DADÜ-FƏRYAD

bax dad-fəryad.
Gör hesabın mən çəkdiyim azarın; Bu dadü-fəryadın, bu ahü-zarın. M.P.Vaqif.
Əgər dadüfəryada tez yetişməsək, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya. C.Məmmədquluzadə.

DADÜ-BİDAD
DADVERİCİ
OBASTAN VİKİ
Fəryad
Fəryad (ing. "The Scream",norv. "Skrik") — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmişdir və hazırda rəsm Norveç milli qalereyasında sərgilənir. Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki. Belə ki, Edvard Munkun “Çığırtı” sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir. == Əsərin təsviri == Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci il tarixində, yazır: “Mən iki yoldaşımla gəzintiyə çıxmışdım. Günəş qüruba doğru yaxınlaşırdı. Məni həzin bir qüssə bürüdü. Birdən səma al-qırmızı rəngə boyandı.
Fəryad (1993)
Fəryad — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmunu == "Ögey ana" filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür…Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir. == Festivallar və mükafatlar == 1) 1994-cü ildə Ssenari müəllifi Vaqif Mustafayevə ssenariyə görə "Tağıyev" Mükafatı verilmişdir.2) 1994-cü ildə Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.3) 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə Diplom və Priz verilmişdir. == Film haqqında == Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işidir. Baş rolun ifaçısı Ceyhun Mirzəyev filmi izləyə bilməmişdir. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir.
Fəryad (dəqiqləşdirmə)
Fəryad — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmiş rəsm əsəri.
Fəryad (qəzet)
"Fəryad" — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. == Tarixi == Qəzet 21 fevral 1907-ci ildə Urmiya şəhərində nəşrə başlamışdır. Mahmud Qənizadə tərəfindən nəşr olunan bu qəzetin məsul redaktoru Həbib Urmulu idi. Cəmi 23 sayı işıq üzü görmüşdür. == Fəaliyyəti == "Fəryad" dövrünün inqilabi-demokratik mətbuatının ön sıralarında gedirdi. Həftəlik çıxan bu qəzetin səhifələrində ədəbi-bədii materiallara geniş yer verilirdi. İlk sayları əsasən fars dilində çıxsa da qəzetin yaradıcı kollektivi onun səhifələrində Azərbaycan həyatını əks etdirməyə çalışırdı. Cənubi Azərbaycandakı kütləvi inqilabi hərəkatdan ilham alan redaksiya heyəti 3-cü sayından etibarən qəzetdə Azərbaycan dilində materiallara geniş yer verməyə başlamışdır. Qəzetin adının aşağısında daim belə müraciətnamə verilirdi: Ömrünü qalma-qalla keçirdin, Ey dost, qalx ki, artıq macal çalmağa. Qəzetdə bədii ədəbiyyata, xüsusilə vətənpərvərlik mövzusunda yazılmış şeirlərə xüsusi yer verilmişdir.
Fəryad Xəlilov
Fəryad Fəxri oğlu Xəlilov (1 noyabr 1999; Hüsülü, Ağcabədi rayonu, Azərbaycan — 27 oktyabr 2020 (dəfn tarixi); Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəryad Xəlilov 1 noyabr 1999-cu ildə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuşdur. Cavad Həsənov adına Ağcabədi rayon Hüsülü kənd tam orta məktəbində orta təhsil almışdır. Həmçinin, Hüsülü kəndində yerləşən yeddiillik musiqi məktəbinin piano şöbəsində musiqi təhsili almışdır. == Hərbi xidməti == Fəryad Xəlilov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Naxçıvanda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Fəryad Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində vuruşmuşdur. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Fəryad Xəlilov Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 27 oktyabr 2020-ci ildə Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Fəryad (film, 1993)
Fəryad — 1993-cü ildə istehsal olunmuş Azərbaycan filmi. == Məzmunu == "Ögey ana" filminin baş qəhrəmanı-balaca İsmayıl (Ceyhun Mirzəyev) artıq böyümüş, ailə sahibi olmuşdur. Bu filmdə İsmayıl Hüseynov artıq batalyon komandiridir. O, Vətən torpaqlarının erməni işğalçılarından azad olunması uğrunda mərdliklə vuruşur, əsir düşür…Film Qarabağ müharibəsinə həsr olunmuşdur. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir. == Festivallar və mükafatlar == 1) 1994-cü ildə Ssenari müəllifi Vaqif Mustafayevə ssenariyə görə "Tağıyev" Mükafatı verilmişdir.2) 1994-cü ildə Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) "Bakılı" cəmiyyətinin "Humay" Mükafatı verilmişdir.3) 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Quruluşçu rejissor və aktyor Ceyhun Mirzəyevə (ölümündən sonra) ekranda qəhrəmanlıq mövzusunun həllində fədakarlığa və yaradıcılıq axtarışlarına görə Diplom və Priz verilmişdir. == Film haqqında == Film rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işidir. Baş rolun ifaçısı Ceyhun Mirzəyev filmi izləyə bilməmişdir. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalılar elə əslində Xocalı sakinləridir.
Fəryad (film, 1996)
Fəryad — 1996-cı ildə Ues Kreyven tərəfindən çəkilən və Kevin Uilyamson tərəfindən yazılmış Amerika qorxu filmi. Baş rollarda David Arquette, Neve Campbell, Courteney Cox, Matthew Lillard, Rose McGowan, Skeet Ulrich və Drew Barrymore oynamışdır. 1996-cı il 18 dekabr tarixində buraxılan Fəryad filmi, "Ghostface" kimi tanınan sirli bir qatildən bəhs edir. Bu qatil filmdə Kaliforniyanın şəhərindəki lisey şagirdi Sidney Prescottun xarakterini izləyir. Film qorxu və mistika janrında çəkilib və məşhur olub. Fəryad filmi, Uilyamsonun qorxu filmlərinə ehtirası, xüsusilə Halloven tərəfindən təsirləndi. Film Dimension Films tərəfindən çəkilmiş və çəkiliş tamamlanmadan əvvəl Weinstein Brothers tərəfindən geri çəkilmişdir. Buradakı film, Amerikanın Motion Picture Assosiasiyası ilə yerli ssenarilərə səbəb olub. Fəryad filmi, dünya miqyasında 173 milyon dollar qazanaraq, maliyyə və tənqidi bəyənmə qazandı. ABŞ-də dollarlarla ən yüksək gəlirli filmi oldu.

Digər lüğətlərdə

абстракциони́зм вскопа́ть затере́ть оглода́ть парафрази́рование сакрамента́льно влечь йод конса́лтинговый коси́ца отла́мывание полупья́ный бир чолка condemnation counterplot disprove get down heartsinking polygamous timber-toe unrivalled глотнуть злоязычие сокровище