DABAN

is.
1. İnsan və heyvan ayağının dal hissəsi. Çox gəzməkdən dabanlarım sızıldayır.
2. Ayağa geyilən şeylərin arxa hissəsi. Corabın dabanını yamamaq.
– Qərənfil xala corabların ikisinin də dabanını toxuyub kəsdi. Ə.Vəliyev.

// Ayaqqabı altının arxa tərəfindəki möhkəm və qalın hissə.
Çəkmənin dabanı ilə başımdan vurub papağımı saldı yerə. C.Məmmədquluzadə.
[Dilənçi] ayağına dabanları yatırılıb əyilmiş bir kişi başmağı geymişdi. Ə.Sadıq.

3. dan. Bir daban bərabərində uzunluq.
Gülsənəm arvad Cəmilin … bir ildə azı bir daban uzandığını görüb sevindi. M.Hüseyn.

4. dan. Dəfə, kərə. Üç daban getmək.
5. bax ayaq1 9-cu mənada. Tüfəngi dabana çəkmək. Dabanda saxlamaq.
– Sənsə cəbhədəsən belə bir gündə; Tüfəngin dabanda bir döyüşçüsən. S.Vurğun.

6. məh. Dəyirmanın üst daşını yuxarı qaldırmaq üçün dirəklərdən düzəldilən qurğu.
7. bax dabana. Qapının dabanı.
[Xortdan:] Uşağı olmayan qadınlar gedib qarınlarını ağanın qapısının dabanına sürtərdilər. Ə.Haqverdiyev.
…Üçüncü dəfə qapını taqqataqla döydülər, az qaldı dabanı çıxsın. M.İbrahimov.

◊ Daban almaq – qaçmaq, götürülmək, yüyürüb getmək.
Xoruzoğlu kağızı cibinə qoyub daban almış və enişlərdə xoruz kimi qanadlanmışdı. S.Rəhimov.
Daban aldı müxalifin qoşunu. M.Rahim.
Uşaq: – Sağ olun, – deyib, əlindəki kağıza baxa-baxa daban almaq istəyəndə müavin çağırdı. Mir Cəlal.

Daban döymək – çox gəzmək.
Gündüz axşama kimi hər kəs ona iş buyurduğuna və o da daban döydüyünə görə o qədər yorulardı ki, yerə uzanmaqla yuxuya getməyi bir olardı. S.Rəhimov.

Daban qırmadan – dayanmadan.
Onlar daban qırmadan qaçırdılar. Qaçaq Nəbi”.

Dabanına daş dəymək – yubanmaq, gecikmək, ləngimək.
Dabanına daş dəymiş – bəduğur, uğursuz.
Dabanına tüpürmək – bax daban almaq.
Çuğul qarı … dabanına tüpürüb özünü birbaşa Soltan Mahmuda yetirdi. (Nağıl).
Salman bəy dedi: – Dabanımıza tüpürək, hər nə ola, ola. N.Vəzirov.

Etimologiya

  • DABAN1 Bəzi türk dillərində bu söz təbən kimi işlədilir və “aşağı”,”yastı” mənasını verir. Su dəyirmanında da daban olur, qapının da dabanı var, mənaları “üs
DABAQ
DABAN-DABANA

Digər lüğətlərdə