tabe olmadığı siyasi vəziyyətdir. Digər siyasi terminlər kimi bu termin də yunan dilindən törəyib. (κράτος εν κράτει, kratos en kratei, latın dilinə imperioda imperium və ya statuda status kimi keçib). == "Dövlət içində dövlət" hesab edilənlərin siyahısı == == İstinadlar == == Xarici keçidlər == Fransa'da yeni tartışma 'derin devlet': Kavramın çıkış yeri Türkiye mi?
Dərin öyrənmə
Dərin öyrənmə — təmsil öyrənmə yolu ilə süni neyron şəbəkələrə əsaslanan maşın öyrənmə metodlarının alt dəsti. "Dərin" sözü şəbəkədə çoxlu təbəqələrin istifadəsinə aiddir. İstifadə olunan üsullar nəzarətli, yarı nəzarətli və ya nəzarətsiz ola bilər. Dərin neyron şəbəkələr, dərin etimad şəbəkələri, təkrarlanan neyron şəbəkələr, konvolyusiya neyron şəbəkələr və transformatorlar kimi dərin öyrənmə arxitekturaları kompüter görüşü, nitqin tanınması, təbii dilin emalı, maşın tərcüməsi, bioinformatika, dərman hazırlanması, tibbi şəkil təhlili, klimatologiya, material analizi və stolüstü oyun proqramları kimi sahələrə tətbiq edilmişdir. Burada onlar insan ekspert performansı ilə müqayisə edilə bilən və bəzi hallarda onları üstələyən nəticələr əldə etmişlər. Süni neyron şəbəkələri (SNŞ) bioloji sistemlərdə informasiyanın emalı və paylanmış kommunikasiya qovşaqlarından ilhamlanaraq yaradılmışdır. SNŞ-lərin bioloji beyinlərdən müxtəlif fərqləri mövcuddur. Xüsusilə, süni neyron şəbəkələri statik və simvolik olur, əksər canlı orqanizmlərin bioloji beyni dinamik (plastik) və analoqdur. SNŞ ümumiyyətlə beyin funksiyası üçün aşağı keyfiyyətli modellər kimi qəbul edilir. == Tərifi == Dərin öyrənmə, xam daxiletmə məlumatlarından daha yüksək səviyyəli xüsusiyyətləri mərhələli olaraq çıxarmaq üçün çoxlu qatlardan istifadə edən maşın öyrənmə alqoritmləri sinfidir.:199–200 Məsələn, şəklin emalı zamanı aşağı təbəqələr kənarları, yüksək təbəqələr isə rəqəmlər, hərflər və ya üzlər kimi insana aid olan anlayışları müəyyən edə bilər.
Üzən-yarı suya salınmış qazma qurğusu-"Şelf" (film, 1982)
== Məzmun == Kinolent ən böyük dərinliklərdə neft və qaz çıxarmaq üçün geniş imkanlar açan "Şelf" silsiləsindən yeni üzən-yarı suya salınmış qazma qurğusu haqqında danışır. Texniki-təbliğat filmi tamaşaçılara qurğunun əsas və texniki-iqtisadi göstəriciləri ilə tanış olmaq imkanı verir. == Film haqqında == Film SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutunun sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Ruslan Şahmalıyev Operator: Faiq Qasımov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Akif Nuriyev == Sponsor == SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Üzən-yarı suya salınmış qazma qurğusu — "Şelf" (film, 1982)
== Məzmun == Kinolent ən böyük dərinliklərdə neft və qaz çıxarmaq üçün geniş imkanlar açan "Şelf" silsiləsindən yeni üzən-yarı suya salınmış qazma qurğusu haqqında danışır. Texniki-təbliğat filmi tamaşaçılara qurğunun əsas və texniki-iqtisadi göstəriciləri ilə tanış olmaq imkanı verir. == Film haqqında == Film SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutunun sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Ruslan Şahmalıyev Operator: Faiq Qasımov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Akif Nuriyev == Sponsor == SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Maqnit lent qurğusu
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.
Operativ yaddaş qurğusu
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
Xarici yaddasaxlama qurğusu
Xarici yaddasaxlama qurğusu – kompüterin sistem blokunun xaricində yerləşən verilənlər daşıyıcısı (məsələn, maqnit diskləri və lentləri). Daha formal olaraq, prosessorun yalnız giriş-çıxış kanalları vasitəsilə əlaqədə ola bildiyi yaddaş. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.