DALINCA

zərf
1. Ardınca, arxasınca, izincə; izləyərək, təqib edərək. Bir-birinin dalınca getmək. Dalımca gəl.
– Kərbəlayı Cəfər əmi qabaqca və Xudayar onun dalınca gedib girdilər bir xırda qaranlıq hücrəyə. C.Məmmədquluzadə.
Ülkərin dalınca Aygün də qalxdı; Əmirxan bu dəfə Əlyara baxdı. S.Vurğun.

2. Bilavasitə sonra, ardınca, ara vermədən. Birinci atəşin dalınca ikincisi eşidildi. Kitabı kitab dalınca oxuyur. Papirosu papiros dalınca çəkir.
3. Məqsəd bildirir. Həkim dalınca adam göndərmək.
[Student] sevincli bir halda qulluqçunu çağırdı, xanımın yanına kitab dalınca göndərdi. Çəmənzəminli.
Hüseynqulu ağa Qaraca qızın dalınca nökər göndərdi ki, gəlib oynasın. S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DALINCA ardınca — arxasınca — izincə

Antonimlər (əks mənalı sözlər)

  • DALINCA DALINCA – QABAĞINCA Ülkərin dalınca Aygün də qalxdı; Əmirxan bu dəfə Əlyara baxdı (S.Vurğun); Elə sənin qabağınca çıxdı bayıra
DALI-DALI
DALISI

Digər lüğətlərdə

икри́нка перекла́д перемести́ть растра́чивать сме́жный шитьё шпу́льный языкозна́ние вдого́нку за дострели́ть натя́гиваться недееспосо́бность bracero debiteuse dispiration non-fiction operated roadside scoring stage wagon table атом берёста нерасположение обеспечиваться пронизать