DABAQ
DABANALTI
OBASTAN VİKİ
Daban (ayaqqabı)
Baxmayaraq ki, hündür daban (dikdaban) ayaqqabılarını, adətən, qadınlar istifadə edir, lakin bəzi məkanlar və yerlər var ki, kişilər də geyinir. Kişilərin hündür daban ayaqqabı geyinməsi adəti Monqolustandan gəlib. Onlar atın belində hərəkət edərkən ayaqlarının sürüşüb üzəngidən (atın yəhəri) çıxmaması üçün hündür daban ayaqqabı geyinərmişlər. Misir qəssabları ayaqlarının kəsilən heyvanların içalatına dolaşmaması üçün hündür daban ayaqqabı geyinərdilər. Qədim Misirdə fironlar və zadəganlar səlahiyyətlərini və qüdrətini göstərmək məqsədi ilə mərasimlərdə hündür daban geyinirdilər. Qədim Yunanıstanda Dram Teatrında tragediya rolunu oynayan aktyor digər aktyorlardan fərqlənmək üçün platformalı çəkmə geyinərdi. Romada həm kişilər, həm qadınlar ayaqlarının küçədə gəzərkən palçığa və ya zibilə batmaması üçün kohtörn (cothurn) (altı hündür ayaqqabı) və ya hündür səndəl geyinərdilər. Yaponiyada bu ayaqqabıların adı getadı və eyni şəraitə əsaslanaraq bugünkü günlərdə də istifadə olunur. XIX əsrdə Amerikada kovboy ayaqqabılarının inkişafına başlandı və indiyədək Birləşmiş Ştatların bəzi yerlərində yenə də məşhurdur. Onun funksiyası da atlının ayaqlarının yəhərdən sürüşməməsi üçündür.
Daban (ayaqqabıda)
Baxmayaraq ki, hündür daban (dikdaban) ayaqqabılarını, adətən, qadınlar istifadə edir, lakin bəzi məkanlar və yerlər var ki, kişilər də geyinir. Kişilərin hündür daban ayaqqabı geyinməsi adəti Monqolustandan gəlib. Onlar atın belində hərəkət edərkən ayaqlarının sürüşüb üzəngidən (atın yəhəri) çıxmaması üçün hündür daban ayaqqabı geyinərmişlər. Misir qəssabları ayaqlarının kəsilən heyvanların içalatına dolaşmaması üçün hündür daban ayaqqabı geyinərdilər. Qədim Misirdə fironlar və zadəganlar səlahiyyətlərini və qüdrətini göstərmək məqsədi ilə mərasimlərdə hündür daban geyinirdilər. Qədim Yunanıstanda Dram Teatrında tragediya rolunu oynayan aktyor digər aktyorlardan fərqlənmək üçün platformalı çəkmə geyinərdi. Romada həm kişilər, həm qadınlar ayaqlarının küçədə gəzərkən palçığa və ya zibilə batmaması üçün kohtörn (cothurn) (altı hündür ayaqqabı) və ya hündür səndəl geyinərdilər. Yaponiyada bu ayaqqabıların adı getadı və eyni şəraitə əsaslanaraq bugünkü günlərdə də istifadə olunur. XIX əsrdə Amerikada kovboy ayaqqabılarının inkişafına başlandı və indiyədək Birləşmiş Ştatların bəzi yerlərində yenə də məşhurdur. Onun funksiyası da atlının ayaqlarının yəhərdən sürüşməməsi üçündür.
Daban balıq
Daban balıqları (lat. Carassius) — Volqa, Ural və Terek çaylarının deltasında yaşayan şirinsu balıqlarıdır. Daban balıqları Azərbaycanın su hövzələrində ilk dəfə 1980-cı ildən görünməyə başlamışdır. Buraya onlar Orta Asiyanın əmtəə balıqçılıq təsərrüfatlarından bitki ilə qidalanan balıq körpələrini gətirərkən təsadüfən onların arasında gətirilmiş və qısa müddətdə yerli şəraitə uyğynlaşaraq bütün Kürətrafı su hövzələrində geniş yayılmışdır.Hal-hazırda Azərbaycan sularında daban balıqlarının 2 növü yaşayır: qızılı daban balığı və gümüşü daban balığı.
Daban sümüyü
Daban sümüy (lat. calcaneus), (lat. os calcis) — ayaq daraqarxası sümüklərinin ən böyüyü olub ayağın dal və alt hissəsində boylama istiqamətdə yerləşmişdir. Bunun geriyə çıxan hissəsinə daban qabarı — lat. tuber calcanei deyilir. Daban sümüyünün üstündə aşıq sümüyü ilə birləşməyə məxsus üç oynaq səthi vardır: ön oynaq aşıq səthi — lat. facies talaris anterior (facies articularis anterior — BNA) ən kiçiyidir; orta oynaq aşıq səthi — lat. facies articularis talaris media (facies articularis media — BNA) əvvəlincidən bir az böyük olub aşıq sümüyü dayağı — lat. sustentaculum tali adlanan və içəri doğru çıxmış çıxıntı üzərində yerləşmişdir. Bu çıxıntının altında baş barmağı bükən uzun əzələnin vətərinə məxsus şırım — lat.
Hamar-Daban
Hamar-Daban (bur. Хамар дабаан) — Şərqi Sibirin cənubunda, Pribaykalın da cənubunda yerləşən dağlıq ölkə. Ərazisinin böyük qismi Rusiya Federasiyası Buryatiya Respublikası ərazisində yerləşir. == Coğrafi xüsusiyyətləri == Hamar-Daban — erkıən protrezoy dövrünə aid silsilələr kompleksidir. Onun uzunluğu q.rbdən şərqə 350 km, eni isə 50–60 km təşkil edir. Baykal gölünün cənubunda yerləşir. Silsilə qərbdə Zun-Suren çayının aşağı qolları ətrafından başlayaraq cənub-şərqdə Xanqarul və Snejnaya çaylarının yuxarı axarlarına qədər uzanır. Ondan şərqdə Xanqaril silsiləsi yerləşir. Buradan Snejnoy çayı sahili boyunca şimal-şərq istiqamətində uzanır. Hamar-Daban İrkutsk vilayətinin Slyudan rayonu və Buryatiyanın altı rayonunu özündə birləşdirir.
Dəmir Daban (əsər)
Dəmir daban — 1908-ci ildə Cek London tərəfindən yazılmış distopik novelladır. Cek Londonun sosialist görüşlərinin ən aydın şəkildə nümayiş olunduğu bir romandır.
Dəmir daban (roman)
Dəmir daban — 1908-ci ildə Cek London tərəfindən yazılmış distopik novelladır. Cek Londonun sosialist görüşlərinin ən aydın şəkildə nümayiş olunduğu bir romandır.
Gümüşü daban balıq
Gümüşü daban balıq (lat. Carassius gihelio) == Yayılması == Terek çayının deltasında yaşayır . Volqada isə çox nadirdir. Asiyadan gətirilmiş karp körpələri ilə təsadüfən 1980-ci ildə balıq əmtəə təsərrüfatlarına düşmüşdür. Qazaxıstanın şimalındakı göllərdə 38 sm-lik və 2 kq-lıq fərdlərə də rast gəlinir. == Morfoloji əlamətləri == Balığın bədəninin yanları gümüşü rəngdədir, elə buna görə də həmin adı almışdır. Uzunluğu 26,5 sm, kütləsi 650 q olur. Bədəninin uzunluğu 26,5 sm-ə, kütləsi 650-q-a çatır. == Çoxalması == Çoxalmanın nadir forması - kinogene bu balıq üçün səciyyəvidir. Bu zaman dişi və erkək fərdlərin cinsi hüceyrələrinin nüvələri qovuşmur, spermatozoid rolunu isə yumurta hüceyrəsinin inkişaf üçün aktivləşdirilməsi oynayır.
Qızılı daban balığı
Qızılı daban balıq (lat. Carassius carassius) — Bədəni hündür olub qızılı rəngə çalır. Hazırda Kür ətrafında çox yayılıb və Cənubi Xəzərdə öz arealını daim genişləndirməkdədir. Sakit axan, oksigeni az olan lilli sahələrdə yaşayır. Qızılı dabanbalığı o qədər də böyük deyil. Uzunluğu 12–25 sm, kütləsi 50–400 q, bəzən 500–600 q olur. 2–4 yaşında cinsi yetişkənliyə çatır. Kürütökmə suda temperatur 17–18 °C olduqda baş verir. Məhsuldarlığı 100–450 min ədəd kürüdən ibarətdir. Kürüləri yapışqanlıdır, su bitkilərinin üzərinə yapışır.
Dabanlı (Ərdəbil)
Dabanlı — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Dabançeng rayonu
Dabançeng rayonu (Çincə: 达坂城区/達阪城區; Pinyin: Dábǎnchéng Qū; Uyğurca: ضاَباَنثٱن رايونى, Dabancheng Rayoni, Dabançeng Rayoni) — Çin Xalq Respublikasında Sincan-Uyğur Muxtar Rayonunun şimalında, Urumçiyə bağlı bir rayondur.
Dabançəkən
Dabançəkən, dabangeydirən - qapalı ayaqqabıların, xüsusən də tuflilərin, botinkalarin və çəkmələrin geyinilməsini asanlaşdıran bir cihaz. 4-5 sm enində və müxtəlif uzunluqlarda novşəkilli əyilmiş bir cihazdır. Polad, düralümin, sellüloid, buynuz və plastmasdan hazırlanır. Düz dabançəkən ayaqqabı çəkməyi asanlaşdırır, ayaqqabının dabanını deformasiyadan qoruyur və bununla həm ayaqqabını, həm də corab əşyalarını xilas edir.
Dabanıyasdı Mehmed Paşa
Dabanıyasdı Mehmed Paşa (ö. 1639) — IV Murad dövründə ümumilikdə 4 il 8 ay 14 gün sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. == Həyatı == Albaniyanın Plyevlya kəndində dünyaya gəlmişdir. Darüssəadə ağası Hacı Mustafa ağanın xidmətinə alınmış, onun yanında saray tərbiyəsi almışdır. Onun xidmətindən miraxurluğa gətirilmiş, çox keçmədən vəzir rütbəsiylə Misir bəylərbəyi seçilmişdir. 18 may 1632 tarixində IV Muradın əmriylə edam olunan Topal Rəcəb Paşanın yerinə sədarətə gətirildi. Xəbəri aldıqdan sonra dərhal İstanbula gələn Mehmed Paşa ilk iş olaraq 10 iyun günü Sənan Paşa köşkündə ayaq divanı tərtiblədi. IV Muradın da iştirak etdiyi bu ayaq divanında divan vəzirləri, üləma, yeniçəri və sipahi ağaları Quran-i Kərimə and içərək padşaha bağlı olduqlarını və aralarındakı üsyançıları təslim edəcəklərinə söz verdilər. Nəticədə qısa zaman ərzində Saka Mehmed, Cin Əli və digər üsyan rəhbərləri təslim edildilər və şəhər mərkəzində edam olundular. Üsyanda iştirak edən ancaq ələ keçirilməyən sipahilərin adları ocaq dəftərlərindən silindi.
Layın dabanı
Layın dabanı – (rus. подошва пласта, ing. base of bed, bottom of bed) geologiyada layı aşağıdan məhdud­laşdıran səth (layın stratiqrafik alt sərhəddi).
Yamacın dabanı
Yamacın dabanı – (rus. подошва склона, ing. foot of slope, toe of slope) dağın ətəyi, dar keçid zolağı olub, planda dağlıq qurşağı və onun sərt yamaclarını sərhədləndirən düz və maili səth.
Yüksəkliyin dabanı
Yüksəkliyin da­banı – (rus. подошва возвышен­ностей, ing. foot of upland) ayrıca bir dağı, yaylanı və s. ətraf düzənliklərdən ayıran və yüksəkliyin əsasını /oturacağını/ dövrəyə alan, qapalı əyri xətt.
Dabanlı
Dabanlı (Ərdəbil) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Dabanlı (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Dabanlı (Xudabəndə)
Dabanlı (fars. دابانلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 666 nəfər yaşayır (157 ailə).

Digər lüğətlərdə

безотве́тственность брошю́рка всплесну́ть манже́тный неизя́щно пружи́нка результати́вно сля́котный умеря́ть цикоросе́ющий в ча́сти густоли́ственный отку́да поуходи́ть сте́ночка обормот цобе anaesthesiologist full-dress irresistibility overmanning tailgater tinkle морализировать наполняться