Kostyuşko (dağ)
Kostyuşko (pol. Kosciuszko, yerli tələffüz — Kozi-osko (ˈkɔziˌɔskoʊ, BFƏ) ) — Avstraliya qitəsinin ən yüksək zirvəsi. Yeni Cənubi Uels ştatının cənubunda və bu ştatla həmsərhəd olan Viktoriya ştatının yaxınlığında, eyni adlı milli parkın ərazisində yerləşir.
Zirvənin hündürlüyü 2228 metrdir. İlk dəfə 1840-cı ildə fəth edilmişdir.
Zirvə, Avstraliya Alpında yerləşir.
== Tarixi ==
Dağın zirvəsinə qalxmış ilk insan polyak səyahətçisi, coğrafiyaçı və geoloq Pavel Edmund Stşeleski olmuşdur. O bu dağın adını hərbçi və siyasətçi Taeduş Kostyuşkonun şərəfinə adlandırmışdır.
== Maraqlı faktlar ==
Əvvələr bu dağın adı Taunsend idi, "Kostyuşko" adı isə bu dağa qonşu olan o zamanlar, Avstraliya Alpında ən yüksək zirvə hesab edilmiş dağa verilmişdir. Sonralar tədqiqatlar nəticəsində məlum oldu ki, Taunsend dağı "Kostyuşko" dağından 20 metr hündürdür.