0 dərəcəli N dairəsi (teleserial, 2007)
"0" Dərəcəli N Dairəsi (fars. مدار صفر درجه, translit. Madare sefr darajeh) – 2007-ci ildə İran, Macarıstan, Livan və Fransa əməkdaşlığı nəticəsində yaranan teleserialı. Proqram indiyə qədər İranda hazırlanan ən bahalı və ən yaxşı proqramdır və orada böyük tamaşaçı kütləsini özünə cəlb etməyi bacarmışdır. Serial İran diplomatı Əbdül Hüseyn Sərdarinin həyat hekayəsi əsasında lentə alınmışdır. Əbdül Hüseyn Sərdari 1940-cı ildə İran səfirliyinə sığınan Paris yəhudilərinə İran pasportları verməklə onların həyatını xilas etmişdir.
== Süjet ==
Serial İkinci Dünya Müharibəsi illərində Parisə oxumağa gedən gənc iranlı tələbə Həbib Parsanın həyatı haqqındadır. Orada Həbib eyni universitetdə təhsil alan Fransız yahudi Sara Astrokla tanış olur. Əvvəlcə bir-birilərinə zidd olan gənclər, sonra bir- birilərinə aşiq olurlar. Bir çox problemlərlə qarşılaşan Həbib və Sara, serialın sonunda birlikdə qalırlar.