DADMAQ

f.
1. Dadını, tamını bilmək üçün bir az yemək və ya içmək. – Dadmaqla mal tükənməz. ( Ata. sözü ).
[Xanmirzə bəy:] Sən məzhəbin haqqı, bu şərablardan bir az dad. N.Vəzirov.

// Ümumiyyətlə yemək, ya içmək.
Axşam azanı deyilən kimi mömin müsəlman bilmir ki, nəyə əl uzatsın; çaymı içsin, firnimi yesin, halvadanmı dadsın. C.Məmmədquluzadə.

2. Müəyyən dad, tam vermək. Şirin dadmaq. Acı dadmaq. Turş dadmaq.
3. məc. Sınamaq, təcrübə etmək, hiss etmək, duymaq.
Qoy nakam getməsin dünyadan o qız; Dadsın hər arzunun yüz nemətini. S.Vurğun.
Narıngül isə ağır və acı dövranın müqabilində artıq bəxtəvər həyatın meyvələrini dadmışdı. Ə.Vəliyev.

// məc. Çəkmək, düçar olmaq, məruz qalmaq, görmək, keçirmək, başına gəlmək. Həyatın acılığını dadmaq.
4. məc. Qanmaq, anlamaq, başa düşmək, duymaq.
Əsgərin ağlı koxanın danışığından bir şey dadmadı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DADMAQ yemək
  • DADMAQ qanmaq — anlamaq
  • DADMAQ duymaq
DADMA
DADMALI

Digər lüğətlərdə

адъютанту́ра любе́зничать осмея́ть белозу́бый ведьмовско́й восемна́дцать застаре́ло затеня́ть отруби́ть перемеча́ться полне́йший семинари́стский зограф dozed elenchus outrigged overflush radio bearing subtile покараулить покуда прописной расшуметься скептический сортировщик