DALAŞMAQ

DALAŞMAQ Bir gün Əşrəf məhəllə uşaqlarından biri ilə dalaşarkən, ağır bir əl qollarından yapışdı (A.Şaiq); BURUNLAMAQ (dan.) [Əbülhəsən bəy:] Bu sözdən sonra qarı bizdən uzaqlaşdı, bir çoxları ilə burunlaşdı (M.S.Ordubadi); ÇARPIŞMAQ Əbülhəsən bəy: Bunların çarpışması nəticəsində ikisindən birisi tələf olacaq... (M.S.Ordubadi); DAVA ETMƏK (ELƏMƏ) İsmayıl bəy: Men burada dava eləməyə gəlməmişəm (N.Vəzirov); DİDİŞMƏK İki qartal dağın təpəsində... qəzəblə didişirdi (Ə.Sadıq); DÖYÜŞMƏK, BOĞUŞMAQ (məc.) Kişi: Tərbiyəsizlər! Nə üçün boğuşursunuz? (A.Şaiq); SAVAŞMAQ Xan: Yox, Novruzəli, gərək hamısını nağıl eliyəsən başdan axıra kimi; necə kağızı apardın, necə saldın qutuya və nə üstə urusla savaşdın (C.Məmmədquluzadə); VURUŞMAQ ...ortalıqda iki müsəlman bir-biri ilə bərk vuruşur, camaat nə qədər eyləyir bunları aralaşdıra bilməyir (Ə.Haqverdiyev).

DALAŞQAN
DALBADAL

Значение слова в других словарях

исса́литься неповтори́мость партко́м подси́нька прегру́стно версифика́торство конфо́рмный мино́рный неизбе́жное ня́нечка рыбообрабо́тчица себя не забыть спло́точный чистю́ля склеп cisco flag-boat great-coat nun-buoy pineal plankton turves болезненность извёстка теоретичность