daş-qaya

daş-qaya
daş-qaşlı
daş-palçıq
OBASTAN VİKİ
Qaya
Süxur — Yer qabığını əmələ gətirən bii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Gəlin qaya
Gəlinqaya (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Gəlinqaya (Şahbuz) — Şahbuz rayonunda dağ. Gəlinqaya (Şərur) — Şərur rayonunda dağ. Gəlinqaya (Mərənd) — Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd.
Hazal Qaya
Leyla Hazal Kaya (türk. Leyla Hazal Kaya; d. 1 oktyabr 1990, İstanbul) — Türkiyə aktrisası. == Həyatı və karyerası == Hazal Qaya 1 oktyabr 1990-cı ildə İstanbulda anadan olub. İlk və orta dərəcəli təhsilini Qazi Osman Paşa ibtidai təhsil məktəbində və İstanbul italyan liseyində tamamlayan aktrisa, universitet təhsili üçün İstanbul Məlumat Universiteti səhnə və göstəriş sənətləri idarəsi, performans bölümünü seçmişdir. 2006-cı ildə "Acəmi Cadı" və 2007-ci ildə "Gənco" adlı seriallarda rol aldı, lakin onu məşhur edən Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən Aşk-ı Memnu serialı oldu. Bu serialda canlandırdığı Nihal Ziyagil personajı ilə 2008–2010 illəri arasında izləyiciləri ekran başına çəkməyi bacardı. 14 yanvar 2011-ci ildə Show TV'də başlayan "Adını Fəriha qoydum" adlı serialla ekranlara geri qayıtdı. Türk, ingilis, italyan, alman dillərini bilir.
Qaya-dalı
Qayadalı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir. Kənd böyük bir qaya - sıldırımın arxasında yerləşdiyi üçün, buraya Qayadalı deyirlər. Qayadalı oyk., mür. Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Yan silsiləsi ərazisində yerləşir. Kənd buradakı qayanın dalında (arxasında) bina edildiyinə görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 768 nəfər əhali yaşayır.
Qaya (Xəzər)
Qaya və ya Abşeron limanı yanında qəsəbə — Bakının Əzizbəyov rayonunda qəsəbə. Keçmiş adı Abşeron limanı yanında qəsəbə olmuşdur. Qayalıq sahədə yerləşdiyindən 1973-cü ildən belə adlandırılmışdır.
Qaya (dəqiqləşdirmə)
Qaya Qaya (kvartet) — "Qaya" Vokal Kvarteti Qaya (film, 1996) — ABŞ istehsalı olan film. Qaya (qumbaraatan) — Azərbaycan istehsalı olan qumbaraatan. Qaya (Xəzər) — Bakının Xəzər rayonunda qəsəbə.
Qaya (kvartet)
Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir. 1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür. 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir. O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
Qaya (qrup)

Qaya (qumbaraatan)
RPG-7V2 “Qaya” – Azərbaycan istehsalı olan qumbaraatan. Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya, Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatanları geridə buraxır. Rusiyanın RPG əl qumbaraatanının fərqli modifikasiyası olan “Qaya” düşmənin zirehli texnikasını və piyadalarını məhv etmək üçün hazırlanıb. “Qaya” 40 mm çaplı PG-7, PG-7VM, PG-7VS, PG-7VS1, PG-7VL, PG-7VR, OG-7V, TBG-7V mərmilərindən atəş açmaq imkanlarına malikdir. Uzunluğu 950 mm, çəkisi 6,85 kq olan “Qaya”dan dəqiqədə 4-6 atəş açmaq mümkündür. Qumbaraatanın atış ömrü MSN-in rəsmi kataloqunda 250 atış göstərilib. Qumbaraatan PGO-7V3 UP-7 mexaniki optik nişangahla təchiz olunub. Azərbaycan istehsalı olan qumbaraatan RPG-7V2 “Qaya”. Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya, Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatanları geridə buraxıb. Atışlar zamanı qumbaraatan yüksək etibarlılıq və dəqiqlik nümayiş etdirib.
Qaya Alp
Qaya Alp, Kaya Alp, Qaya bəy və ya Kaya bəy (türk. Kaya Alp, Kaya Bey; osman. قايا آلپ;قايا بك ; XII əsr – 1214, Ərzurum ili) — Osmanlı İmperiyasının qurucusu I Osmanın babası Süleyman Şahın atası. XII və XIII əsrlər arası yaşamışdır. Atası Qızıl Buğa bəy (Kızıl Buğa Bey). Bәzi qaynaqlara görә Qızılbuğaın digәr adı Basuq bəydir.
Qaya Natlaçen
Qaya ansamblı
Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir. 1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür. 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir. O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
Qaya dovşanalması
Qaya dovşanalması (lat. Cotoneaster saxatilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2abc+3c. Azərbaycanın nadir növüdür. Hündürlüyü 1,5-1,75 m, alçaqboylu koldur. Yarpaqlar 9–20 mm uzunluğundadır, ellipsvari, tərs-yumurtavaridir və ya oval, üst hissədən açıq-yaşıldır, çılpaq və ya dağınıq tüklüdür. Alt tərəfdən bozumtul tüklüdür. Çiçək qrupu 2-4 çiçəkli qalxancıqlardan ibarətdir. Çiçəkləri qeyri-müəyyəndir. Yetişməmiş meyvələri tünd-qırmızı, yetişmiş meyvələri qara rənglidir, üzərində göyümtül ləkəli, tərs yumurtavaridir.
Qaya göbəyi
Qaya göbəyi — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii) c (i, iii). Azərbaycanın nadir növüdür. Kökümsovu qısa, yoğun, çoxlu sayda kökətrafı yarpaq və gövdə əmələ gətirir. Kökətrafı yarpaqlar 5–10 sm uzunluğunda, ayaları yumurtavari, əsasında ürəkvari və ya dəyirmi; gövdələri nazik, zəif, əyri-üyrü, sallanan,10 (15) sm uzunluqdadır. Gövdə yarpaqları uzunsov və ya yumurtavari, 5–7 sayda, daha xırda, yuxarıdakılar salxımın əsasında oturaqdır. Salxımı tək, boş və azçiçəklidir. Tac mavi rəngdədir. Fındıqçaları 2,5–3 mm uzunluqda ensiz, kənarları azaciq enli dişli qanadlıdır. Çiçəkləmə may-iyul, meyvəvermə iyun-avqust aylarına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarının (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) qayalı, daşlı və gilli yamaclarında, töküntülü və əhəngli yerlərdə, çayların yataqlarında rast gəlinir.
Qaya konfederasiyası
Qaya krallığı — Koreyanın cənubunda yerləşmişdir və 42-562-ci illərdə mövcud olmuşdur. Qaya konfederasiyası 391-412-ci illərdə Goguryeo krallığının təsiri altında zəiflədi. Ancaq krallıq 562-ci ildə Şila krallığı tərəfindən işğal edilənə qədər müstəqilliyini saxladı. İşğalın səbəbi Qaya krallığının Şila krallığı əleyhinə Bekçe krallığı ilə ittifaqda olması idi.
Qaya krallığı

Qaya mürdəşəri
Qaya mürdəşəri (lat. Frangula rupestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. Dünyanın bir sıra ölkələrində yayılmışdır. Hündürlüyü 1 m-dək olan, nahamar, tünd boz rəngli, çox budaqlanan gövdəli, az mərciməkli, sürünən koldur. Yarpaqları möhkəm yarımdərili, parlaq yaşıl, üstü tutqun, alt tərəfi açıq yaşıl, enli-oval, enli əks-yumurtavaridən uzunsov-ovaladək dəyişir, uzunluğu 1,5-5 sm, eni 1-4 sm, qısa, ucu biz, bünövrəsi yumru, 7-10 cüt çox çıxan damarcıqlıdır. Yarımçətirləri mürəkkəb çiçəkləri, 2-10 ədəd olmaqla uzun çiçək saplağında yerləşir. 1-2 ədəd çiçək altlığı vardır. Çiçəkləri yumru, uzunluğu 0,25-0,3 sm olub, üstü açıq yaşıl və ya sarımtıl, içərisi sarıdır. Meyvələri əvvəlcə qırmızı, sonradan bənövşəyi-qara rəng alır. May-iyunda çiçəkləyir, avqust-sentyabrda meyvə verir İstisevən bitkidir, rütubətə və küləyə davamlıdır.
Qaya qaranquşu
Dağ qaranquşu (lat. Ptyonoprogne) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Qaya rəvəndi
Türkmənistan rəvəndi (lat. Rheum turcestanicum) - rəvənd cinsinə aid bitki növü.
Qaya soğanı
Qaya soğanı (lat. Allium saxatile) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Qaya sərçəsi
Qaya sərçəsi (Petronia petronia) Sərçəkimilər dəstəsinə aid bir quş növüdür. Yayılma arealı Avropa və Asiya-nın cənubunu, həmçinin Şimali Afrika-nı əhatə edir. Əsasən qayalıq ərazilərdə müşahidə olunur. Həm erkəyi, həm də dişisi görünüşcə ev sərçəsinə bənzəyir. Lakin, başının yanlarındakı sarımtıl-ağ zolağı və nisbətən iri dimdiyi ilə ondan fərqlənir. Ortalama uzunluğu 15-17 sm olan bu quşlar daha çox müxtəlif bitki toxumları, giləmeyvələr və bəzən də həşəratlarla qidalanırlar.
Qaya şibyəyeyəni
Qaya şibyəyeyəni (lat. Paidia conjuncta) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan adi növ. Kəpənəyi murina növünə nisbətən böyükdür. Qanadları açılmış halda 18–20 mm-dir. Ön qanadları sarımtıl-boz rəngdədir. Yzərində qeyri bərabər yerləşməmiş iki cərgə qonur nöqtələr vardır. Arxa qanadlar açıq rəngdə olub, ləkəsizdir. Qarıncığı boz tükcüklərlə örtülmüşdür. Tırtılları boz-sarı olub, yan tərəfində yerləşən sarı ləkə boz-sarı tüklərlə örtülüdür. Başı açıq qonur rəngdədir.
Qaya qızılquşu
Qaya qızılquşu (lat. Falco rupicolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Nihan Qaya
Nihan Qaya (türk. Nihan Kaya; 1 avqust 1979, İzmit) — Türkiyə fantastika yazıçısı və nəzəriyyəçisi. O, estetik nəzəriyyə və yaradıcılığa dair nəşrləri, eləcə də romanları və qısa hekayələri ilə tanınır. Hal-hazırda İstanbulda MEF Universitetinin Psixologiya fakültəsində dərs deyir. Nihan Qaya 2004-cü ildə "The Sanctuary" əsərinə görə Türkiyə Yazıçılar İttifaqı mükafatına layiq görülmüşdür. 2019 İyi Toplum Yoktur: Günlük Hayatta Toplumun Bireyi İstismar Biçimleri (ISBN 978-605-375-924-9) 2018 İyi Aile Yoktur (ISBN 978-605-375-848-8) 2013 Yazma Cesareti: Acının Yaratıcılığa Dönüşümü [The Courage to Write: Converting Suffering to Creativity] (ISBN 978-975-539-756-6) 2011 Fildişi Kuyu: Psikanalitik Edebiyat Eleştirisi ve Kadın [The Ivory Well: Psychoanalytic Literary Criticism and the Feminine] (ISBN 978-605-5515-49-2) (Collection of academic papers published between 1998-2011) 2008 Compelled to Create: The Courage to Go Beyond. (In: Dreaming the Myth Onwards: Revisioning Jungian Therapy and Thought, edited by Lucy Huskinson) (ISBN 978-0-415-43838-4) 2017 Kırgınlık [Resentment] (ISBN 978-605-375-708-5) 2016 Kar ve İnci [The Snow and the Pearl] (ISBN 978-605-314-106-8) 2012 Ama Sizden Değilim [I Am Not One of Us] (ISBN 978-605-4643-13-4) 2008 Disparöni [Dyspareunia] (ISBN 978-975-6124-08-6) 2006 Buğu [The Mist] (ISBN 975-995-046-4) 2004 Çatı Katı [The Sanctuary](ISBN 975-6611-88-X) 2003 Gizli Özne [The Hidden Self] (ISBN 975-6611-61-8) Nihan Kaya web site Nihan Kaya. Görünendeki görünmeyen Kırgın olmasaydın roman yazmaya ihtiyaç duymazdım Nihan Kaya. Var olmak ve yaşamak birbirinden ayrı şeyler Nihan Kaya.
Qaya bağı
Yapon quru bağı (yap. 枯山水, Rom: Karesansui Niwa) və ya Yapon qaya bağı — tez-tez Zen bağı da adlandırılan Yapon bağının bir üslubudur.