1. Bədənin boyundan tutmuş omba sümüyünə qədər olan arxa hissəsi; kürək.
// Heyvanların bədənlərinin yuxarı hissəsi, beli. Qatırın dalına yük yükləmək. Atın dalına minmək.
2. Əks tərəf, bir şeyin geri tərəfi, qarşı tərəf.
3. sif. Dal tərəfdə olan. Dal cərgə. Dal otaq.
4. məc. Aqibət, son, nəticə.
// Ard, mabəd, gerisi, dalısı. Dalı gəlir. Dalı var.
5. Geri.
□ Dal ayaq(lar) – dördayaqlı heyvanların dal tərəfdəki iki ayağı.
◊ Dal çevirmək – məqsədinə çatdıqdan sonra bir şeydən qaçmaq, üz döndərmək, nankorluq etmək. Yoldaşa dal çevirmək.
Dal gün – sonra ola biləcək çətin vaxt, pis gün, ağır gün. Həmişə çay kötük gətirməyəcək.
Dala (dalı) düşmək – bax dala qalmaq.
Dala atmaq – 1) geri qalmağa səbəb olmaq, geriyə atmaq, gecikdirmək, ləngitmək. Xəstəlik onun işini xeyli dala atdı;
2) məc. qənaət edib saxlamaq, yığmaq, gələcək üçün ayırıb saxlamaq (pul və s.).
Dala baxmadan – üzünü dala çevirmədən, birbaşa, tez, sürətlə.
Dala çəkilmək – 1) geri çəkilmək.
2) sözünün üstündə durmamaq.
Dala durmaq – 1) iştirak etməkdən boyun qaçırmaq, özünü kənara çəkmək, iştirak etməmək;
2) sözünü geri almaq.
Dala getmək – 1) getdikcə zəifləmək, pisləşmək, düşkünləşmək. Xəstələnib, gün-gündən dala gedir;
2) bax dala qalmaq.
Dala götürmək (sözünü, vədini) – geri almaq, geri götürmək.
Dala qalmaq – geridə qalmaq, irəli getməmək, inkişaf etməmək.
Dalda demək (danışmaq) – birinin dalınca, özü olmadığı halda haqqında söz demək, qeybətini etmək.
Dalda qalmaq – geridə qalmaq.
Dalda qoymaq – geridə buraxmaq, ötmək, ötüb keçmək.
Dalı kəsilməmək (üzülməmək) – ardı kəsilməmək, bitməmək, qurtarmamaq. Qoşunun dalı üzülmürdü.
Dalına almaq – aparmaq üçün öz arxasına qoymaq.
Dalına çatmaq – aparmaq üçün dalına yığmaq, yükləmək.
Dalına düşmək – 1) təqib etmək, ardınca düşmək.
2) əldə etməyə çalışmaq, bir şeyin qeydinə qalmaq, tədarük etmək.
Dalına vermək – 1) aparmaq üçün şeyləri birisinin dalına yükləmək.
2) məc. dan. birini qızışdırmaq, yaxud bir şeyi boynuna qoymaq üçün onu yalandan tərifləmək.
Dalına-qabağına baxmaq – ehtiyatlı olmaq, hər tərəfi yoxlamaq, öyrənmək, götür-qoy etmək.
Dalında durmaq – kömək etməyə hazır olmaq, himayə etmək, müdafiə etmək.
Dalını dağa söykəmək – bir şeyə və ya bir adama arxayın olmaq, heç bir şeydən qorxmamaq.
Dalını yerə vermək – məğlub olmaq, basılmaq, təslim olmaq.
Dalını-qabağını düşünmək (fikirləşmək) – bax dalına-qabağına baxmaq.