DADAMAL
öyrəşmiş, dadanmış, alışmış. – Dadamal qoyun südü içdi (Ağcabədi); – Pişik ətə dadamaldu (Cəbrayıl); – Toğlu dadamaldı deyn çox kökəlif (Çənbərək); – Bizim Göyərçin inəx’ yaman dadamaldı (Hamamlı)
◊ Dadamal olmax (Gəncə, Xanlar) – öyrəşmək, alışmaq, dadanmaq. – Danamız dadamal olub (Gəncə); – Çovannar quyruğ asdarına dadamal oloy yaman (Xanlar)